Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1309/2022 14.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətin in Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2022-ci il tarixli, 2-1(103)-562/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin 24 avqust 2018-ci il tarixli **********9855 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən iddiaçı "xxxx" MMC-nin fəaliyyəti üzrə Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə müvafiq olaraq, 28 avqust 2018- ci il tarixdən 16 sentyabr 2018-ci il tarixədək vergi nəzarəti həyata keçirilmişdir. 13 sentyabr 2018-ci il tarixdə keçirilmiş operativ vergi nəzarəti zamanı "xxxx" M MC-yə məxsus Gəncə şəhəri, “Kimyaçılar Azpetrol”un arxasında yerləşən obyektdə AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 12 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması aşkar olunmuş və keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında VN-11 seriyalı 007034 nömrəli akt tərtib edilmişdir. Yuxarıda qeyd edilənlərlə əlaqədar olaraq, Departamentin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 26 oktyabr 2018-ci il tarixli **********6413 nömrəli qərarı ilə vergi ödəyicisi "xxxx" MMC-yə 12.000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
2. İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanın da Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh orqanın «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» 26 oktyabr 2018-ci il tarixdə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir
3. İddia onunla əsaslandırmışdır ki, Bakı səhər Lokal Gəlirlər Departamenti 26 oktyabr 2018-ci il tarixdə qərar qəbul edərək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 12 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə iddiaçıya 12.000 manat məbləğində maliyyə sanksiyası tətbiq etmişdir. Həmin maliyyə sanksiyası tətbiq olunarkən Vergi Məcəlləsinin tələblərinə əməl olunmamışdır. Məsuliyyətə cəlb olunan şəxslərin "xxxx" M MC-də qeyri-rəsmi işləməsini təsdiq edən, ümumiyyətlə işləməsinə dəlalət edən hər hansı bir sübut toplanmamışdır. Yalnız müəssisədən kənarda bir neçə şəxsi saxlayaraq onların müəssisədə qeyri-qanuni işlədilməsini guya müəyyən etmişlər. Əslində isə, həmin şəxslərin "xxxx" MMC-nə heç bir aidiyyəti yoxdur. Bunu eyni zamanda o sübut edir ki, həmin şəxslərin şəxsiyyətləri müəyyən edilməmiş, yaşadıqları ünvan təsdiq edilməmiş, eyni zamanda həmin işçilərdən hər hansı izahat alınmamışdır. Yalnız həmin şəxslərin şəxsiyyətləri müəyyən olunduqdan və onlardan izahat alındıqdan sonra onların MMC-nin rəhbərliyi tərəfindən işlədilməsi halı müəyyən oluna bilərdi. Vergi orqanının Ədliyyə Nazirliyində sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış alarkən həmin çıxarışda yoxl amanı təyin edilməsinin əsası kimi vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlara istinad edilir. "xxxx" MMC-də səyyar vergi yoxlaması həyata keçirilən zaman işçilərin qeyri-qanuni olaraq işlədilməsi halları müəyyən edilməmişdir. Vergi orqanı Vergi Məcəlləsinin müddəalarını kobudcasına pozmuşdur. Belə ki, vergi orqanı Vergi Məcəlləsinin 24.0.5-1-ci maddəsinin tələblərini pozaraq onlara hər hansı müraciət daxil olmadığı təqdirdə qanunsuz olaraq operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərar qəbul etmiş və bu qərarı qanunsuz şəkildə icra etmişdir. 13 sentyabr 2018-ci il tarixli aktda həqiqətə uyğun gəlmədən 12 nəfər işçinin qanunsuz olaraq işlədilməsi faktının aşkar edilməsi müəyyən olunmuşdur. Həmin aktın saxta olaraq tərtib olunmasını s übut edən dəlil ondan ibarətdir ki, aktda göstərilir ki, həmin 12 şəxs izahat verməkdən imtina etmişlər. Həmin şəxslərin izahatları alınmadan və bu izahatlar rəsmiləşdirilmədiyi halda onların kimliyi vergi orqanı tərəfindən necə və hansı halla müəyyənləşdirilmişdir? Bunun özü bir müəmmalı bir sualdır. Digər tərəfdən, vergi orqanı tərəfindən MMC-nin elektron poçt qutusuna göndərilən və vergi