Məhkəmə qərarları › İş №2-1(102)-1311/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1311/2023

10.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1311/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Abşeron rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının yenidən hesablanması; yeni açılmış hallarla bağlı ərizə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı “əmək haqqının indeksləşdirilərək, xx.xx.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2-1(105)-218/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. S umqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(85)520/2018 nömrəli qərarı ilə iddiaçı X1 cavabdeh DSMF-nun Abşeron rayon şöbəsinə qarşı iddiaçının Çernobıl qəzasının nəticələrinin ləğvi ilə əlaqədar 1987-ci ilə Slavutiç şəhərinin tikintisində iştirakı zamanı aldığı əmək haqqını indeksləşdirərək, xx.xx.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası təmin edilmişdir.

2. Həmin qərar Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(105)-145/2018 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(102)-828/ 2018 nömrəli qərarı ilə apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. Qərar xx.xx.2018-ci il tarixdə icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilmişdir. 5. 27.07.2018-ci il tarixdə DSMF-nun Abşeron rayon şöbəsi göstərilən məhkəmə qərarının icra edildiyini bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat 6. 30 iyun 2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

7. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş əmək haqqı cədvəlləri bilə-bilə saxtalaşdırılmışdır. Bel ə ki, sözügedən faktın mötəbərliyinin müəyyən olunması məqsədi ilə X3 müvafiq sorğu göndərilmişdir. Nazirliyə xx.xx.2021-ci il tarixdə daxil olmuş X2 Çerniqov bölgəsindəki Baş idarəsinin xx.xx.2021-ci il tarixli 1583 nömrəli pensiyaların təyin edilməsi (yenidən hesablanması) üçün verilmiş arayışlar üzrə iş faktının etibarlığının və əsaslığının qarşılıqlı yoxlanılması aktına əsasən, Çerniqov şəhər Şurasının Arxiv şöbəsi tərəfindən arxiv arayışı verilməmiş və imzalanmamışdır. İddiaçı müvafiq sənədlərin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya hüququ qazanması faktına hüquqi qiymətin verilməsi məqsədilə müvafiq sənədlər Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Daxil olmuş materiallar əsasında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin İstintaq İdarəsində hazırda cinayət işi açılaraq istintaq aparılır.

8. Sumqayıt İnzibati Məhkəməsinin (hakim V.E.Əzizova) 12 sentyabr 2022-ci il tarixli, 2-1(85)-520/2018 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, yeni açılmış hallarla bağlı ərizə 30 iyun 2022-ci il tarixdə, yəni məhkəmə qərarının qanuni qüvvəyə minməsi və icraya yönəldilməsindən 4 ilə yaxın müddət keçdikdən sonra məhkəməyə daxil olmuşdur. Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi sənədlərdən görünür ki, İddiaçı İskəndər oğlunun barəsində X3 ünvanlanmış sorğuya cavab 24 sentyabr 2021-ci il tarixdə daxil olmuşdur. 25 aprel 2022-ci il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi N azirliyinə məktub ünvanlanaraq məhkəmənin qanuni qüvvəyə minmiş qərarlarının olmasının araşdırmanı çətinləşdirdiyini bildirmiş və məhkəmə qərarlarından şikayət verilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Həmin məktubdan 2 ay müddət keçdikdən sonra Dövlət Sosial Müdafiə Fondu müvafiq ərizə ilə məhkəməyə müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya hansı əsaslarla və nə vaxtdan əmək pensiyasının yenidən hesablanmasından məlumatsız olması və ya bundan gec xəbər tutması barədə dəlilləri ağlabatan hesab edilə bilməz. Çerniqov şəhər Soveti Arxiv şöbəsi tərəfindən İddiaçı aldığı əmək haqqı barədə verilmiş və hazırda mübahisələndirilən arxiv arayışı işə baxmış məhkəmələr tərəfindən sübut kimi qiymətləndirilmiş və iddianın təmin edilməsi nəticəsinə gəlinmişdir. Bundan başqa, qey d olunmalıdır ki, iş materiallarında olan arayışın kserosurəti DSMF-nin Abşeron rayon şöbəsinin “Əsli ilə düzdür” ştampı ilə təsdiqlənərək məhkəməyə təqdim edilmişdir. Başqa sözlə, cavabdehin həmin arayışdan xəbərsiz olması inandırıcı deyildir. Həm məhkəmə araşdırması zamanı, həm də ötən dövr ərzində cavabdehin həmin arayışda göstərilən məlumatların həqiqiliyini yoxlamaq imkanı olsa da, bu hüququndan istifadə etməmişdir.

10. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.T.Məmmədo v) 16 fevral 2023-cü il tarixli, 2-1(105)-218/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2-1(85)520/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, yeni açılmış hallar dedikdə, işə məhkəmədə baxılması zamanı mövcud olan, lakin həmin vaxt mövcudluğu haqqında ərizəçidə məlumat olmayan və işin hallarına görə məlum ola bilməyən, məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra məlum olan, işin həlli üçün həlledici təsirə malik olan hallar başa düşülür. İşə əvvəllər baxılarkən məlum olmayan həlledici hallar məhkəmə aktı çıxarılarkən tərəflərin hüquq və vəzifələri barədə məhkəm ənin gəldiyi nəticəyə əhəmiyyətli dərəcədə təsir edə bilən faktlardır. Eyni zamanda, qanunverici şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı kimi faktların məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş olmasını zəruri şərt kimi müəyyən etmişdir. Ərizəçi tərəfindən icraatın təzələnməsi üçün Qanunun müddəalarından irəli gələn hallarla əlaqədar hər hansı bir əsas gətirilməmişdir.

13. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Ərizəçi kassasiya şikayəti ndə yeni açılmış hallarla bağlı ərizəsində qeyd edilən dəlilləri sadalamış və əlavə olaraq qeyd etmişdir ki, bütün məhkəmə aktlarında iş materiallarına əlavə edilmiş sənədlər kimi iddiaçının şəxsiyyət vəsiqəsinin surəti, 1987-ci ilin avqust ayı üzrə 9161,18 rubl, sentyabr ayı üzrə 7412,53 rubl, oktyabr ayı üzrə 7915,27 rubl aldığı əks olunmuş əməkhaqqı arayışı göstərilmişdir. Bununla belə, qərarların əsaslandırma hissəsində iddiaçının pensiyasının ötən dövrlərdən yenidən hesablanması ilə bağlı qüvvədə olmuş və ya qüvvədə olan qanunvericiliklə əsaslı mübahisələndirmələrin aparılmadığı məlum olmuş, qeyd olunan arxiv arayışına istinad edilməklə qərarlar qəbul edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, məhkəmələrdə tarixi və nömrəsi qeyd edilməyən əməkhaqqı barədə arxiv arayışı üzrə heç bir zəruri tədqiqat işləri aparılmadan, o cümlədən, həmin arayışların həqiqiliyi və etibarlılığı yoxlanılmadan iddia təmin edilmişdir. Mərkəzi Filial tərəfindən X2 Çerniqov bölgəsindəki Baş İdarəsinin xx.xx.2021-ci il tarixli 1583 nömrəli pensiyaların təyin edilməsi (yenidən hesablanması) üçün verilmiş arayışlar üzrə iş faktının etibarlığının və əsaslığının qarşılıqlı yoxlanılması aktının və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubunun məhkəmə tərəfindən iş materiallarına əlavə edilməsinə baxmayaraq, buna heç bir münasibət bildirilməmiş, hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəmə sinin İnzibati Kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2-1(105)-218/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadını n təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı ver ilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə

100. Mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün əsaslar Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə

103. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələ nməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər.... Maddə

104. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin məzmunu... 104.2. Ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Maddə

106. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. 106.2. İcraatın tə zələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiy i üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asıl ı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.

21. Yeni sübutlar və hallar dedikdə, başa çatmış icraat zamanı təqdim edilməmiş və araşdırılmamış sübut və hallar nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, istinad edilən sübut və hallar inzibati məhkəmə icraatının aparıldığı dövrdə mövcud olmalı və obyektiv maneələr səbəbindən məhkəməyə təqdim olunmamalıdır.

22. Ərizəçinin ərizədə göstərdiyi halların iş üzrə icraat başa çatdıqdan sonra aşkar edilən yeni hal kimi qəbul edilməsi mümkünsüzdür.

23. Göründüyü kimi, ərizədə mübahisə ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra yeni sübutların və ya halların aşkar olunmasına istinad edilməmiş və hər hansı sübutların və ya ha lların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı bildirilməmişdir. Ərizədə əvvəllər işdə olmuş sübutlara istinad olunaraq iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə əsasların olmadığı bildirilmişdir.

24. Ərizəçinin istinad etdiyi dəlil - iddiaçının əmək pensiyasının yenidən hesablanmasına əsas olmuş arxiv arayışlarının həqiqiliyi və etibarlılığı yoxlanılmadan iddianın təmin edilməsi halı birbaşa olaraq əvvəlki inzibati məhkəmə icraatının predmetinə aid olduğundan yeni açılmış hal kimi qəbul edilməsi mümkünsüzdür.

25. Göründüyü kimi, ərizəçinin istinad etdiyi hallar məhkəmə tədqiqatının obyektini təşkil edən hallar olmuşdur ki, bütün bunlara da Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(85)-520/2018 nömrəli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(105)-145/2018 nömrəli və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(102)-828/2018 nömrəli qərarlarında qiymət verilmişdir.

26. Həmin qərarların qüvvəyə mindiyi və icraya yönəldiyi vaxtdan (3 iyul 2018-ci il) cavabdehin yeni açılmış hallara dair ərizə ilə məhkəməyə müraciət edilən tarixə (30 iyun 2022-ci il) qədər isə 4 ilə yaxın müddət keçmişdir. 27.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələbinə görə, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qə rarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər ( İPM-in 103.1 və 103.2-ci maddələri). 28.Göründüyü kimi, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 100 və 103.1-ci maddəsinin tələbləri baxımından, cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsinin təmin edilməsi üçün əsaslar müəyyən edilmir. 29.Cavabdehin yeni açılmış halla bağlı ərizəsində qeyd etdiyi arxiv arayışlarının mötəbərliyinin müvafiq olaraq Ukrayna dövləti ilə qarşılıqlı şəkildə yoxlanılması ilkin məhkəmə icraatı zamanı da mümkün olmuş, həmin dövrdə inzibati icraat çərçivəsində cavabdeh bununla bağlı müvafiq ara şdırma aparmamış və bu barədə, məhkəməyə heç bir sənəd təqdim etməmiş, eləcə də məhkəmə icraatında həmin arxiv arayışlarının mötəbərliyini şübhə altına alan hər hansı əsaslı bir dəlil irəli sürməmişdir. Hazırda da cavabdeh məlumatın sonradan aşkar olunması və həmin məlumatın ondan asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması ilə bağlı mövqeyini əsaslandıra bilməmişdir. 30.Cavabdehin ərizəsində istinad etdiyi arxiv arayışları əvvəllər də işə baxan məhkəməyə, habelə cavabdehin özünə məlum olmuşdur. 31.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərard ad qəbul edilir. 32.Cavabdeh mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün prosessual qanunvericilikdə nəzərdə tutulmuş hər hansı sübut təqdim etməmişdir. Cavabdeh icraatın təzələnməsi üçün prosessual qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcudluğunu sübut edə bilmədiyindən ərizə təmin edilə bilməz. 33.İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olmadığından şikayətin dəlilləri əsaslı olmamışdır. 34.Apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Ona görə də, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. 35.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçinin kas sasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2-1(105)-218/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar