Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1310/2022 26.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin vəfat etmiş şəxsə məxsus olması barədə arayış verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı (1938-ci il təvəllüdlü; FİN: xxxxxxx; xx.xx.2020-ci il tarixdə vəfat etmişdir) cavabdeh Az ərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Binəqədi rayon Binəqədi bələdiyyəsi) qarşı “torpaq sahəsinə dair hüquq haqqında arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli, 2-1(103)-77/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Üçüncü şəxsin ümumi iclasının 7 mart 2006-cı il tarixli qərarına əsasən X5 (iddiaçının əri) fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsində 600 kv.m torpaq sahəsi təklif olunmuşdur. Buna müvafiq olaraq üçüncü şəxs ilə iddiaçının mərhum əri X8 arasında 10 mart 2006-cı ildə “Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə X3 mülkiyyətinə verilməsi haqqında” 362 nömrəli müqavilə bağlanmışdır.
2. Üçüncü şəxsin “X1 mülkiyyətinə torpaq sahəsinin ayrılması haqqında” 17 mart 2006-cı il tarixli 104 nömrəli qərarı ilə Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m bələdiyyəyə məxsus torpaq sahəsi alqı-satqı yolu ilə əlavə edilmiş cizgiyə uyğun olaraq, X3 mülkiyyətinə ayrılmış, X5 təklif olunan torpaq sahəsinin situasiya planı da tərtib olunaraq ona təqdim edilmişdir.
3. X8 4 iyun 2013-cü il tarixində vəfat etmişdir.
4. X3 vəfatı ilə əlaqədar vərəsələri İddiaçı, X2 və X4 ərizələri əsasında Bakı şəhəri 32 saylı notariat kontorunda vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən olunmuş və Bakı şəhəri 32 saylı notariat kontoru tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsində yerləşən 600 kv.m torpaq sahəsinə dair çıxarış verilməsi xahiş olunmuşdur.
5. Bundan sonra, iddiaçı üçüncü şəxsə müraciət edərək ərinin adına verilmiş 600 kv.m torpaq sahəsinin onun adına rəsmiləşdirilməsini xahiş etmişdir.
6. Üçüncü şəxs 27 mart 2019-cu il tarixli məktubla bildirmişdir ki, “Torpaq icarəsi haqqında” Qanunun 22.2-ci maddəsini əsas götürərək ərizənin təmin edilməsindən imtina barədə qərar qəbul edilmişdir.
7. Bundan sonra, iddiaçı 28 sentyabr 2018-ci ildə torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata a lınmasına köməklik göstərilməsi ilə bağlı müraciət etmiş, cavabdeh orqan həmin ərizəyə cavab olaraq iddiaçıdan torpaq sahəsinin ayrılmasına dair bələdiyyənin qərarını, bələdiyyə tərəfindən tərtib edilmiş və müvafiq qaydada təsdiq edilmiş baş yerquruluşu-təsərrüfat (situasiya) planından çıxarış, müvafiq icra hakimiyyəti orqanlarının torpaq sahəsinin ayrılması barədə razılığı, torpağın normativ qiyməti barədə sənəd, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilənədək bələdiyyə ilə birlikdə təsdiq etdikləri alqı-satqı aktı və dövlət rüsumunun ödənilməsi barədə sənədi tələb etmişdir.
8. Bundan sonra, iddiaçı 13 iyun 2019-cu il tarixində cavabdehə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsində yerləşən və Binəqədi Bələdiyyəsinə məxsus olmuş 600 kv.m torpaq sahəsinin mərhum X3 adına dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat verilməsini xahiş etmişdir.
9. Cavabdeh 3 iyul 2019-cu il tarixli, **********28 saylı məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və qeyd etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsində yerləşən və üçüncü şəxsə məxsus olan 600 kv.m torpaq sahəsinin mərhum X3 adına dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
10. İddiaçı 4 iyul 2019-cu il tarixdə cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Binəqədi rayon Binəqədi bələdiyyəsinə qarşı iddia əri zəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehlərin üzərinə Bakı şəhəri, Binəqədi rayonu, A. Məmmədov küçəsində yerləşən 600 kv.m torpaq sahəsinə dair çıxarışın alınması barədə hüququn mərhum X5 məxsus olması haqqında arayış verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsində yerləşən 600 kv.m torpaq sahəsinə dair hüququn ölmüş şəxsə - X5 məxsus olması haqqında arayışın iddiaçıya verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul ed ilməsini xahiş etmiş, məhkəmə tərəfindən 15 oktyabr 2019-cu il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata götürülmüş və Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin cavabdeh kimi prosessual iştirakına xitam verilməklə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsi ilə X8 arasında bağlanmış 10 mart 2006-cı il tarixli, 162 saylı alqı-satqı müqaviləsinə və Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 104 saylı, 17 mart 2006-cı il tarixli qərarına əsasən Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m bələdiyyəyə məxsus torpaq sahəsi alqı-satqı yolu ilə əlavə edilmiş cizgiyə uyğun olaraq mərhum həyat yoldaş ı X3 mülkiyyətinə ayrılmışdır. 4 iyun 2013-cü ildə isə X8 vəfat etmişdir. X3 vəfatından sonra iddiaçı və qızları: X7 və X9 ilə birlikdə vərəsəlik işi açılması üçün Bakı şəhəri 32 saylı notariat kontoruna müraciət etmişlər. Həmin vaxt vərəsələrin dairəsi müəyyən olunaraq vərəsəlik işi açılmış və bu barədə də Bakı şəhəri 32 saylı notariat kontoru tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə X-386 saylı, 3 avqust 2018-ci il tarixli məktubla məlumat verilmişdir. Mərhum həyat yoldaşı X3 qanuni vərəsələri X9 və X7 21 may 2019-cu il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X6 müraciət edərək mərhum ataları X3 mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsin də yerləşən 600 kv.m torpaq sahəsinin iddiaçının adına keçməsinə və sənədləşdirilməsinə heç bir etirazlarının olmadığını bildirmişlər. Birinci dərəcəli vərəsə kimi (mərhumun həyat yoldaşı) Binəqədi rayonu Binəqədi bələdiyyəsinə mərhum həyat yoldaşı X3 mülkiyyətinə verilmiş 600 kv.m torpaq sahəsinin onun adına keçirilməsi barədə olan müraciətinə cavab olaraq Binəqədi rayonu Binəqədi bələdiyyəsi BRB/d-393 saylı, 27 mart 2019-cu il tarixli məktubla “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2ci maddəsinin tələblərinə istinad etməklə ona rədd cavabı vermişlər (Binəqədi bələdiyyəsinin 92 saylı, 14 dekabr 2018-ci il tarixli qərarı ilə). Baxmayaraq ki, birinci dərəcəli vərəsələrin müraciəti əsasında Bakı şəhəri 32 saylı notariat kontoru tərəfindən vərəsəlik işinin açılması barədə sənədlər də təqdim edilmişdir. Cavabdeh tərəfindən “Torpaq icarəsi haqqında” Qanunun 15-ci maddəsinə hansı səbəbdən istinad etməsi aydın olmamışdır, çünki mübahisə obyekti olan torpaq sahəsi mərhum həyat yoldaşı X3 icarəsinə deyil, alqı-satqı yolu ilə mülkiyyətinə verilmişdir. Bütün bunlardan sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuş, 1 saylı Bakı Ərazi İdarəsi 3 iyul 2019-cu il tarixli, **********28 saylı məktubunda göstərmişdir ki, “... Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsində yerləşən və Binəqədi bələdiyyəsinə məxsus olan 600 kv.m. torpaq sahəsinin mərhum X3 adına dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir”.
13. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazında göstərmişdir ki, 24 iyul 2019-cu il tarixində mütəxəssislər tərəfindən sözügedən əmlakın texniki inventarlaşdırılma aparılan zaman torpaq sahəsinin üzərində 2 mərtəbəli, zirzəmili yaşayış evinin mövcud olduğu aşkar edilmişdir. Həmçinin elektron baza məlumatlarına əsasən müvafiq torpaq sahəsinin bələdiyyənin inzibati ərazi vahidinə aid olması barədə hər hansı məlumat aşkar edilməmişdir. Torpaq sahəsinin yerləşməsini müqayisə etmək üçün cizgi və sənədlər əlavə edilməmiş, faktiki göstərilən sahə yaşayış binalarının 6 metr məsafəsində ümumi i stifadə üçün nəzərdə tutulan yaşıllıq ərazisi olmuşdur. 14. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli, 2-1(81)3157/2019 nömrəli qərarı (hakim E.Ə.Əliyev) ilə iddia rədd edilmişdir.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mövcud qanunvericilik ("Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və bələdiyyə tərəfindən ona məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsi barədə qəbul olunmuş aktlar belə əsaslar kimi nəzərdə tutulmuşdur. İddiaçıya Binəqədi bələdiyyəsi tərəfindən torpaq ayrılan zaman aidiyyəti qurumların (RİH və DTXK-nın yerli qurumunun) rəylərinin alınması barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Binəqədi rayonu B inəqədi bələdiyyəsinin 17 mart 2006-cı il tarixli 104 nömrəli qərarı və həmin tarixli müqaviləsi ilə mərhum X5 ayrılmış 600 kv.m torpaq sahəsinin həmin bələdiyyəyə məxsus olması təsdiqlənmədiyindən, eləcə də torpaq ayrılan zaman aidiyyəti qurumların (RİH və DTXK-nın yerli qurumu) rəyi alınmadığından cavabdehin imtinası qanunsuz sayıla bilməz.
16. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 iyun 2020-ci il tarixli, 2-1(103)-659/2020 nömrəli qərarı (hakimlər: S.S.Seyidova /sədrlik edən və məruzəçi/, V.M.Ağayev və A.B.Nuriyeva) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İn zibati-İqtisadi Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli, 2-1(81)-3157/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. b) kassasiya instansiyası məhkəməsində birinci icraat
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2020-ci il tarixli, 2-1(102)-1956/2020 nömrəli qərarı (hakimlər: N.İ.Rəsulbəyova /sədrlik edən və məruzəçi/, İ.K.Hüseynov və K.N.Bədəlov) ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 iyun 2020-ci il tari xli, 2-1(103)-659/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
21. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən tətbiq edilməli maddi hüquq normalarını tətbiq etməmiş, mübahisə ilə bağlı tam, hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarını sadalamaqla kifayətlənmiş və öz mövqeyini əsaslandırmamışdır. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli, 2-1(103)-659/2022 nömrəli qərarı (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və S.İ.Bəktaşi) ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 dekabr 2 019-cu il tarixli, 2-1(81)-3157/2019 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsində yerləşən 600 kv.m torpaq sahəsinə dair hüququn ölmüş şəxsə X5 məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh iki əsasla iddiaçının həmin torpaq sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir: 1) Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 17 mart 2006-cı il tarixli 104 nömrəli qərarı və həmin tarixli müqaviləsi ilə mərhum X5 ayrılmış 600 kv.m torpaq sahəsinin həmin bələdiyyəyə məxsus olmasının təsdiqlənməməsi; 2) torpaq ayrılan zaman aidiyyəti qurumların (RİH və DTXK nın yerli qurumu) rəyinin alınmaması. Torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yek un inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır.
24. Apellyasiya instansiya məhkəməsi əlavə olaraq da göstərmişdir ki, iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0.1-ci və 10.2-ci maddələrinin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatı üçün əsas olan Binəqədi rayonu, 9 mikrorayon, A.Məmmədov küçəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m. torpaq sahəsinə dair Binəqədi rayonu Binəqədi bələdiyyəsi ilə X8 arasında bağlanılmış “Binəqədi rayonu Binəqəd i bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında” 362 nömrəli, 10 mart 2006-cı il tarixli müqaviləni və Binəqədi rayonu Binəqədi bələdiyyəsinin “X1 mülkiyyətinə torpaq sahəsinin ayrılması haqqında” 17 mart 2006-cı il tarixli 104 nömrəli qərarı və həmin torpaq sahəsinə dair sənədlər təqdim etmiş, cavabdeh inzibati orqan isə “İnzibati icraat haqqında” Qanunun tələblərinə zidd olaraq əlavə sənədlər tələb etmişdir. Cavabdeh qanunvericiliyin tələblərinə zidd olaraq hər hansı araşdırma aparmadan hərəkətsizliyə yol vermiş və məhkəmə araşdırması zamanı iddia ilə razılaşmayaraq öz etirazını əsaslandıra bilməmişdir.
25. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi haqqında qərar qəbul olunması nı xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh hesab edir ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsində yerləşən və Binəqədi bələdiyyəsinə məxsus olan 600 kv.m olan torpaq sahəsinin mərhum X3 adına dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Həmçinin, iddiaçı tərəfindən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən razılaşdırılmış torpaqların alqı-satqısına dair akt təqdim edilməmişdir. 8 aprel 2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktına əsasən torpaq sahəsinin faktiki ölçüsü 897 kv.m təşkil edir. Göstərilən torpaq sahəsinin bir tərəfindən 9.3 metr, digər tərəfindən isə 16.2 metr məsafədə 9 mərtəbəli yaşa yış binası mövcuddur. Elektron kadastr məlumatlarına əsasən ümumi istifadədə olan yaşıllıq ərazisidir. Qeyd olunan səbəblərdən iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Qeyd olunan hallar və qanunvericiliyin tələbləri apellyasiya instansiya məhkəməsi tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, maddi və prosessual hüquq normaları (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 9.1.2, 11.1-ci maddələri, Torpaq Məcəlləsinin 21.1, 55, 67-68-ci maddələri, “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun 6.1.1-ci maddəsi) kobud şəkildə pozulmuş, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
27. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
135. Əşya hüququnun obyektləri... 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.... Maddə
139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.... 29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilmə sinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.... Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar [24] 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasın a dair qəbul olunmuş aktlar;... Maddə
9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçü n əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi.... Maddə
10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi... 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.... Maddə
11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməs ini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən ed ilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.... Maddə
22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik... 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin ad ına rəsmiləşdirilir.
30. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə
56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları...
2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqlar özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə Bələdiy yə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər....
5. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir.
6. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdi yyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir.... 31. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları... 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma s ənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir.
32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikay əti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiy ası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
37. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə etirazın dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması tə min edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
38. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin torpaq sahəsinin mərhum X3 adına dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumatın aşkar edilməməsi, iddiaçı tərəfindən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən razılaşdırılmış torpaqların alqı-satqısına dair aktın təqdim edilməməsi və mübahisələndirilən ərazinin elektron kadastr məlumatlarına əsasən ümumi istifadədə olan yaşıllıq ərazisi olması barədə təkrarlanan dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
39. İlk öncə, vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) dig ər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi şəxsi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə müvafiq olaraq, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
40. Apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyə n edilən işin hallarından görünür ki, mərhum X8 mübahisəli torpaq sahəsinə çıxarış almadan vəfat etmiş, hazırkı inzibati iş də hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın onun vərəsəsi olan iddiaçıya verilməsi tələbindən ibarətdir.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında göstərilən hüquqi mövqeyə görə bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə n əzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir.
42. Torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir.
43. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır.
44. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).
45. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.
46. Lakin hazırkı iş üzrə cavabdeh inzibati orqan öz imtinasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallarla əsaslandıra bilməmiş, bununla bağlı kassasiya şikayətinin dəlillərinə dair mötəbər sübutlar təqdim edə bilməmişdir.
47. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsində yerləşən 600 kv.m torpaq sahəsinə dair hüququn ölmüş şəxsə - X5 məxsus olması haqqında arayışın verilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirmə si ilə də razılaşır.
48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli, 21(103)-77/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.