Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1312/2021 07.09.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması; Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli qərarının tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi ilə, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbayca n Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə “pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 03 mart tarixli, 2-1(103)-472/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1939-cu il xx.xx. tarixində anadan olmuşdur. İddiaçının əri X5 1993-cü il 2 noyabr tarixində vəfat etmiş, 1995-ci il 1 oktyabr tarixində iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir.
2. İddiaçı 2017-ci il 5 dekabr tarixində cavabdeh orqana ərizə ilə müraciət etmişdir. Ərizədə m ərhum ərinin dövlət qulluqçusu olmasına istinad edərək “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanuna uyğun olaraq vəzifə maaşına əlavələrin və müavinətin pensiya hesablanarkən nəzərə alınmalı olduğunu bildirmiş və təyin olunmuş ailə başçısını itirməyə görə pensiyanın yenidən hesablanmasını xahiş etmişdir.
3. Cavabdeh orqan 2017-ci il 15 dekabr tarixli 13/01-5500 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinanın əsası kimi iddiaçının mərhum əri vəfat etdiyi zaman “Dövlət qulluqçularının pensiya təminatı” haqqında Qanunun qüvvəyə minmədiyini göstərmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vəzifə maaşı, 15 faizlik əlavə haqq, 20 faizlik əlavə haqq və müavinət nəzərə alınmaqla, iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməsi və həmin pensiyanın ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 14.1.2-ci maddəsinə əsasən pensiya yaşına (yəni 60 yaşa) çatdığından ailə başçısını itirməyə görə pensiya almaq hüququ var. Onun əri X5 17 il ərzində dövlət qulluqçusu kimi işləmişdir. Əri vəfat etməmişdən əvvəl son 3 il ərzində dövlət qulluğunda işləməmişdir. Buna baxmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ona dövlət qulluqçusu kimi pensiya almağa imkan verir. Belə ki, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illər inin minimum həddi 5 ildir. Yəni, ərinin 17 il dövlət qulluğunda işləməsi, ona dövlət qulluqçusu kimi pensiya almaq hüququnu verir, baxmayaraq ki, karyerasının son 3 ilini dövlət qulluqçusu kimi işləməmişdir. İddiaçı 05 dekabr 2017-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, ərizədə Azərbaycan Respublikasının müvafiq Qanunları ilə onun 1993-cü il tarixdə vəfat etmiş əri X3 dövlət qulluqçusu pensiyasını almaq hüququnun olmasını əsaslandırmışdır. Lakin cavabdehin 15 dekabr 2017-ci il tarixli, 13/01-5500 nömrəli məktubunda qeyd edilir ki, ona 01 oktyabr 1995-ci il tarixdən qüvvədə olan mövcud qanunvericiliyə uyğun yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmçinin 01 noyabr 2017-ci il tarixinə aldığı pensiyanın məbləği 204,23 manat təşkil etdiyi də ayrıca qeyd edilmişdir. Məktubda, DSM F-nin 03 oktyabr 1996-cı il tarixli qərarı ilə onun “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna müvafiq olaraq ailə başçısını itirməyə görə pensiya kəsildiyi barədə məlumat göstərilməyib. Bunlardan əlavə, məktubda ərinin vəfat etdiyi zaman “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanunun qüvvəyə minmədiyinə istinad edərək onun ailə başçısını itirməyə görə pensiya almaq hüququnun olmaması qeyd olunmuşdur. Lakin pensiyanın təyin edilməsinə dair sənədləri analiz etdikdə o qənaətə gəlmək mümkündür ki, ona yaşa görə deyil, məhz ailə başçısını itirməyə görə 1996-cı il tarixindən pensiya təyin olunub, lakin “Əmək pensiyaları haqqında” Qanunun 20.1.8-ci maddəsi ilə müəyyən olunmuş əlavələri almamışdır.
6. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-121/2019 saylı 2019-cu il 26 fevral tarixli qərarı ilə iddia tələbi qismən təmin edilərək, iddiaçının vəfat etmiş əri X3 01.07.1975-ci ildən 30.11.1990-cı ilədək Mingəçevir şəhər XDS icraiyyə komitəsinin sədri işlədiyi dövr üzrə aylıq vəzifə maaşı, 15%-lik əlavə haqq, 30%-lik əlavə haqq nəzərə alınmaqla, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir (hakim X.İmanov).
8. Cavabdeh 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-121/2019 saylı 26.02.2019-cu il tarixli qərarından apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2114/2019 saylı 09.10.2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-121/2019 saylı 26.02.2019-cu il tarixli qərarı ləğv edilmiş və iş həmin məhkəməyə qaytarılmışdır. 10. 2019-cu il 15 mart tarixində iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə verərək, “vəzifə maaşı, 15%-lik əlavə haqq, 30%-lik əlavə haqq və müavinət nəzərə alınmaqla, iddiaçıya təyin olunmuş pensiya məbləğinin dəyişdirilərək yenidən hesablanıb, müəyyən edilməsi və keçən müddət ərzində pensiyanın ödənilməmiş fərqinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizəsi icraata qəbul edilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 19.10.2020-ci il tarixli, 2-1(112)-2663 /2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməmişdir (hakim E.Əliyev).
12. Məhkəmə qeyd etmişdir ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir.
13. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 03 mart ta rixli, 2-1(103)-472/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Afaq Nuriyeva, hakimlər – Valeh Ağayev və Aida Hüseyn) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 19.10.2020-ci il tarixli, 2-1(112)-2663/2020 saylı qərarı ləğv edilmiş və yeni qərar qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, iddiaçının mərhum əri X3 1975-1990-cu illərdə X1 Sovetinin sədri vəzifəsi Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahının 1.17cu bəndində nəzərdə tutulmuş rayonlar (şəhərlər) üzrə yerli icra hakimiyyəti başçısının müavini vəzifəsinə uyğunlaşdırılaraq, həmin dövrləri dövlət qulluğu stajına daxil etməklə 05.12.2017-ci il tarixdən dövlət qulluğunun ailə başçısını itirməyə görə pensiyanın təyi n edilərək, pensiyan hakimiyyət səlahiyyətlərinin icrasına görə dövlət qulluqçusuna ödənilən 15% əlavə haqq və məzuniyyətə çıxarkən dövlət qulluqçusuna ödənilən 1 aylıq vəzifə maaşı həcmində müavinət nəzərə alınmaqla yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuş, iddia tələbi 30% əlavə haqqın ödənilməsi hissəsində rədd edilmişdir.
15. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçıya mərhum əri X4 1975-1990-cu illərdə Mingəçevir şəhər X2 sədr vəzifəsində işlədiyi dövrləri dövlət qulluğu stajına daxil etməklə müraciət etdiyi vaxtdan, yəni 05.12.2017-ci il tarixdən dövlət qulluqçusu kimi ailə başçısını itirməyə görə pensiya təyin edilməlidir. İddiaçının 1975-1990-cu illərdə işləmiş olduğu X1 sovetinin sədr vəzifəsi bu Fərmana əsasən rayonlar (şəhərlər ) üzrə yerli icra hakimiyyəti başçısının müavini vəzifəsinə uyğunlaşdırılmalıdır.
16. Azərbaycan Respublikasının Prezidentinin 20.06.2008-ci il tarixli 776 saylı “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı”nın və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə” Fərmanının 2-ci bəndinə əsasən hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilməsi nəzərdə tutulmuşdur.
17. İddiaçının iddia tələbinin dövlət qulluqçusu məzuniyyətə çıxarkən ödənilən bir vəzifə maaşı həcmində müavinətin nəzərə alınmaqla pensiyanın yenidən hesabanması hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin “Dövlət qulluqçuları üçün b əzi təminatlar haqqında” 23.10.2003-cü il tarixli Fərmanında 2003-cü il 01 yanvar tarixindən dövlət qulluqçusuna növbəti məzuliyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət verilir və bu müavinət dövlət qulluqçularına hər il işlədiyi mərkəzi icra hakimiyyəti orqanı tərəfindən ödənilir. Həmin müavinət pulundan sosial sığorta və vergi tutma olduğu bir aylıq vəzifə maaşı həcmində müavinət pulu da iddiaçının dövlət məvacibinə daxil edilməklə pensiya hesablanarkən nəzərə alınmalıdır.
18. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilən normativ hüquqi aktlar ilə dövlət qulluqçularına hakimiyyət səlahiyyətinin icrasına görə ödənilən 15 faizlik əlavəni, habelə dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda 1 aylıq vəzifə maaşı həcmində müavinəti iddiaçının uyğunlaşdırılmış dövlət qu lluğu vəzifəsi üzrə onun əmək haqqında baş verən artımlar kimi qiymətləndirir. İddiaçının iddia tələbi 30% əlavə haqqın ödənilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir.
19. Cavabdeh 01.06.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 03 mart tarixli, 2-1(103)-472/2021 nömrəli qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Cavabdehin kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayətinin dəlillərinə görə iddiaçının mərhum əri dövlət qulluqçusu statusuna malik olmadığından iddiaçının müraciətindən imtina edilməsi əsaslı və qanuni olmuşdur. İddiaçının mərhum əri dövlət qulluqçusu hesab edildiyi halda belə, məhkəmə 15 faiz əlavə haqq və bir aylıq vəzifə maaşı məbləğində müavinətin pensiya hesablanması zamanı diqqətə alınmalı olması hissəsində qanun pozuntusuna yol verib. Belə ki, iddiaçının mərhum ərinin bu təminatları almadığı aşkardır. Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli Qərarında açıq şəkildə göstərilmişdir ki, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etmişdir. İddiaçı etirazı belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli 290 nömrəli Fərmanına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmişdir. Sözügedən normativ hüquqi aktın adından da göründüyü kim, onun əsas məqsədi ondan ibarətdir ki, əgər hər hansı şəxsin işlədiyi vəzifə hal- hazırda yoxdursa, həmin şəxsin vəzifə maaşı bu Fərman əsasında uyğunlaşdırma aparmaqla müəyyən edilsin və ona pensiya təyin edilsin. Beləliklə, iddiaçının ərinin keçmişdə tutduğu vəzifə hazırda mövcud olmasa, həmin vəzifə hazırda yerli icra hakimiyyəti başçısının müavini vəzifəsinə bərabər tutulur və həmin vəzifəyə uyğun da pensiya ödənilir.
22. Bundan savayı, Azərbaycan Respublikası Prezidentinin 20.06.2008-ci il tarixli 776 saylı “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı”nın və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə” Fərmanının 2-ci bəndinə əsasən hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilməsi nəzərdə tu tulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 04.08.2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun 2.1.5-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının birinci müavini inzibati vəzifələrin 4-cü təsnifatına aiddir, bu baxımdan da dövlət qulluğu hesab olunur. a) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikası Prezidentinin 04.08. 2003-cü il tarixli, 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 2.1.7-ci bəndinə əsasən “inzibati vəzifələrin altıncı Təsnifatı”nın 3-cü yarımbəndində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında olan icra hakimiyyəti orqanları aparatlarının rəhbərləri və onların müavinləri vəzifələri yerli icra hakimiyyəti (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) başçılarının aparatlarında şöbə müdiri və onun müavin vəzifələri nəzərdə tutulmuşdur.
26. Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması” Siyahısının 1.17-ci bəndində rayon (şəhər) X2 icraiyyə komitəsinin aparatında icraiyyə komitəsinin sədri Rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında əhalisinin saylı müvafiq olaraq 50-100 min nəfər və 100 min nəfərdən çox olan rayonlar (şəhərlər) üzrə yerli icra hakimiyyəti başçısının birinci müavini, əhalisinin sayı 50 min nəfərə qədər olan rayonlar (şəhərlər) üzrə yerli icra hakimiyyəti başçısının müavini vəzifəsinə uyğunlaşdırılması nəzərdə tutulmuşdur.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” qərarına görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Həmin Qərara əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qu rulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmay an əlavələrə edilən artımlar nəzərə alına bilməz.
28. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
29. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
30. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir.
32. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə) KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
34. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.
36. Kassasiya şikayətinin “iddiaçının mərhum əri dövlət qulluqçusu statusuna malik olmaması” ilə bağlı dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, işin mübahisəsiz hallarından məlumdur ki, iddiaçının mərhum ə ri 01.07.1975-01.11.1990-cı illərdə Mingəçevir şəhər X2 sədri vəzifəsində işləmişdir. Həmin vəzifə isə hazırkı qərarın 26-cı bəndində göstərilən Fərmana əsasən rayonlar (şəhərlər) üzrə yerli icra hakimiyyəti başçısının müavini vəzifəsinə uyğunlaşdırılmalıdır.
37. Məhkəmə kollegiyası bununla bağlı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 32-ci bəndində göstərilən Avropa Məhkəməsinin hüquqi mövqeyinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarla bu hissədə razılaşmaq və qərarda qeyd edilən hüquqi mövqelərin təsdiqi ilə kifayətlənmək mümkündür.
38. Kassasiya şikayətinin Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci i l tarixli Qərarının tətbiqi ilə bağlı dəlilləri isə əsaslıdır. Belə ki, iddia tələbinə “pensiyanın hakimiyyət səlahiyyətlərinin icrasına görə dövlət qulluqçusuna ödənilən 15 faiz əlavə haqq və məzuniyyətə çıxarkən dövlət qulluqçusuna ödənilən 1 aylıq vəzifə maaşı həcmində müavinət nəzərə alınmaqla yenidən hesablanması” hissəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli qərarında bu məsələ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə uyğun qiymət verilməli idi.
39. Konstitusiya Məhkəməsi Plenumunun hazırkı qərarın 27-ci bəndində göstərilən, eləcə də sözügedən qərarın digər hissələrində qeyd etdiyi hüquqi mövqelərindən aydın olur ki, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun.
40. Beləliklə, göstərilənlərə əsasən sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək p ensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir.
41. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı mövqeyi qətidir və şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımların nəzərə alınmasını qadağan edir.
42. İddia tələbinin yuxarıda qeyd edilən hissəsinə Konstitusiya Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyi baxımdan yanaşdıqda məlum olur ki, iddiaçının mərhum ərinin vaxtında almadığı əlavələrin pensiya hesablanmasında nəzərə alınması qanunvericiliyin göstərilən tələblərinə və Konstitusiya Məhkəmə si Plenumunun mövqeyinə ziddir.
43. Konstitusiya Məhkəməsi Plenumunun mövqeyi bütün məhkəmələr üçün məcburi xarakter daşısa da, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarındakı göstərişləri nəzərə almamış, nəticədə əsassız qərar qəbul etmişdir.
44. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 03 mart tarixli, 2-1(103)-472/2021 nömrəli qərarı qismən ləğv edilməli, iddia tələbi “pensiyanın hakimiyyət səlahiyyətlərinin icrasına görə dövlət qulluqçusuna ödənilən 15 faiz əlavə haqq və məzuniyyətə çıxarkən dövlət qulluqçusuna ödənilən 1 aylıq vəzifə maaşı həcmində müavinət nəzərə alınm aqla yenidən hesablanması” hissəsində təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 03 mart tarixli, 2-1(103)-472/2021 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 03 mart tarixli, 21(103)-472/2021 nömrəli qərarı qismən ləğv edilsin. İddia tələbi “pensiyanın hakimiyyət səlahiyyətlərinin icrasına görə dövlət qulluqçusuna ödənilən 15 faiz əlavə haqq və məzuniyyətə çıxarkən dövlət qulluqçusuna ödənilən 1 aylıq vəzifə maaşı həcmində müavinət nəzərə alınmaqla yenidən hesablanması” hissəsində təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021- ci il 03 mart tarixli, 21(103)-472/2021 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.