ödəyiciləri üzrə hüquqi qüvvəyə minmiş əmək müqavilələri barədə təqdim olunmuş cədvəldə 4 nəfər işçinin adları, soyadları, ünvanları, şəxsiyyət vəsiqəsinin rekvizitləri göstərilməsinə baxmayaraq onlardan heç biri və həmin vaxt o şəxslərin müəssisədə sazlama işləri ilə məşğul olmasına baxmayaraq o işçilərin heç birindən izahat alınmamışdır. Bu isə, həmin aktın reallığı əks etdirmədiyini və saxta olmasını birmənalı olaraq sübut edir. Vergi orqanının əməkdaşları tərəfindən tərtib olunmuş 13 sentyabr 2018-ci il tarixli 007034 nömrəli aktda göstərilir ki, vergi ödəyicisinin ərazisinə baxış keçirilməsi, ekspertizanın aparılması, mütəxəssis, tərcüməçi dəvət edilməsinə zərurət yaranmadı. Hesab edilir ki, aktda göstərilən qeydlərin edilməsi onu təsdiq edir ki, vergi orqanının əməkdaşları operativ vergi yoxlaması həyata keçirərkən operativ vergi yoxlamasının predmetinə daxil olan heç bir hərəkətləri həyata keçirməmişlər. Vergilər Məcəlləsinin müddəalarına görə operativ vergi yoxlamasının predmetinə vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və digər hərəkətlər daxildir. Sual yaranır ki, vergi orqanı tərtib etdiyi aktda vergi ödəyicilərinin ərazilərinə və ya binalarına baxış keçirilmədiyi göstərilmişdirsə vergi orqanının əməldaşları hansı üsulla qeyri-qanuni şəkildə işçiləri işə cəlb edilməsini müəyyənləşdirmişdir? Belə çıxır ki, vergi orqanının işçiləri zavodun ərazisinə faktiki daxil olmamışlar, faktiki əraziyə baxış keçirməmişlər. Qeyd olunanlar həmin aktla öz təsdiqini tapır. Əgər vergi ödəyicisi olaraq zavodun ərazisinə baxış keçirilməmişdirsə, vergi orqanının əməkdaşları MMC-nin qeyri-qanuni yolla işçiləri işə cəlb etməsini necə müəyyənləşdirmişlə r.
4. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, Departamentin 24 avqust 2018-ci il tarixli **********9855 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən iddiaçı "xxxx" MMC-nin fəaliyyəti üzrə Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə müvafiq olaraq, 28 avqust 2018- ci il tarixdən 16 sentyabr 2018-ci il tarixədək vergi nəzarəti həyata keçirilmişdir. 13 sentyabr 2018-ci il tarixdə keçirilmiş operativ vergi nəzarəti zamanı "xxxx" MMC-yə məxsus Gəncə şəhəri, “Kimyaçılar Azpetrol”un arxasında yerləşən obyektdə AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 12 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması aşkar olunmuş və keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında VN-11 seriyalı 007034 nömrəli akt tərtib edilmişdir. Yuxarıda qeyd edilənlərlə əlaqədar olaraq, Departamentin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 26 oktyabr 2018-ci il tarixli **********6413 nömrəli qərarı ilə vergi ödəyicisi "xxxx" MMC-yə 12.000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicinin istinad etdiyi 13 sentyabr 2018-ci il tarixli aktda 12 nəfərin kimliyi müəyyənləşdirilmiş (onların şəxsiyyət vəsiqələrinin FİN nömrələri 007034 nömrəli akta əlavə edilmiş, lakin adını təqdim etməyən özünü səlahiyyətli şəxs kimi təqdim etmiş şəxsin göstərişindən sonra onlar izahat verməkdən imtina edərək obyekti tərk etmişlər. 5. "xxxx" MMC-nin məhkəməyə ünvanlanmış 16 noyabr 2020-ci il tarixli məktubunda bildirilir ki, 31 oktyabr 2017-ci il tarixdən 17 avqust 2018-ci il tarixədək "AviaEkologiya” MMC-nin fəaliyyəti vergi orqanının arayışı əsasında dayandırılmışdır. 17 avqust 2018-ci il tarixdən MMC-nin fəaliyyəti bərpa olunmuş və şirkətə məxsus Gəncə şəhərində yerləşən kərpic zavodunda avadanlıqların sazlama və təmiri üçün 18 avqust 2018-ci il tarixdən 4 nəfər işçi (X10, X14, X8, X3) işə götürülmüşdür. Avqust, sentyabr və oktyabr ayları ərzində adıçəkilən işçilərlə, noyabr ayından isə əlavə bir neçə işçi işə götürülərək sazlama və təmir işləri davam etdirilmişdir. Müəssisənin həmin aylar üzrə vergi orqanına təqdim etdiyi aylıq bəyannamələrdə də dövriyyə məbləğinin və əlavə dəyər vergisinin "0” olması ərizəyə əlavə edilmiş sənədlərdə öz əksini tapır.
