Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1311/2021 14.09.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: öhdəliyin icrası tələbi üzrə ərazi aidiyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə “pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz olaraq qeydiyyatda olan şəxs kimi ona aprel, may və iyul ayları üç ün birdəfəlik ödəmənin verilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.05.2021-ci il tarixli, 2-1(107)-202/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz olaraq qeydiyyatda olan şəxs kimi ona aprel, may və iyul ayları üçün birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiy a məhkəməsindəki icraat
2. Şəki İnzibati Məhkəməsinin 24.02.2021-ci il tarixli 2-1(116)-125/2021 nömrəli qərardadına əsasən (hakim İlqar Cabbarov) iddia ərizəsinə baxılması üçün inzibati işin Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
3. Məhkəmə hesab etmişdir ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan iddia tələbinə cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır.
4. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.05.2021-ci il tarixli, 21(107)-202/2021 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – Rövşən Rəfiyev, hakimlər – Vəzirxan Məlikov və İmanverdi Şükürov) apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin 24.02.2021-ci il tarixli 2-1(116)-125/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
7. Məhkəmə qərardadı iddiaçıya 23.05.2021-ci il tarixində təqdim edilmişdir.
8. İddiaçı 27.05.2021-ci il tarixində kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.05.2021-ci il tarixli, 2-1(107)-202/2021 nömrəli qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
9. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, iddia ərizəsi uzun müdd ət Şəki İnzibati Məhkəməsinin icraatında olduğu üçün aidiyyət qaydaları pozulubpozulmamasından asılı olmayaraq iddia tələbinə Şəki İnzibati Məhkəməsində baxılmalıdır. İddiaçı Ali Məhkəmənin İnzibati Kollegiyasının 24.02.2021-ci il tarixli 2-1(102)-269/2021 nömrəli qərarına istinad edərək bildirir ki, həmin qərarda Ali Məhkəmə özü qeyd etmişdir ki, “birinci instansiya məhkəməsi işi icraata 9 ay bundan qabaq qəbul edərkən (11.06.2020) aidiyyət qaydalarının pozulmasını müəyyən etməmişdirsə, İPM-in 45.5.2-ci maddəsinə əsasən, yəni aidiyyətlə əlaqədar şərtlərin dəyişməsinə baxmayaraq iddia ilə bağlı iş iddianın ilkin olaraq verildiyi məhkəmənin icraatında qalır”. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı işti rakçılarının izahatları
11. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
12. İnzibati Prosessual Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur:
13. Həmin Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tər əfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır;
14. Həmin Məcəllənin 8.1.4-cü maddəsinə görə digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfin dən baxılır.
15. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
16. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
17. Ali Məhkəmənin İnzibati Kollegiyasının 19.02.2021-ci il tarixli 2-1(102)-537/2021 nömrəli qərarı: “Hazırkı iddia növü mübahisələndirmə haqqında iddia deyil, digər (öhdəliyin icrası haqqında) iddia növünə aid olduğundan, digər (öhdəliyin icrası haqqında) iddialara cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxıldığından, cavabdeh Bakı şəhərində yerləşdiyinə görə mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılmalıdı r”. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunmas ı və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. İşin mübahisəsiz hallarından məlum olduğu kimi, hazırkı tələb öhdəliklərin icrası haqqında iddia növünə aiddir. Hazırkı qərarın 12-14-cü bəndlərində göstərilən normalardan, eləcə də, Ali Məhkəmənin oxşar işlər üzrə hüquqi mövqeyindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxıldığından, cavabdeh Bakı şəhərində yerləşdiyinə görə mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılmalıdır.
22. İddiaçının istinad etdiyi qərar isə kassasiya şikayətində də qeyd edildiyi kimi aidiyyətlə əlaqədar şərtlərin dəyişməsi ilə bağlıdır ki, hazırkı işin halları bu hala uyğun gəlmir. Beləliklə, iddiaçının kassasiya şikayətində qeyd etdiyi dəlil hazırkı işin hallarına tətbiq edilə bilməz. Odur ki, məhkəmə koll egiyası həmin dəlili əsassız hesab edir.
23. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə işin hallarına uyğun prosessual normaları tətbiq etmiş, oxşar işlər üzrə Ali Məhkəmənin hüquqi mövqeyini nəzərə alaraq əsaslı qərar qəbul etmişdir.
24. Odur ki, iddiaçının kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.05.2021-ci il tarixli, 2-1(107)202/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
25. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.05.2021-ci il tarixli, 21(107)-202/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.