Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-131/2024 19.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi (hidroaqreqat maşinisti və elektrik montyoru)) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müd afiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “1982-ci ildən 1995-ci ilədək, 2002-ci ildən 2003-cü ilədək, 2017-ci ildən 2022-ci ilədək hidroaqreqat maşinisti, 2012-ci ildən 2017-ci ilədək elektrik montyoru işlədiyi illər nəzərə alınmaqla, xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 iyul 2023-cü il tarixli, 2-1(107)-327/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1962-ci ildə doğulmuşdur. O, xx.xx.1982-c i ildə X1 1-ci qrup hidroaqreqat maşinisti vəzifəsində qəbul edilmiş, ona xx.xx.1984-cü ildən 2-ci qrup hidroaqreqat maşinisti, xx.xx.1985-ci ildə 4-cü dərəcə hidroelektrik stansiyası avadanlıqlarının təmiri üzrə çilingər, xx.xx.1988-ci ildən 3-cü qrup hidroaqreqat maşinisti ixtisası verilmiş, xx.xx.1995-ci ildə işdən azad olunmuşdur. xx.xx.1997-ci ildən Şəki EŞ-də elektrik montyoru vəzifəsinə qəbul olunmuş, xx.xx.2001-ci ildən “Gəncəelektrikşəbəkə” ATSC-nin sərəncamına keçirilmiş, xx.xx.2002-ci ildən işdən azad edilmişdir. xx.xx.2002-ci ildən 3-cü dərəcə ilə hidroaqreqat maşinisti kimi Mingəçevir SES silsiləsinin şəxsi heyətinin tərkibinə daxil edilmiş, xx.xx.2003-cü ildə Mingəçevir SES silsiləsi MMC-nin tabeliyində olan Şəki kiçik SES-in mülkiyyət forması dəyişdiyi, yeni hüquqi statuslu "xxxx" ASC yarandığı üçün Mingəçevir SES silsiləsi MMC ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2003-cü il tarixdən "xxxx" ASC-nin yeni ştat strukturuna uyğun olaraq elektromexanik vəzifəsinə təyin olunmuş, xx.xx.2012-ci ildə Şəki SES ASC-də elektrik montyoru vəzifəsinə keçirilmiş, xx.xx.2017-ci ildə Şəki SES ASC-də hidroaqreqat maşın zalına xidmət üzrə 5-ci dərəcə elektrik montyoru vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci ildə işdən azad edilmişdir. xx.xx.2020-ci ildən "xxxx" MMC-də hidroaqreqat maşın zalına xidmət üzrə elektrik montyoru vəzifəsinə təyin edilmişdir. 2. “X3 Şəbəkəsi” MMC-nin xx.xx.2022-ci il tarixli, 121/01-05-05 nömrəli arayışı ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1982-ci il tarixli 155 saylı əmrlə xx.xx.1982-ci il tarixdən X2 Şəki şəhər şəbəkə rayonuna 1-ci q rup hidroaqreqat maşinisti vəzifəsinə qəbul edilmiş, xx.xx.1984-cü il tarixli 229 saylı əmrlə xx.xx.1984-cü il tarixdən ona 2-ci qrup hidroaqreqat maşinisti, xx.xx.1985-ci il tarixli 133 saylı əmrlə xx.xx.1985-ci il tarixdən 4-cü dərəcə hidroelektrik stansiya avadanlıqlarının təmiri üzrə çilingər, xx.xx.1988-c il tarixli 177 saylı əmrlə İİİ qrup hidroaqreqat maşinisti ixtisası verilmişdir. xx.xx.1995-ci il tarixli 163 saylı əmrlə xx.xx.1995-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. 3. “X4 Stansiyası” ASC-nin xx.xx.2022-ci il tarixli, 02 nömrəli arayışı ilə müəyyən olunur ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə), “X4 Stansiyası" ASC-də də xx.xx.2003-cü il tar ixdən (Əmr N:2, §-4) elektromexanik, xx.xx.2012-ci il tarixdən (Əmr N:4, §-5) elektrik montyoru, xx.xx.2017-ci il tarixdən (Əmr N:15, §-4) 5-ci dərəcə elektrik montyoru (hidroaqreqat maşın zalına xidmət üzrə) işləmiş, xx.xx.2020-ci il tarixdən (Əmr N:2, §-4) ərizəsinə əsasən işdən azad edilmişdir. İşlədiyi vəzifə üzrə sığorta (əmək) stajı 16 il, 6 ay, 22 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri - hidroelektrik stansiyasının hidroaqreqat maşinisti, hidroqreqat maşın zalına xidmət üzrə elektrik montyoru olmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının 402000 bəndinin, 214000 yarımbəndinin, 2140200a-13660 və 2140200a-19840 vəzifə kodlarına uyğund ur. 4. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 41 nömrəli arayışı ilə müəyyən olunur ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə), “ASK Şəki SES" MMC-də xx.xx.2020-ci il tarixdən (Əmr N:04-2020, §-9) 5-ci dərəcə elektrik montyoru (hidroaqreqat maşın zalına xidmət üzrə) işləyir. İşlədiyi vəzifə üzrə sığorta (əmək) staji 2 il, 4 ay, 25 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri - hidroelektrik stansiyasının hidroaqreqat maşın zalına xidmət üzrə elektrik montyoru olmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 saylı siyahının 402000 bəndinin, 214000 yarımbəndinin, 2140200a-19840 vəzifə koduna uyğundur.
5. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, xx.xx.2003 - xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində “X4 Stansiyası” ASC-də elektromexanik vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin sıyahısı” nın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin bəndin içərisində quraşdırılması və yaxud aşağı byefin minimum səviyyəsindən aşağıda yerləşdirilməsi hidroelektrik stansiya ları və maşın zallı hidroelektrik stansiyaları bəndində nəzərdə tutulmamışdır. Bu səbəbdən də, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (9 il 7 ay (xx.xx.2012 - xx.xx.2014-cü il, xx.xx.2015-xx.xx.2020 - ci il, xx.xx.2020 - xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 1982-ci ildən 1995-ci ilədək, 2002-ci ildən 2003-cü ilədək, 2017-ci ildən 2022-ci ilədək hidroaqreqat maşinisti, 2012-ci ildən 2017-ci ilədək elektrik montyoru işlədiyi illər nəzərə alınmaqla, xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddiaçının tələbi hazırki qərarın 1-5-ci bəndlərində sadalanan faktiki hallara istinad edilməklə əsaslandırılmışdır.
8. Cavabdehin iddia tələbinə yazılı etirazının əsasını iddiaçının müraciətindən imtinaya dair cavab məktubda qeyd olunanlar təşkil edir.
9. Şəki İnzibati Məhkəməsinin (hakim: F.S.İsmayılzadə) 14 mart 2023-cü il tarixli, 2-1(116)-330/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 1982-ci ildən 1995-ci ilədək, 2002-ci ildən 2003-cü ilədək, 2017-ci ildən 2022-ci ilədək hidroaqreqat maşinisti, 2012-ci ildən 2017-ci ilədək elektrik montyoru işlədiyi illər nəzərə alınmaqla, xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2 022ci il tarixdə kişi cinsinə mənsub şəxsin “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün şəxs siyahıda nəzərdə tutulan peşələrdə işləməli, bu Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. xx.xx.1962-ci il təvəllüdlü iddiaçının 60 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuş, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin tələb olan 60 yaşı tamam olduqdan sonra cavabdehə müraciət etmiş, artıq xx.xx.2022-ci il ta rixdə onun müraciətinə güzəştli iş stajının olmaması əsası ilə imtina cavabı verilmişdir. İşin hallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1995-ci il tarixədək X1 hidroaqreqat maşinisti işləmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 02 nömrəli güzəşti arayışa əsasən, onun xx.xx.2003-cü il tarixdən xx.xx.2012-ci il tarixədək işlədiyi elektromexanik, xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək işlədiyi elektrik montyoru vəzifəsində ümumi iş stajı 16 il 6 ay 22 gün, hidroelektrik stansiyasının hidroaqreqat maşinisti, hidroaqreqat maşın zalına xidmət üzrə elektrik montyoru olmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 saylı siyahının 402000 bəndinin, 214000 yarımbəndinin, 2140200a-13660 və 2140200a-19840 vəzifə kodlarına uyğundur. Göstərilən vəzifə Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 24-cü Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı hissəsinin 24.2-ci bəndinin “a” yarımbəndində göstərilən hidroaqreqat maşinisti vəzifəsinə uyğundur. Həmçinin, iddiaçının “ASK Şəki SES" MMC-də xx.xx.2020-ci il tarixdən 5-ci dərəcə elektrik montyoru (hidroaqreqat maşın zalına xidmət üzrə) işlədiyi müəyyən edilmişdir. İşlədiyi vəzifə üzrə sığorta (əmək) staji 2 il, 4 ay, 25 gün təşkil edir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 41 nömrəli güzəştli arayışa əsasən müəyyən edilmişdir ki, işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüqu quna əsas olan xüsusiyyətləri - hidroelektrik stansiyasının hidroaqreqat maşın zalına xidmət üzrə elektrik montyoru olmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 saylı siyahının 402000 bəndinin, 214000 yarımbəndinin, 2140200a-19840 vəzifə koduna uyğundur. Odur ki, cavabdeh tərəfindən iddiaçının müxtəlif illərdə işləmiş olduğu eyni vəzifənin müəyyən müddətinin güzəştli staja hesablanıb, digər qisminin isə nəzərə alınmaması əsassız olmuşdur. Cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilməmişdir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə təsbit edilmiş hər üç tələbə cavab verməsi öz təsdiqini tapmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaç ının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən, müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul etmiş və hesab etmişdir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe). Beləliklə, məhkəmə araşdırması ilə sübuta yetirilir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyi n olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri).
11. Cavabdeh həmin qərardan apellya siya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, M.A.Əsədli və G.İ.Cavadova) 19 iyul 2023-cü il tarixli, 21(107)-327/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2-1(116)-330/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmi şdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
15. Cavabdehin kassasiya şikayətinin əsasını iddiaçının müraciətindən imtinada, etirazda və apellyasiya şikayətində qeyd olunanlar təşkil edir. Cavabdeh kassasiya şikayətində həmçinin, apelyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozulduğunu, işin hallarının hərtərəfli araşdırılıb hüquqi qiymət verilmədiyini qeyd etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
38. Sosial təminat hüququ 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliy inə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan ve rmədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. …
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli ü çün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. … Maddə
58. Sübutların araşdırılması qaydası … 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. … Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə q ərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçı larına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şi kayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşk il etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Apellyasiya instansiya məhkəməsi istinad etdiyi sübutları p rosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
33. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılması zamanı "xxxx" MMC-nin 09 iyun 2023-cü il tarixli məktubu ilə müəyyən edilmişdir ki, X4 stansiyası 19331935-ci illərdə tikilmiş, 1936-cı ildə istismara verilmişdir. Azərbaycanın vahid enerji sistemində işləyir. İddiaçının 1982-ci ildən 1995-ci ilədək X2 şəhər şəbəkə rayonunda 1-ci qrup h idroaqreqat maşinisti, 2-ci qrup hidroaqreqat maşinisti, 4-cü dərəcə hidroelektrik stansiya avadanlıqlarının təmiri üzrə çilingər, 3-cü qrup hidroaqreqat maşinisti çalışdığı yer sonradan, xx.xx.2001-ci ildən “Gəncəelektrikşəbəkəsı” ATSC-nin, xx.xx.2002-ci ildən İ.M.İslamzadə adına Mingəçevir SES Silsiləsinin tabeçiliyinə verilmişdir. xx.xx.2003-cü ildə mülkiyyət forması dəyişdiyi üçün yeni hüquqi statuslu ”X4 Stansiyası” ASC yaranmışdır.
34. Göründüyü kimi, X4 stansiyası hazırda "xxxx" MMC-nin mülkiyyətindədir və iddiaçının X4 stansiyasında işlədiyi hidroaqreqat maşinisti vəzifəsi və elektromexanik vəzifəsi güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşə (vəzifə) hesab edilməklə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-ci il tarixli, 320 nömrəli Qərarı ilə t əsdiq edilmiş 2 nömrəli siyahının 402000 bəndinin, 2140200a yarımbəndinin, 2140200a-13660 vəzifə koduna və 2140200a-19840 vəzifə koduna uyğundur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1995-ci il tarixədək X1 hidroaqreqat maşinisti, xx.xx.2003-cü il tarixdən xx.xx.2012-ci il tarixədək elektromexanik və xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək elektrik montyoru vəzifəsində işlədiyindən onun ümumilikdə güzəştli iş stajı 16 il 6 ay 22 gün təşkil edir.
35. İşin mübahisələndirilməyən halı olsa da, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.1962-ci il tarixdə doğulmaqla 60 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuş və həmin tarixə onun qanunvericiliklə müəyyən edilmiş qaydada 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajı tamamla nmışdır.
36. İddiaçı tələbində ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası hesab edir ki, həmin dövrdə qüvvədə olan Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən iddia təmin olunmalı və həmin tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.
37. Sonda məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində qeyd etdiyi iddiaçının işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətlərinin olmaması ilə bağlı dəlilinə münasibətdə onu qeyd edir ki, onun işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri hidroelektrik stansiyasının hidroaqreqat maşın zalına xidmət üzrə elektrik montyoru olmaqla, Azərbaycan Respub likasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 saylı siyahının 402000 bəndinin, 214000 yarımbəndinin, 2140200a-19840 vəzifə kodunda qeyd olunan peşənin xüsusiyyətlərindən fərqli olması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Yəni, cavabdeh inzibati orqan iddiaçının işlədiyi vəzifə ilə siyahıda nəzərdə tutulan müvafiq vəzifənin iş xüsusiyyətlərinin fərqli olduğunu bildirsə də, hazırki vəziyyətdə məhkəmə araşdırması zamanı bu hal öz təsdiqini tapmamışdır.
38. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsa sən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 iyul 2023-cü il tarixli, 21(107)-327/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.