Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-131/2025 23.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalına qarşı QƏRARİ (Açar sözlər: qərarının ləğv edilərək əvvəlki pensiya məbləğinin bərpa edilməsi; pensiya məbləğindən tutulmaların geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövl ət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “cavabdeh orqanın əmək pensiyasının yenidən hesablanması barədə 24 iyun 2023-cü il tarixli, 3-17-1/3-7-11410/2023 saylı, 11 avqust 2023-cü il tarixli, 3-17-1/3-7-13299/2023 saylı və 07 noyabr 2023-cü il tarixli, 3-7-1/37-16391/2023 saylı qərarının ləğv edilərək əvvəlki pensiya məbləğinin bərpa edilməsi, tutulmuş məbləğin ona geri qaytarılması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-596/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh və iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı xx.xx.2023- cü il tarixli məktubunda qeyd etmişdir ki, vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı mütəmadi olaraq aparılan araşdırma nəticəsində vaxtilə əmək pensiyanızın hesablanmasının düzgün olmadığı müəyyən edilib. Sizə 18 sentyabr 2018-ci il tarixindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Tərəfimizdən pensiya işinizə dair sənədlərinizin araşdırılması zamanı Azərbaycan Respublikası Müdafiə Nazirliyində işə başlamağınız və hazırda çalışdığınız müəyyən edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı işəgötürən əmək pensiyasını təyin edən orqana mə lumat verməyə borcludur. Sözügedən Qanunun 37.3.4-cü maddəsinə əsasən 20.1.1-20.1,21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.1-ci, 20.1.14- cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə 20.1.4-cü maddəsində göstər şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən ş əxs həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər də maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1,16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. Lakin sizə hal-hazırda əmək pensiyası tam məbləğdə ödənilir. Eyni zamanda bildiririk ki, “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallar da inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, sizə vaxtilə təyin edilmiş hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyanızın məbləğinin qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, pensiya hüququnuza yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinizin dinlənilməsi üçün 23 iyun 2023-cü il tarixədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməyiniz xahiş olunur.
2. Cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd etmişdir ki, A zərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 28 sentyabr 2018-ci il tarixli, MN-11210 nömrəli məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci və 20.15-ci maddələrinə uyğun qaydada sizə 18 sentyabr 2018-ci il tarixindən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən 35 il 9 ay 12 gün xidmət müddətinə görə müvafiq təminat xərcliyinizi 100 faizi miqdarında hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilir (sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyanız 5008,44 manata artırılaraq sizə ödənilib). Qanunun 38.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək halla yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. Sözügedən Qanunun 38.2-ci maddəsinə əsasən işə götürər əmək pensiyaçısını işə qəbul edərkən Qanunun 37.3.4-cü maddəsinə əsasən Qanunun 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə çalışdıqda, onlara qulluq stajına görə əlavənin ödənilməsi dayandırılır və əmək pensiyasının sığorta hissəsi ödənilir. Tərəfimizdən aparılan araşdırma zamanı sizin Müdafiə Nazirliyində yenidən xidmətə cəlb edildiyiniz müəyyən olunub. Bununla əlaqədar olaraq, sizə dair müvafiq məlumatların dəqiqləşdirilməsi ilə bağlı tərəfimizdən aidiyyəti üzrə sorğu göndərilib. Sorğumuza cavab olaraq Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş məlumatlara əsasən xx.xx.2021-xx.xx.2023-cü i tarixləri arasındakı dövr ərzində y enidən xidmətə cəlb olunduğunuz qeyd edilib. Bununla əlaqədar, cari ilin avqust ayında əmək pensiyanız yenidən hesablanaraq təminat xərcliyinizin (3969,60 manat) 100 faizi3969,60 manat məbləğində müəyyən edilib. Eyni zamanda, 4 dekabr 2021-ci il tarixindən yenidən hesablanıb. Qeyd olunanlara əsasən, sizə ümumilikdə 76560,73 manat artıq pul vəsaiti ödənilib. Həmin artıq ödənilmiş 76560,73 manat vəsaitdən cari ilin iyun və iyul ayları üzrə sizə ümumilikdə ödənilməli olan 4925,78 manat vəsait çıxılaraq büdcəyə bərpa edilmişdir. Qalan artıq ödənilmiş 71634,95 manat vəsait cari ilin sentyabr ayından etibarən əmək pensiyanızdan hər ay 10 faiz miqdarında tutularaq büdcəyə bərpa edilir. 3. “Əmək pensiyasının yenidən hesablanması haqqında” 24 iyun 2023-cü il tarixli qərarın məzmunundan görünür ki, hazırkı pensiyanın məbləği 5008,44 manat, xidmətə qayıtması ilə əlaqədar əmək pensiyası yenidən hesablanması aparılmış, yenidən hesablanmış pensiya məbləği 275,25 manat, təyin olunma tarixi xx.xx.2023cü il kimi qeyd edilmişdir. 4. “Əmək pensiyasının yenidən hesablanması haqqında” 11 avqust 2023-cü il tarixli və 07 noyabr 2023-cü il tarixli qərarların məzmunundan görünür ki, hər iki qərar eyniməzmunlu olmaqla, məzmununda hazırkı pensiya məbləği 275,25 manat, ehtiyata buraxılması ilə əlaqədar olaraq əmək pensiyası yenidən hesablanması aparılmış, yenidən hesablanmış məbləğ xx.xx.2023-cü il tarixdən 3969,60 manat kimi qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “2023cü i lin iyun ayından əvvəlki pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilməsi və cavabdeh inzibati orqanın hər ay 10 faiz pensiya məbləğindən tutulma aparılması ilə bağlı hərəkətinin qanunsuz hesab edilməsi və bu müddət ərzində tutduğu pensiyanın geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdeh orqanın əmək pensiyasının yenidən hesablanması barədə 24 iyun 2023-cü il tarixli 3-17-1/3-7-11410/2023 saylı, 11 avqust 2023 -cü il tarixli 3-17- 1/3-7- 13299/2023 saylı və 07 noyabr 2023-cü il tarixli 3-7-1/3-7-16391/2023 saylı qərarının ləğv edilərək əvvəlki pensiya məbləğinin bərpa edilməsi, tutulmuş məbləğin ona geri qaytarılması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1970-cı il təvəllüdlü olmaqla, ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayır. Orta məktəbi bitirdikdən sonra, xx.xx.1988-ci ildə həqiqi hərbi xidmətə göndərilmiş, hərbi xidmət dövründə, yəni 1991-ci ildə Lomonosov adına Hərbi Texniklər məktəbini bitirmişdir. Sonrakı müddətdə müstəqil Azərbaycan Respublikasının ordusunda hərbi xidmətini davam etdirmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2012-ci il tarixli 058rt saylı əmri ilə ona “polkovnikleytenant” rütbəsi verilm işdir. Eləcə də, hərbi xidmət dövründə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubiley medalı ilə, “Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalla, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubiley medalı ilə, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalla, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin veteranı medalı ilə təltif olunmuşdur. Sonda isə xx.xx.2018-ci ildə yaşa görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra ona hərbi xidməti ilə bağlı pensiya təyin edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası və erməni işğalçılarının ərazilərimizdən təmizlənməsi ilə əlaqədar o, yenidən hərbi xidmətə çağırılmış, ərazilərimizin işğaldan azad edil məsində onun də əməyi olmuşdur. Azərbaycan Respublikası müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli əmri ilə mənə “polkovnik” hərbi rütbəsi verilmişdir. Sonda isə 21 06.2023-cü ildə hərbi xidmətimin başa çatması ilə əlaqədar hərbi xidmətini uğurla başa çatdırmışdır. Cavabdeh inzibati orqan ona xx.xx.2023-cü il tarixli məktub göndərərək, əmək pensiyasının yenidən hesablanması ilə əlaqədar Mərkəzi filiala dəvətnamə göndərmişdir. O, cavabdehin hərəkətlərinin qanunsuz olması, eləcə də iddia tələbində qaldırılan tələblə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Bundan sonrakı müddətdə isə xx.xx.2023-cü il tarixli məktubla ona cavab verilərək bildirilmişdir ki, “Azərbaycan Respublikası müdafiə nazirliyi tərəfindən təqdim olunmuş xx.xx.2018-ci il tarixli MN-11210 saylı məlumat vərəqinə əsa sən Əmək pensiyaları haqqında Qanunun 20.14.1 və 20.15-ci maddələrinə uyğun olaraq sizə xx.xx.2018-ci ildən Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filial tərəfindən 35 il 9 ay 12 gün xidmət müddətinə görə müvafiq təminat xərcliyinin 100 faizi miqdarında hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib (sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyası 5008,44 manata artırılaraq sizə ödənilib). Qanunun 38.1-ci maddəsinə görə əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. Aparılan araşdırma zamanı sizin Müdafiə nazirliyində yenidən xidmətə cəlb edildiyiniz müəyyən olunub. Bununla əl aqədar olaraq sizə dair müvafiq məlumatların dəqiqləşdirilməsi ilə bağlı tərəfimizdən təqdim olunmuş məlumatlara əsasən xx.xx.2021-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində yenidən xidmətə cəlb olunduğunuz qeyd edilib. Bununla əlaqədar cari ilin avqust ayında əmək pensiyanız yenidən hesablanaraq təminat xərcliyinin 3969.60 manat 100 faizi (3969,60 manat) məbləğində müəyyən olunub. Eyni zamanda, xx.xx.2021-ci ildə yenidən hesablanıb. Qeyd olunanlara əsasən, sizə ümumilikdə 76560,73 manat artıq pul vəsaiti ödənilib. Həmin artıq ödənilmiş 76560, 73 manat vəsaitdən cari ilin iyun və iyul ayları üzrə sizə ümumilikdə ödənilməli olan 4925,78 manat vəsait çıxılaraq büdcəyə bərpa edilmişdir. Qalan artıq ödənilmiş 71634,95 manat vəsaiti cari ilin sentyabr ayından etibarən əmək pensiyanızd an hər ay 10 faiz miqdarında tutularaq büdcəyə bərpa edilir.
8. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2572/2024 nömrəli qərarı ilə (hakim L.Mirzəyeva) iddia təmin edilmiş, İddiaçı barəsində cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” 24 iyun 2023-cü il tarixli 3-17-1/3-7-11410/2023 saylı, 11 avqust 2023-cü il tarixli 3-17-1/3-7-13299/2023 saylı və 07 noyabr 2023-cü il tarixli 37-1/3-7-16391/2023 saylı qərarların ləğv edilməsi, İddiaçı əvvəlki pensiya məbləğinin bərpa edilməsi, pensiyasından tutulmuş məbləğlərin ona geri qaytarılması qərara alınmışdır.
9. Məhkəmə hesab etmişdir ki, İddiaçı xx.xx.1970-ci il təvəllüdlü olmaqla, cavabdeh orqan tərəfindən ona 18 sentyabr 2018-ci tarixdən güzəştli şərtlərlə yaşa g örə əmək pensiyası təyin edilmişdir. Cavabdeh orqan tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” 24 iyun 2023-cü il tarixli 3-171/3- 7- 11410/2023 saylı, 11 avqust 2023-cü il tarixli 3-17-1/3-7-13299/2023 saylı və 07 noyabr 2023-cü il tarixli 3-7-1/3-7-16391/2023 saylı qərarlarla iddiaçıya təyin edilmiş 5008 manat 44 qəpik pensiya məbləği azaldılaraq, ona 275 manat 25 qəpik pensiya təyin edilmişdir. İddiaçı ondan artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı razılığı olmamışdır, nə də artıq ödənilmiş məbləğin tutulması ilə bağlı məhkəmə qərarı da mövcud deyildir. İnzibati iş materiallarından görünür ki, cavabdeh orqan iddiaçıya təyin edilmiş pensiya məbləğini dəfələrlə yenidən hesablamışdır, sonra isə öz mülahizəsi əsasında ödənilən artıq pensiya məbləğ ini iddiaçının əmək pensiyasından tutmağa başlamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın iddiaçıya ödənilmiş artıq pensiya məbləğini ona təyin edilmiş pensiyadan tutması tamamilə əsassız olmuşdur. Mübahisənin həlli ilə bağlı birbaşa xüsusi normanın, yəni “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi mövcud olduğu təqdirdə ümumi norma qismində çıxış edən “İnzibati İcraat haqqında” Qanunun 82.2-ci maddəsinin tətbiq edilməsi yolverilməzdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilat iddiaçının müraciətinin təmin edilməsindən imtinada haqsız olmuşdur. Cavabdeh tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” 24 iyun 2023-cü il tarixli 3-17-1/3-7- 11410/2023 saylı, 11 avqust 2023-cü il tarixli 3-17-1/3-7-13299/2023 saylı və 07 noyabr 2023-cü il tarixli 37- 1/3-7-16391/2023 saylı qərarlar iddiaçıya münasibətdə akt əlverişsiz inzibati aktlar olmaqla, iddiaçının konstitusion hüquqlarının pozulmasına gətirib çıxarmışdır. İddiaçı barəsində qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” 24 iyun 2023-cü il tarixli 3-17-1/3-7-11410/2023 saylı, 11 avqust 2023-cü il tarixli 3-171/3-7- 13299/2023 saylı və 07 noyabr 2023-cü il tarixli 3-7-1/3-7-16391/2023 saylı qərarlar ləğv edilməli, əvvəlki pensiya məbləği bərpa edilməli və tutulmuş məbləğ iddiaçıya geri qaytarılmalıdır.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının 2-1(105)596/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakimlər: G.Cabbarova - sədrlik edən və məruzəçi, A.İsmayılov və İ.Quliyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı qismən-əmək pensiyasının yenidən hesablanması barədə 24 iyun 2023-cü il tarixli 3-17- 1/3-7- 11410/2023 saylı qərarın ləğv edilməsi hissəsində ləğv edilmiş, ləğv edilən həmin hissədə iddia rədd edilmiş, qərar qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericilik normasının tələbinə əsasən hərbi qulluqçular sadalanan vəzifədə çalışdıqda, ona qulluq stajına görə əlavənin ödənilməsi dayandırılır və əmək pensiyasının sığorta hissəsi ödənilir. Həmçinin, q anunvericiliyin tələbinə əsasən əmək pensiyaçısı və işəgötürən bu barədə pensiya təyin edən orqana məlumat verməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən qanunvericilik normasının tələbinə əsasən iddiaçının hərbi xidmət üzrə yenidən həmin vəzifədə işləməyə başladığı xx.xx.2021-xx.xx.2023-cü illərdə ona yalnız əmək pensiyasının sığorta hissəsi məbləğində pensiya ödənilməli olduğundan, bununla bağlı cavabdehin hərəkətləri əsaslı olmuşdur. İndiki halda isə cavabdehin iddiaçı barəsində qəbul etdiyi əmək pensiyasının yenidən hesablanması barədə 24 iyun 2023-cü il tarixli qərarı məhz iddiaçının barəsində əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmət üzrə yenidən işləməyə başladığı dövrlə bağlı olduğundan, habelə qanunun qeyd edilən normasına əsasən bu halda əmək pensiya m əbləği məhz sığorta hissəsində müəyyən edildiyindən, həmin qərar qanuni və əsaslı olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qeyd edilən hissədə əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə işin hallarına düzgün hüquqi qiymət verilməmiş, bununla da o hissədə yanlış nəticəyə gəlmişdir.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın qismən ləğv edilməsini, yəni iddianın təmin edilmiş hissəsində ləğv edilməsini, həmin hissə üzrə yeni qərar qəbul edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın apellyasiya şikayətinin təmin olunan hissəsində ləğv edilməsini və rədd edilən hissədə iddia tələblərinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahi ş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətlərinin dəlilləri
15. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələbinə əsasən şəxsə əsassız ödənilmiş pensiyanın dayandırılması və pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın ö;:ü tərəfindən həll edilməli olan məsələdir.
16. Göründüyü kimi, Filial tərəfindən iddiaçıya əsassız olaraq təyin edilmiş pensiya ödənişlərindən tutulmaların həyata keçirilməsi zaman “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinin tələblərinə tam olaraq riayət edilmişdir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2 020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yeridən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir
18. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqan iddiaçı tərəfindən mübahisələndirilən "əmək pensiyasının yenidən hesablanması barədə 24 iyun 2023-cü il tarixli 3-17-1/3-7-11410/2023 saylı” qərarı qəbul etdiyi zaman İddiaçı işl əyən əmək pensiyaçısı olmamış, onun artıq xx.xx.2023cü ildən əmək fəaliyyəti ilə məşğul olmaması barədə məlumat Müdafiə nazirliyi tərəfindən cavabdeh inzibati orqana təqdim edilmişdir.
19. Yəni, qanunvericilik işləyən əmək pensiyaçılarına münasibətdə tətbiq edildiyi halda, cavabdeh inzibati orqan qərar qəbul edildiyi zaman işləməyən əmək pensiyaçısına münasibətdə bu qanunu tətbiq etmişdir.
20. Eləcə də, mübahisələndirilən qərardan müəyyən olunur ki, qərarın təyin edilmə tarixi xx.xx.2023-cü ildən, yəni qərarın qəbulundan 23 gün əvvəli əhatə etməklə son tarixi “müddətsiz” qeyd edilmişdir.
21. Cavabdeh inzibati orqanda iddiaçının 21 06.2023-cü ildən əmək fəaliyyəti ilə məşğul olmaması barədə əvvəlcədən məlumat olduğu halda, iddiaçı barəsində əsassız olaraq qərar qəbul etməsi qanunsuz və əsas sız olmuşdur.
22. Habelə, iddiaçı müqavilə əsasında torpaqlarımızın işğaldan azad olunması ilə əlaqədar yenidən müvəqqəti hərbi xidmətə cəlb olunduğuna görə, ona Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ödənilən aylıq əmək haqqlarından elə cavabdeh inzibati orqan hesab edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən aylıq sosial sığorta ayırmalarını tutulur, həmçinin bu barədə işəgötürən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən aylıq hesabatlar hər bir müqaviləli hərbiçiyə münasibətdə cavabdeh inzibati orqana təqdim edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. 38.3 Hər kəs qanunla mü əyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 24. “Əmək pensiy aları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
25. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə ( həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya in stansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyas ı məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
32. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı əmək pensiyasının yenidən hesablanması barədə qəbul edilmiş qərarların ləğv edilməsi, əvvəlki əmək pensiya məbləğinin bərpa edilməsi və tutulmuş məbləğin ona geri qaytarılmasından ibarət olmuşdur.
33. İşin faktiki hallarına əsasən qeyd edilməlidir ki, iddiaçıya 18 sentyabr 2018ci il ta rixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, pensiya məbləği 5008,44 manat təşkil etmişdir. İddiaçı xx.xx.2021-xx.xx.2023-cü il tarixlərdə yenidən hərbi xidmət üzrə işə başlamış, xx.xx.2023-cü il tarixdən hərbi xidmətdən yenidən ehtiyata buraxılmışdır.
34. Eyni zamanda iş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən aparılmış araşdırma nəticəsində, iddiaçının hərbi xidmət üzrə yenidən işə başlaması və hazırda işləməsi halı müəyyən edilmiş, bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə iddiaçıya məlumat verilərək, inzibati icraatın təzələnməsi və aparılmasının zəruriliyi barədə məlumat verilmiş, daha sonra xx.xx.2023-cü il tarixdə əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməklə, iddiaçıya ödənilməli olan pensiya məbləğinin 275,2 5 manat olması (yalnız sığorta hissəsində) barədə qərar qəbul edilmişdir. Daha sonra cavabdeh inzibati orqan 2023-cü ilin avqust ayında iddiaçının hərbi xidmətdən ehtiyata buraxılması barədə məlumat əldə etdiyindən, əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edərək, pensiya məbləğinin 3969,60 manat olmasını qeyd etmiş, 2023-cü ilin noyabr ayında isə eyni məzmunlu qərar qəbul edilmişdir.
35. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin araşdırmalarını düzgün hesab edərək bildirir ki, iddiaçının hərbi xidmət üzrə yenidən həmin vəzifədə işləməyə başladığı xx.xx.2021- xx.xx.2023-cü illərdə ona yalnız əmək pensiyasının sığorta hissəsi məbləğində pensiya ödənilməli olduğundan, bununla bağlı cavabdehin hərəkətləri əsaslı olmuşdur. Odur ki, cavabdehin iddiaçı barəsində qəbul etdiyi əmək pensiyasının yenidən hesablanması barədə 24 iyun 2023-cü il tarixli qərarı məhz iddiaçının barəsində əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmət üzrə yenidən işləməyə başladığı dövrlə bağlı olduğundan, habelə qanunun qeyd edilən normasına əsasən bu halda əmək pensiya məbləği məhz sığorta hissəsində müəyyən edildiyindən, həmin qərar qanuni və əsaslı olmuşdur.
36. Eyni zamanda məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, cavabdeh inzibati orqan tərəfindən artıq ödəmə halının müəyyən edilməsi ilə bağlı istinad etdiyi hallar və qanunvericilik normasının tələbinə uyğun olsa da, artıq ödəmə məbləğinin bərpa edilməsi məqsədilə iddiaçının razılığı olmadan və ya məhkəmə qərarı olmadan tutulmalar aparılmasına dair hərəkətləri qanunvericiliyin tələbinə zidd olmuşdur.
37. Bununla bağlı nəzərə almaq lazımdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə görə, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
38. Qeyd edilməlidir ki, hazırkı mübahisəyə münasibətdə artıq ödənildiyi iddia edilən pensiya məbləğinin cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada, yəni iddiaçının razılığı ilə və ya məhkəmə qaydasında tutulduğu mübahisəyə dair iş üzrə materiallarla təsdiq olunmur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təşkilatın iddiaçıya ödənilmiş artıq pensiya məbləğini ona təyin edilmiş pensiyadan tutması tamamilə ə sassız olmuşdur.
39. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, analoji işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi və məhkəmə təcrübəsi də cavabdeh tərəfindən nəzərə alınmalı və həmin təcrübəyə əməl olunmalıdır. Nəzərə almaq lazımdır ki, artıq ödənildiyi iddia edilən pensiya məbləğinin geri qaytarılmasına dair mübahisələr üzrə Ali Məhkəmə tərəfindən xeyli sayda qərarlar qəbul olunmuş, həmin qərarlarla cavabdehin davranışı qanunsuz və əsassız hesab edilmişdir (bununla bağlı ətraflı bax: Ali Məhkəmənin 2-1(102)-1507/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli, 2-1(102)-8/2023 saylı, 18 yanvar 2023-cü il tarixli, 2-1(102)-389/23 saylı, 11 aprel 2023-cü il tarixli qərarları).
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd ed ilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 iyul 2024-cü il tarixli, 2-1(105)-596/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.