Məhkəmə qərarları › İş №2-1(102)-1310/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1310/2021

23.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1310/2021 23.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində torpağa mülkiyyət hüququna dair qeydə düzəliş edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət K omitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (X5 üçüncü şəxs olmaqla) qarşı "Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı ünvan 1i ünvanında yerləşən, 0.0604 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq üzərində tam, fərdi yaşayış evi üzərində isə ½ hissə olmaqla X3, fərdi yaşayış evinin digər ½ hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında qəbul etdiyi qərarın ləğv olunması" tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-195/2021 nömrəli, 26 aprel 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassa siya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Zaqatala rayon məhkəməsinin 17 aprel 2018-ci il tarixli 2(033)-420/2018 nömrəli qətnaməsi ilə iddiaçı X1 ilə üçüncü şəxs X3 birgə nikahları dövründə əldə edilmiş, Zaqatala rayonu Çökəkoba kəndində yerləşən, cavabdeh X4 verilmiş 641,94 kv.m torpaq sahəsi üzərində 1999-cu ildə tikilmiş, ümumi sahəsi 147 kv.m., yaşayış sahəsi 102 kv.m. olan fərdi yaşayış evi ər-arvadın ümumi birgə mülkiyyəti sayılmış və həmin fərdi yaşayış evində tərəflərin payı bərabər hesab edilmişdir. Qətnamənin icrası qaydasında cavabdeh tərəfindən 29.04.2019-cu il tarixdə iddiaçının həmin fərdi yaşayış evi və torpaq sahəsi üzərində ½ hissə ilə paylı mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reye strində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona müvafiq çıxarış verilmişdir.

2. Cavabdeh inzibati orqan 18 saylı Zaqatala Ərazi İdarəsi iddiaçıya 03 dekabr 2019cu il tarixdə məktub göndərərək bildirmişdir ki, Zaqatala rayonu Çökəkoba kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,0604 ha torpaq sahəsi üzərinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı zamanı texniki səhv nəticəsində qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ½ hissəsi üzərində iddiaçının mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmışdır.

3. İddiaçı həmin məktuba etiraz edərək bildirmişdir ki, təklif edilən düzəliş onun qanuni əsaslarla əldə etdiyi mülkiyyət hüququnun ləğvi ilə nəticələndiyindən əsassızdır.

4. Cavabdeh iddiaçıya 17 dekabr 2019-cu il t arixli **********86 saylı məktub göndərərək bildirilmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq Zaqatala rayonu, Çökəkoba kəndi ünvanından yerləşən, 0.0604 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin qeydiyyatı zamanı buraxılmış texniki səhvlər daşınmaz əmlakın dövlət reyestrində aradan qaldırılaraq həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq üzərində tam, fərdi yaşayış evi üzərində isə 1/2 hissə olmaqla X3, fərdi yaşayış evinin digər 1/2 hissəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

5. Beləliklə, cavabdeh inzibati orqan qəbul etdiyi inzibati aktla 1/2 hissə ilə iddiaçının mülkiyyətində olan və Zaqatala rayonu, Çökəkoba kəndi ünvanında yerləşən fərdi yaşayış sahəsinə aid 0,0604 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatını ləğv etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Zaqatala rayonu, Çökəkoba kəndi ünvanından yerləşən, 0.0604 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq üzərində tam, fərdi yaşayış evi üzərinə ½ hissə olmaqla X3, fərdi yaşayış evinin digər ½ hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında qəbul edilmiş qərarın ləğv olunmasını xahiş etmişdir.

7. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-66/2021 saylı, 04 fevral 2021-ci il tarixli qərarı ilə (hakim: İ.H.Cabbarov) iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi q eyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi hal inzibati orqan tərəfindən buraxılmış texniki səhv olduğundan hazırki iddianın heç bir hüquqi əsası yoxdur.

9. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv olunmasını, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-195/2021 saylı, 26 aprel 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: R.R.Rəfiyev, hakimlər: V.İ.Məlikov və İ.H.Şükürov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 21(116)-66/2021 saylı, 04 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Apelyasiya instansiyası məhkəməsinin qərarından iddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

13. Kassator hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən irəli sürülmüş dəlillərin əksəriyyətinə hüquqi qiymət verməmiş, mübahisəni tənzimləyən maddi hüquq normaları tətbiq etməmiş, nəticədə işin mühüm faktiki halları üzrə qanunsuz qərar qəbul edilmişdir.

14. Daha sonra qeyd edilir ki, qanunvericiliyə əsasən qeydiyyat orqanı yalnız iki halda dövlət reyestrində düzəliş edə bilər. Birincisi, bu düzəlişin maraqlarına toxunduğu şəxsin hazırda iddiaçının razılığı olduğu halda, ikincisi, məhkəmənin qərarı ilə. Əgər maraqlı şəxs düzəlişin edilməsinə etiraz etmişdirsə, qeydiyyat orqanının onu aparmağa hüququ yoxdur. Maraqlı şəxsin düzəlişə razılıq vermədiyi halda, qeydiyyat orqanı dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyini yalnız məhkəmə qaydasında sübuta yetirməli idi. Qeyri- dəqiqlik sübuta yetirilənə qədər isə mövcud məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış məhkəmə icraatının i ştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olması nı bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.2 Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Maddə 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hak imiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının v əzifəli şəxsləri cavabdehdirlər. Maddə 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən dig ər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Ka ssasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilə n həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

23. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Zaqatala rayon məhkəməsinin 17 aprel 2018-ci il tarixli, 2(033)-420/2018 saylı qətnaməsi ilə Zaqatala rayonu, Çökəkoba kəndi ünvanında yerləşən cavabdeh X4 verilmiş 0,0641 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ər-arvadın ümumi birgə mülkiyyəti sayılmış və həmin fərdi yaşayış evində tərəflərin payının bərabər hesab edilməsi qət edilmişdir. Lakin, qeyd olunan fərdi yaşayış evi üzərində İddiaçı hüquqlarının dövlət reyestrində qeydiyyatı zamanı texniki səhv nəticəsində qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində də hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə ki, Zaqatala rayon məhkəməsinin 17.04.2018-ci il tarixli 2(033)-420/2018 saylı qətnaməsindən də görünür ki, iddiaçı X1 iddia ərizəsində Zaqatala rayonu, Çökəkoba kəndində X4 05.09.1995-ci il tarixində 0.06 ha həyətyanı torpaq sahəsi verildiyini, 3-cü şəxslə 26.10.1996-cı il tarixində nikaha daxil olduğunu, 1999-cu ildə 3-cü şəxsə məxsus torpaq sahəsində ev tikib ora köçmək qərarına gəldiklərini qeyd etmişdir. Göründüyü kimi, iddiaçı mübahisəli torpaq sahəsinin 3-cü şəxsə məxsus olduğunu qəbul etmiş, əmlak bölgüsü tələbində torpaq sahəsinə dair iddia irəli sürməmişdir. Yalnız həmin torpaq sahəsi üzərində tikilmiş evə dair tələb irəli sürmüşdür ki, ona münasibətdə də iddia təmin olunmuşdur. Cavabdeh inzibati orqan qətnaməni icra edərkən texniki səhvə yol verməklə iddiaçının mövcud olmayan hüququnu qeydə almış, bununla da 3-cü şəxsin torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu pozmuşdur. Qeyd olunan texniki səhvi inzibati orqan özü sonradan aradan qaldırmış, nəticədə hazırki mübahisə yaranmışd ır.

24. İddiaçı apelyasiya şikayətində olduğu kimi kassasiya şikayətində də qeyd edir ki, o, düzəlişin edilməsinə etiraz etdiyindən qeydiyyat orqanının onu aparmağa hüququ olmamışdır.

25. Kassasiya şikayətinin bu dəlili ilə əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, hazırki halda cavabdeh texniki səhvin düzəldilməsi istiqamətində hərəkət etmişdir ki, onun bu səlahiyyəti də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuşdur.

26. Bundan əlavə, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı mübahisəli torpaq sahəsinin 3-cü şəxsə məxsus olduğunu qəbul etmiş, əmlak bölgüsü tələbində torpaq sahəsinə dair iddia irəli sürməmişdir. Yal nız həmin torpaq sahəsi üzərində tikilmiş evə dair tələb irəli sürmüşdür ki, ona münasibətdə də iddiası təmin olunmuşdur. Cavabdeh inzibati orqan qətnaməni icra edərkən texniki səhvə yol verməklə iddiaçının mövcud olmayan hüququnu qeydə almış, bununla da 3-cü şəxsin torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu pozmuşdur. Qeyd olunanlar Zaqatala rayon məhkəməsinin 17.04.2018-ci il tarixli 2(033)-420/2018 saylı qətnaməsi və iş materiallarına əlavə edilmiş cavabdeh inzibati orqanın sənədləri ilə öz təsdiqini tapmışdır.

27. Odur ki, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır

28. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ka ssasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-195/2021 saylı iş üzrə 26 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar