Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1312/2025 22.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh1, Cavabdeh2, Masallı rayon Türkoba Bələdiyyəsinin sədri Nofəl Cəfərova, Masallı rayon Türkoba Ərazi Nümayəndəsi Leyla Əzizovaya, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Reyestr və Kadastr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə və Cəlilabad rayon Dövlət Notariat Kontoruna qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünsüzlüyü, şikayətin vəkil tərəfindən tərtib edilib imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı(məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Masallı rayon Türkoba Bələdiyyəsinin sədri Nofəl Cəfərova, Masallı rayon Türkoba Ərazi Nümayəndəsi Leyla Əzizovaya, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Reyestr və Kadastr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə və Cəlilabad rayon Dövlət Notariat Kontoruna qarşı “Masallı rayon Türkoba Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli ilkin torpaq ayrıma sənədlərində kötüyü olmadan naturada magistral yolun mühafizə zolağını alqı-satqı etməklə Cavabdeh1 və digər şəxslərə satmaqla Türkoba Ərazi Nümayəndəliyinin İslahat zamanı o cümlədən Türkoba Bələdiyyəsi ilə birgə qanunazidd sənəd, arayış və qərarın ləğv edilməsi; Cəlilabad 2 saylı Notariat Kontorunun Cava bdeh2 və Sailə Sadıqovayla bağlanan alqı-satqı müqaviləsinin ləğv edilməsi; DƏDKR 8 saylı Cəlilabad Ərazi İdarəsinin Cavabdeh2, Cavabdeh1 verilmiş çıxarışların və plan ölçülərin ləğv edilməsi” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2025-ci il tarixli, 2-1(106)-206/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən kassasiyanın mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh2, Sailə Sadıqovanın məhkəməyə təqdim etdiyi mülki işdə olan Masallı rayon Türkoba Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli ilkin torpaq ayrıma sənədlərində kötüyü olmadan naturada magistral yolun mühafizə zola ğını alqı-satqı etməklə Cavabdeh1 və digər şəxslərə satmaqla Türkoba Ərazi Nümayəndəliyinin İslahat zamanı o cümlədən Türkoba Bələdiyyəsi ilə birgə qanunazidd sənəd, arayış və qərarın ləğv edilməsi; Cəlilabad 2 saylı Notariat Kontorunun Cavabdeh2 və Sailə Sadıqovayla bağlanan alqısatqı müqaviləsinin ləğv edilməsi; DƏDKR 8 saylı Cəlilabad Ərazi İdarəsinin Cavabdeh2, Cavabdeh1 verilmiş çıxarışların və plan ölçülərin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Şirvan İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2-1(120)-4800/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2-1(120)-4800/2024 nömrəli qərardadının ləğv edilməsi və iddia ərizəsi nin mümkün sayılaraq icraata qəbul olunmasını xahiş etmişdir.
4. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2025-ci il tarixli, 2-1(106)-206/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmamış və qəbulundan imtina edilmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2025-ci il tarixli 2-1(106)-206/2025 nömrəli qərardadından iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir.
6. İddiaçının kassasiya şikayətini nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, şikayət vəkil tərəfindən tərtib edilib imzalanmamış, şikayətə vəkilin orderi əlavə edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 67.1 Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidə n baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə 407.3 Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Maddə 407.4 Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2 Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessu al prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının verdiyi şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir. 10.Bu Qərarın 7-ci və 8-ci bəndlərində qeyd edilən normaların tələblərinə görə, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilib imzalanmalı, şikayətə vəkilin orderi əlavə edilməlidir.
11. Hazırkı mübahisəyə münasibətdə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, vəkil tərəfindən imzalanmamış və vəkilin orderi kassasiya şikayətinə əlavə edilməmişdir. 12.Bununla bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyası iddiaçıya ünvanlandığı xx.xx.2025-ci il tarixli məhkəmə bildirişində qeyd edilən nöqsan iddiaçının diqqətinə çatdırılmış, nöqsanların aradan qaldırılması təklif olunmuş, əks halda şikayət üzrə kassasiyanın icraatının müm kün sayılmayacağı barədə xəbərdarlıq olunmuşdur. 13.İddiaçı öz növbəsində məhkəməyə ərizə ilə müraciət edərək maddi vəziyyəti aşağı olduğu üçün dövlət vəsaiti hesabına vəkillə olunmasını xahiş etmişdir. 14.Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi yardımın göstərilməsi ilə bağlı beynəlxalq standartlar belə hüquqi yardıma ehtiyacı olan həssas qruplara aid şəxslərə münasibətdə hüquqi yardıma əlçatanlığın təmin olunması məqsədi ilə dövlət tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsini tələb edir. Həmin standartlar baxımından hüquqi yardıma ehtiyacı olan şəxslərin müəyyən olunması zamanı onların gəlirləri, maddi təminatı, ödəmə qabiliyyəti və sair xüsusatlar, eləcə də hüquqi yardımın tələb olunduğu məhkəmə işinin əhəmiyyəti və mürəkkəbliyi nəzərə alınır. Bu mənada, bir qayda olaraq, kifayə t qədər gəliri olmayan, işləyən və gəliri olan ailə üzvləri ilə birlikdə yaşamayan, yaşayış sahəsi istisna olmaqla daşınmaz əmlaka malik olmayan şəxslər, habelə işsiz və yalnız yaşayan təqaüdçülər ödəmə qabiliyyətinə malik olmayan şəxslər hesab olunur. 15.Lakin burada nəzərə almaq lazımdır ki, şəxsin ödəmə qabiliyyəti ilə bağlı qeyd olunan hallar müvafiq sənədlərlə təsdiq edilməlidir. Yalnız həmin tələblərə cavab verən şəxslər dövlət vəsaiti hesabına hüquqi yardımla təmin oluna bilər. 16.İddiaçı ərizəsində maddi vəziyyəti aşağı olduğunu qeyd etsə də, lakin bununla bağlı heç bir sübut təqdim etməmişdir. 17.Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, ərizə rədd edilməlidir və iddiaçının şikayəti üzrə kassasiya mümkün sayılmamalıdır.
18. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegi yası QƏRARA ALDİ: Ərizə rədd edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2025-ci il tarixli, 2-1(106)-206/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.