Məhkəmə qərarları › İş №2-1(102)-1311/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1311/2020

14.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1311/2020 14.07.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə Açar söz: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Tərəflərin iştirakı olmadan, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Ko llegiyasının 2-1(103)-456/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx.xx.2020-ci il tarixində yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin faktiki halları: İddiаçı İddiaçı xx.xx.1961-ci ildə anadan olmuş, xx.xx.1979-cu il tarixdən “X1” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsində əmək fəaliyyətinə başlamış, xx.xx.2015-ci il tarixində “X2” trestinin 4 saylı Tikinti Quraşdırma bölümünə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilmişdir və halhazıradək bu peşədə işləyir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh xx.xx.2019 -cu il tarixli cavab məktubu ilə ona imtina cavabı verərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun xx.xx.2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan azdır. Bununla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək, ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29 və 3 5-ci maddələrinə əsasən iddiaçının zərərli şəraitdə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı və əl ilə qaynaqda elektrik qaynaqçısı peşələri üzrə güzəştli şərtlərlə ümumi iş stajı 21 il 4 ay 7 gün təşkil edir və bunu SOCAR-ın “X2” tresti tərəfindən xx.xx.2019-cu il tarixində iddiaçıya verilmiş güzəştli şərtlərlə pensiya təyin edilməsi haqqında arayış təsdiq edir. Məhkəmələrin mövqeyi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)4509/2019 nömrəli qərarına əsasən, iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)4509/20 19 nömrəli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-456/2020 nömrəli qərarına əsasən, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)4509/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının xx.xx.2017-ci il tarixinədək 25 ildən artıq (30 il 5 ay 10 gün) ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq (19 il 11 ay 10 gün) güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Odur ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Bak ı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-456/2020 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, kişilər 57 yaşına çatdıqda və 25 il ümumi, 12 il 6 ay xüsusi sığorta stajına malik olduqda onlar güzəştli şərtlərlə pensiya hüququ əldə edirlər. İddiaçının “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il redaksiyasına əsasən 57 yaşdan pensiya hüququ əldə etməsi üçün həmin xx.xx.2017-ci il tarixinədək 25 il ümumi sığorta stajını tamamlaması lazım idi. Lakin, iddiaçının məhkəməyə təqdim etdiyi iş yerlərindən verilmiş arayışlardan göründüyü kimi hal-hazıradək cəmi 21 il 7 günlük (xx.xx.2017-ci ilədək 19 il) ümumi sığorta stajın var. Bu staj müddəti iddiaçının 1979- 1990cı illər arasında və 2006-cı ildən sonra hal-hazıradək olan əmək fəaliyyəti dövrlərinin toplanması nəticəsində müəyyən olunmuş müddətdir. İddiaçının bu staj müddətinin hamısını xüsusi şərtlərlə pensiya təyin edilməsi üçün nəzərdə tutulan peşələrdə çalışıbçalışmamasından, yəni bu 21 il 4 ay 7 günlük müddətinin hamısının xüsusi sığorta stajına daxil edilib-edilməməsindən asılı olmayaraq iddiaçının 25 illik ümumi sığorta staj müddəti tamam olmamışdır. İddiaçının əmək kitabçasından görünür ki, o 1990-2006-cı illər aralığında 16 il müddətində heç bir əmək fəaliyyəti ilə məşğul olmamışdır və bu hal iddiaçının təqdim etdiyi arayışlarla da təsdiq olunmuşdur. İddiaçının həm “Əmək pensiyaları haqqında” Qanunun əvvəllər qüvvədə olan redaksiyasına, həm də hal-hazırda qüvvədə olan redaksiyasına əsa sən güzəştli şərtlərlə pensiya hüququ əldə etməsi üçün ilk növbədə 25 illik ümumi staj müddətini tamamlaması tələb olunur. Kassator, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsini rəhbər tutar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-293/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları: İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq kassasiya şikayətinin mahiyyəti ilə bağlı mülahizə vermək hüquqları barədə tərəflərə bildiriş göndərilm işdir. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını, kassasiya şikayətinin mahiyyətinə dair heç bir mülahizə təqdim edilmədiyini nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.202 0-ci il tarixli, 2-1(103)-456/2020 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsində araşdırılan hallarından görünür ki, iddiaçı xx.xx.1979-cu il tarixində “X1" trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsinə əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş, xx.xx.1980-ci il tarixində işdən azad edilmişdir. Əmək stajı 1 il 8 ay 3 gün təşkil edir. O, xx.xx.1983-cü il tarixində “X1” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsinə əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş və xx.xx.1988-ci il tarixinədək həmin peşədə işləmiş, xx.xx.1988-ci il tarixindən xx.xx.1990-cu il tarixinədək polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsində işləmişdir. Əm ək stajı 7 il 4 ay 6 gün təşkil edir. İddiaçı xx.xx.2006-cı il tarixində “X3” trestinin 3 saylı İxtisaslaşmış Tikinti Quraşdırma və Təmir filialına polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilmiş, xx.xx.2007- ci il tarixində əmək müqaviləsinə xitam verilmişdir. Əmək stajı 6 ay 12 gün təşkil edir. “X3” tresti və onun struktur bölmələri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55.1 və 56.2 maddələrinə uyğun olaraq yenidən təşkil olunaraq SOCAR-ın “X2” trestinin tərkibinə verildikdən sonar SOCAR-ın xx.xx.2007-ci il tarixli 61 nömrəli əmrinə əsasən “X3” trestinin 3 saylı İxtisaslaşmış Tikinti Quraşdırma və Təmir filialının adı dəyişdirilərək “Neftqaztikinti” trestinin 7 saylı Tikinti Quraşdırma İdarəsi adlandırılmışdır. İddiaçı da 01,05.200 7-ci il tarixində “X2” trestinin 6 saylı Tikinti Quraşdırma İdarəsinə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilmiş, xx.xx.2008-ci il tarixində əmək müqaviləsinə xitam verimişdir. Əmək stajı 1 il 1 ay 24 gün təşkil edir. İddiaçı xx.xx.2008-ci il tarixində “X2” trestinin 7 saylı Tikinti Quraşdırma idarəsinə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilmiş, 12.11,2014-cü il tarixində əmək müqaviləsinə xitam verilmişdir. Əmək stajı 6 il 4 ay 15 gün təşkil edir. İddiaçı xx.xx.2014-cü il tarixində “X2” trestinin 4 saylı Tikinti Quraşdırma idarəsinə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilmiş, xx.xx.2015-ci il tarixində əmək müqaviləsinə xitam verilmişdir. Əmək stajı 8 ay 28 gün təşkil edir. İddiaçı xx.xx.2015-ci il tarixində “X2” trestinin 4 saylı Tikinti Quraşdırma bölümünə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilimişdir və hal-hazıradək bu peşədə işləyir. Bundan başqa müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmiş, Siyahının “XXXİİİ. Ümumi peşələr” bölməsində “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” (kod 23200000— 19906) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il ta rixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir və Siyahının (xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar”, həmçinin “35. Ümumi peşələr” bölməsində “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara ya şa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda əl ilə qaynaq aparan elektrik qaynaqçıları, həmçinin polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar göstərilmişdir. Beləliklə, iddiaçının işlədiyi vəzifələr (əl ilə qaynaq aparan elektrik qaynaqçıları, polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli və xx.xx.2007-ci il tarixli 12 nömrəli qə rarları ilə təsdiqlənmiş siyahılarda konkret göstərilmişdir Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların k işilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəl i siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırınc ıiş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə q ədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Cavabdeh kassasiya şikayətinin dəlillərində iddiaçının 1990-2006-illər aralığında 16 il müddətində heç bir əmək fəaliyyəti ilə məşğul olmamasını və nəticədə xx.xx.2017-ci ilədək 19 il ümumi sığorta stajına malik olmasını bildirsə də, məhkəmə kollegiyası cavabdehin bu dəlillini əsassız hesab edir. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi iddiaçının əmək kitabçasına, həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin “Sığortaolunanın ümumi iş (sosial sığorta) stajı barədə” xx.xx.2019-cu il tarixli Məlumatına əsaslanaraq qeyd etmişdir ki, İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “X1” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində çilingər peşəsində, xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “X1” trestinin 3 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialında çilingər peşəsində, xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək “X1” trestinin 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialında texnoloji boru kəmərinin quraşdırıcısı peşəsində çalışmışdır. Həmçinin, SOCAR “X2” trestinin “Güzəştli şərtlərlə pensiya təyin edilməsi haqqında” xx.xx.2019-cu il tarixli Arayışında ümumi iş satjı deyil, güzəştli şərtlərlə iş stajı (21 il 4 ay 7 gün) göstərilmişdir. Beləliklə, iddiaçının 2 il hərbi xidməti nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə iş stajının mövcud olması apellyasiya instansiya məhkəməsində öz təsdiqini tapmışdır. Göründüyü kimi, hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir və apellyasiya instansiya məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğ unu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını isti sna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə, qeyd edilənlərə əsasən Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdı r. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-456/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar