Məhkəmə qərarları › İş №2-1(102)-1312/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1312/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1312/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Cavabdeh1nə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kasasiya şikayətinin mümkünlüyü, şikayətin nəzərdə tutulmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1nə qarşı “cavabdehin qanunsuz əməlləri nəticəsində ona dəymiş 2700 manat məbləğində maddi və 5000 manat məbləğində mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-130/2023 saylı, 1 mart 2023- cü il tarixli qərardadından cavabdehin verdiyi kasasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdeh SHXÇDX-nin Zərdab rayon bölməsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin qanunsuz əməlləri nəticəsində ona dəymiş 2700 manat məbləğində maddi və 5000 manat məbləğində mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1481/2022 saylı 25 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 Zərdab rayon bölməsinin üzərinə 2700 (iki min yüz) manat məbləğində maddi ziyan, 1000 (min) manat məbləğində mənəv i ziyanın İddiaçı ödənilməsi öhdəliyi qoyulmuşdur.

3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

4. İddiaçı apellyasiya instansiya məhkəməsinə ərizə təqdim edərək, Cavabdeh1 Zərdab rayon bölməsinin əsl Cavabdeh1 ilə əvəz edilməsini xahiş etmişdir.

5. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh1 Zərdab rayon bölməsi əsl Cavabdeh1 ilə əvəz edilmişdir.

6. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.

7. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh1 Zərdab rayon bölməsi iş üzrə inzibаti məhkəmə icrааtın а üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.

8. Həmin qərardaddan kassasiya şikayəti verilməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:

9. Kassasiya şikayətində göstərilmişdir ki, cavabdehin əsl cavabdeh ilə əvəz edilməsinə dair heç bir əsas müəyyən edilməmişdir. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə göndərilməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin vəzifəsidir. Belə ki, “İnzibati orqanların təsnifatı”nın tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 28 avqust tarixli 136 nömrəli qərarının 4-1.1 və 4-1.1.1-ci yarımbəndlərinə əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri ayrı-ayrı inzibati orqanlardır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

11. İnzibati Prosessual Məcəllə: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququn a malikdirlər. 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. 83.4. Bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Maddə 90.1. Apellyasiya instansiyası məhkəmə sinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Maddə 96.3. Kasasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kasasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü ilə bağlı kasasiya məhkəməsinin mövqeyi

12. Cavabdehin kasasiya şikayətinin mümkün sayılması üçün əsaslar olmamışdır. Ona görə də şikayət m ümkün sayıla bilməz. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

13. İPM-in 81.1, 81.2 və 83.1-ci maddələrinin tələbinə görə İPM-də apellyasiya şikayəti verilə bilən qərardadlar sadalanmış, inzibati məhkəmə icraatının iştirakçılarının yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malik olması nəzərdə tutulmuş və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan şikayət verilməsinin mümkünlüyü bildirilmişdir.

14. Normanın əlaqəli təhlilindən göründüyü kimi məhkəmə qərardadlarından o halda şikayət verilə bilər ki, onların müstəqil mübahisələndirilməsi İPM-də nəzərdə tutulmuş olsun, həmçinin o şəxslər şikayət vermək hüququna malikdirlər ki, onların tələbləri təmin edilməmiş olsun.

15. Apellyasiya instansiya məhkəməsi xx.xx.2023-cü il tarix li qərardadla, işdə iştirak edən şəxslərin hər hansı birinin əleyhinə (xeyrinə və ya ziyanına) məhkəmə aktı qəbul etməmiş, nəticə etibarı ilə də onların hüquqlarını pozmamışdır.

16. Bu həmçinin o deməkdir ki, İPM-nin 83.4-cü maddəsində nəzərdə tutulduğu kimi “bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər”.

17. Qanunverici bu halda apellyasiya məhkəməsinin qərardadından kasasiya şikayəti verilməsini istisna etmişdir.

18. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti icraata qəbul etməkdən imtina edilməli, kasasiya şikayəti mümkün sayılmamalıdır.

19. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əasən Qərara aldı: Cavabdehin Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası nın 2-1(107)130/2023 saylı, 1 mart 2023-cü il tarixli qərardadından verdiyi şikayət üzrə kasasiya mümkün sayılmasın. Kasasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar