Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1312/2020 20.11.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı Şəhəri Binəqədi Rayon Şöbəsinə qarşı iş üzrə (Açar sözlər: “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin pensiya hüququ 2017-ci il 01 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, X1 ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cav abdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı Şəhəri Binəqədi Rayon Şöbəsinə qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-493/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1964-cü ildə anadan olmuş, xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilə qədər 46 №-li Tikinti İdarəsində fəhlə işləmiş, xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuş, xx.xx.1984-cü ildən xx.xx.1992-ci ilə qədər isə 46 №-li Tikinti İdarəsində fəhlə işləmiş, 1988-ci ilin mart ayı üzrə 14 gün, aprel ayı üzrə isə 20 gün Slavutiç şəhərinin tikintisində iştirak etmişdir.
2. İddiaçı Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı əlil olmuş və ona ikinci dərəcəli əlillik verilmiş, həmçinin Çernobıl AES-də qəzanın ləğvi ilə ələqadar 1991-ci ilin dekabr ayı üçün əmək haqqının 4 qat misli, yəni 14 301,65 rubl məbləğində pul ödənilmişdir.
3. İddiaçı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1990-cı il tarixli 577 №-li qərarına əsasən Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı ödənilmiş 4 qat məbləğin nəzərə alınmaqla pensiyasının yenidən hesablanması ilə bağlı DSMF-nin Binəqədi rayon Şöbəsinə xx.xx.2019-cu il tarixdə ərizə ilə müraciət etmiş, cavabdeh xx.xx.2019-cu il tarixli **********1 nömrəli məktubla iddiaçıya pensiyanın yeni dən hesablanmasından imtina etmişdir.
4. Cavabdeh orqan imtinasını belə əsaslandırmışdır ki, iddiaçıya 2-ci qup əlil kimi Çernobıl AES əlili kimi pensiya 1991-ci ildə təyin edilmişdir. Pensiyanın məbləği həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmışdır. Həmin dövrdən sonra pensiyaların təyin edilməsi və hesablanması haqqında Azərbaycan Respublikasının Qanunu 2 dəfə dəyişmiş və çoxsaylı dəyişikliklər aparılmışdır. Eyni zamanda, 2006-cı ilə qədər təyin edilmiş pensiyalar üzrə pensiya işləri (sənədləri) 2006-cı ildə DSMF-nin mərkəzləşdirilmiş arxivinə təhvil verilmişdir. Odur ki, qeyd edilənlərə və pensiya təyin edildiyi vaxtdan uzun müddət (28 il) keçdiyinə görə pensiyanın yenidən hesablanması mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 577 №-li qərarına əsasən 1988-ci ilin mart ayı üzrə 14 gün, aprel ayı üzrə isə 20 gün Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ödənilmiş 14 301,65 rubl 4 qat məbləğ 25,4-ə vurulmaqla Çernobıl AESdə olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə xx.xx.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qə rar qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsini belə əsaslandırmışdır ki, o, Çernobıl AES-də qəzanın aradan qaldırılmasında iştirak etməklə ciddi şüalanmaya məruz qalmış və nəticədə ÇAES əlili olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1990-cı il tarixli 577 saylı qərarına əsasən bütün Çernobıl əlilləri kimi, o da o vaxt işlədiyi müəssisədə əmək haqqının dördqat məbləği qədər mükafat almışdır. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 83-cü maddəsinə əsasən həmin dördqat əmək haqqından ÇAES əlillərinə pensiya hesablanması nəzərdə tutulmuşdur. Bu halda ödənilmiş dördqat məbləği, Çernobıl AES-də olduğu günlərin sayına bölünərək 25.4-ə vurulmalıdır. Alınan məbləğ pensiyanın orta aylıq əmək haqqı sayılır. Ona təyin edilmiş pensiya məbləğinin həmin əlill iyə görə aldığı mükafatlar əsasında əmək haqqına uyğun olaraq hesablanması barədə DSMF-nin Binəqədi rayon Şöbəsinə müraciət etmişdir. Lakin, onlar qeyd olunan qaydada pensiya təyin olunmasından imtina etmişlər. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)4548/2019 nömrəli qərarına əsasən (hakim – T.Ə.Əsədova) iddia tələbinin təmin edilməsi, iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 577 №-li qərarına əsasən 1988-ci ilin mart ayı üzrə 14 gün, aprel ayı üzrə isə 20 gün Çernobıl AESdə qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ödənilmiş 14 301,65 rubl 4 qat məbləğ 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə xx.xx.2008-ci il tarixdən əmək pensiyası məbləğin in yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 83.2-ci maddəsinin xx.xx.1995-ci il tarixinədək olan redaksiyasına əsasən Çernobıl AESdə işləmiş şəxslərin əmək pensiyası onların aldıqldarı əmək haqqının 4 qat misli əsas götürülməklə təyin olunmalıdır. Odur ki, iddia tələbi təmin edilməlidir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-4548/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın xx.xx.2020-ci il tarixli, 21(103)-493/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – A.B.Nuriyeva, hakimlər – V.M.Ağayev və S.S.Seyidova) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-4548/2019 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1-18 saylı xx xxxxxxxx 1993-cü il tarixli “Vətəndaşların bəzi kateqoriyalarına pensiyaların hesablanması Qaydaları”n ikinci bəndinə əsasən isə Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılması üçün çalışanlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1991-ci il tarixli 577 saylı qərarına əsasən əmək haqqının dö rdqat məbləğində mükafat ödənilmişdir. Həmin əmək haqqından pensiya hesablanması Qanunun 83-cü maddəsində nəzərdə tutulmuşdur. Bu halda ödənilmiş dördqat məbləğ Çernobıl AES-də olduğu günlərin sayına bölünüb 25,4-ə vurulmalıdır. Alınan məbləğ pensiyaçının orta aylıq əmək haqqını təşkil edir. Dördqat məbləğ özü müasirləşdirilərək ödənildiyi üçün həmin əmək haqqının müasirləşdirilməsinə yol verilmir, yeni dördqat məbləğdən hesablanmış orta aylıq əmək haqqının yuxarıda qeyd edilən səbəblərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 1993-cü il tarixli 255 saylı qərarına görə müasirləşdirilməsi qeyri-mümkündür. Lakin cavabdeh pensiya təyin edən orqan tərəfindən iddiaçıya əlillik pensiyası təyin edilərkən qanunvericiliyin qeyd olunan tələbləri əsassız olaraq nəzərə alınmamışdır.
12. Məhkəmə qərarını cavabdeh xx.xx.2020-ci il tarixində almışdır.
13. Cavabdeh həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)- 493/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə “Əmək pensiyaları haqqında” Qanunun 27.2-ci maddəsinə xx.xx.2010-cu il tarixində edilmiş dəyişikliyə əsasən əmək pensiyalarının hesablanması zamanı orta aylıq əmək haqqının tətbiqini nəzərdə tutan müddəa qanundan çıxarılmışdır. Həmin Qanunun 25-ci maddəsinə əsasən sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur.
15. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Odur ki, qərar ləğv edilməli və idda tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. İşə baxılmasının vaxtı və yeri haqqın da lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayları n sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli ““Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadında məhkəmənin gəldiyi nəticə belə olmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
21. Həmin qərardadın 106-cı bəndinə görə yeni tənzimləmələrlə gətirilən tədbirlərin geriyə şam il edilməsi əmək pensiyaçılarını əlverişsiz vəziyyətdə də qoymur. Çünki, onlar hər şeydən əvvəl əmək pensiyaçısı olmaq statuslarını saxlayırlar, əmək pensiyasının tamamilə məhrum edilməsi və ya ləğv edilməsi halından söz edilə bilməz. Bundan başqa, pensiyaçılar keçmiş dövrlə bağlı alacaqlarından da bütövlükdə məhrum edilmirlər, əvvəlki üç ili almaq hüquqları qalır. Dolayısıyla, bu kateqoriya şəxslərin itirdikləri məbləğ onların alacaqları vəsaitlərin əhəmiyyətli dərəcədə azalmasına və müvafiq olaraq yaşayış səviyyəsinin son dərəcədə pisləşməsinə də gətirib çıxarmır.
22. Həmin qərardadın 107-ci bəndinə görə müdaxilənin mütənasibliyinin qiymətləndiriliməsi baxımından konkret vəziyyətdə şəxslərdən gözlənilən məsuliyyətli davranışın edilib-edilmədiyinə də diqqət yetirilməlidir. Bu baxımdan, şəxslərin hüquqlarının yarandığı uzun müddət ərzində və hətta yeni qanunun qüvvəyə mindiyi günədək olan keçid dövrü ərzində hüquqlarının reallaşdırılması üçün konkret müraciət etməmələri onların həmin pensiya vəsaitlərinə real ehtiyaclarının olmadığını təsdiq edən hal kimi qiymətləndirilə bilər.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 98-1.3-cü maddəsinə görə Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir.
24. Həmin Məcəllənin 98-1.4-cü maddəsinə görə Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi m övqeni rəhbər tutmalıdırlar.
25. Həmin Məcəllənin 96.9-cu maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanunili yi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-493/2020 nömrəli qərarı ilə gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.
29. Hazırkı qərarın 24-cü bəndində göstərilən normanın tələbinə görə məhkəmə kollegiyası hazırkı mübahisəni Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadında əks olunan hüquqi mövqeyə uyğun olaraq qiymətləndirməlidir.
30. Hazırkı qərarın 20-ci bəndində göstərilən Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyindən görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
31. İddiaçı xx.xx.2008-ci ildən əmək pensiyasının hesablanaraq birdəfəlik qaydada ödənilməsini xahiş etsə də, belə xahişlə xx.xx.2019-cu il tarixində, yəni qərardadda nəzərdə tutulan tarixdən sonra inzibati orqana müraciət etmişdir.
32. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin müddəaları hazırkı iş üzrə iddiaçıya da tətbiq edilməlidir. Odur ki, iddiaçı xx.xx.2019-cu il tarixində pensiya təyin edilməsi üçün məhkəməyə müraciət etdiyindən müraciət edilən tarixdən əvvəlki üç il üçün, yəni xx.xx.2016-cı il tarixindən pensiya yenidən hesablanmalıdır.
33. Cavabdehin kassasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin pensiyanın xx.xx.2016-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək yenidən hesablanması hissəsində iddia tələbi əsaslı, xx.xx.2008-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək yenidən hesablanması hissəsində əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir.
34. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsi zəruri olmadığından, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhk əməsinə göndərilməsi üçün əsaslar yoxdur.
35. Odur ki, Ali Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020ci il tarixli, 2-1(103)-493/2020 nömrəli qərarı dəyişdirilməli, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 577 nömrəli qərarına əsasən 1988ci ilin mart ayı üzrə 14 gün, aprel ayı üzrə isə 20 gün Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ödənilmiş 14301,65 rubl 4 qat məbləğ 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə xx.xx.2016-cı il tarixindən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
36. Qe yd edilənlərə və İPM-in 96.9-cu maddəsinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı Şəhəri Binəqədi Rayon Şöbəsinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-493/2020 nömrəli qərarı dəyişdirilsin. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 577 nömrəli qərarına əsasən 1988-ci ilin mart ayı üzrə 14 gün, aprel ayı üzrə isə 20 gün Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ödənilmiş 14301,65 rubl 4 qat məbləğ 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə xx.xx.2016-cı il tarixin dən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. Qərar qətidir.