Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1310/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: l qrup Qarabağ əlili kimi imtiyazlı şəxs qismində mənzil və ya fərdi evlə təmin olunma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 14.06.2023 hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə (üçüncü şəxs Sumqayıt Şəhər İ cra Hakimiyyəti) qarşı “l qrup Qarabağ əlili kimi imtiyazlı şəxs qismində mənzil və ya fərdi evlə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-108/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 133 nömrəli sərəncamına əsasən, 1-ci qrup Qarabağ müharibəsi əlili X4 5 nəfərdən ibarət ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır.
2. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ümumi sahəsi 45.20 kvadratmetr olan Sumqayıt şəhəri, 47-cı məhəllə, ev 7, mənzil 4 X1 xüsusi mülkiyyətindədir. 3. 20 saylı MKS tərəfindən verilmiş 186 saylı xx.xx.2022-cu il tarixli arayışdan görünür ki, Sumqayıt şəhəri, 47-cı məhəllə, 7 saylı evin yaşayış sahəsi 28.0 kv.m olan 4 saylı mənzilində X4 özü, arvadı, iki oğlu, qızı, gəlini və iki nəvəsi daimi qeydiyyatdadırlar.
4. Tibbi-Sosial Ekspert Komissiyasının müayinə olunan şəxs üzrə məlumatından görünür ki, X2 xx.xx.1997-ci il tarixdən müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Diaqnoz: çoxsaylı qəlpə yaralanması nəticəsində sol budun orta 1/3 hissəsi səviyyəsində amputasion güdülü. Sağ aşağı ətrafın dizaltı arteriyalarının zədələnməsi. Əlilliyinin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədardır.
5. Sumqayıt şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 133 saylı sərəncamının verilməsi üçün əsas olmuş sənədlərdən görünür ki, İddiaçı iki otaqlı mənzildə 5 nəfər ailə üzvü ilə birlikdə yaşaması nəzərə alınaraq onun mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs kimi mənzil növbəsinə götürülməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, l qrup Qarabağ əlili kimi imtiyazlı şəxs qismində mənzil və ya fərdi evlə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi il ə əvəz edilməsini məhkəmədən xahiş etmişdir.
8. Məhkəmənin 16 may 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmət dövründə aldığı travmalar nəticəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən ona 1-ci qrup əlillik müəyyən edilmişdir. “Əlillərin sosial müdafiəsi haqqında” 25 avqust 1992-ci il tarixli 284 saylı Azərbaycan Respublikası Qanununun tələblərinə və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 50-51-ci maddələrinin tələblərinə əsasən, Sumqayıt Şəhər İcra Hakimiyyət i başçısının 30 iyun 2015-ci il tarixli, 133 nömrəli sərəncamı ilə iddiaçı özü də daxil olmaqla 5 (beş) nəfər ailə üzvü ilə birlikdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan 1-ci qrup Qarabağ müharibəsi əlili kimi Sumqayıt Şəhər İcra Hakimiyyətində mənzil növbəsinə alınmışdır. Həmin sərəncama əsasən ona yaşayış sahəsi 28,00 kv.m olan, iki otaqlı, 47-ci məhəllə, 7 saylı evdə yerləşən 4 saylı mənzil ayrılmışdır. Həmin mənzil onun tərəfindən özəlləşdirilmişdir. 10. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2 449 nömrəli sərəncamının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının əra zi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin sərəncamın 2-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanları bu sərəncamın 1.1 və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Nazirliyin 08 fevral 2022ci il tarixli, ********** saylı cavab məktubu ilə mənzillə təmin olunmasından imtina edilmişdir.
11. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1104/2022 nömrəli, 27 sen tyabr 2022ci il tarixli qərarı ilə (sədrlik edən hakim V.E.Əzizova) iddia rədd edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, hazırkı iddiaçı l qrup Qarabağ müharibəsi əlili kimi 2005-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən Sumqayıt şəhəri, 47-ci məhəllə 7 saylı evdə yerləşən iki otaqlı 4 saylı mənzillə təmin edilmişdir. Həmin mənzil iddiaçı tərəfindən 2021-ci ildə özəlləşdirilmişdir. Mənzil ayrılarkən iddiaçının ailə tərkibi 5 nəfərdən – özü, həyat yoldaşı və 3 uşağından ibarət olmuşdur. 2018-ci ildə iddiaçının oğlu ailə qurmuş, gəlini və iki nəvəsi də daxil olmaqla ailəsi hazırda 8 nəfərdən ibarətdir. İddiaçı bu əsasla yenidən mənzil və ya fərdi evlə təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 596 nömrəli Sərəncamı yaşayış sahəs inə ehtiyacı olan şəxslərə aid olduğundan və iddiaçının mülkiyyətində mənzilin olması onun yaşayış sahəsinə ehtiyacı olmayan şəxs kimi qəbul edilməsinə dəlalət edir.
13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-108/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər: F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.T.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia qismən təmin edilmiş, iddiaçı X1 ümumi sahəsi 34,8 kvadratmetrdən az ol mamaqla mənzillə təmin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının faktiki olaraq ailə üzvləri ilə birlikdə yaşadığı mənzildə hər bir ailə üzvünə düşən sahə ayrılma normasından (16 kv.m) azdır. İddiaçının hər bir ailə üzvünün sayına görə düşən sahə mövcud ayrılma norması nəzərə alındıqda ona ümumi sahəsi 80 kv.metrdən ibarət mənzil verilməlidir. İddia tələbinin iddiaçının özü də daxil olmaqla 8 nəfər ailə üzvü nəzərə alınmaqla mənzillə təmin edilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, yaşayış sahəsinə ehtiyac olan qismində uçota alınma haqqında icra hakimiyyətinin sərəncamlarında iddiaçı mənzil uçotuna 5 nəfərdən ibarət ailə tərkibi ilə götürülmüşdür.
16. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, mənzilin ümumi sahəsi yaşayış sahəsinə ehtiyac olan qismində uçota alınma haqqında həmin sərəncama uyğun olaraq ailə tərkibinin sayı 5 nəfərdən ibarət olmaqla nəzərə alınmalıdır. Bundan başqa, iddiaçıya əvvəlcə verilmiş mənzilin onun xüsusi mülkiyyətində olması halı da nəzərə alınmalı və o, ümumi sahəsi 34,8 kvadratmetrdən az olmamaqla (80 kv.m-45.20 kv.m=34.8 kv.m) mənzillə təmin edilməlidir.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli, 418 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları’nın 26-cı bəndinə əsasən yaşayış sahəsi vətəndaşlara, bir qayda olaraq, bir ailə üçün ayrıca mənzil şəklində, Azərbaycan SSR Mənzil Məcəlləsinin müəyyən etdiyi mənzil sahəsi norması həddində, lakin hər adama 8 kvadratmetrdən az olmamaqla verilir.
19. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bə lədiyyə mənzil fondunun yaşayış sahələri verilir. Göründüyü kimi müharibə əlillərinin mənzil məsələlərinin həlli sözügedən qanunvericiliklə deyil Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli, 418 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalarla tənzimlənir.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 1 dekabr 2010-cu il tarixli qərara əsasən “şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır." Belə olan halda ailə tərkibi 5 nəfərdən ibarət olan və normaya uyğun ölçüdə yaşayış sahəsi ilə təmin olunmuş vətəndaşa əlavə mənzilin verilməsi əsassız olmaqla yanaşı, həm də dövlət büdcəsinin və Dövlət Mənzil Fondunun imkanları xaricindədir. b) Kassasiya şi kayətlərinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
31. Əlilliyi olan şəxslərin mənzil təminatı 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. 31.2. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.
23. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə
48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. (...) Maddə
49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması (...) 49.2. Dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (...) Maddə
51. Yaşayış sahəsinə ehtiyacı olan qismində və təndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. (...) 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələr inə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X3 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X3 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. (...) Maddə
52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. 24. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamı: Azərbaycan Resp ublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünü n, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. Yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edil məsi haqqında” xx.xx.2019-cu il tarixli, 459 nömrəli qərarı: (...) Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin.
26. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Ape llyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İN STASİYASİ MƏHKƏMƏSİNİN NÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün əsas yoxdur.
30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiya sı xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Hazırkı işdə iddiaçının hüquqi marağı İ qrup Qarabağ əlili kimi imtiyazlı şəxs qismində mənzil və ya fərdi evlə təmin olunması ilə bağlıdır.
33. İşin müəyyən olunmuş hallarından görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 133 nömrəli sərəncamına əsasən, 1-ci qrup Qarabağ müharibəsi əlili X4 5 nəfərdən ibarət ailə t ərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır.
34. Həmçinin iş materiallarına əsasən müəyyən edilir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 17 mart 2016-cı il tarixli növbəlilik siyahısı üzrə iddiaçı X1 adı 174-cü sırada qeyd edilərək mənzil növbəsinə götürülmüşdür.
35. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan q ismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur.
36. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan hesab edilir və vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına, yəni yerli icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir.
37. Göründüyü kimi iddiaçı mənzil uçotuna alınan zaman onun ailə tərkibi özü də daxil olmaqla 5 nəfərdən ibarət olmuşdur. Ona ayrılmış mənzilin ümumi sahəsi 45.20 kv.m olmaqla 2 otaqdan ibarətdir.
38. Bununla bağlı məhkəmə tərəfindən qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, 459 nömrəli qərarına əsasən, sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir.
39. Hazırkı mübahisəyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının faktiki olaraq ailə üzvləri ilə birlikdə yaşadığı mənzildə hər bir ailə üzvünə düşən sahə ayrılma normasından (16 kv.m) azdır. İddiaçının hər bir ailə üzvünün sayına görə düşən sahə mövcud ayrılma norması nəzərə alındıqda ona ümumi sahəsi 80 kv.metrdən ibarət mənzil verilməlidir.
40. Beləliklə məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçı X1 ümumi sahəsi 34,8 kvadratmetrdən az olmamaqla qüvvədə olan qaydalara müvafiq olaraq mənzillə təmin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-108/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qərarı dəyişdirilsin. İddiaçı X1 ümumi sahəsi 34,8 kvadratmetrdən az olmamaqla qüvvədə olan qanunvericil iklə müəyyən edilmiş qaydalara müvafiq olaraq mənzillə təmin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərar qətidir.