Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-131/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialına qarşı iş üzrə QƏRAR Açar sözlər: (analıq məzuniyyətində olduğu müddətin sosial sığorta stajına daxil edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialına qarşı analıq məzuniyyətində olduğu müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-397/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:
1. İddiaçı xx.xx.1963-cü il tarixdə Balakən rayonunun Talalar kəndində anadan olmuşdur.
2. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialı olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir.
3. İddiaçını xx. xx.1985-ci ildə Vüqar, xx.xx.1987-ci ildə Vüsalə, xx.xx.1989-cu ildə Rəşad, xx.xx.1995-ci ildə Orxan, xx.xx.1997-ci ildə Vüqar adlı uşaqları doğub, onları 8 yaşınadək tərbiyə etmişdir.
4. İddiaçı xx.xx.1982-ci ildən - xx.xx.1983-cü ilədək Bakı şəhəri 42 nömrəli Texniki peşə məktəbində təhsil almışdır.
5. Bundan başqa, o, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək, xx.xx.1984-cü ildən - xx.xx.1987-ci ilədək Balakən rayon istehlak cəmiyyətində satıcı, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək Balakən rayon pensiyaçılara sosial xidmət ərazi mərkəzində sosial xidmət işçisi, xx.xx.1993-cü ildən xx.xx.2000-ci ilədək Balakən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində sosial xidmət işçisi işləmiş, həmin Mərkəzin xx.xx.1997-ci il tarixli əmri ilə analıq məzuniyyətinə buraxılmışdır.
6. Bundan başqa, o, 1986-1989-cu illərdə Balakən rayonu Hənifə kəndində yerləşən "Azad" kolxozunda işləmişdir.
7. Bundan sonra o, 2019-cu ilin sentyabr ayınadək cəmi 13 il 5 ay müddətində fiziki şəxs kimi sosial sığorta haqqı ödəmişdir.
8. İddiaçı xx.xx.1983-cü ildən - xx.xx.1984-cü ilədək, xx.xx.1984-cü ildən xx.xx.1987-ci ilədək Balakən RİC-də satıcı, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək Balakən rayon pensiyaçılara sosial xidmət ərazi mərkəzində sosial xidmət işçisi, xx.xx.1993-cü ildən - xx.xx.2000-ci ilədək Balakən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində sosial xidmət işçisi işləmiş, həmin Mərkəzin xx.xx.1997-ci il tarixli əmri ilə analıq məzuniyyətinə buraxılmışdır.
9. Balakən rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 52 nömrəli arxiv arayışında qeyd etmişdir ki, İddiaçı 1986-1989-cu illərd ə Balakən rayonu Hənifə kəndində yerləşən "Azad" kolxozunda işləmişdir.
10. Balakən rayon İcra Hakimiyyəti başçısının Mahamalar kənd inzibati ərazi dairəsinin xx.xx.2020-ci il tarixli 650 nömrəli arayışında qeyd etmişdir ki, iddiaçının xx.xx.1985-ci ildə Vüqar, xx.xx.1987-ci ildə Vüsalə, xx.xx.1989-cu ildə Rəşad, xx.xx.1995ci ildə Orxan, xx.xx.1997-ci ildə Vüqar adlı uşaqları olmuş və o, 8 yaşınadək uşaqlarını tərbiyə etmişdir.
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən şəhər filialının xx.xx.2020-ci il tarixli **********6 nömrəli məktubunda qeyd etmişdir ki, İddiaçı 5 uşaq doğub 8 yaşadək tərbiyə etdiyinə görə o, pensiya yaşına xx.xx.2020-ci il tarixdə çatmışdır. İddiaçıya yaşa görə əmək pe nsiyasının təyin olunması üçün 25 il sosial sığorta stajı tələb olunur. İddiaçının əmək kitabçasına əsasən 9 il 9 ay 11 gün, fiziki şəxs kimi sığorta haqqları keçirdiyi dövr üçün 13 il 5 ay, əyani təhsil müddəti üçün 10 ay 22 gün, kolxozda işlədiyi dövr üçün 1 il 1 ay, analıq məzuniyyətində olduğu dövr üçün 3 il 1 ay 26 gün sosial sığorta stajı vardır. Lakin kolxozdakı iş stajı əmək kitabçasında qeyd edilməmişdir. Bundan başqa, Balakən rayonu Hənifə kəndində yerləşən "Azad" kolxozunda qadınlar üçün minimum adam/gün norması 180 adam/gün müəyyən olunmuşdur.
12. İddiaçı xx.xx.2020-ci ildə (56 il 6 ay) pensiya yaşına çatmışdır. O, cavabdehə ərizə ilə müraciət edərək ona əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixli **********1 nömrəli imtina məktubu il ə bildirmişdir ki, "Əmək pensiyaları haqqında" Qanunda işçinin analıq məzuniyyətində olduğu dövrün sığorta stajına daxil edilməsi nəzərdə tutulmadığına, eləcə də iddiaçının Balakən rayonu Hənifə kəndində yerləşən "Azad" kolxozunda işlədiyi müddət əmək kitabçasında qeyd edilmədiyinə görə həmin müddətlərin sosial sığorta stajına daxil edilməsi qanuna uyğun deyil.
13. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialına qarşı 1986-1989-cu illərdə Balakən rayonu Hənifə kəndində yerləşən "Azad" kolxozunda, xx.xx.1997-ci ildən xx.xx.2000-cı ilədək analıq məzuniyyətində olduğu müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizə si ilə Şəki İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
14. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1986-1989-cu illərdə Balakən rayonu Hənifə kəndində yerləşən "Azad" kolxozunda işləmiş, eləcə də xx.xx.1997-ci ildən - xx.xx.2000-ci il tarixədək analıq məzuniyyətində olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
15. Birinci instansiya məhkəməsinin xx.xx.2020-cu il tarixli, 2-1(116)-1001/2020 nömrəli (sədrlik edən hakim Vidadi Qasımov) qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı xx.xx.1997-ci ildən - xx.xx.2000-ci ilədək analıq məzuniyyətində olduğu müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial M üdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialının üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
16. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası "Əmək pensiyaları haqqında" Qanununun 7, 8.1-ci və 21.1-ci maddələrində, xx.xx.2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə, xx.xx.1956-cı ildə qüvvəyə minmiş və xx.xx.1992-ci ilədək qüvvədə olmuş "Dövlət pensiya təminatı haqqında" SSRİ Qanununun 109-cu maddəsinə, xx.xx.2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsaslanaraq iddiaçı 5 uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadın kimi xx.xx.2020-ci ildə (56 il 6 ay) pensiya yaşına çatmışdır. Həmin tarixə ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, yaxud da azı 25 il sığorta stajı olmalıdır. İddiaçı məzuniyyətdə olduğu müddət (cəmi 12 il 2 ay 1 gün) onun sosial sığorta stajına daxil edilməlidir. Bundan başqa, iddiaçı xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək 10 ay 22 gün texniki peşə məktəbində təhsil almışdır. Ona görə də həmin təhsil müddəti də iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Bundan əlavə, iddiaçı 2019-cu ilin sentyabr ayınadək cəmi 13 il 5 ay müddətində fiziki şəxs kimi sosial sığorta haqqı ödəmişdir. Ona görə həmin 13 il 5 ay müddət iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Yuxarıda sada lanan bütün sığorta stajı müddətlərini topladıqda 26 il 5 ay 23 gün təşkil edir, bu isə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət olduğuna dair nəticəyə gəlmişdir.
17. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:
18. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(107)-397/2020 nömrəli (hakimlər Elçin Hüseynov - sədrlik edən və məruzəçi, Mirbahəddin Hüseynov və Gündüz Abbasov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2020-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.
19. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası "Əmək pensiyaları haqqında" Qanununun 7, 8.1-ci və 21.1-ci maddələrində, xx.xx.2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə, xx.xx.1956-cı ildə qüvvəyə minmiş və xx.xx.1992-ci ilədək qüvvədə olmuş "Dövlət pensiya təminatı haqqında" SSRİ Qanununun 109-cu maddəsinə, xx.xx.2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsaslanaraq iddia tələbinin qismən təmin edilməsi nəticəsinə gələrkən birinci instansiya məhkəməsi haqlı olmuşdur. Apelyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli olmadığına dair nəticəyə gəlmişdir. Kasasiya şi kayətinin dəlilləri:
20. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının qanunla tələb olunan sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından qanun iddiaçıya əmək pensiyasının minimum məbləğindən az olmayan yaşa görə pensiya təyin olunmasını istisna edir. Bu səbəbdən cavabdehin imtinası əsas olduğu üçün iddia tələbi təmin edilə bilməz. Hər iki instansiya məhkəməsi inzibati icraatın əsas prinsiplərindən olan bu müddəanın tələblərini pozaraq, araşdırma aparmamış və nəticədə, düzgün olmayan qərar qəbul etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(107)-397/2020 nömrəli qərarının ləğv edilməsini, id dia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
21. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırki işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının iddianın təmin edilmiş hissəsində ləğv edilməsini, iddianın təmin edilməməsini, işin yeni məhkəmə baxışına qaytarılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
22. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə la zımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə:
23. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq edilməsini yoxlayır.
25. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
26. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, iddiaçının qanunla tələb olunan sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından qanun iddiaçıya əmək pensiyasının minimum məbləğin dən az olmayan yaşa görə pensiya təyin olunmasını istisna edir. Bu səbəbdən cavabdehin imtinası əsas olduğu üçün iddia tələbi təmin edilə bilməz. Hər iki instansiya məhkəməsi inzibati icraatın əsas prinsiplərindən olan bu müddəanın tələblərini pozaraq, araşdırma aparmamış və nəticədə, düzgün olmayan qərar qəbul etmişdir.
27. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır.
28. Belə ki, iş materiallarına əlavə olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən şəhər filialının xx.xx.2020-ci il tarixli **********6 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı 5 uşaq doğub 8 yaşadək tərbiyə etdiyinə görə o, pensiya yaşına xx.xx.2020-ci il tarixdə çatmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün 25 il sosial sığorta stajı tələb olunur. İddiaçının əmək kitabçasına əsasən 9 il 9 ay 11 gün, fiziki şəxs kimi sığorta haqqları keçirdiyi dövr üçün 13 il 5 ay, əyani təhsil müddəti üçün 10 ay 22 gün, kolxozda işlədiyi dövr üçün 1 il 1 ay, analıq məzuniyyətində olduğu dövr üçün 3 il 1 ay 26 gün sosial sığorta stajı vardır. Lakin kolxozdakı iş stajı əmək kitabçasında qeyd edilməmişdir. Bundan başqa, Balakən rayonu Hənifə kəndində yerləşən "Azad" kolxozunda qadınlar üçün minimum adam/gün norması 180 adam/gün müəyyən olunmuşdur.
29. Azərbaycan Respublikası "Əmək pensiyaları haqqında" Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensi yasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
30. Həmin maddənin "Qeyd" hissəsinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
31. Həmin Qanunun 8.1-ci maddəsində deyilir ki, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla y aşa görə əmək pensiyası hüququ vardır.
32. İddiaçı 5 uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadın kimi xx.xx.2020-ci ildə (56 il 6 ay) pensiya yaşına çatmışdır. Həmin tarixə ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, yaxud da azı 25 il sığorta stajı olmalıdır.
33. İddiaçının əmək kitabçasında göstərilən iş stajı xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək 11 ay 16 gün, xx.xx.1984-cü ildən xx.xx.1987-ci ilədək 2 il 8 ay 11 gün, xx.xx.1992-ci ildən xx.xx.1993-cü 1 il 2 ay 13 gün, xx.xx.1993-cü ildən analıq məzuniyyətinə çıxdığı xx.xx.1997-ci ilədək 4 il 1 ay 25 gün, analıq məzuniyyətindən qayıtdığı xx.xx.2000-ci ildən işdən çıx dığı xx.xx.2000-ci ilədək 13 gün təşkil edir.
34. Eyni zamanda iddiaçı xx.xx.1997-ci ildə doğulmuş uşağına görə xx.xx.1997ci il tarixli əmrlə analıq məzuniyyətinə buraxılmış və həmin uşağın 3 yaşına çatdığı xx.xx.2000-ci ilədək 3 il 1 ay 13 gün analıq məzuniyyətində olmuşdur. 35. xx.xx.2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 1-ci hissəsində deyilir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
36. Həmin maddənin 3-cü hissəsinə əsasən əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
37. Bu b axımdan da Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, yuxarıda göstərilən müddətlər, o cümlədən məzuniyyətdə olduğu müddət (cəmi 12 il 2 ay 1 gün) onun sosial sığorta stajına daxil edilməlidir.
38. Eyni zamanda iddiaçı xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək 10 ay 22 gün texniki peşə məktəbində təhsil almışdır. 39. xx.xx.1956-cı ildə qüvvəyə minmiş və xx.xx.1992-ci ilədək qüvvədə olmuş "Dövlət pensiya təminatı haqqında" SSRİ Qanununun 109-cu maddəsində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir.
40. Bu baxımdan da Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, qeyd edilən təhsil müddəti də iddiaçının sosial sığorta stajına daxil edilməlidir.
41. Eyni zamanda iddiaçı 2019-cu ilin sentyabr ayınadək cəmi 13 il 5 ay müddətində fiziki şəxs kimi sosial sığorta haqqı ödəmişdir.
42. Azərbaycan Respublikası "Əmək pensiyaları haqqında" Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
43. Balakən rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 52 nömrəli arxiv arayışında qeyd etmişdir ki, İddiaçı 1986-1989-cu il lərdə Balakən rayonu Hənifə kəndində yerləşən "Azad" kolxozunda işləmiş, işlədiyi adam/saatların miqdarı 1986-cı ildə 1600, 1987-ci ildə isə 12 olmuşdur. Digər iki ildə iddiaçıya hesablanmış pul və dekret pulu qeyd olunsa da, işlədiyi adam/saatların miqdarı göstərilməmişdir. Həmin dövrdə kolxozda minimum əmək iştirakı norması 180 adam/gün (180 adam/gün x 8 saat = 1.440 adam/saat) olmuşdur. 44. xx.xx.2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrində deyilirdi ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır.
45. Bu baxımdan da Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, 13 il 5 ay müddət iddiaçının sosial sığorta stajına daxil edilməlidir ki, sadalanan bütün sığorta stajı müddətlərini topladıqda 26 il 5 ay 23 gün təşkil edir, bu isə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayətdir. İddiaçı kolxozda 1986-cı ildə əmək iştirakı minimumunu tam yerinə yetirmiş, 1987-ci ildə isə cəmi 12 adam/saat işləmişdir ki, bu da 2 adam/gündən də azdır, lakin bununla yanaşı, o, 1986-c ı və 1987-ci illərdə həm də Balakən rayon icra cəmiyyətində satıcı işlədiyinə və həmin müddətlər onun sosial sığorta stajına daxil edildiyinə görə eyni müddət təkrarən onun sığorta stajına daxil edilə bilməz.
46. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(107)-397/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.