Məhkəmə qərarları › İş №2-1(102)-1309/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1309/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1309/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlak üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı (üçüncü şəxs İmişli Bələd iyyəsi) “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(106)266/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İmişli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 nömrəli qərarı ilə alqı-satqı yolu ilə iddiaçıya 900 kv.metr torpaq sahəsi satılmışdır.

2. İmişli Bələdiyyəsinin və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsinin xx.xx.2007-ci il tarixli aktına əsasən, iddiaçıya satılması nəzərdə tutulmuş 900 kv.m torpaq sahəsi yerin də göstərilib ona təhvil verilmişdir.

3. İddiaçı cavabdehə müraciət edərək, İmişli şəhəri ərazisində yerləşən 0.09 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnuzun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.

4. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, torpaq sahəsinə dair təqdim olunmuş sənədlərin elektron kadastr məlumat bazası ilə eyniləşdirilməsi zamanı ilkin torpaq ayrılma sənədlərində torpaq sahəsi sahibkarlıq torpağı kimi qeyd olunsa da Ərazi idarəsinin elektron məlumat bazasında həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi kimi olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16.2-ci maddəsinə əs asən, yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir. Həmin məcəllənin 16.3-cü maddəsinə əsasən bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Həmin məcəllənin 86.2-ci maddəsinə əsasən bu məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. Odur ki, yuxarıda qeyd edilənləri nəz ərə alaraq İmişli şəhəri ərazisində yerləşən 0.09 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnuzun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizənizin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir.

6. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İmişli Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması:

7. İddia tələbini onu nla əsaslandırılmışdır ki, iddiaçı sentyabr 2007-ci il tarixdə İmişli Bələdiyyəsinə ərizə ilə müraciət edərək sahibkarlıqla məşğul olmaq üçün tikinti altına şəhərin Qaradonlu-Kürdəmir dolama magistral avtomobil yolunun sağ tərəfində, MQYDM-in yaxınlığında İmişli Bələdiyyəsinə məxsus boş torpaqdan alqı-satqı yolu ilə ona 900 kv.metr torpaq sahəsi satılmasını xahiş etmişdir. Ona satılması nəzərdə tutulmuş 900 kv.metr torpaq sahəsinin İmişli Bələdiyyəsinin mülkiyyətinə aid və alqısatqı predmeti olması barədə DTXK-si İmişli rayon şöbəsinin müdiri V.Məmmədov rəy və həmin torpaq sahəsinin ilk dəfə satılması, həbs edilməməsi və girov qoyulmaması barədə arayış vermişdir. xx.xx.2007-ci il tarixli aktla ayrılmış sahə ölçülərinə və yerləşməsinə görə qüvvədə olan ekoloji, sanitar və yanğından mühafizə norma və qaydalarına tam uyğun hesab edilmişdir. İmişli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı protokolundan Çıxarışa əsasən sahibkarlıqla məşğul olmaq üçün tikinti altına şəhərin Qaradonlu Kürdəmir dolama magistral avtomobil yolunun sağ tərəfində, MQYDM-nun yaxınlığında İmişli Bələdiyyəsinə məxsus boş torpaqdan alqı-satqı yolu ilə 900 kv.metr torpaq sahəsi ona satılmışdır. xx.xx.2007-ci il tarixdə torpaqların alqısatqısına dair akt tərtib edilmişdir. xx.xx.2007-ci il tarixli aktla yuxarıda qeyd edilən torpaq sahəsini İmişli Bələdiyyəsinin sədri F.Vəliyev və İmişli rayon Torpaq və Xəritəçəkmə şöbəsinin müdiri V. Məmmədov yerdə göstərib ona təhvil vermişlər.

8. İmişli şəhəri ərazisində yerləşən 0.09 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2022-ci il tarixli ərizə ilə 6 saylı Beyləqan Ərazi idarəsinə müraciət etmişdir. Müraciəti ilə əlaqədar oradan ona ünvanlanmış **********19 saylı, xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir ki, torpaq sahəsinə dair təqdim olunmuş sənədlərin elektron kadastr məlumat bazası ilə eyniləşdirilməsi zamanı ilkin torpaq ayrılma sənədlərində torpaq sahəsi sahibkarlıq torpağı kimi qeyd olunsa da Ərazi idarəsinin elektron məlumat bazasında həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi kimi olduğu müəyyən edilmişdir. Ona görə də torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizənin icrası mümkün olmamışdır. İlkin torpaq ayrılma sənədləri ilə elektron məlumat bazasında olan məlumatla rın uyğun gəlməməsində onun heç bir təqsirim yoxdur. Bundan başqa şəhər ərazisində örüş sahəsinin olması da onda şübhə doğurur. Odur ki, İmişli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı protokolundan çıxarışa əsasən sahibkarlıqla məşğul olmaq üçün tikinti altına şəhərin Qaradonlu- Kürdəmir dolama magistral avtomobil yolunun sağ tərəfində, MQYDM-in yaxınlığında İmişli Bələdiyyəsinə məxsus boş torpaqdan alqı-satqı yolu ilə ona satılmış 900 kv.metr torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı:

9. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, torpaq sahəsinə dair təqdim olunmuş sənədləri n elektron kadastr məlumat bazası ilə eyniləşdirilməsi zamanı ilkin torpaq ayrılma sənədlərində torpaq sahəsi sahibkarlıq torpağı kimi qeyd olunsa da, ərazi idarəsinin elektron məlumat bazasında həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi kimi olduğu müəyyən edilmişdir. Mütəxəssis və ekspert rəyi:

10. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-2127/2022 saylı qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin mütəxəssisi qarşısında aşağıdakı suallar qoyulmuşdur: Birinci sual: İmişli rayon Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarı əsasında İddiaçı ayrılmış Qaradonl u-Kürdəmir dolama magistral avtomobil yolunun sağ tərəfində, MQYDM-nun yaxınlığında İmişli Bələdiyyəsinə məxsus torpaqlardan 900 kv.metr torpaq sahəsinin naturada və sənəd üzrə yeri, döngə nöqtələri və koordinatları müəyyən edilsin. (sözügedən torpaq sahəsinin koordinatları göstərilməklə sxemini tərtib edib rəyə əlavə etmək) İkinci sual: İmişli rayon Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarı əsasında İddiaçı ayrılmış Qaradonlu-Kürdəmir dolama magistral avtomobil yolunun sağ tərəfində, MQYDM-nun yaxınlığında İmişli Bələdiyyəsinə məxsus torpaqlardan 900 kv.metr torpaq sahəsinin kateqoriyası, növü, təyinatı və statusu nədir? Üçüncü sual: İmişli rayon Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarı əsasında İddiaçı ayrılmış Qaradonlu-Kürdəmir dolama magistral avtomobil yolunun sağ tərəfində, MQYDM-nun yaxınlığında İmişli Bələdiyyəsinə məxsus torpaqlardan 900 kv.metr torpaq sahəsinin kateqoriyası, növü, təyinatı və statusu qonşu torpaq sahələrinin kateqoriyası, növü, təyinatı və statusu ilə uyğunluq təşkil edirmi? Dördüncü sual: İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi sxematik xəritədə mövcuddurmu və ərazi hüdudları daxilində yerləşirmi? Beşinci sual: Torpaq sahəsinin koordinat göstəriciləri mülkiyyətdə olan başqa torpaq sahələri ilə üst-üstə düşürmü, düşdüyü təqdirdə hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. (qonşu torpaq sahələrinin sərhədləri müəyyən edilməklə sözügedən torpaq sahələrinin koordinatları göstərilməklə sxemini tərtib edib rəyə əlavə etmək)

11. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120 )-2127/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspert qarşısında eynilə mütəxəssis qarşısında qoyulmuş suallar qoyulmuşdur.

12. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/20 nömrəli ekspert rəyində mütəxəssis və ekspert qarşısında qoyulmuş suallara aşağıdakı kimi cavab verilmişdir. Birinci suala cavab: İmişli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 nömrəli qərarı əsasında İddiaçı Qaradonlu Kürdəmir do lama magistral avtomobil yolunun sağ tərəfində, MQYMD-nin yaxınlığında İmişli bələdiyyəsinə məxsus ərazidən ayrılmış 900 kv.m. torpaq sahəsinin naturada və sənəd üzrə yeri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. İkinci suala cavab: Həmin torpaq sahəsi X1 İnformasiya Sistemində bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid yararsız torpaq sahəsidir. Üçüncü suala cavab: Həmin torpaq sahəsinin kateqoriyası, növü, təyinatı, statusu qonşu torpaq sahələrinin kateqoriyası, növü, təyinatı, statusu ilə uyğunluq təşkil edir. Dördüncü suala cavab: İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi sxematik xəritədə mövcuddur, ərazi hüdudları daxilində yerləşir. Beşinci suala cavab: Qeyd olunan torpaq sahəsinin koordinat göstəriciləri mülkiyyə tdə olan başqa torpaq sahələrinin koordinatları ilə üst-üstə düşmür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

13. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(120)-726/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya İmişli rayon Bələdiyyəsinin xx.xx.2007- ci il tarixli 09 nömrəli qərarı ilə satılmış 900 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddənin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müva fiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (müvafiq bələdiyyə qərarını və dövlət aktını) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, qeyd olunan torpaq sahəsinə dair sənədlərin elektron kadastr məlumat bazası ilə eyniləşdirilməsi zamanı ilkin torpaq ayrılma sənədlərində torpaq sahəsi sahibkarlıq torpağı kimi qeyd olunsa da ərazi idarəsinin elektron məlumat bazasında həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi kimi göstərilməsi iddiaçın ın mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir, qeyd olunan hal iddiaçının təqsirindən baş verməmiş və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmişdir.

15. Məhkəmə, eyni zamanda Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/20 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edir.

16. Digər tərəfdən, İmişli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 nömrəli qərarı və həmin tarixli torpaqların alqı-satqısına dair akt ləğv edilmədiyindən, eləcə də etibarsız sayılmadığından mötəbər hesab edilir.

17. İmişli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 nömrəli qərarı ilə İddiaçı torpaq sahəsinin qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında h əmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır.

18. Cavabdehin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir.

19. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

20. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Koll egiyasının xx.xx.2023-cü il tarixli, 2-1(106)-266/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-726/2023 nömrəli qərarı dəyişdirilmiş, iddiaçının 900 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə qərar qəbul etsə də, nəticədə torpaq sahəsi üzərində hansı hüququn qeydə alınması məsələsinə qiymət verməmişdir. İddiaçı bələdiyyə qərarı və torpaqların alqı-satqısına dair akt əsasında mülkiyyət hüququnun qeydə alınmasını istəyir. Birinci instansiya məhkəməsi qərarını mülkiyyət hüququnun qeydə alınması istiqamətində əsaslandırsa da, qərarın nəticə hissəsində bunu əks etdirməmişdir.

22. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbi pozulmuşdur. Belə ki, məhkəmə kollegiyası nəzərə almamışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə imza və möhürlərin əksik olması, arxiv məlumatlarının olmaması və təqdim olunmuş sənədl ərin elektron kadastr məlumat bazası ilə eyniləşdirilməsi zamanı ilkin torpaq ayırma sənədlərində sahibkarlıq torpağı kimi qeyd olunsa da, elektron məlumat bazasında isə həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi olması müəyyən olunmuşdur. Belə olan halda isə Ərazi İdarəsi haqlı olaraq ərizənin icrasından imtina etmişdir.

24. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 3-cü bəndinin tələbi pozulmuşdur. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, iddiaçının naturada istifadə edilən torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaqlar, ümumi istifadədə olan, uqodiyası təmiz örüş, mülkiyyətçisi Ağdaş rayonu Kotanarx bələdiyyəsidir. Bununla yanaşı nəzərə almamışdır ki, qanunvericiliyin birbaşa tələbinə əsasən ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Hazırkı halda isə iddiaçıya sözügedən torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilməmişdir.

25. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 12-ci maddəsinin 3 və 4-cü bəndlərinin, 86-cı maddəsinin 2-ci bəndinin tələbi pozulmuşdur. Məhkəmə kollegiyası göstərilən maddi hüquq normalarının pozulmasına yol vermişdir. Belə ki, iddiada olan naturada (yerində göstərdiyi) sahə kənd təsərrüfatlı təyinatlı örüş bələdiyyə torpağı kimi qeyd olunmuşdur. Bu hüquqi rejiminə aid torpaq sahəsi xüsusi olaraq qorunur və xüsusi mülkiyyətə satıla bilməz. 26. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 7.2-ci maddəsinin tələbi pozulmuş dur. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, İmişli rayon Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 nömrəli qərarı ilə satılmış 900 kv.m. torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla örüş torpaq sahəsi olmuşdur. Belə olan halda isə mübahisəli torpaq sahəsi mülkiyyətə verilə bilməzdi. 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasın ı təmin edən bir orqandır. Buna baxmayaraq, məhkəməyə müraciət edən iddiaçı mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir.

28. Məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına dair dəlillər: Məhkəmə kollegiyası, oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında da qeyd etmişdir ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə iddiaçının nə dərəcədə haqlı olduğunu müəyyən etməlidir. Hazırkı halda da, ilk növbədə iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu (o cümlədən, iddiaçının öz tələbinin əsası kimi əsaslandığı hüquqmüəyyənedici sənədlərin qanunun tələblərinə uyğunluğu) müəyyən edilməlidir. Yalnız bundan sonra cavabdehin imtinasının əsaslı olub-olmadığına (imtinanın əsası kimi istinad etdiyi hallara) münasibət bildirilməlidir. b) kassasiya şikayətinə etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı ü çün aşağıdakılar əsas hesab olunur:... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar

31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafi q apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti vaxtında verilmiş, formal ba xımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

33. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

35. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.

36. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətini n dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

37. İş materiallarından göründüyü kimi iddiaçının ərizəsi əsasında torpaq sahəsinin satılmasına dair inzibati orqan tərəfindən inzibati icraat başlanılmış və nəticədə vətəndaşın xeyrinə əlverişli inzibati akt qəbul edilmiş və həmin akta torpaq sahəsinin yerləşdiyi ərazi planı əlavə edilmişdir. Həmin inzibati akt qüvvədədir. 38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də dövlət qeydiyyatının əsası kimi məhz bələdiyyə tərəfindən qəbul edilmiş akt nəzərdə tutulmuşdur.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il t arixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 4 oktyabr 2016-cı il qərarında aşağıdakılar təsbit olunmuşdur: “Mülki Məcəllənin 139.1ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, i stifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstəri lən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.... “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haq qında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir.”

40. Beləliklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində təsbit olunmuş şərt iddiaçı tərəfindən ödənildiyindən, onun həmin normadan irəli gələn tələb hüququ vardır.

41. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 21(106)-266/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar