Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1310/2025 22.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1, İddiaçı2, X3, X1, X2 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, X3, X1, X2 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızının cavabdeh Azərbayca n Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (Maraqlı şəxs) qarşı “1.95 ha torpaq sahənin yerində naturada təhkim aktı ilə tanıdılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 yanvar 2025-ci il tarixli, 2-1(105)-94/2025 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçılar İddiaçı1, İddiaçı2, X3, X1, X2 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “1.95 ha torpaq sahənin yerində naturada təhkim aktı ilə tanıdılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişlər.
2. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-216/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, Quba rayonunun Qaraçay kəndində yerləşən ümumi sahəsi 1,95 ha olan torpaq sahəsinin yerinin naturada təhkim aktı ilə tanıdılması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
3. Qərar qanuni qüvvəyə minmiş və icra edilmişdir.
4. Maraqlı şəxs 17 fevral 2022-ci il tarixdə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edərək onun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmə si, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-216/2021 nömrəli, 17 fevral 2021-ci il tarixli qərarının ləğv edilərək iş üzrə icraatın təzələnməsini xahiş etmişdir.
5. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-216/2021 nömrəli, 10 mart 2022-ci il tarixli qərardadı ilə maraqlı şəxsin vəsatəti təmin edilməmişdir.
6. Maraqlı şəxs apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, onun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-216/2021 nömrəli, 17 fevral 2021-ci il tarixli qərarının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasının təzələnməsi xahiş etmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(105)-379/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnziba ti Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
8. Maraqlı şəxs apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi, onun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1791/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 01 fevral 2022-ci il tarixli, 2-1(105)-70/2022 saylı qərarı ləğv edilərək iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-211/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.
11. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-216/2021 nömrəli, 19 iyul 2024-cü il tarixli qərardadı ilə maraqlı şəxsin vəsatəti təmin edilməmişdir.
12. Maraqlı şəxs apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi, onun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(105)-94/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyas ının xx.xx.2025-ci il tarixli, 2-1(105)-94/25 nömrəli qərardadı xx.xx.2025-ci il tarixdə, saat 18:03-də Maraqlı şəxs vəkili Nümayəndə elektron kabinetinə yerləşdirilmişdir
15. Maraqlı şəxs vəkili Nümayəndə xx.xx.2025-ci il tarixində saat 17:06-da elektron kabinet vasitəsi ilə kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qərardadının ləğv edilməsi və işə baxılmasının təzələnməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə
20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri p roses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə
23. Hüquqi m üdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. … Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə
135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edi lir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti aşağıda qeyd olunan səbəblərdən mümkün sayılmamalıdır.
19. Kassasiyanın mümkünlüyü əsasları dedikdə, kassasiya şikayətinin İPM-in 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olu nmuş müddətlərə riayət olunmaqla verilməsi başa düşülür.
20. Kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi kassasiyanın mümkünlüyü əsaslarına aiddir.
21. Hazırkı mübahisəyə münasibətdə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur.
22. İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbinə görə, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məh kəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
23. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinin tələblərinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş işdə iştirak edən şəxslərə, məhkəmə aktları həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilməklə çatdırılmalıdır.
24. Göründüyü kimi, “Elektron məhkəmə” in formasiya sisteminin tətbiq olunduğu və tərəflərin “elektron kabinet”inin mövcud olduğu məhkəmələrdə məhkəmə aktlarının tərəflərə məxsus elektron kabinetdə yerləşdirilməsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 20.3-cü maddəsində nəzərdə tutulmuş təqdim etməni özündə ehtiva edir. Başqa sözlə, məhkəmə aktının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış tərəflərə məxsus elektron kabinetə yerləşdirilməsi həmin aktın təqdim edilməsi kimi qəbul edilir.
25. Hazırkı mübahisəyə dair iş üzrə materiallardan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(105)-94/24 nömrəli qərardadı xx.xx.2025-ci il tarixdə iddiaçının vəkilinin Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir.
26. Belə olan halda, iddiaçı tərəfindən həmin qərardaddan kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 10 günlük prosessual müddətin axımı da məhz, həmin tarixdən başlamış, xx.xx.2025-ci il tarixdə bitmişdir. Lakin qərardaddan şikayət vermənin son günü xx.xx.2025-ci il olmasına baxmayaraq, kassasiya şikayəti elektron qaydada bir gün sonra yəni xx.xx.2025-ci il tarixində imzalanmışdır.
27. Göründüyü kimi, iddiaçı kassasiya şikayəti verilməsi üçün qanunvericiliyin müddətlə bağlı tələbinə əməl etməmişdir. Odur ki, kassasiya şikayəti mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.
28. İPM-nin 96.3-cü maddəsinə əsasən, şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
29. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 yanvar 2025-ci il tarixli, 2-1(105)-94/2025 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.