6. Mübahisəyə mahiyyəti üzrə 23 oktyabr 2019-cu il tarixdə baxılmış və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin həmin tarixli qərarı ilə AR Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 26 oktyabr 2018-ci il tarixli **********6413 nömrəli qərarı ləğv edilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin 19 iyun 2020-ci il tarixli qərardadı ilə AR Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır.
8. Bakı İnzibati Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2-1(112)-1356/2021 nömrəli qərarı ilə (hakim R.L.Kərimli) iddia təmin edilərək “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 26 oktyabr 2018ci il tarixli **********6413 nömrəli qərarı ləğv edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi ver gi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Belə olan halda, məhkəmə AR Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 26 oktyabr 2018-ci il tarixli **********6413 nömrəli qərarını qanuna zidd sayır. Həmçinin məhkəmənin qənaətinə görə vergi orqanının 26 oktyabr 2018-ci il tarixli **********6413 nömrəli qərarı qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu vergi ödəyicisi kimi hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi i lə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (maliyyə sanksiyasının) ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz.
10. Cavabdeh qərardan apellyasiya şikayəti vermişdir. b) apelyasiya instansiya məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, E.E.Nağıyeva və H.Ü.Həmidov) 14 aprel 2022-ci il tarixli, 21(103)-562/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmişdir.
12. Apellyasiy a instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh qərardan kassasiya şikayətləri vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
14. İddiaçının iddia ərizəsində qeyd etdiyi, 12 şəxs izahat verməkdən imtina etdiyi halda onların şəxsiyyətinin hansı üsulla müəyyənləşdirilməsi sualına cavab olaraq bildiririk ki, məhz ödəyicinin istinad etdiyi xx.xx.2018-ci il tarixli aktda qeyd edilmişdir ki, 12 nəfərin kimliyi müəyyənləşdirilmiş (onların şəxsiyyət vəsiqələrinin FİN nömrələri 007034 nömrəli akta əlavə edilmişdir), lakin adını təqdim etməyən özünü səlahiyyətli şəxs kimi təqdim etmiş şəxsin göstərişindən sonra onlar izahat verməkdən imtina edərək obyekti tərk etmişlər. Həmçinin, həmin şəxslərin i ddiaçı ilə heç bir aidiyyətinin olmaması və müəssisənin kənarında olması məsələsinə gəldikdə isə bildiririk ki, "Avia-Ekologiya” MMC ilə aktda adları qeyd edilmiş X1, X15, X2, X6 və X16 arasında müxtəlif tarixlərdə həm yoxlamadan əvvəl, həm də yoxlamadan sonrakı tarixlərdə müqavilələri bağlanmış və qeyd olunan şəxslər həm faktiki, həm də hüquqi olaraq müəssisənin işçiləri olmuşdur. Digər tərəfdən maraqlıdır ki, vergi ödəyicisi məhz operativ vergi nəzarəti tədbirindən sonra ona heç bir aidiyyətinin olmadığını qeyd etdiyi və adı operativ vergi nəzarəti tədbiri nəticəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli akta əlavə edilmiş X16 ilə xx.xx.2018-ci il tarixində müddətsiz, X1, X6 və X15 ilə 2019-cu ilin yanvar ayında müddətli əmək müqavilələri bağlamışdır (sübutlar əlavə olunur)
15. Bundan əlavə, vergi ödəyicisinin iddia ərizəsində qeyd etdiyi əraziyə baxış keçirilmədiyi halda, işçilərin necə müəyyənləşdirilməsi ilə bağlı mülahizələrinə gəldikdə isə bildiririk ki, Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır. Yəni operativ vergi nəzarəti hər bir hal da vergi ödəyicisinin obyektində həyata keçirilir.
16. Vergi ödəyicisi A.Ə.İldırım keçirilmiş operativ vergi nəzarəti zamanı obyektdə olmadığı üçün onunla telefon əlaqəsi (***-***-**-**) saxlanılmış və onun nömrəsinin işləmədiyi məlum olmuşdur. Bu səbəbdən də müəssisənin direktorunun yoxlamada iştirakı mümkün olmamışdır və bu fakt xx.xx.2018-ci il tarixli aktla rəsmiləşdirilmişdir.
17. Operativ nəzarətinin keçirilməsində vergi ödəyicisinin iştirakı mümkün olmamışdır ki, bu da vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq həmin yoxlamanın keçirilməsini istisna etmir. Yəni, qanunvericiliyin tələblərini rəhbər tutaraq bildiririk ki, vergi ödəyicisinin və yaxud onun səlahiyyətli nümayəndəsinin fəaliyyət göstərdiyi təsərrüfat obyektində olmaması operativ və ya digər vergi yoxlamalarının keç irilməsinin dayandırılması və davam etdirilməməsi üçün heç bir halda əsas ola bilməz. Belə olan halda, yoxlamanı aparan vergi orqanı əməkdaşlarının qanunla üzərlərinə qoyulmuş yoxlama ilə bağlı olan sənədlərin, yəni operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərar, və operativ vergi nəzarətin keçirilməsi üçün zəruri sənədlərin tələb edilməsi barədə tələbnamənin vergi ödəyicisinə bilavasitə yoxlamanın keçirildiyi zaman təqdim edilməsi vəzifəsinin yerinə yetirilməsi də mümkün olmur.
18. Bütün yuxarıda göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(103)-562/22 nömrəli qərarının qismən ləğv edilməsi, iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Şikayətin maddi hüquqi əs ası kimi Vergi Məcəlləsinin 50.1, 50.1.7- ci, 58.10, 70.3-cü maddələrinə istinad edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçı tərəfindən cavabdehin kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 50.1.-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: “50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi...” 50.3. operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4 operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin fak tiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39 – 43cü və 46 – 49-cu maddələrinin müddəaları tətbiq edilir. 58.10-cu maddəsinin xx.xx.2019-cu il tarixədək qüvvədə olan tələblərinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, hər bir belə şəxs üzrə 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
22. İnzibati Prosessual Məcəllə: Maddə 12 İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sü butlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə
68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə gö ndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayətləri mümkündür. Şikayətlər vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmışlar və şikayətçilərin tələbləri göstərilmişdir.
24. Cavabdehin şikayətində apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı cavabdehin şikayətinə münasibətdə tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsin in qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarını n tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Bununla belə, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
29. Vergi Məcəlləsinin 50.4-cü maddəsinin qeyd olunan imperativ tələbindən göründüyü kimi, operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi operativ vergi nəzarətinə başladıqdan sonra, bu barədə vergi orqanının əsaslandırılmış qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir.
30. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, operativ vergi nəzarətinin həyata keçirilməsinə başladıqdan dərhal sonra, vergi orqanı operativ vergi nəzarətinin həyat a keçirilməsi barədə 24 avqust 2018-ci il tarixli qərarının vergi ödəyicisi "xxxx" MMC-nin rəhbərinə və ya onun səlahiyyətli digər nümayəndəsinə təqdim edilməsi təmin edilməmişdir.
31. Halbuki, Vergi Məcəlləsinin sözügedən 50.4-cü maddəsi qeyd edildiyi kimi imperativ normadır və burada başqa qayda nəzərdə tutulmamışdır. Deməli, vergi orqanı tərəfindən qeyd olunan normanın tələbləri pozulmuş olur.
32. Belə olan halda, Vergi Məcəlləsinin 50.6-cı maddəsinin qeyd olunan tələbindən göründüyü kimi, operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39 – 43-cü və 46 – 49-cu maddələrinin müddəaları tətbiq edilir.
33. Həmin Məcəllənin 49.5-ci maddəsi isə nəzərdə tutur ki, vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarın ın yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır.
34. Cavabdeh vergi orqanının operativ vergi nəzarətinin nəticələrinə dair iddiaçını vergi məsuliyyətinə cəlb edən 26 oktyabr 2018-ci il tarixli qərarının mahiyyətinə gəldikdə isə, həmin qərarın əsasını təşkil edən 13 sentyabr 2018-ci il tarixli aktdan görünür ki, sözügedən tarixdə iddiaçıya məxsus təsərrüfat subyektində əmək müqaviləsi olmadan aşkar olunan şəxslərin izahatları alınmamışdır.
35. Belə olan halda, yəni, həmin aktda təsbit olunan məlumatların sübutlarla əsaslandırılmaması onların həqiqiliyi və mötəbərliliyini istisna edir.
36. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş işin hallarından görünür ki, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb olunmuş fiziki şəxslərdən - X2, X7, X11, X9, X12 məhkəmədə şahid qismində dindirilərkən ifadələrində zavodda işləmədiklərini, işçi tələb olunması barədə elanla əlaqədar həmin gün zavoda gəldiklərini və həmin vaxt vergi orqanının əməkdaşları tərəfindən sorğu-sual olunduqlarını bildirmişlər.
37. Həmçinin, akta əlavədə adıçəkilən, X15 adında şəxsə münasibətdə iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi "xxxx" ASC-nin 25 sentyabr 2020-ci il tarixli 135 nömrəli arayışına əsasən müəyyən olunmuşdur ki, o, xx.xx.2018-xx.xx.2018, xx.xx.2018 29.2018-ci il tarixlərdə "xxxx" ASC-də “B.C.D.” kateqoriyalı avtobus sürücüsü işləmişdir. Göründüyü kimi, X15 başqa bir müəssisənin işçisi olduğu halda, operativ vergi nəzarətinin nəticələrinə dair xx.xx.2018-ci il tarixli akt tərtib olunarkən vergi orqanı tərəfindən iddiaçının işçisi nəzərə alınmışdır.
38. Beləliklə də mübahisələndirilən aktda və ona əlavələrdə adları göstərilən şəxslərdən 6 (altı) nəfərinin həmin müəssisinin işçiləri olması təkzib olunur. Ən azından, həmin şəxslərin iddiaçının işçiləri olması cavabdeh tərəfindən mötəbər sübutlarla təsdiq olunmur. Halbuki, İPM-in 14.1-ci maddəsinin tələbi baxımından burada sübutetmə yükü cavabdehin üzərinə düşür. Bu baxımdan da, məhz, mübahisələndirilən aktda və ona əlavələrdə sadalanmış, qalan, məhkəmədə dindirilməyən 6 nəfər şəxslərlə əmək müqaviləsi olmadan onların işlərin görülməsinə cəlb edilməsini sübutetmə yükü cavabdehin üzərinə düşsə də, həmin şəxslərin şahid qismində məhkəmədə ifadələrinin alınması üçün cavabdeh tərəfindən adekvat tədbirlər görülməmiş, məhkəməyə təqdim olunmamışlar.
39. Məhkəmə kollegiyası onun da qeyd etməyi z əruri hesab edir ki, iddiaçı məhkəməyə ünvanladığı 16 noyabr 2020-ci il tarixli məktubunda “xx.xx.2017-xx.xx.2018-ci il tarixlərdə MMC-nin fəaliyyəti vergi orqanının arayışı əsasında dayandırıldığını, xx.xx.2018-ci il tarixdən fəaliyyəti bərpa olunduğunu və ona məxsus kərpic zavodunda avadanlıqların sazlama və təmiri üçün xx.xx.2018-ci il tarixdən cəmi 4 nəfər (X10, X14, X8, X3) işçi işə götürülərək onların avqust, sentyabr və oktyabr ayları ərzində adıçəkilən işçilərlə, noyabr ayından isə əlavə bir neçə işçi işə götürülərək sazlama və təmir işlərinin davam etdirildiyi bildirilmiş və müəssisənin həmin aylar üzrə vergi orqanına təqdim etdiyi aylıq bəyannamələrdə də dövriyyə məbləğinin və əlavə dəyər vergisinin “0” olması ərizəyə əlavə edilmiş sənədlərdə öz əksini tapdığı göstərilmişdir.”
40. Apelyasiya instansiyası məhkəməsi tərəfindən tədqiq olunan sübutlarla müəyyən edilən hallar onu deməyə əsas verir ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» 26 oktyabr 2018-ci il tarixdə qərarın qəbul olunmasını zəruri edən faktiki şərtlərin, o cümlədən, vergi qanunvericiliyinin tələblərini pozan təqsirli hərəkətlərinin mövcudluğu mötəbər sübutlarla təsdiq olunmur.
41. Vergi Məcəlləsinin 53.3-cü maddəsi isə nəzərdə tutur ki, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
42. Cavabdeh 26 oktyabr 2018-ci il tarixli qərarı qəbul edərkən iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halları və vergi ödəyicisinin təqsirini əsaslandıra və sübut edə bilməmişdir.
43. Belə ki, cavabdeh qərarda göstərdiyi fiziki şəxslərin iddiaçıda işləməsi faktını hansı üsulla müəyyən etdiyini əsaslandıra bilməmiş, həmin şəxslərdən hər hansı izahat alınmamış, şəxsiyyətləri dəqiqləşdirilməmiş, həmin ş əxslərin göstərilən müəssisədə işləməsini sübut edən digər dəlil iş materiallarında olmamışdır.
44. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin iddiaçını vergi məsuliyyətinə cəlb edən 26 oktyabr 2018-ci il tarixli mübahisələndirilən qərarını vergi qanunvericiliyinin tələblərinə uyğun gəlməyən, cavabdehin hüquqlarını pozan inzibati akt kimi qiymətləndirir.
45. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozuld uğu hallarda da bu qayda tətbiq olunur.
46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2022-ci il tarixli, 21(103)-562/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.