Məhkəmə qərarları › İş №2-1(102)-1312/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1312/2024

12.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1312/2024 12.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə (üçüncü şəxs Yevlax rayon Havarlı Bələdiyyəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin vaxtında verilməsi, şikayət üzrə apellyasiyanın mümkünlüyü). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə ( üçüncü şəxs Yevlax rayon Havarlı Bələdiyyəsi) qarşı “Yevlax Rayon Havarlı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 232 nömrəli qərarı əsasında həyətyanı və kənd təsərrüfatına yararlı Yevlax rayonu Havarlı Bələdiyyəsinin mülkiyyətinin alqı-satqı predmeti olan Havarlı çevrədə yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 yanvar 2024-cü il tarixli, 2-1(107)-109/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ər izəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Yevlax Rayon Havarlı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 232 nömrəli qərarı əsasında həyətyanı və kənd təsərrüfatına yararlı Yevlax rayonu Havarlı Bələdiyyəsinin mülkiyyətinin alqı-satqı predmeti olan Havarlı çevrədə yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsində öz ünvanını ünvan 1 tərəfindən məhkəmə bildirişləri həmin ünvana göndərilmişdir.

3. Şəki İnzibati Məhkəməsinin (hakim F.H.Hacızadə) 27 sentyabr 2023-cü il tarixli 21(116)-289/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

4. Birinci instansiya məhkəməsinin qərarı xx.xx.2023-cü il tarixli məktubla tərəflərə, o cümlədən iddiaçının qeydiyyat ünvanına (Yevlax rayonu Havarlı kəndi) kağız daşıyıcıda poçt vasitəsilə göndərilmiş, məhkəmə qərarı Fatimə Əliyeva (gəlinləri) tərəfindən xx.xx.2023-cü il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza etdirilməklə qəbul edilmişdir.

5. İddiaçı xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, müddətin bərpası barədə ərizəni onunla əsaslandırmışdır ki, məhkəmə qərarı onun qeydiyyatda olduğu Yevlax rayonu Havarlı kəndinə göndərilsə də, həmin vaxt o kənddə olmamışdır. Qərar onun 2018-ci ildən rəsmi nikah bağlayaraq köçdüyü və hal-hazırda da yaşadığı Oğuz şəhərində ona bir neçə gün əvvəl təqdim edilmişdir. Bu səbəbdən hə min qərardan apellyasiya şikayəti vermək üçün üzürlü səbəbdən buraxılmış müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, E.Ş.Hüseynov və G.İ.Cavadova) 10 yanvar 2024-cü il tarixli 21(107)-109/2024 nömrəli qərardadı ilə prosessual müddətin bərpa edilməsi barədə iddiaçının ərizəsi təmin edilməmişdir.

7. Apellyasiya instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, Şəki İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 21(116)-289/2023 nömrəli qərarı xx.xx.2023-cü il tarixdə iddiaçının qeydiyyatda olduğu Yevlax rayonu Havarlı kəndinə göndərilmiş, xx.xx.2023-cü il tarixdə təhvil alınmış, lakin apellyasiya şikayəti xx.xx.2 023-cü il tarixdə verilərək, apellyasiya şikayəti vermək üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti 27 gün ötürmüşdür. Göründüyü kim, iddiaçı tərəfindən qərardan аpеllyаsiyа şikаyəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüş və bu müddətin üzürlü səbəbdən buraxılması barədə müvafiq sübutlar təqdim edilməmişdir.

8. İddiaçı qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işin apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

9. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, qanunvericilikdə müddət axımı təqdim edilmə anından yaranır. Məhkəmə qərarın xx.xx.2023-cü il tarixdə təhvil alındığını yazsa da, qəra rın kimə təqdim olunması məlum deyildir. Həmçinin, qərarın ona nə vaxt təqdim olunmasını məhkəmə araşdırmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

10. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə

135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada veri lməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzər də tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.[171] 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.... 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

12. Azərbay can Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... Maddə

22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

81. Apellyasiya şikayəti vermək hüququ... 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunm adığı hallarda şikayət vermək hüququna malikdirlər.... Maddə

85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəz ərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

13. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTA NSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslı olduğundan təmin edilməli və apellyasiya instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

16. İş materiallarından görünür ki, iddiaçı Yevlax rayonu Havarlı kəndində qeydiyyatda olmaqla, xx.xx.2018-ci il tarixdə X1 (Oğuz rayon sakini) ilə rəsmi nikaha daxil olmuşdur.

17. Eyni zamanda, iddiaçı iddia ərizəsində faktiki yaşadığı ünvanını “ünvan 4si tərəfindən də məhkəmə bildirişləri məhz həmin ünvana göndərilmişdir. Daha sonra birinci instansiya məhkəməsi iş üzrə qəbul edilmiş yekun məhkəmə qərarını iddiaçının qeydiyyatda olduğu ünvana (Yevlax rayonu, Havarlı kəndi) göndərmiş, məhkəmə qərarı Fatimə Əliyeva (gəlinləri) tərəfindən xx.xx.2023-cü il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza olunmaqla qəbul edilmişdir.

18. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində faktiki yaşadığı ünvanı qeyd etməsinə, habelə birinci instansiya məhkəməsi tərəfindən bütün məhkəmə sənədləri məhz həmin ünvana göndərilməsinə baxmayaraq, təkcə, yekun məhkəmə qərarı iddiaçının qeydiyyat ünvanına göndərilmişdir. Halbuki, iddiaçı iddia ərizəsində faktiki yaşadığı ünvanı qeyd etmiş, başqa sözlə, qeydiyyatda olduğu ünvanda yaşamadığını bildirmişdir.

19. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi qərarın xx.xx.2023-cü il tarixdə iddiaçıya rəsmi qaydada çatdırılması qənaətinə gəlməklə mövqeyini onunla əsaslandırmışdır ki, həmin tarixdə poçt göndərişin in verilməsi haqqında xəbərnaməyə Fatimə Əliyeva (gəlinləri) tərəfindən imza edilməklə məhkəmə sənədi çatdırılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, a tasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.

21. Göründüyü kimi, qanunvericiliyin tələbi baxımından, məhkəmə sənədləri ancaq onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə ünvan sahibinə çatdırılması üçün təqdim oluna bilər. İddiaçının faktiki olaraq qeydiyyatda olduğu ünvanda yaşamadığı və məhkəmə qərarının təqdim olunduğu Fatimə Əliyevanın onunla birlikdə yaşayan ailə üzvü olmadığı işin mübahisəsiz halıdır. Hazırkı halda, məhkəmə qərarının iddiaçının qeydiyyatda olduğu ünvanda yaşayan şəxsə təqdim olunması, məhkəmə aktının həmin tarixdə iddiaçıya rəsmi qaydada verilməsi və şikayət verilməsi müddətinin axımının həmin tarixdən başlanması anlamına gəlməyə əsas verə bilməz. Belə ki, məhkəmə qərarının iddiaçıya rəsmi qaydada verilmiş hesab edilməsi üçün MPMin 135.3-cü maddəsinin dispozisiya şərtlərinin ödənilməsi işin qeyd edilən halları ilə təkzib edilir. Həmçinin, məhkəmə qərarının iddiaçıya rəsmi qaydada verilməsi qənaətinə gəlmək üçün MPM-in 135.2-ci, 135.6-cı və 135.8-ci maddələrində də nəzərdə tutulmuş əsaslar mövcud deyil.

22. Yuxarıda sadalanan hallardan göründüyü kimi, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya rəsmi qaydada təqdim edilmədiyindən, həmin qərardan apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddətin axımı da iddiaçıya münasibətdə başlanmamışdır. Belə olan halda, müddətin ötürülməsindən söhbət gedə bilməz.

23. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qərar ından apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmədiyindən, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və şikayət vaxtında verilmiş hesab edilməklə, birinci instansiya məhkəməsinin qərarından iddiaçı tərəfindən verilmiş şikayətə mahiyyəti üzrə baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir.

24. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 yanvar 2024-cü il tarixli 21(107)-109/2024 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar