Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1312/2022 06.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdehə qarşı (üçüncü şəxs "xxxx" MMC) “sərəncamın ləğvi və kompensasiya ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-103/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 2008-ci il 31 may və 2016-cı il 10 mart tarixli texniki pasportlara əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 1956-cı məhəllədə yerləşən qarajlar sırasında 9 nömrəli qaraj (sahəsi 17,9 kv.m, tikinti altı sahəsi 23 kv.m) İddiaçı2, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 19 saylı binanın arxasında, 2 saylı qaraj (sahəsi 15,6 kv.m, tikinti altı sahəsi 20,4 kv.m) isə İddiaçı1 qanuni istifadəsində olmuşdur.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli, 86 nömrəli “Bakı şəhəri Nərimanov rayonunu n sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarına əsasən Bakı şəhəri Cavabdehə 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl edilməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyriyaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Həmin qərar əsasında Bakı şəhəri Cavabdehin 2018-ci il 06 mart tarixli, 98 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin, Azərbaycan Respublikası Şə hərsalma və Tikinti Məcəlləsinin müvafiq bəndlərinin tələbləri rəhbər tutulmaqla aşağıdakılar qərara alınmışdır: - rayonun Əliyar Əliyev küçəsi 22 ünvanında yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılmasi məqsədilə 1,422 ha torpaq sahəsi "xxxx" MMCnin daimi istifadəsinə verilsin; - rayonun Əliyar Əliyev küçəsi 22 ünvanında yeni çoxmənzilli yaşayış və qeyriyaşayış binalarının tikintisinə başlanılması məqsədi ilə "xxxx" MMC-yə aşağıdakılar həvalə edilsin: "xxxx" MMC ayrılmış torpaq sahəsini yerində qəbul etməsi və onun sanitar vəziyyətinə nəzarət etsin; ayrılmış torpaq sahəsinə "xxxx" MMC tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququ əldə edilsin; ərazinin və obyektin memarlıqplanlaşdırma həllini layihələndirmə ərəfəsində RİH ilə razılaşdırsın; tiki nti işlərinə başlamazdan əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərsalma əsaslandırılması və çoxmərtəbəli yaşayış binalarının memarlıq hissəsini razılaşdırmaqla, Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəy alınsın; layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, baş plan işlənməzdən əvvəl RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla həmin kommunikasiya xətləri köçürülsün; rayonun Əliyar Əliyev küçəsi 22 ünvanında yerləşən yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında yeni mənzillərlə təmin edilənədək, hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülsün; - Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Əli yar Əliyev küçəsi 22 ünvanında yerləşən yaşayış və qeyri-yaşayış sahələri sökülsün; - sərəncamın İ və İİ bəndlərinin tələbləri "xxxx" MMC tərəfindən tam yerinə yetirildikdən sonra Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikinti layihəsinin razılaşdırılması, tikintiyə icazə barədə sərəncamın verilməsi və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə RİH-ə müraciət edilsin; - bu sərəncam ilkin olaraq yalnız layihələndirmə üçün əsasdır. 3. 2018-ci ilin may ayında iddiaçıların qanuni istifadələrində olan 2 və 9 saylı qarajlar "xxxx" MMC tərəfindən iddiaçılarla razılıq əldə edilmədən sökülmüş, lakin iddiaçılara bununla bağlı hər hansı kompensasiya məbləği ödənilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdehin 2018-ci il 06 mart tarixli, 98 saylı “çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında” Sərəncamının qanunsuz əlverişsiz inzibati akt kimi ləğv edilməsi və inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması, bu mümkün olmadıqda isə cavabdeh tərəfindən iddiaçılara kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 7. 2 saylı Bakı İnzibati-İqtisadı Məhkəməsinin 2-1(82)-136/2019 nömrəli, 10 yanvar 2019-cu il tarixli qərarı ilə (hakim Z.M.Tağıyev) iddia tələbi təmin edilməmişdir.
8. İddiaçılar apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
5. İddiaçılar iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək qeyd etmişdirlər ki, kompensasiya ödənilməsi dedikdə, keçən dövr ərzində avtomobillərin saxlanılması üçün dayanacağa ödənilməli olan xərcin əvəzi nəzərdə tutulmuşdur. Odur ki, ərizədə kompensasiya kimi yuvarlaq olaraq hər bir qaraj üçün 7200 manat (12 ay x 600 manat) məbləğində kompensasiya nəzərdə tutulmuşdur.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)924/2019 nömrəli, 03 iyun 2019-cu il tarixli qərarı ilə (hakimlər V.Ə.Baxışova /sədrlik edən və məruzəçi/, E.E.Nağıyeva və H.Ü.Həmidov) apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadı Məhkəməsinin 2- 1(82 )136/2019 nömrəli, 10 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. İddiaçılar kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişlər. kassasiya instansiyası məhkəməsində birinci icraat
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)2741/2019 nömrəli, 01 noyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər X.S.Məmmədov /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və R.S.Nəbizadə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-924/2019 nömrəli, 03 iyun 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
9. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat zamanı, 2020-ci il 2 sentyabr tarixdə iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehin sərəncamının ləğv edilməsi, həmin inzibati akt nəticəsində dəymiş mənəvi zərərə və hüquqi müdafiə ilə bağlı çəkilmiş xərclərə görə cavabdehdən iddiaçıların hər birinə 10 000 manat olmaqla, ümumilikdə 20 000 manat kompensasiya ödənilməsi öhdəliyi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Onlar, həmçinin öz tələblərinin hüquqi əsaslarına dair yazılı qeydlər təqdim etmişlər.
10. Apellyasiya instansiyası məhkəməsi 2020-ci il 3 sentyabr tarixli məhkəmə iclasında həmin ərizəni icraata qəbul etməkdən imtina etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-278/2020 nömrəli, 09 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, V.M.Ağayev və A.B.Nuriyeva) iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadı Məhkəməsinin 2-1(82)-136/2019 nömrəli, 10 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. İddiaçılar həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması, bu mümkün olmadıqda, dəymiş mənəvi zərərə və hüquqi müdafiə ilə bağlı çəkilmiş xərclərə görə cavabdehdən iddiaçıların hər birinə 10 000 manat olmaqla, ümumilikdə 20 000 manat kompensasiya kimi ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
13. İddiaçılar kassasiya şikayəti verərək qərarın ləğv ed ilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişlər. kassasiya instansiyası məhkəməsində ikinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)315/2021 nömrəli, 16 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər İ.K.Hüseynov /sədrlik edən və məruzəçi/, N.İ.Rəsulbəyova və K.N.Bədəlov) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-278/2020 nömrəli, 09 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, Bakı şəhəri Cavabdeh başçısının 2018-ci il 06 mart tarixli, 98 nömrəli sərəncamı iddiaçılara məxsus qeyri-yaşayış sahələrinin (qarajların) sökülməsinə aid hissədə ləğv edilmiş, iş Bakı şəhəri Cavabdeh başçısının 2018-ci il 06 mart tarixli, 98 nömrəli sərəncamının icrası nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə aid hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamışdır. apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
15. İddiaçılar müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə verərək, sökülmüş qeyri-yaşayış binalarının – qarajların yerləşmiş olduqları əraziyə mütənasib olaraq "xxxx" MMC tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış kompleksinin qeyriyaşayış sahələrinin özgəninkiləşdirilməsi və onlara dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılmasının qadağan edilməsini xahiş etmişlər.
16. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin verdiyi 23 fevral 2022-ci il tarixli rəydən görünür ki, 2008-ci il 31 may tarixli və 2016-cı il 10 mart tarixli texniki pasportlara əsasən iddiaçılar İddiaçı2 və İddiaçı1 adına DƏDRX-in Bakı Ərazi İdarəsi tər əfindən verilmiş qeyri-yaşayış sahələri Nərimanov RİH başçısının 06 mart 2018-ci il tarixli, 98 saylı Sərəncamı ilə "xxxx" MMC-yə “Yaşayış binasının tikintisinin layihələndirilməsi” məqsədilə ayrılmış 1.422 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Ona görə də, Cavabdehin qeyd edilən sərəncamı əsasında "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında aparılan yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binaları kompleksinin tikintisi dayandırılmalı və hazırkı iş mahiyyəti üzrə baxılıb həll edilənədək binanın həmin hissəsində yerləşən qeyri-yaşayış sahələrinin özgəninkiləşdirilməsi və onlara dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması qadağan edilməlidir. Çünki müvəqqəti xarakterli müdafiə tədbirinin görülməməsi ərizəçinin (iddiaçıların) hüquqlarının qorunmasını (təmin və ya bər pa edilməsinin) xeyli dərəcədə çətinləşdirəcəkdir. Başqa sözlə, qeyri-yaşayış binası - qarajların yerində inşa edilmiş qeyriyaşayış sahələrinin özgəninkiləşdiriləcəyi təqdirdə inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması mümkün olmayacaqdır. Bu səbəbdən ilkin təcili tənzimləmə zəruridir.
17. İddiaçılar iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması, hüquqi müdafiə ilə bağlı hazırkı vaxtadək çəkdikləri bütün xərclərə (vəkil xərcləri 1200 manat, ekspertiza xərci 501 manat, bu müddət ərzində keçirilmiş 35 iclas üçün nəqliyyat xərcləri 350 manat, rüsumlar 16 manat, printer xərcləri 100 manat, ümumilikdə 2167 m anat) və qanunsuz əlverişsiz inzibati aktın nəticələrinin yaratdığı mənəvi zərərə görə cavabdeh tərəfindən hər bir iddiaçıya 10.000 manat (ümumilikdə 20.000 manat) ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-103/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qərardadı ilə (hakimlər M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) iddiaçıların cavabdehə qarşı iddia tələbi “qanunsuz əlverişsiz inzibati aktın nəticələrinin yaratdığı mənəvi zərərə görə cavabdeh tərəfindən hər bir iddiaçıya 10.000 (on min) manat (ümumilikdə 20 000 manat) ödənilməsi” hissəsində mümkün sayılmamışdır.
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-103/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qər arı ilə (hakimlər M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) iddiaçıların apellyasiya şikayətinin qismən təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-136/2019 saylı iş üzrə qəbul etdiyi 10 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbinin “hüquqi müdafiə ilə bağlı hazırkı vaxtadək çəkilən bütün xərclərə (vəkil xərcləri 1200 manat, ekspertiza xərci 501 manat, bu müddət ərzində keçirilmiş 35 iclas üçün nəqliyyat xərcləri 350 manat, rüsumlar 16 manat, printer xərcləri 100 manat) ümumilikdə 2167 manat ödənilməsi hissəsində qismən təmin edilməsi, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhər Cavabdehə qarşı iddia tələbinin “inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələr in aradan qaldırılması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması” hissəsində rədd edilməsi, Bakı şəhəri Cavabdehdən 1515 (min beş yüz on beş) AZN tutularaq İddiaçı2 1113 (min yüz on üç) AZN, digər İddiaçı1 402 (dörd yüz iki) AZN ödənilməsi qərara alınmışdır.
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-103/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qərardadı ilə (hakimlər M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) iddiaçıların müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin edilməmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sökülmüş qeyri-yaşayış binaları - qarajların yerləşmiş olduqları əraziyə mütənasib olaraq “Sizin Mənzil" MMC tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış kompleksinin qeyri-yaşayış sahələ rinin özgəninkiləşdirilməsi və onlara dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılmasının qadağan edilməsinə dair müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəni hazırkı iddia tələbinin mahiyyəti üzrə qiymətləndirərkən, müvəqqəti xarakterli müdafiə tələbi ilə uyğunsuzluq olduğu müəyyən edilir.
22. İddiaçılar tərəfindən müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)103/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qərardadından kassasiya şikayəti verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətlərinin dəlilləri
23. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, “sökülmüş qeyri-yaşayış binaları - qarajların yerləşmiş olduqları əraziyə mütənasib olaraq “ Sizin Mənzil" MMC tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış kompleksinin qeyri-yaşayış sahələrinin özgəninkiləşdirilməsi və onlara dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılmasının qadağan edilməsinə dair müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəni hazırkı iddia tələbinin mahiyyəti üzrə qiymətləndirərkən, müvəqqəti xarakterli müdafiə tələbi ilə uyğunsuzluq olduğu müəyyən edilir”.
24. Lakin məhkəmə kollegiyası bu uyğunsuzluğun nədən ibarət olduğunu və nəyə görə belə bir nəticəyə gəldiyini əsaslandırmamışdır.
25. Əksinə, iddiaçılara məxsus sökülmüş qeyri-yaşayış binaları - qarajların yerləşdiyi ərazidə tikilmiş qeyri-yaşayış sahələrinin özgəninkiləşdirilməsi və onlara dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılmasının qadağan edilməsi iddiaçıların təbii haqqıdır və artıq ləğv edilmiş qanunsuz və əlverişsiz inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılmasına yönəlmiş tədbirlərdən biridir.
26. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, iddianın uğurlu olduğu təqdirdə müvafiq çoxmərtəbəli yaşayış binalarının sökülmüş qarajlara aid olmuş hissəsinə münasibətdə özgəninkiləşdirilmənin və ya onlara dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının qadağan edilməsinin mübahisənin müsbət həlli üzrə iddiaçıların hər hansı hüquq və maraqlarının qorunması baxımından zəruri olması müəyyən edilmir.
27. Əksinə, məhkəmə kollegiyası səhv nəticəyə gələrək, qeyri-yaşayış binası qarajların yerində inşa edilmiş qeyri-yaşayış sahələrinin özgəninkiləşdiriləcəyi təqdirdə inzibati aktın icra olunması nəticəsind ə meydana gəlmiş nəticələrin aradan qaldırılmasının mümkün olmayacağını görməmişdir. Müvəqqəti xarakterli müdafiə tədbirinin görülməməsi nəticəsində iddiaçıların hüquqlarının qorunması (təmin və ya bərpa edilməsinin) xeyli dərəcədə çətinləşəcəkdir. Ona görə də, ilkin təcili tənzimləmə zəruridir.
28. Bundan başqa, məhkəmə kollegiyası qərardadını əsaslandırarkən qeyd edir ki, “həmçinin, işin hallarından və tərəflərin verdiyi izahatlarından isə iddiaçılar tərəfindən mübahisələndirilən hissədə çoxmərtəbəli yaşayış binalarının inşa edildiyi və əhalinin məskunlaşmış olması görünür”.
29. Əvvəla, məhkəmə kollegiyasının bu qeydləri işin halları ilə sübut olunmur, eyni zamanda, cavabdeh tərəf və ya üçüncü şəxs məhkəməyə bu barədə verdikləri izahatlarını təsdiq edən hər hansı bir sübut təqdim etməmiş lər.
30. Digər tərəfdən isə məhkəmə kollegiyasının bu mülahizəsi onu göstərir ki, o, müvəqqəti xarakterli müdafiə tədbirinə dair iddiaçının ərizəsinin mahiyyətini, ümumiyyətlə, düzgün qiymətləndirməmişdir. Əks halda, məhkəmə kollegiyası ərizədə ifadə olunun müvəqqəti xarakterli müdafiə tədbirinin yaşayış binalarına deyil, kompleksin qeyri-yaşayış sahələrinə yönəldiyini görərdi. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
32. İnzibati Prosessual Məcəllə (İPM) Maddə
40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqla rının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 40.4. Maraqlı şəxs inzibati aktdan şikayət instansiyasına inzibati şikayət etdiyi hallarda müvəqqəti xarakterli müdafiə barədə vəsatətlə həmin orqana müraciət etməlidir. Şikayət instansiyası 15 gün müddətində maraqlı şəxsin vəsatətini təmin etmədikdə, o, bu barədə ərizə ilə bu Məcəllənin 40.1-ci və 40.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edə bilər. Maddə
43. Müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslan dırılmış şəkildə təqdim etməlidir. Maddə
44. Müvəqqəti xarakterli müdafiə haqqında qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi 44.1. İddia ilə bağlı işə mahiyyəti üzrə baxan məhkəmə, bunun üçün kifayət qədər əsaslar olduğu hallarda istənilən zaman xidməti vəzifəsinə görə müvəqqəti xarakterli müdafiə barədə qərardadını dəyişdirə və ya ləğv edə bilər. 44.2. Məhkəmə icraatının hər bir iştirakçısı şəraitin dəyişməsi ilə bağlı müvəqqəti xarakterli müdafiə barədə qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi haqqında vəsatət qaldıra bilər. 44.3. Xüsusilə təcili hallarda, işə baxan məhkəmə tərkibinə sədrlik edən hakim qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi barədə təkbaşına qərardad qəbul edə bilər. Maraqlı şəxsə bərpa olunmaz ziyanın vurulması təhlükəsinin mövcud olduğu hallarda, sədrlik edən hakim məhkəmə icraatı iştirakçılarının ilkin dinlənilməsindən imtina etməyə haqlıdır. 44.4. Müvəqqəti xarakterli müdafiə barədə qərardad ən geci inzibati aktın artıq mübahisələndirilə bilmədiyi gün və ya iş üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gün öz qüvvəsini itirmiş sayılır. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü ma ddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2022-ci il tarixli qərarı
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 20 aprel 2015-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir.
36. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. K ASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
37. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Belə ki, İnzibati Prosessual Məcəllənin 43.1-ci maddəsinə görə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum unun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 20 aprel 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “... qanunverici müvəqqəti xarakterli müdafiə tədbiri anlayışı ilə inzibati aktın icrasının dayandırılmasını və iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərini nəzərdə tutmuşdur.... qanunverici müvəqqəti xarakterli müdafiə barədə qərardadın dəyişdirilməsini və ya ləğv edilməsini işə mahiyyəti üzrə baxan məhkəmənin xidməti vəzifəsinə aid etmişdir.
40. Məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının al ınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır.”
41. Nəzərə almaq lazımdır ki, müvəqqəti xarakterli müdafiə institutunun məqsədi iddiaya mahiyyəti üzrə baxılıb qurtaranadək iddiaçının hüquqlarının qorunmasına yönəlmiş təminat tədbirlərinin görülməsindən ibarətdir və bu baxımdan həmin tədbirlərin tətbiqi iddia üzrə qəbul edilmiş qərarın qüvvəyə mindiyi vaxtadək əhəmiyyət kəsb edir. İddia üzrə məhkəmə qərarı qüvvəyə mindiyi andan etibarən həmin tədbirlərin tətbiqi istisna olunur. Başqa sözlə, iddia üzrə məhkə mə qərarı qanuni qüvvəyə mindikdən sonra müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi artıq öz əhəmiyyətini itirir.
42. Hazırkı mübahisəyə münasibətdə qeyd etmək lazımdır ki, iddianın mahiyyəti üzrə qərar qəbul edilmiş və iddia qismən təmin edilmiş, ərizəçinin (iddiaçının) hüquqlarının qorunması (təmin və ya bərpa edilməsi) baxımından müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi əsasları aradan qalxmışdır. Odur ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqini tələb etməkdə ərizəçi haqlı sayıla bilməz.
43. Bu qərarın 32-ci bəndində istinad olunan normaya görə, müvəqqəti xarakterli müdafiə barədə qərardad ən geci inzibati aktın artıq mübahisələndirilə bilmədiyi gün və ya iş üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gün öz qüvvəsini itirmiş sayılır.
44. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıların kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-103/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.