Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-131/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası; işin hallarının hərtərəfli araşdırılmaması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosia l Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1032/2021 nömrəli, 04 may 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1961-ci il təvəllüdlü olan iddiaçı ona 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh 20 fevral 2020-ci il tarixli **********3 saylı, 06 mart 2020-ci il tarixli **********3 saylı məktublarla imtina cavabı verərək bildirmişdir ki, onun 01.01.2006-cı il tarixədək 25 il ümumi, 12 il 6 ay xüsusi iş st ajı tamamlanmadığından müraciəti təmin edilə bilməz. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşı tamam olduğu tarixdən, yəni 13.03.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 02.10.1978-ci ildən 01.06.1979-cu ilə qədər Oğuz rayonu Dövlət Sığorta Müfəttişliyində sığorta agenti işləmiş, 21.11.1979-cu ildən 28.11.1981-ci ilə qədər Sovet ordusu sıralarında hərbi xidmətdə olmuş, hərbi xidmətini başa vurduqdan sonra 15.01.1982-ci ildən 21.12.1982-ci ilə qədər Oğuz Təsərrüfatlararası Tiki nti İdarəsində fəhlə, 04.02.1983 - 04.12.1990-cı illərdə (04.02.1983cü ildən 01.03.1984-cü ilə qədər 0016 saylı Hərbi Mühafizə Dəstəsində birinci dərəcəli atıcı, 01.03.1984-cü ildən 13.05.1988-ci ilə qədər 016 saylı Hərbi Mühafizə Dəstəsində birinci dərəcəli KPP nəzarətçisi, 13.05.1988-ci ildən 23.06.1988-ci ilə qədər 730 saylı sexdə elektrik avadanlığının təmiri üzrə 3 dərəcəli elektrik ustası (elektrikmontyoru), 23.06.1988-ci ildən 10.10.1989-cu ilə qədər 997 saylı şöbədə istilik məntəqəsinin 4 dərəcəli qazanxana maşinisti – ocaqçı operator, 10.10.1989-cu ildən 12.04.1990-cı ilə qədər 375 saylı sexdə qilyotin və presslər ilə 3-cü dərəcəli dəmir xəlitə doğrayıcısı, 12.04.1990-cı ildən 04.12.1990-cı ilə qədər Hərbi Mühafizə Dəstəsində KPP nəzarətçisi) RSFSR-nin “Kirov zavodu” İstehsalat Bi rliyində, 22.12.1990-cı ildən 31.08.1991-ci ilə qədər Oğuz Təsərrüfatlararası Tikinti İdarəsində işləmişdir. Daha sonra ali təhsil almaq üçün Bakı Musiqi Akademiyasına daxil olmuş və 1991-ci ildən 1996-cı ilə qədər solo oxuma ixtisası üzrə təhsil almışdır. Təhsil aldığı müddətdə ixtisasına uyğun əmək fəaliyyəti ilə də məşğul olmuşdur. Belə ki, 12.04.1993-cü ildən 26.08.1999-cu ilə qədər Azərbaycan Dövlət Filarmoniyasında dövlət mahnı və rəqs ansamblının xor artisti, daha sonra X1 artisti vəzifəsinə işləmişdir. 07.06.2000-ci ildən hazırkı vaxta qədər isə Azərbaycan Dövlət Filarmoniyasında X1 artisti vəzifəsində işləyir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olan əmək pensiyası qanunvericiliyinə əsasən, kişilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 2 №-li siyahı üzrə 57 yaşdan pensiyaya çıxmaq hüququna malikdirlər. İddiaçı 01.01.2006-cı il tarixə qədər təhsil və hərbi xidmət müddətləri də, daxil olmaqla 25 il 8 ay 10 gün ümumi iş stajı, 13 il 10 ay 7 gün zərərli iş stajını tamamlamışdır. Zərərli iş stajının bir qismini təsdiq edən Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən müvafiq arayış verilmişdir. “Kirov zavodu” İstehsalat Birliyində işlədiyi dövrə dair isə güzəştli arayışın əldə edilməsi mümkünsüzdür. Belə ki, həmin Zavod sovet dövründə və RSFSR ərazisində fəaliyyət göstərmişdir. Lakin, zavodun fəaliyyəti əlvan metallurgiya sənayesinə aid olduğundan işlədiyi vəzifələr müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının 7-ci bölməsinin 7.1-ci yarımbölməsinin “doğrayı cılar”, 7.2-ci yarımbölməsinin “qazanxana maşinistləri (ocaqçıları)” və “təmir çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə qaz qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları” peşələrinə uyğunlaşdırılmalıdır.
4. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir.
5. Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2-1(112)-4619/2021 saylı qərar ilə (hakim: A.A.Abdullayeva) iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni 13.03.2018-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 01.01.2006-cı ilə qədər 25 ildən artıq ümumi və 12 il 6 aydan artıq güzəştli iş stajı olduğundan iddia tələbi əsaslıdır.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1032/2021 nömrəli iş üzrə 04 may 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: V.M.Məmmədov və A.Ə.Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanması üçün qanunv ericiliklə nəzərdə tutulmuş güzəştli iş stajına malik olmadığından onun iddia tələbi əsassızdır. Belə ki, iddiaçının çalışdığı xor artisti, X1 artisti vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş müvafiq Siyahıda öz əksini tapmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş müvafiq Siyahıda isə yalnız peşəkar xor kollektivləri, solo partiyasını ifa edən artistlər nəzərdə tutulmuşdur.
10. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı hesab edir ki, apell yasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə qanuni və əsaslı deyildir. Belə ki, onun işlədiyi “xor artisti” və “xor kapellasının artisti” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetini 2007-ci il tarixli 12 nömrəli qərarının 33-cü bölməsində (“peşəkar xor kollektivləri”, “sola partiyasının ifa edən artistlər”) öz əksini tapmışdır. Qeyd edilən bu hal iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığından qanunun geriyə qüvvəsi tətbiq edilməlidir. Bundan əlavə, RSFSR ərazisində fəaliyyət göstərmiş “Kirov zavodu” İstehsalat Birliyi hazırda fəaliyyət göstərmədiyindən həmin zavoddakı əmək fəaliyyəti ilə bağlı arayış əldə edilməsi mümkün deyildir. Lakin bu hal onun ziyanına şərh oluna və onun zərərli işdə işləmədiyi nəticəsinə gəlməyə əsas verə bilməz. TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbayca n Respublikasının Konstitusiyası Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə
149. Normativ hüquqi aktlar... Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. 13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verə n tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 14. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü madd əsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən, 13-cü maddədə nəzərdə tutulmuş yaş həddinin 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişd ir.
17. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə tərkibi hesab edir ki, şikayət qismən - qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
19. Belə ki, hazırkı iş üzrə iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 01.01.2006-cı il tarixədək 25 il ümumi stajı və 12 il 06 ay güzəştli iş stajı olmalıdır.
20. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçının 01.01.2006-cı ilədək 25 ildən artıq stajı vardır (bu hal iş materiallarınd a olan əmək kitabçaları ilə təsdiq olunur – iş v.7-19).
21. İddiaçının güzəştli stajına münasibətdə isə məhkəmə tərkibi aşağıdakıları qeyd edir.
22. İşə baxan apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının çalışdığı xor artisti, X1 artisti vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş müvafiq Siyahıda öz əksini tapmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş müvafiq Siyahıda isə yalnız peşəkar xor kollektivləri, solo partiyasını ifa edən artistlər nəzərdə tutulmuşdur.
23. İddiaçı isə hesab edir ki, onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetini 2007-ci il tarixli 12 nömrəli qərarının 33-cü bölməsində (“peşəkar xor kol lektivləri”, “sola partiyasının ifa edən artistlər”) öz əksini tapsa da, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq onun iddia tələbini təmin etməmişdir.
24. Məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq bildirir ki, şəxsin işləmiş olduğu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş Siyahılarda olmasa da, Azərbaycan Respublikası Nazirlər Kabinetini 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıda varsa, həmin peşədə işlədiyi dövr güzəştli staja daxil edilə bilər və buna qarşı bildirilmiş əks mövqe Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə zidd hesab edilməlidir. Belə ki, həmin maddəyə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziy yətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. 25. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 28.01.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində iki növ normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi nəzərdə tutulmuşdur: fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran; hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran” ifadəsinin nəyi nəzərdə tutması və bu ifadənin fiziki və hüquqi şəx slərin maddi vəziyyətinin yaxşılaşdırılmasını özündə ehtiva edib-etməməsinə dair sorğuda qaldırılan suala cavab olaraq Konstitusiya Məhkəməsinin Plenumu, ilk növbədə, “hüquqi vəziyyət” anlayışına aydınlıq gətirilməsini zəruri hesab edir. Şəxsiyyətin “hüquqi vəziyyəti” və “hüquqi statusu” məfhumları eyni məna daşıyır. “Status” sözü latın dilindən tərcümədə kiminsə və ya nəyinsə vəziyyəti deməkdir. Bu halda şəxsiyyətin, insanın, vətəndaşın statusu nəzərdə tutulur. Hüquqi status şəxsiyyətin cəmiyyətdə vəziyyətinin hüquqi cəhətdən təsbit edilməsidir. Hüquqi statusun əsasını faktiki sosial status, yəni mövcud ictimai münasibətlər sistemində insanın real vəziyyəti təşkil edir. Hüquq bu vəziyyəti qanunvericilik çərçivəsinə salaraq tənzimləyir. Hüquqi statusun aşağıdakı növləri fərqləndirilir: - v ətəndaşın ümumi və ya konstitusiya statusu; - müəyyən kateqoriya vətəndaşların xüsusi statusu; - fərdi status və s. Hüquqi statusun növləri çox olsa da, praktiki cəhətdən yuxarıda göstərilən üç növü əhəmiyyət kəsb edir. Ümumi hüquqi status dedikdə, dövlətin vətəndaşı, cəmiyyətin üzvü kimi şəxsin statusu başa düşülür. Ümumi hüquqi status Konstitusiya ilə müəyyən edilir və müxtəlif şərtlərdən (qulluq mövqeyindəki dəyişikliklərdən, ailə vəziyyətindən, vəzifəsindən, yerinə yetirdiyi funksiyalardan) asılı deyildir, hamı üçün vahid və eynidir, nisbi stabil və ümumi səciyyəyə malikdir. Ümumi hüquqi status hüquq subyektlərinin bütün xüsusiyyətlərini, fərqlərini, səciyyəsini əhatə edə bilməz. Buna görə də hüquq subyektlərinin əmək fəaliyyətindən, daxil olduğu hüquq münasibətlərinin xarakterindən, d igər vəziyyətlərdən asılı olaraq mütəmadi yaranan və xitam olunan çoxsaylı subyektiv hüquqlar və vəzifələr ümumi hüquqi statusa daxil deyildir. Xüsusi status müəyyən kateqoriya vətəndaşların (məsələn, pensiyaçıların, tələbələrin, hərbi qulluqçuların, müəllimlərin, əlillərin, müharibə iştirakçılarının və s.) vəziyyətinin xüsusiyyətlərini əks etdirir. Göstərilən təbəqələr və qruplar vətəndaşın ümumi konstitusiya statusuna əsaslanan və mövcud qanunvericilikdə nəzərdə tutulan əlavə hüquqlara, vəzifələrə, güzəştlərə malik ola bilərlər. Fərdi status ayrıca şəxsin səciyyəsini (məsələn, şəxsin cinsini, ailə vəziyyətini, yerinə yetirdiyi işi, digər xüsusiyyətlərini) əks etdirir. Fərdi status vətəndaşın fərdi hüquqlarının və vəzifələrinin məcmusudur. Fərdi hüquqi status dinamikdir, insanın həyatında baş verən dəyişikliklərə müvafiq olaraq dəyişir. Xüsusi, fərdi və digər növ statuslar ümumi (konstitusiya) statusa zidd ola bilməz. Əksinə, onlar ilkin, başlıca status kimi ona əsaslanmalıdırlar. “Hüquqi vəziyyət (status)” kateqoriyası hər hansı subyektin hüquq və vəzifələrinin məcmusunu xarakterizə edir. Bu anlayış qanun nöqteyi nəzərindən subyektin cəmiyyətdə tutduğu mövqeyi və malik olduğu imkanları səciyyələndirir. “Hüquqi vəziyyət (status)” hüququn ayrı-ayrı subyektləri (həmin subyektlər sırasına dövlət də aiddir) arasında qarşılıqlı əlaqələrin qurulmasının hüquqi prinsiplərinin əsasını təşkil edir. Beləliklə, hüquqi vəziyyətin strukturunu bir-biri ilə dialektik əlaqədə olan şəxsiyyətin hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür....“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz.”
26. Göründüyü kimi, o normaların geriyə qüvvəsi va rdır ki, onlar şəxsin qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etsin, başqa sözlə hüquqi vəziyyətini yaxşılaşdırsın.
27. Hazırkı işdə də iddiaçının güzəştli staj dövrü kimi nəzərə alınmasını tələb etdiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş müvafiq Siyahıda öz əksini tapmasa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş müvafiq Siyahıda nəzərdə tutulduğundan və iddiaçının ona şamil edilməsini tələb etdiyi normativ akt (hazırkı halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahı) onun “hüquqi vəziyyətini” yaxşılaşdırdığından, onun pensiya h üququnun mahiyyətinə və həcminə təsir etdiyindən, ona münasibətdə tətbiq oluna bilər.
28. Bununla yanaşı, məhkəmə tərkibi bildirir ki, iş materiallarında olan M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən verilmiş 160/10-k nömrəli, 09 oktyabr 2020-ci il tarixli izahlı arayışda qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №-li Qərarından irəli gələn müddəalara əsasən, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın İncəsənətin xüsusi bölməsi olaraq, İddiaçı 12 aprel 1993-cü il tarixindən 14 sentyabr 1994-cü il tarixinədək əsas işçi olaraq M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblında xor ar tisti, 14 sentyabr 1994-cü il tarixindən 26 avqust 1999-cu il tarixinədək əsas işçi olaraq Azərbaycan Dövlət Xor Kapellasında artist vəzifəsində işləmiş və 07 iyun 2000-ci il tarixindən hal-hazıradək isə əsas işçi olaraq M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Azərbaycan Dövlət Xor Kapellasında artist vəzifəsində çalışır. Qanunvericilikdə nəzərdə tutulmuş İncəsənətin xüsusi sahəsində Azərbaycan Dövlət Xor Kapellasında artist vəzifəsində işləməsi nəzərə alınaraq, həqiqətən o, güzəştli şərtlərlə təqaüd almaq hüququna malikdir.
29. İş materiallarında olan izahlı arayışla bağlı məhkəmə tərkibi qeyd edir ki, sözügedən arayışın məzmunu iddiaçının xüsusi (güzəştli) iş stajının təsdiqi üçün yetərli hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfind ən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən həmin sənəd (güzəştli arayış) məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, arayışda ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. İPM-in 58.6-cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Odur ki, pensiya işlərinə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın İncəsənət bölməsində “peşəkar xor kollektivləri, solo partiyasını ifa edən artistlər”, “peşəkar bədii kollektivlərin xor artistləri” və s. kimi vəzifələr nəzərdə tutulmuşdur. Lakin sözügedən arayışda hər hansı koda uyğunlaşdırma aparılmamış, iddiaçının tutduğu vəzifə Siyahıdakı konkret vəzifəyə uyğunlaşdırılmamışdır. Bu baxımdan, təkrar baxış zamanı iddiaçının güzəştli arayışı ilə bağlı ətraflı araşdırılma aparılmalı və əlavə məlumatlar tələb edilməlidir.
31. Bundan əlavə, iddiaçı 04.02.1983-04.12.1990-cı ilə qədər onun RSFSR-nin “Kirov zavodu” İstehsalat Birliyində işlədiyi dövrün (04.02.1983-cü ildən 01.03.1984-cü ilə qədər 0016 saylı Hərbi Mühafizə Dəstəsində birinci dərəcəli atıcı, 01.03.1984-cü ildən 13.05.1988-ci ilə qədər 016 saylı Hərbi Mühafizə Dəstəsində birinci dərəcəli KPP nəzarətçisi, 13.05.1988-ci ildən 23.06.1988-ci ilə qədər 730 saylı sexdə elektrik avadanlığının təmiri üzrə 3 dərəcəli elektrik ustası (elektrikmontyoru), 23.06.1988-ci ildən 10.10.198 9-cu ilə qədər 997 saylı şöbədə istilik məntəqəsinin 4 dərəcəli qazanxana maşinisti – ocaqçı operator, 10.10.1989-cu ildən 12.04.1990-cı ilə qədər 375 saylı sexdə qilyotin və presslər ilə 3-cü dərəcəli dəmir xəlitə doğrayıcısı, 12.04.1990-cı ildən 04.12.1990-cı ilə qədər Hərbi Mühafizə Dəstəsində KPP nəzarətçisi) güzəştli stajına daxil edilməli olmasını iddia edir. İddiaçının həmin dövrlə bağlı iş stajını əmək kitabçası təsdiq edir və bu barədə güzəştli arayışı yoxdur.
32. Eyni zamanda, iddiaçı kassasiya şikayətində bildirir ki, RSFSR-nin “Kirov zavodu” İstehsalat Birliyindən güzəştli arayış əldə edə bilməz (hazırda müəssisə fəaliyyət göstərmədiyindən) və bu hal onuna ziyanına şərh olunmamalıdır.
33. Bununla bağlı olaraq, məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikasının Ali Məhkə məsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, müəssisənin məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış onun hüquq varisindən, hüquq varisi olmadıqda isə müəssisənin sənədlərinin saxlanıldığı qurumdan əldə edilə bilər. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin siyahıdakı kodlara uyğunluğuna dair arayış verə bilər.
34. Belə olan halda, iddiaçının həmin müəssisədə işlədiyi peşələr üzrə güzəştli stajının olub-olmaması ilə bağlı icmal məktubda qeyd edilənlərə uyğun araşdırılma aparılmalıdır.
35. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qərar qəbul edildiyindən, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi qərarda qeyd olunan hüquqi mövqeni nəzərə almaqla işə baxmalıdır.
36. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1032/2021 nömrəli, 04 may 2021-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.