Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-131/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövl ət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2247/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1979 - xx.xx.1981-ci illərdə hərbi xidmətdə olmuş, 1982-ci ildə Azərbaycan Mühəndis İnşaat İnstitutuna daxil olmuş və 1987-ci ildə həmin institutda hidromeliorasiya işlərinin mexanikləşdirilməsi ixtisası üzrə tam kursu bitirmişdir.
2. Azərbaycan Memarlıq və İnşaat Universitetinin xx.xx.1987-ci il, “276u/p” saylı əmrindən çıxarışa əsasə n, iddiaçı xx.xx.1982-ci il, 193r saylı əmrlə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “Hidromeliorasiya” fakültəsinin əyani şöbənin 1-ci kursuna daxil olmuşdur (qr.342a”). xx.xx.1987-ci il, 276 u/p saylı əmrlə “Hidromeliorasiya işlərinin mexanikləşdirilməsi” ixtisasının tam kursunu bitirmiş və Dövlət İmtahan Komissiyasının qərarına əsasən ona “Mühəndis-mexanik” ixtisası verilmişdir. 3. “X2” MMC-nin 220/A nömrəli, xx.xx.2021-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, iddiaçı X2 Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində çalışmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi yanında X1 Salan Mərkəz tərəfindən tərtib edilmiş X2 Limited şirkətinin arxiv fondunun materiallarında onun 07 may 2008-ci il tarixdən 14 sentyabr 2009-cu il tarixədək “Mexaniklər” sah əsində isti və zərərli iş şəraitində hidravlik çilingər peşəsində çalışması qeyd olunmuşdur. Qeyd edilmiş peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü bəndinin (Metallurgiya İstehsalatı) 3.2 (a) yarımbəndinə təmirçi çilingərlər kimi öz əksini tapmışdır. 4. “X2” MMC-nin 05/L nömrəli, xx.xx.2021-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, iddiaçı 14 sentyabr 2009-cu il tarixdən bu günədək Mexaniklər xidmətində isti və zərərli iş şəraitində hidravlik-çilingər peşəsində çalışır. Qeyd edilmiş peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı il ə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3.2 (a) yarımbəndinə təmirçi çilingərlər kimi öz əksini tapmışdır.
5. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, müraciəti təmin edilməmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.2008-ci il tarixindən bu günədək “X2” MMC-nin Mexaniklər sahəsində işlədiyi hidravlik vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilə rin Siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yarandığı tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1977-ci ildən əmək fəaliyyətinə başlamışdır. xx.xx.1982-ci ildə Azərbaycan Respublikası İnşaat Mühəndisləri İnstitutunun “Hidromeliorasiya” fakültəsinin ə yani şöbə üzrə 1-ci kursuna daxil olmuş, xx.xx.1987-ci ildə həmin fakültəni “Hidromeliorasiya işlərinin mexanikləşdirilməsi” ixtisası üzrə bitirmişdir. 07 may 2008-ci il tarixdən 14 sentyabr 2009-cu il tarixədək “X2” MMC-də “Mexaniklər sahəsində isti və zərərli iş şəraitində hidravlik” peşəsində, 14 sentyabr 2009-cu il tarixdən bu günədək “Mexaniklər xidmətində isti və zərərli iş şəraitində hidravlik-çilingər” peşəsində çalışmışdır. Onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə ilə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3.2 (a) yarımbəndində təmirçi çilingərlər kimi öz əksini tapmışdır. 26 ildən çox əmək stajı var, bu st ajın 12 il 6 ayından çoxunu zərərli iş şəraitində işləmişdir. Güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, onun “X2” MMC-də işlədiyi “Mexaniklər sahəsində isti və zərərli iş şəraitində hidravlik” və “Mexaniklər xidmətində isti və zərərli iş şəraitində hidravlik-çilingər” peşələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda olmadığı əsas gətirilərək, ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina edilmişdir.
8. Cavabdehin iddiaya dair etirazı imtina məktubuna uyğun tərtib edilmişdir. 9. “X2” MMC-n in 23 sentyabr 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı (iddiaçı) 14 sentyabr 2009-cu il tarixdən bu günədək Mexaniklər xidmətində isti və zərərli iş şəraitində hidravlik-çilingər peşəsində çalışır. Vəzifə təlimatına əsasən, İddiaçı əsas əmək funksiyaları Poladəritmə sexində avadanlıqların hidro və pnevmosistemlərinin təmiri və texniki xidmətinin həyata keçirilməsindən ibarətdir. O, avadanlıqların işlətmə qabiliyyətinin, əsas detalların, mexanizmlərin yoxlanılması, qrafikə uyğun olaraq təmir işlərinin yerinə yetirilməsi və vəzifə təlimatına uyğun olaraq digər təmir işlərini həyata keçirir. İddiaçı bütün iş vaxtını Elektrik poladəritmə sexində isti və zərərli iş şəraitində keçirir. İddiaçı əsas işi avadanlığın təmiri ilə bağlı olduğundan onun tutduğu vəzifə Azərbaycan Respu blikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3.2 (a) yarımbəndinin 34-cü sətrində qeyd edilən “təmirçi çilingərlər” şifrəsinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li qərarı ilə təsdiq edilmiş siyahıya istinad edərək, İddiaçı tutduğu peşə 3-cü Metallurgiya istehsalatı bölməsinin 2-ci Polad və ferroərintilər istehsalatı yarımbölməsində qeyd edilən 1030200a-1753a (təmirçi-çilingərlər) koduna aiddir. Müəssisədə iş yerlərinin attestasiyasının nəticələrinə əsasən, əmək şəraiti zərərli olduğu üçün İddiaçı əmək haqqına 8 faiz əlavə ödənilir. Əmək Məcəlləsinin 115-ci maddəsi nə uyğun olaraq 6 gün əlavə məzuniyyət günlərinin verilməsi təmin olunur.
10. Cavabdehin 19 oktyabr 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçıya 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 13798,53 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 31775,62 manat olmaqla, cəmi pensiya kapitalı 45574,15 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq, İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 18 il 1 ay 9 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncam larına əsasən indeksləşdirilərək 13798,53 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 31775,62 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə, onun Mərkəzi Filiala müraciətində qeyd etdiyi kimi 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ötrü əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 39000,00 manat məbləğində hesablanmışdır. 11. “X2” MMC-nin 3 fevral 2022-ci il tarixli mək tubunda qeyd edilmişdir ki, İddiaçı çalışdığı “mexaniklər sahəsində hidravlik” və “hidravlik çilingər” peşələri eynidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3.2 (a) yarımbəndinin 34-cü sətrində qeyd edilən “təmirçi çilingərlər” şifrəsinə aiddir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li qərarı ilə təsdiq edilmiş siyahıya istinad edərək, İddiaçı tutduğu peşə 3- cü Metallurgiya istehsalatı bölməsinin 2-ci Polad və ferroərintilər istehsalatı yarımbölməsində qeyd edilən 1030200a-1753a (təmirçiçilingərlər) koduna aiddir.
12. Bakı İnzibati Məhkə məsinin 2-1(112)-1810/2022 saylı, 4 fevral 2022-ci il tarixli qərarı ilə (hakim H.A.Ağalarov) iddiа təmin edilərək iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının zərərli peşələrdə işlədiyi müddət xx.xx.2008-ci il tarixdən 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixədək 12 il 7 ay 25 gün olduğundan, iddiaçı tərəfindən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün güzəştli iş stajı ilə bağlı şərt (12 il 6 aydan çox) ödənildiyindən cavabdeh orqanın imtinası əsassız olmuşdur.
14. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş e tmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2247/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/ A.P.Oruczadə və C.A.Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2-1(112)-1810/2022 saylı, 4 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
18. Cavabdehin kassasiya şikayəti imtina məktubuna və iddiaya dair verilmiş etiraza uyğun tərtib edilmişdir. (bax: hazırki qərarın 5 və 10-cu bəndləri). b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri: 19. kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Qanun: 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ş ərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22.1.əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işləri n (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Əvvəlki redaksiyada deyilirdi (29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş) 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 i l sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 21. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir. 22. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
23. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müda fiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar ”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Qaydalar”ın 3.6-cı bəndinə əsasən, Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasi ya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə b ilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər..... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
25. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. İddiaçının kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. İddiaçı apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazı rkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab olun a bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və güzəştli iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
32. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
33. Kassatorun əsas dəlili ondan ibarətdir ki, iddiaçının xx.xx.2008-ci il tarixindən bu günədək “X2” MMC-nin Mexaniklər sahəsində işlədiyi hidravlik vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır.
34. Göstərilən dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi “X2” MMC tərəfindən verilmiş xx.xx.2021 və xx.xx.2022-ci il tarixli güzəştli iş stajı barədə arayışlardan görünür ki, onun çalışdığı “mexaniklər sahəsind ə hidravlik” və “hidravlik çilingər” peşələri “təmirçi çilingərlər” peşəsinə aid edilir. “Təmirçi çilingərlər” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3.2 (a) yarımbəndinin 34-cü sətrində öz əksini tapmışdır.
35. Beləliklə, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarından müəyyən edilmişdir ki, iddiaçının 60 yaşının tamam olduğu tarixə (xx.xx.2021ci il) ümumi stajı 25 ildən və güzəştli stajı 12 il 6 aydan çoxdur, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 45.574,15 manat olmaqla, qanunvericiliyə uyğun olaraq ona münasibətdə hesablanmı ş tələb olunan həddən (39.000,00 manat) artıqdır.
36. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya həmin pensiyanın təyin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır.
37. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Apellyasiya instansiyası məhkəməsinin qərarı hazırki qərarın 20-23-cü bəndlərində qeyd olunan maddi və prosessual hüquq no rmalarının tələblərinə uyğundur.
39. Ona görə də, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2247/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.