Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1311/2024 02.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ünvanlı dövlət sosial yardımın bərpa olunması, məhdudlaşdırılma barədə qərarın ləğv olunması və ödənişin davam etdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ailəsinə xx.xx.2022-ci il tarixdən 1 il müddətinə təyin olunmuş Ünvanlı Dövlət Sosial Yardımın bərpa olunması, imtina və sosial yardım hüququnun 1 il məhdudlaşdırılması qərarının ləğv olunması və Ünvanlı Dövlət Sosial Yardımının ödənişinin davam etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-668/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Mingəçevir şəhər 3 nömrəli Mənzil İstismar sahəsinin xx.xx.2023-cü il tarixli, 98 nömrəli və xx.xx.2022-ci il tarixli, 648 nömrəli arayışlarından görünür ki, iddiaçının ailə tərkibi X9, X10 və X2 ibarətdir və onlar ünvan 1 ünvanında yaşayırlar.
2. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 il ə İddiaçı arasında nikah qeydi xx.xx.2014-cü il tarixdə ləğv edilmişdir.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli bildirişə görə, iddiaçının ünvanlı dövlət sosial yardımı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 4-cü maddəsinə əsasən ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsinin aşkar edilməsi səbəbilə) dayandırılmışdır. İddiaçıya 01,08.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ümumilikdə 2701,86 (iki min yeddi yüz bir manat səks ən altı qəpik) manat məbləğində artıq vəsait ödənilmişdir. Həmin məbləğin 10 iş günü müddətində Fondun hesabına geri bərpa olunması tələb olunmuş, əks təqdirdə qanuna uyğun tədbirlər görüləcəyi bildirilmişdir. 4. xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən, ikinci tərəf birinci tərəfin “ünvan 2 ünvanında yaşayış hüququnun verilməsi” iddiası ilə razıdır və sözügedən mənzildə birinci tərəfin uşaqları (X9 xx.xx.2007 təvəllüdlü, X10 xx.xx.2016 təvəllüdlü və X7 xx.xx.2022-ci il təvəllüdlü) ilə birgə yaşamasına etiraz etmir. Onların yaşaması üçün giriş qapısından solda yerləşən 1-ci otaq və giriş qapısı ilə üzbəüz 2-ci otağı ayırmağı öhdəliyinə götürür. 5. “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” xx.xx.2022-ci il tarixli bildirişə əsasən, "Ünvanlı dövlət so sial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə uyğun olaraq ailənin sosial yardım almaq hüququnun 1 (bir) il müddətinə məhdudlaşdırılması qərara alınmış, Maddi X4 zamanı ərizə bəyannamədə qeyd olunmuş məlumatlarda uyğunsuzluq aşkar edilməsi. Ailənin istifadəsində nəqliyyat vasitəsinin olması, Ailənin tərkibində baş vermiş dəyişikliklə bağlı məlumatın verilməməsi səbəbi ilə sosial yardımın təyin edilməsindən imtina edilmişdir.
6. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2011-ci il 2(051)-751/2011 nömrəli qətnamədən görünür ki, cavabdeh X5 hər ay 80 (səksən) manat miqdarında aliment tutulub 08 mart 2007-ci ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməsi, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan, 03 iyun 2011-ci il tarixdən tutul ması qərarı alınmışdır.
7. Ailənin X1 barədə xx.xx.2023-cü il tarixli və xx.xx.2022-ci il tarixli məlumat vərəqəsindəki əlavə məlumat hissəsində aşağıdakı məlumatlar qeyd edilmişdir (həmçinin cavabdeh orqan keçirilmiş baxışların video görüntülərini məhkəmə tədqiqatına təqdim etmişdir): Monitorinq üçün qeyd olunan ünvanda olduq. Təmsilçi 2 övladı, qayınata, qayınana, h/y (ilk öncə qaynı kimi təqdim olunmuşdur) ünvanda idi. Yaşadıqları ünvanın qayınatasına məxsus olduğunu, ünvanda təmsilçi 3 övladı, h/y, qayınata, qayınana yaşadıqlarını bildirdilər. Təmsilçi ilk öncə rəsmi nikahda olub ayrılıb, övladı var idi. Daha sonra qeyri-rəsmi nikah olub, iki övladı olub. xx.xx.2022-ci il tarixli sənədə əsasən qayınatasının evində 2 otaqda yaşama hüququ verilib. Həmin tarixdən D.Əliyeva 16, 47 ünvanı nda birlikdə yaşayırlar, eyni ailə tərkibinə, eyni təsərrüfata malikdirlər. Təmsilçi h/y işləmədiyini, qayınatası 283 AZN pensiya, qayınanası 220 AZN pensiya aldıqlarını bildirdilər. Qayınatası Nissan markalı (**-KD-***) n/v idarə etdiyini bildirdi. ÜDSY 385 AZN təyin olunub, kart mənzildə idi. Eyni mətbəxdən, eyni sanitar qovşağından istifadə etdiklərini bildirdilər. Maddi X4 zamanı ailənin göstərilən ünvanda 4 nəfər ailə tərkibinin yaşadığı müəyyən olundu. Yaşadığı ev keçmiş qayınatasına məxsusdur. 2014- cü ildə nikah pozulmuşdur. Aliment almamış, əvəzində evdə yaşamaq hüququ olmuşdur. Boşanmadan sonra 2 uşaq olmuş, onlar doğum şəhadətnaməsi atalığa müəyyən etmə faktı da alınmışdır. Təmsilçi qeyri-rəsmi işləmiş aylıq gəliri olmuşdur. Ailəyə valideynlər aylıq 200 manat köməklik göstərir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Ailəyə xx.xx.2022-ci il tarixdən 1 il müddətinə təyin olunmuş Ünvanlı Dövlət Sosial Yardımın bərpa olunması, imtina və sosial yardım hüququnun 1 il məhdudlaşdırılması qərarının ləğv olunması və Ünvanlı Dövlət Sosial Yardımının ödənişinin davam etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 3 ünvanına qeydiyyatdadır, faktiki olaraq ünvan 4vanında yaşayır. 2011-ci ildə həyat yoldaşından boşanmışdır və yaşadığı ünvanda övladları X9, X11 və X7 ilə birgə yaşayır. Həddindən artıq aztəminatlı və kasıb yaşayır. 2022-ci ildə xx.xx.2022-ci il t arixli, **********18102 nömrəli müraciəti əsasında yaşadığı ünvanda ailəsinin maddi-məişət şəraiti yoxlanılaraq xx.xx.2022-ci il tarixdən 1 (bir) il müddətinə 385,98 manat sosial yardım təyin olunmuşdur. Lakin həmin sosial yardımı cəmi 8 (səkkiz) ay ala bilmişdir. Çünki, əsassız səbəblərdən ailəsinə təyin olunan ünvanlı dövlət sosial yardımı dayandırılmış, sosial yardım almaq hüququna 1 (bir) il müddətinə məhdudiyyət qoyulmuşdur. Guya onun ailə tərkibində dəyişiklik olub, guya istifadəsində nəqliyyat vasitəsi var. Həmin təşkilatın işçiləri uşaqlarının babasını nəvələrinə baş çəkməyə gələrkən görmüş, araşdırmadan sosial yardımın verilməsindən imtina etmişlər. Uşaqların baba və nənəsi – faktiki olaraq ünvan 5 ünvanında yaşayırlar. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naz irliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə Mərkəzi Filialın 13 aprel 2023-cü il tarixli 3-17-l/2-İ79890/2023-nömrəli bildiriş məktubunda ona ünvanlı sosial yardımının dayandırılması bildirilmiş, aldığı sosial yardımın isə geri qaytarılmalı olması bildirilmişdir.
10. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1922/2023 nömrəli, 2 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakim V.Musayev) iddia təmin edilmiş, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə imtina və sosial yardım hüququnun 1 il məhdudlaşdırılması qərarı ləğv edilməklə, İddiaçı xx.xx.2022-ci il tarixdən 1 il müddətinə təyin olunmuş ünvanlı dövlət sosial yardımının dayandırıldığı vaxtdan bərpa olunması və ödənişinin davam etdirilməsi öhdəliyi qoyulmuşdur.
11. Məhkəmə hesab e tmişdir ki, iddiaçı ilə eyni ünvanda yaşayan onun keçmiş qayınanası və qayınatası iddiaçı və onun övladını saxlamağa və maddi cəhətdən təmin etməyə borclu deyillər. Odur ki, iddiaçının həmin şəxslərlə birgə yaşama halının mövcudluğu onlarla ümumi birgə təsərrüfat aparmasını birbaşa sübuta yetirən hal kimi nəzərdən keçirilə bilməz. Yəni, sözügedən şəxslərin iddiaçı ilə bir ünvanda yaşamasının yoxlanılması yetərli deyil, onların ümumi ev təsərrüfatına malik olubolmaması da müəyyən edilməlidir. Belə ki, şəxslərin eyni ünvanda yaşaması faktı özlüyündə birgə yaşayan şəxslərin birgə ev təsərrüfatı aparması qənaətini yaratmır.
12. Məhkəmə qeyd etmişdir ki, nəvələrinə və digər ailə üzvlərinə qayğı ilə yanaşan baba və nənənin ailəyə mütəmadiliyi sübut olunmayan yardımları ailənin gəliri kimi nəzərd ən keçirilə bilməz. Belə ki, həmin yardımın növbəti dəfə edilibedilməyəcəyi və məhz hansı məbləğdə ediləcəyi ilə bağlı iddiaçının konkret gözləntisi olmadığından, yardımın edildiyi və edilmədiyi vaxtlar hər dəfə cavabdehi məlumatlandırması ağlabatan hesab edilə bilməz.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-668/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: V.Məlikov - sədrlik edən və məruzəçi, R.Rəfiyev və G.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiy a instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
17. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizə bəyannamədə qeyd olunmuş məlumatlarda uyğunsuzluq aşkar edilməsi, ailənin istifadəsində nəqliyyat vasitəsinin olması və ailə tərkibində baş vermiş dəyişikliklə bağlı məlumat verilməməsi halları maddi X4 zamanı müəyyən edilmişdir. Beləliklə, iddiaçıya təyin edilən ünvanlı sosial yardımın ödənişi dayandırılmış, Qanunun 10.4cü maddəsinin tələblərinin pozulması nəticəsi olaraq ailənin sos ial yardım almaq hüququ 1 il müddətinə məhdudlaşdırılmışdır.
18. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən monitorinqin nəticəsindən əldə olunmuş məlumatlar əsassız hesab edilmiş, iş üzrə həmin hallara düzgün hüquqi qiymət verilmədən qərar çıxarılmışdır.
19. İddiaçı və qayınatası arasında 20 iyul 2022-ci il tarixdə ünvan 4vanında iddiaçıya “yaşayış hüququnun verilməsi" barədə barışıq sazişi imzalanmışdır. İş üzrə maraqlı məqamlardan biri də budur ki, iddiaçı əvvəllər də orda yaşamasına baxmayaraq barışıq sazişini xx.xx.2022-ci il tarixdə imzalayıb.
20. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə mərkəzi filialı tərəfindən iddiaçının evində xx.xx.2023-cü il tarixdə X1 (video çəkiliş ilə) həyata keçiri lmiş, müəyyən hallar qeydə alınmışdır. Video görüntüdə Mərkəzi Filialın nümayəndəsi tərəfindən iddiaçıya ünvanda kimlərin yaşaması ilə bağlı sual ünvanlanır. İddiaçının qayınatası cavab olaraq bildirir ki, ailəsi, gəlini və 2 uşağı sözügedən ünvanda yaşayır. Bu cavab iddiaçının keçmiş həyat yoldaşı və onun valideynləri ilə birgə yaşadığını təsdiq edir. Halbuki İddiaçı ünvanlı dövlət sosial yardıma müraciət edərkən ailədə sadəcə 4 nəfər (övladları və özü) olduqlarını qeyd etmişdir. Həmçinin iddiaçının qayınatası bildirmişdir ki, təxmini 1 ilə yaxın müddətdir ki, qeyd olunan ünvanda bir yerdə yaşayırlar. Məhkəməsi prosesi zamanı iddiaçının qayınatası müayinənin aparıldığı gün gəlinigilə qonaq getdiyini və bir yerdə yaşamadıqlarını qevd etmişdir.
21. Mərkəzi filialın sözügedən video görüntü lərində iddiaçının qayınatası pensiya aldığı və ailənin onun gəlirləri ilə saxladığını bildirərək birgə təsərrüfata malik olduqlarını etiraf etmişdir. Həmçinin İddiaçı müayinənin sonunda tərtib edilən monitorinq aktını imza edərək təsdiqləyir ki, Dilarə Əliyeva küçəsi ey 16, mənzil 47 ünvanında qayınatası gillə birlikdə yaşayırlar, eyni ailə tərkibinə, eyni təsərrüfata malikdirlər, eyni mətbəxdən, eyni sanitar qovşağından istifadə edirlər.
22. Əlavə olaraq qeyd edilməlidir ki, mərkəzi filial tərəfindən İddiaçı yaşadığı ünvanda xx.xx.2023-cü il tarixdə təkrar monitorinq aparılmışdır. Aparılan monitorinq zamanı İddiaçı sosial yardıma müraciəti zamanı ailə tərkibində qeyd olunmayan keçmiş həyat yoldaşı X13, qayınatası X8 yenidən ünvanda aşkar edilmişdir. Qeyd edir ki, ünvanda aparılan təkrar yoxlama nəticəsində sayğacların birgə istifadədə olduğu, kommunal öhdəliklərin birgə icra edildiyi, mətbəx və sanitar qovşağın birgə istifadə edildiyi, ümumi ev təsərrüfatının ayrılmadığı bir daha öz təsdiqini tapmışdır.
23. İddiaçı 21 iyul 2022-ci il tarixdə “ünvanlı dövlət sosial vardım” almaq ücün elektron qaydada X12 və X16 müraciət edərkən gəlirləri ilə bağlı hissədə “Qayınatasının aldığı pensiya məbləğini” qeyd etməmiş, lakin sonradan monitorinq nəticəsində sözügedən bu hal müəyyən edilmişdir. Bu da Qanunun 10.2-ci bəndinə ziddir. Yəni iddiaçı bu dəyişikliklə bağlı 15 gün müddətində cavabdeh orqana məlumat verməli olduğu halda həmin məlumatı müvafiq quruma bildirməmişdir.
24. İddiaçı tərəfindən ailənin istifadəsində “nəqliyyat vasitəsinin” olmaması qeyd edilsə də, monitorinq nəticəsi ndə ailənin istifadəsində nəqliyyat vasitəsinin olduğu müəyyən edilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2. ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər; Maddə
3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, m üvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 saylı qərarı ilə t əsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: Bənd 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Bənd 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin X1”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video, foto çəkilişi və səs yazısı əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddə-sində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. Bənd 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Bənd 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Bənd 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvv əlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X3 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən komm unal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda.
28. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instans iyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. (-). 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Mə hkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya insta nsiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
35. Kassasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə Mərkəzi Filialının monitorinqi nəticəsində ailənin ÜDSY işində uyğunsuzluq aşkar edilmişdir. Bu səbəbdən iddiaçıya ödənilən ünvanlı dövlət sosial yardımın ödənişi dayandırılmışdır.
36. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, işin müəy yən edilmiş hallarından göründüyü kimi, iddiaçı, cavabdeh orqana qarşı “imtina və sosial yardım hüququnun 1 il məhdudlaşdırılması qərarının ləğv olunması” tələbi ilə bərabər, həm də “Ünvanlı Dövlət Sosial Yardımın bərpa olunması və ödənişlərin davam etdirilməsi” tələblərini də irəli sürmüşdür.
37. Cavabdeh bildirir ki, ərizə bəyannamədə qeyd olunmuş məlumatlarda uyğunsuzluq aşkar edilməsi, ailənin istifadəsində nəqliyyat vasitəsinin olması və ailə tərkibində baş vermiş dəyişikliklə bağlı məlumat verilməmişdir.
38. Cavabdehin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası öz mövqeyini aşağıdakı kimi əsaslandırır. 39. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda ailəyə belə anlayış vermişdir - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər.
40. Məhkəmə kollegiyası qeyd edir ki, Qanunun mənasına görə, ünvanlı dövlət sosial yardımla bağlı mübahisələrdə məhz bu anlayış əsas götürülməlidir. Yəni, ailə hesab edilə bilmək üçün digər tələblərlə yanaşı, birgə yaşayan şəxslərin ümumi ev təsərrüfatına malik olmaları, yəni birgə təsərrüfat aparmaları müəyyən olunmalıdır.
41. Cavabdeh orqan isə həmin şəxslərin eyni mənzildə yaşaması və mənzilkommunal xidmətlərindən birgə istifadə etməsindən başqa digər şərtləri sübuta yetirə bilmir. Yəni, sözügedən şəxslərin ümumi ev təsərrüfatında olması üçün onların öz gəlir və əmlakını tam və ya qismən birləşdirməsi, qida məhsullarının istehlakını birgə həyata keçirməsi də sübuta yetirilməlidir. Nəzərə alınmalıdır ki, ümumi ev təsərrüfatının aparılması dedikdə həm də əldə olunan qazancın ailənin ümumi ehtiyaclarına sərf edilməsi, o cümlədən mövcud əmlakın birgə təsərrüfat fəaliyyətinin nəticəsində əldə edilməsi başa düşülür. Cavabdeh inzibati orqan iddiaçının baxış keçirilən zaman aşkar edilmiş şəxslərlə eyni ünvanda yaşama faktını birgə təsərrüfatın aparılması kimi qiymətləndirərək yanlış nəticəyə gəlmiş, ümumi birgə təsərrüfatın aparılması halının mövcudluğunu müəyyən etmədən iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.
42. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqanın ailənin istifadəsində olduğunu bildirdiyi Nissan markalı (**-KD-***) nəqliyyat vasitəsi iddiaçının qayınatasının istifadəsində olmaqla iddiaçıya heç bir aidiyyəti yoxdur. Digər tərəfdən iddiaçının xx.xx.202 2-ci il tarixli barışıq sazişi əsasında ünvan 6 ünvanında birlikdə yaşaması və onun sazişdə nəzərdə tutulandan artıq otaqlardan istifadə etməsi də, ona təyin edilmiş ünvanlı sosial yardımın ləğv edilməsi əsası kimi çıxış edə bilməz.
43. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən, iddiaçının ailəsinin, keçmiş ərinin ailəsi ilə eyni ünvanda bir yerdə yaşamaları faktının müəyyən edilməsi iddiaçıya ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilməsi üçün yetərli əsas sayıla bilməz, Qaydaların 3.7.1-ci bəndində təsbit edilmiş uyğunsuzluq halının mövcudluğuna istinad edilə bilməsi üçün bu zaman həm də birgə yaşayan sözügedən şəxslərin ümumi birgə təsərrüfat aparması halı da müəyyən olunmalı idi.
44. Eyni zamanda qeyd edilməlidir ki, nəvələrin ə və digər ailə üzvlərinə qayğı ilə yanaşan baba və nənənin ailəyə mütəmadiliyi sübut olunmayan yardımları ailənin gəliri kimi nəzərdən keçirilə bilməz. Belə ki, həmin yardımın növbəti dəfə edilibedilməyəcəyi və məhz hansı məbləğdə ediləcəyi ilə bağlı iddiaçının konkret gözləntisi olmadığından, yardımın edildiyi və edilmədiyi vaxtlar hər dəfə cavabdehi məlumatlandırması ağlabatan hesab edilə bilməz.
45. Nəticə etibarı ilə, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-668/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.