Məhkəmə qərarları › İş №2-1(102)-1311/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1311/2025

22.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1311/2025 22.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın qismən ləğvi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanı nda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən X1 adına tərtib edilmiş xx.xx.2020 qeydiyyat tarixli, **********91-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın 0,1201 ha torpaq sahəsi üzərində tam mülkiyyət hüququnun qeydə alınması hissəsində ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 dekabr 2024-cü il tarixli, 2-1(106)-237/2024 nömrəli qərarından üçüncü şəxs X5 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İmişli Rayon Aqrar İslaha tı Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 13 nömrəli qərarından və ona əlavə olunmuş “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl”dən və siyahıdan görünür ki, İmişli rayonu, Gövhərli kəndi, “Qafqaz” kolxozu üzrə X15 Komissiyasının “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələri” barədə qərarı təsdiq olunmuş, həmin qərara əsasən X1 (iddiaçının atası) və onun 6 nəfər ailə üzvlərinin xüsusi mülkiyyətinə 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin 6 nəfər ailə üzvündən biri hazırkı İddiaçıdur.

2. X5 həmin torpaq sahəsində ümumi sahəsi 141,8 kv.m olan fərdi yaşayış evi inşa etdirmişdir. Həmin fərdi yaşayış evi və torpaq sahəsi üzərində tam mülkiyyət hüququ **********91-10301 reyestr nömrəsi X1 adına qeydə alınmışdır.

3. İmiş li Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdehlər İddiaçı və X2 qarşı 4000 manat kompensasiya verilməklə mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehlərin istifadə hüququna xitam verilməsi və onların ailə üzvləri ilə birlikdə evdən çıxarılması barədə iddiası təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. 4. 11.03.2021-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən X5 xüsusi mülkiyyətində olan 141,8 kv.m fərdi yaşayış evini və 0,12 ha həyətyanı torpaq sahəsini X7 bağışlamış və sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır.

5. İddiaçı cavabdehə müraciət edərək X1 adına tərtib olunmuş xx.xx.2020-ci il tarixli, reyestr nömrəsi **********91-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsini xahiş etmişdir.

6. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********49 nömrəli məktubla iddiaçının müraciətinin icrasından imtina etmiş və aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “X1 adına tərtib edilmiş xx.xx.2020 qeydiyyat tarixli, **********91-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın torpaq sahəsi üzərində tam mülkiyyət hüququnun qeydə alınması hissəsində ləğv edilməsi” bar ədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İmişli rayonunun Gövhərli kəndində yerləşən 0.120135 ha torpaq sahəsi üzərindəki 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 141.8 kv.metr olan fərdi yaşayış evi və torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında tam pay hüququ üzrə X1 miilkiyyətindədir və bununla bağlı mülkiyyətçiyə **********91-10301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli çıxarış verilmişdir. Onun ailə üzvləri həmin mənzildən 20 ildən çoxdur ki, istifadə edir, qeydiyyatda olmaqla yaşayırlar. O, özü isə 40 ildən çoxdur ki, bu ünvanda yaşayır. Çox təəssüflər olsun ki, onların razılığı və xəbərləri olmadan həmin ünvana yuxarıda qeyd edilən çıxarış verilmiş və nəticədə onların mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Hazırda İmişli r ayonunun Gövhərli kəndində yerləşən 0.120135 ha torpaq sahəsi üzərindəki 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 141.8 kv.metr olan fərdi yaşayış evi və torpaq sahəsinə dair X3 verilmiş **********91-10301 reyestr nömrəli və xx.xx.2020-ci il tarixli çıxarışın qanunsuz olduğunu nəzərə alaraq ləğv edilməsini cavabdeh qurumdan xahiş etsə də ərizəsi təmin edilməmişdir. Hesab edir ki, ərzəsinə cavabdeh qurum tərəfındən baxılmaması və ya əsassız olaraq imtinası qanunsuzdur.

9. Üçüncü şəxs X5 məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddia tamamilə əsassızdır və onun mülkiyyət hüquqlarının pozulmasına yönəlmişdir. Belə ki, İmişli Rayon Məhkəməsinin 03 oktyabr 2019-cü il tarixli, 2(036)-1916/2019 saylı qətnaməsi ilə onun cavabdehlər İddiaçı və X2 qarşı “kompe nsasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasmın 13 fevral 2020-ci il tarixli, 2(106)-433/2020 nömrəli qətnaməsi ilə İmişli Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(036)-1916/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 2(102)-3688/20 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2020-ci il tarixli, 2(106)-433/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Məhkəmələr MM-nin 228.2 maddəsinə və “Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konistitusiya Məhkəməsi Plenimunun 26 sentyabr 2007-ci il tarixli qərarına” istinad edərək onun iddiasını təmin e tmişlər. Bildirir ki, o ƏMDK yanında DƏRDX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən aldığı xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarışa əsasən İmişli rayonu Gövhərli kəndində yerləşən fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququ qazanmış və həmin ünvanda yerləşən daşmmaz əmlaka tək özü hüquq sahibidir. Ona eyni zamanda 11 avqust 2020-ci il tarixli yüxarıda göstərilən ünvanda yerləşən daşınmaz əmlaka texniki pasport verilmişdir. O, sonradan 11 mart 2021ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə İmişli rayonu Gövhərli kəndində yerləşən fərdi yaşayış evini qızı X7 bağışlamış və qızı X7 həmin daşmmaz əmlaka ƏMDK yanında DƏRDX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021- ci il tarixli, **** ****** saylı çıxarış verilmişdir. Bildirir ki, İddiaçı cavabdeh DƏRDX-nın 6 saylı ərazi idarəsinə qarşı “çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası onun və sonrakı mülkiyyətçinin əmlak üzərində mülkiyyət hüquqlarının pozulmasına yönəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafıə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam mü sadirəsinə yol verilmir. Dövlətin ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirlməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cü maddəsinin İ, İİ və İV hissələri). Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyət maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olm aqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətindən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Göründüyü kimi, daşınmaz əmlak üzərində mülkiyyət və digər əmlak hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra tam həcmdə yaranır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X4rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. Göründüyü kimi, İddiaçı iddiası qanunsuzdur. Onun sözügedən evə heç bir mülkiyyət hüququ yoxdur. Onun iddiası onun, həmçinin digər mülkiyyətçi X6 mülkiyyət hüquqlarının pozulmasına yönəlmişdir.

10. Şirvan İnzibati Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2-1(120)-113/2023 nömrəli qərarı ilə (hakim F.Abbasov) iddia təmin edilmiş, cavabdeh tərəfindən X1 adına tərtib edilmiş xx.xx.2020 qeydiyyat tarixli, **********91-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın 0,1201 ha torpaq sahəsi üzərində tam mülkiyyət hüququnun qeydə alınması hissəsində ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, İmişli Rayon Aqrar İslahatı Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 13 nömrəli qərarı əsasında X1 və onun 6 nəfər ailə üzvlərinin, o cümlədən İddiaçı xüsusi mülkiyyətinə ayrılmış 0,12 ha həyətyanı torpaq sahəsi ümumi mülkiyyətə verilmiş torpaq sahəsidir. Cavabdeh inzibati orqan istər X3 0,12 ha hə yətyanı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnu təsdiq edən xx.xx.2020-ci il tarixli, reyestr nömrəsi **********91-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışın, istərsə də X7 həmin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnu təsdiq edən xx.xx.2021-ci il tarixli, reyestr nömrəsi **********91- 10301, qeydiyyat nömrəsi ********** olan çıxarışın verilməsinin birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin digər iştirakçılarının, o cümlədən İddiaçı razılığı əsasında həyata keçirildiyini təsdiq edən hər hansı bir sübut növünü məhkəməyə təqdim etməmişdir. Beləliklə, istər X5, istərsə də X10 0,12 ha həyətyanı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi barədə müraciət edərkən cavabdeh inzibati orqan birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin digər iştirakçılarının razılıq ərizəsini tələb etməmiş, yəni hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün əsasların olubolmadığını müəyyən etməmiş, bununla da, qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq qanunsuz inzibati akt qəbul etməklə, həmin şəxslərin, o cümlədən iddiaçının qanunla qorunan hüquqlarına müdaxilə etmişdir.

12. Həmin qərardan cavabdeh və üçüncü şəxslər X10 və X5 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verilmişdir. b. apellyasiya instansiya məhkəməsində birinci icraat

13. Apellyasiya icraatı zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilərək iddia tələbinə “cavabdeh tərəfindən X1 adına daşınmaz əmlakın dövlət reyestrində **********91 - 10301 reyestr nömrəsi ilə aparılmış qeydiyyatın 0.1201 ha torpaq sahəsi üzərində tam mülkiyyət hüququnun qeydə alınması hissəsində ləğv edilməsi" kimi baxılması xahiş edilmişdir.

14. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 dekabr 2024-cü il tarixli, 2-1(106)-237/2024 nömrəli qərarı ilə (hakimlər: S.Həsənov - sədrlik edən və məruzəçi, H.Bəhmənov və Y.Həşimov) apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmiş, Daşınmaz əmlakın dövlət reyestrində X1 adına **********91-10301 reyestr nömrə ilə aparılmış qeydiyyatın 0,1201 ha torpaq sahəsi üzərində tam mülkiyyət hüququnun X1 adına qeydə alınması hissəsində ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə tam, gəldiyi nəticə ilə isə qismən razılaşaraq mövqeyini onunla əsaslandırmışdır ki, işdə olan sənədlərdən müəyyən edilir ki, X1 adına tərtib edilmiş **********91-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın tarixi xx.xx.2020-ci il deyil, xx.xx.2020-ci il tarixidir. 0,1201 ha torpaq sahəsi üzərində X1 tam mülkiyyət hüququ xx.xx.2020-ci il tarixində deyil, ondan daha əvvəl yəni, xx.xx.2011-ci il tarixində qeydiyyata alınmışdır.... bu növ işlərdə mübahisənin predmeti reyestrdə aparılmış qeydiyyata dair çıxarış deyil, reyestrdə aparılmış qeydiyyat olmalıdır.

16. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 139.1, 139-1.1.1, 213.1, 213.2, 213.5, 213.7, 222.1, 222.2, 223.2, 223.3-cü, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1, 15.1, 15.1.5, 16.3, 16.4, 16.5, 23.1-ci maddələrinə istinad etmişdir.

17. Üçüncü şəxs X5 həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətində qeyd edir ki, iddia tamamilə əsasızdır. Belə ki, İmişli Rayon məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli 2(036)-1916/2019 saylı qətnaməsinə əsasən hazırkı iş üzrə iddiaçı olan İddiaçı kompensasiya verilməklə mübahisəli fərdi yaşayış evində yaşayış sahəsindən istifadə hüququna xitam verilmişdir. Həmin qətnamə Şirvan Apelyasiya məhkəməsinin 13 fevral 2020-ci il tarixli 2(106)-433/2020 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 avqust 2020-ci il tarixli 2(102)-3688/2020 saylı Qərarı ilə qüvvədə saxlanılmışdır. X5 25 avqust 2020-ci il tarixində ********** saylı çıxarışla Gövhərli kəndində yerləşən fərdi yaşayış evinə tam mülkiyyət hüququ ilə sahiblik əldə edib. Bundan sonra 11 mart 2021-ci il tarixində o, daşınmaz əmlakın bağışlanılması müqaviləsi ilə həmin fərdi yaşayış evini qızı X7 bağışlayıb və həmin müqavilədən sonra qızına xx.xx.2021-ci il tarixli ********** saylı çıxarış verilmişdir. Ona görə də hesab edir ki, sözügedən iddia onunla barabər qızının mülkiyyət hüququnu da pozur, çünki hazırda mübahisə fərdi yaşayış evi tam mülkiyyət hüquq ilə X7 aiddir. Hesab edir ki, məhkəmə düzgün qərar qəbul etməmişdir. Belə ki, hazırda mübahisəli daşınmaz əmlakın sahibi o deyil qızı X9r. Hazırkı halda məhk əmə hərtərəfli araşdırma aparmadığı üçün qərar qəbul edərkən düzgün nəticəyə gəlməmişdir.

19. Kassator Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və MPMin 9, 77.1, 88, 385, 388, 390, 418.1, 418.2 və 418.3-cü maddələrinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Mülki Məcəllə: Maddə

213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.... 213.5. Birgə mülkiyyət iştir akçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.... Maddə

222. Birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.... Maddə

223. Birg ə mülkiyyət hüququna xitam verilməsi, birgə mülkiyyətdə olan əşyanın bölünməsi və ondan pay ayrılması... 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.... 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmə lə gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər.... Maddə Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra haki miyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə

23. Hüquqların dövlət qeydiyyatı haqqında qanunvericiliyinin pozulmasına görə məsuliyyət 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər....

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddəti ndə müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSA SİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyə n maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

27. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından çıxarışın ləğv edilməsi üçün tələb olunan hüquqi əsasın mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmış, məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

29. İş materiallarından görünür ki, İmişli Rayon Aqrar İslahatı Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 13 nömrəli qərarı ilə X1 və onun 6 nəfər ailə üzvlərinin, o cümlədən İddiaçı xüsusi mülkiyyətinə 0,12 ha həyətyanı torpaq sahəsi verimiş, lakin həmin 0,12 ha həyətyanı torpaq sahəsi üzərində yalnız X1 xüsusi mülkiyyət hüququnu Daşınmaz Əmlakın Dövlət Reyestrində **********91-10301 reyestr nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış və adına müvafiq çıxarış verilmişdir.

30. Göründüyü kimi, İmişli Rayon Aqrar İslahatı Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 13 nömrəli qərarı əsasında X1 və onun 6 nəfər ailə üzvlərinin, o cümlədən İddiaçı mülkiyyətinə 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmış olsa da, həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmamışdır.

31. İş materiallarında olan İmişli Rayon Aqrar İslahatı Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 13 nömrəli qərarından və ona əlavə olunmuş “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl”dən görünür ki, sözügedən torpaq sahəsinin mülkiyyətçisi kimi X5 ilə yanaşı İddiaçı da adı qeyd olunmuşdur. Yəni, İddiaçı da sözügedən torpaq sahəsinin mülkiyyətçisi sırasındadır.

32. Eyni zamanda işin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarından görünür ki, İddiaçı öz p ayından X1 xeyrinə imtina etməmiş və bu barədə ərizə verməmişdir.

33. Hazırkı qərarın 21-ci bəndində qeyd olunan maddi hüquq normalarının tələblərindən görünür ki, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin ra zılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.

34. Beləliklə, İmişli Rayon Aqrar İslahatı Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 13 nömrəli qərarı əsasında X1 (və onun ailə üzvlərinin) və İddiaçı xüsusi mülkiyyətinə ayrılmış 0,12 ha həyətyanı torpaq sahəsi ilə bağlı mülkiyyətçilərin (ailə üzvlərinin) payları müəyyənləşdirilmədiyindən həmin torpaq sahəsi ümumi birgə mülkiyyətdə olan torpaq sahəsidir.

35. Lakin cavabdeh torpaq sahəsinə dair X1 tam mülkiyyət hüquqlarını qeydiyyata alarkən həmin torpaq sahəsi üzərində X1 bütünlüklə sərəncam vermək hüququnun olubolmadığı araşdırılmamış, başqa sözlə həmin torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ nəzərə alınmamışdır.

36. Bel ə olan halda, qeyd edilən torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərinin araşdırmadan üçüncü şəxsin adına çıxarışın verilməsi cavabdeh inzibati orqanın məsuliyyətindən yaranmış hal olduğundan və mübahisənin həlli cavabdehin səlahiyyət sferasına aid olduğundan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi X1 adına **********91-10301 reyestr nömrə ilə aparılmış qeydiyyatın 0,1201 ha torpaq sahəsi üzərində tam mülkiyyət hüququnun X1 adına qeydə alınması hissəsində ləğv etməklə haqlı sayılmalıdır.

38. Odur ki, üçüncü şəxs X5 tərəfindən verilmiş kassasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır

39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 dekabr 2024-cü il tarixli, 2-1(106)-237/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar