Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1313/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: 57 yaşdan, 22.12.2008-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya məbləğinin orta aylıq əmək haqqından hesablanması, yaranmış fərqin ödənilməsi, işlədiyi dövrlərin güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas olan iş stajı kimi nəzərə alınması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X4, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra cavabdeh) qarşı “işlədiyi dövrlərin güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas olan iş stajı kimi nəzərə alınmaqla, 57 yaşdan, yəni hüququnun yarandığı 22.12.2008-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya məbləğinin “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq orta aylıq əmək haqqından hesablanması və 22.12.2008-ci il tarixdən 22.12.2014-cü il tarixədək yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-571/2020 saylı, 19 fevral 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 1 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx.xx.1951-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatdadır. 1973-cü ildə o, Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, 1980-ci ildə Azərbaycan Mühəndis İnstitutunu memarlıq ixtisası üzrə bitirmişdir. Əmək kitabçasına əsasən iddiaçı 07.07.1975-ci ildə Yİİ-5 İİ dərəcəli fəhlə-asfaltsalan vəzifəsinə ştat cədvəlinə uyğun qəbul edilib, 09.02.1976-cı ildə İV dərəcəli rəngsazsuvaqçı vəzifəsinə keçirilmiş, 16.02.1981-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. 25.02.1981-ci ildən 01.10.1981-ci il tarixədək “Bakqorstroy-1” Trestində İV dərəcəli suvaqçı vəzifəsində, 10.01.1983-cü il tarixdən 01.04.1997-ci il tarixədək “Dorijstroy” Yol Tikinti İdarəsində İV dərəcəli suvaqçı-bənna vəzifəsində işləmişdir. 23.01.1985-ci il tarixli 14 saylı əmr əsasında “Dorijstroy” Yol Tikinti İdarəsinin adı “Dorremstroy” 4 saylı Yol Təmir-Tikinti İdarəsinə dəyişmiş, Azərbaycan SSR Nazirlər Şurasının 03.07.1987-ci il tarixli, 249 saylı qərarına əsasən 4 saylı X6 Təmir-Tikinti İdarəsinə dəyişdirilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Hacıqabul Rayon İcra Hakimiyyəti Hacıqabul rayon Dövlət Arxivi tərəfindən verilmiş 02.08.2019-cu il tarixli arxiv arayışına əsasən iddiaçının adı Hacıqabul rayo n Dövlət Arxivində fond 38-də qorunub saxlanılan X2 1970-ci ilə adi əmr kitablarında aşağıdakı kimi qeyd olunmuşdur:
1. Əmr 6, 13.01.1970-ci il tarixdən kassir-hesabdar vəzifəsinə qəbul edilsin.
2. Əmr 59, 12.05.1970-ci il tarixdən ordu sıralarına çağırıldığı üçün işdən azad edilsin. “xxxx” QSC X14 Donanması tərəfindən verilmiş 07.08.2019-cu il tarixli arxiv arayışına əsasən iddiaçı 21.09.1972-ci ildə X14 Donanmasının d/e “Akademik Məmmədəliyev” gəmisinə şagirdelektrik vəzifəsinə işə qəbul edilmişdir. (20.09.1972-ci il tarixli, 556-K nömrəli əmr). 28.12.1972-ci ildə d/e “Nəbi-Rüstəmov” gəmisinə elektrik vəzifəsinə (29.12.1972-ci il tarixli 788-k nömrəli əmr) keçirilmişdir. 03.10.1973-cü ildə Azərbaycan SSR Əmək Məcəlləsinin 36-cı maddəsinin 1-ci bəndinə əsasən işdən azad edilmişdir. (02.10.1973-cü il tarixli, 616- k nömrəli əmr). “xxxx” ASC tərəfindən verilmiş 30.08.2019-cu il tarixli, 66 saylı arayışa əsasən iddiaçı 13.12.1973-cü il tarixdən (əmr № 108 § 5, 13.12.1973- cü il) 23.05.1974-cü il tarixinədək (əmr № 62/k § 2, 16.05.1974-cü il) xxxx Zavodunda təchizat və satış şöbəsində əmtəəşünas vəzifəsində işləyib. 01.02.2002-ci ildə xxxx Zavodu adı dəyişdirilərək “xxxx” ASC olmuşdur. (Əmr 01 asc 01.02.2002). Birinci instansiya məhkəməsi tərəfindən pensiya işi tələb edilmiş və həmin pensiya işi tədqiq edilərkən müəyyən edilmişdir ki, iddiaçıya Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən 22.12.2014- cü il tarixdən yaşa görə pensiya təyin edilmişdir. İddiaçı 57 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə b ağlı cavabdehə müraciət etmiş, cavabdeh 17.08.2019-cu il tarixli məktubla iddiaçının 1 avqust 2019-cu il tarixli ərizəsinə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavəyə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Qey d olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər. İddiaçı 17 sentyabr 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun 1973-cü il tarixdən 1980-ci il tarixədək ali təhsil aldığı müddətin, Salyan rayon X9 Şöbəsində iyul 1968-ci il tarixdən iyul 1969-cu il tarixədək bufetçi vəzifəsində, X14 Donanmasında 21.09.1972-ci il tarixdən 03.10.1973-cü il tarixədək elektrik vəzifəsində, xxxx Zavodunun təchizat və satış şöbəsində 13.12.1973-cü ildən 23.05.1974-cü il tarixədək əmtəəşünas vəzifəsində işlədiyi dövrləri n sosial sığorta stajı kimi nəzərə alınmaqla, 10.01.1983-cü ildən 01.04.1997-ci il tarixədək Bakı şəhəri XDS İKnin Xüsusiləşdirilmiş Podrat Yol Təmir Tikinti Trestinin 4 saylı Yol Təmir Tikinti İdarəsində suvaqçı-bənna vəzifəsində işlədiyi dövrün güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas olan iş stajı kimi nəzərə alınmaqla, ona 57 yaşdan, yəni hüququnun yarandığı 22.12.2008ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya məbləğinin “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq orta aylıq əmək haqqından hesablanması və 22.12.2008-ci il tarixdən 22.12.2014-cü il tarixədək yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1951-ci ild ə anadan olmuşdur. 1973cü ildən 1980-cı ilədək ali təhsil almışdır. 2014-cü ilin dekabr ayından yaşa görə əmək pensiyası alır. Ona DSMF-nin Xətai rayon Şöbəsi tərəfindən pensiya təyin edilərkən ali təhsil müddəti, əmək kitabçasında olmayan iş stajını təsdiq edən arayışlar nəzərə alınmamış, eyni zamanda Bakı şəhəri XDS İK-nin Xüsusiləşdirilmiş Podrat Yol Təmir Tikinti Trestinin 4 saylı yol təmir tikinti idarəsində asfalt döşənməsi üzrə fəhlə-betonçu vəzifəsində işlədiyi vəzifə (10.01.1983-01.04.1997) zərərli işlərin 2 saylı siyahısının XXVİİ Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri 2290000a— 11140 kod asfalt-betonçu) bölməsində nəzərdə tutulduğu halda ona 57 yaşından pensiya təyin edilməmişdir. Bu barədə ərizə ilə həm DSMF-nin Xətai ra yon şöbəsinə, həm də DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etsə də ərizənin təmin edilməsindən o əsasla imtina edilmişdir ki, o, güzəştli şərtlə pensiya hüququ verən işdə çalışması barədə iş yerindən arayış təqdim etməlidir. Hesab edir ki, cavabdehin bu cavabı əsassızdır. Onun işlədiyi idarə dövlət idarəsi olmuş və bir çox dövlət idarələri kimi 90-cı illərdə ləğv edilmişdir. İdarə ləğv edildiyi halda cavabdeh orqan ondan iş yerindən arayış tələb etməyə haqlı deyildir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakimMəmmədov Elçin Qüdrət oğlu, 21(81)-4033/2019 saylı iş)29 noyabr 2019-cu il tarixliqərarı ilə iddia təmin edilərək iddiaçının 1973-cü il tarixdən 1980-ci il tarixədək ali təhsil aldığı müddət, Salyan rayon X9 Şöbəsində iyul 1968-ci il tarixdən iyul 1969-cu il tar ixədək bufetçi vəzifəsində, X14 Donanmasında 21.09.1972-ci il tarixdən 03.10.1973-cü il tarixədək elektrik vəzifəsində, xxxx Zavodunun təchizat və satış şöbəsində 13.12.1973-cü ildən 23.05.1974-cü il tarixədək əmtəəşünas vəzifəsində işlədiyi dövrlər sosial sığorta stajı kimi nəzərə alınmaqla, 10.01.1983-cü ildən 01.04.1997-ci il tarixədək Bakı şəhəri XDS İK-nin Xüsusiləşdirilmiş Podrat Yol Təmir Tikinti Trestinin 4 saylı Yol Təmir Tikinti İdarəsində suvaqçı-bənna vəzifəsində işlədiyi dövr güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas olan iş stajı kimi nəzərə alınmaqla, ona 57 yaşdan, yəni hüququnun yarandığı 22.12.2008ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə uyğun olaraq orta aylıq əmək haqqından hesablanması və 22.12.2008-ci il tarixdən 22.12.2014cü il tarixədək yaranmış pensiya fərqin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi 10.01.1983-cü ildən 01.04.1997-ci il tarixədək Bakı şəhəri XDS İK-nin Xüsusiləşdirilmiş Podrat Yol Təmir Tikinti Trestinin 4 saylı Yol Təmir Tikinti İdarəsində işlədiyi suvaqçı-bənna peşəsinin güzəştli iş stajı verən peşələrə aid olubolmaması araşdırılmış və müəyyən edilmişdir ki, iddiaçının işlədiyi həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahının Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texn iki təchizatı, bərpası və təmiri adlı XXVİİ bölməsinin 2290000a kod nömrəli güzəştli iş stajı verən “fəhlələr” a yarımbəndinin 2290000a—12680 kod nömrəli bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar peşəsinə uyğundur. İddiaçı buna dair güzəştli arayış təqdim edə bilməsə də, göstərilən dövr ərzində, yəni 10.01.1983-cü ildən 01.04.1997-ci il tarixədək Bakı şəhəri XDS İK-nin Xüsusiləşdirilmiş Podrat Yol Təmir Tikinti Trestinin 4 saylı Yol Təmir Tikinti İdarəsində suvaqçı-bənna vəzifəsində işləməsi iş materiallarına əlavə edilmiş əmək kitabçası ilə təsdiq olunur. İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının təqdim edilməsi onun işlədiyi həmin idarənin ləğv edilməsi səbəbindən mümkün deyi ldir. Buna görə də məhkəmə hesab edir ki, göstərilən arayış təqdim edilmədən həmin dövr güzəştli iş stajına hesablanmalıdır. İddiaçının Salyan rayon X9 Şöbəsində iyul 1968-ci il tarixdən iyul 1969-cu il tarixədək işlədiyi bufetçi vəzifəsində, X14 Donanmasında 21.09.1972-ci il tarixdən 03.10.1973-cü il tarixədək işlədiyi elektrik vəzifəsində, xxxx Zavodunun təchizat və satış şöbəsində 13.12.1973-cü ildən 23.05.1974-cü il tarixədək əmtəəşünas vəzifəsində işləməsi iş materiallarına əlavə edilmiş arayışlarla təsdiq edildiyindən, həmin dövrlər də sosial sığorta stajına hesablanmalıdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin29 noyabr 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X5-məruzəçi, X7 və X3, 2-1(103)-571/2020 saylı iş) 19 fevra l 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh 15 aprel 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv olunması, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Məhkəmə hesab etmişdir ki, iddiaçının 10.01.1983-cü ildən 01.04.1997-ci ilədək Bakı şəhəri, XDS İK-nin Xüsusiləşdirilmiş Podrat Yol Təmir Tikinti Trestinin 4 saylı Yol Təmir İdarəsində işlədiyi suvaqçı-bənna peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cii il 21 iyun tarixli, 320 saylı qərar ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şə rtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 2290000а-12680 kod altında nəzərdə tutulmuş bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar peşəsinə uyğundur. Cavabdeh hesab edir ki, belə bir uyğunlaşdırma müvafiq arayış olmadan aparıla bilməz. Belə ki, həmin peşəyə uyğun gəlməsi üçün iddiaçı 1) bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında, 2) daimi əsasla, 3) bənna olmalı idi. İddiaçının peşəsinin qeyd olunan tələblərə cavab verməsi isə nə əmək kitabçası, nə arayış, nə də hər hansı digər bir sənədlə öz təsdiqini tapmır. Belə olan halda, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi mövcud qanunvericiliyin tələblərinə ziddir. İddiaçı tərəfindən belə bir arayış təqdim etmədiyindən, hazırda onun işlədiyi şəraitin ağırlıq dərəcəsini müəyyənləşdirmək mümkün deyil. İddiaçıya güzəşti şərtlərlə pensiya təyin edilməsi üçün iddiaçının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsində 12 il 6 ay iş stajına malik olması iş materialları ilə sübut edilməli idi. Lakin müvafiq arayış olmadığından və əmək kitabçasında İddiaçının işlədiyi sahə qeyd olunmadığından İddiaçının güzəştli şərtlərlə pensiya almaq hüququna malik olub-olmadığını müəyyənləşdirmək mümkün deyil. Şikayətin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 2.4.1 və 3.2-ci bəndlərinə istinad edilmişdir. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmı ş və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı əmək kitabçasında və arayışda öz əksini tapmış iş illərinin, habelə ali təhsil dövrünün iş stajına daxil edilməklə, ona 2 saylı Siyahı üzrə 57 yaşdan (22 dekabr 2008-ci ildən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. Cavabdehə görə iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşədə işləməmişdir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqınd a iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı xx xxxxxx 1951-ci ildə doğulmuş, 22 dekabr 2014-cü ildə ona yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının 57 yaşı 2008-ci ildə tamam olduğundan “Əmək pensiyaları haqqında” Qanunun həmin dövrdə qüvvədə olmuş normaları tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatl arın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları h aqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəş tli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanu nvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Araşdırılmalı hal iddiaçının 1 yanvar 2006-cı ilə qədər ümumi iş stajının 25 il, həmin dövrün 12 il 6 ayının isə güzəştli şərtlə pensiya hüququ verən peşə və vəzifədə işləməsidir. İşdə olan sənədlərdən görünür ki, iddiaçının ali təhsil dövrü də daxil olmaqla 1 yanvar 2006-cı ilədək azı 25 il ümumi iş stajı mövcuddur. İddiaçı 10.01.1983-cü ildən 01.04.1997-ci il tarixədək Bakı şəhəri XDS İK-nin Xüsusiləşdirilmiş Podrat Yol Təmir T ikinti Trestinin 4 saylı Yol Təmir Tikinti İdarəsində suvaqçı-bənna peşəsində işləmişdir. İddiaçının işlədiyi suvaqçı-bənna peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahının Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri adlı XXVİİ bölməsinin 2290000a kod nömrəli güzəştli iş stajı verən “fəhlələr” a yarımbəndinin 2290000a—12680 kod nömrəli bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar peşəsinə uyğundur. Cavabdeh şikayətində sıradan bənnaların deyil, bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnaların güzəştli şərtlə pensiya hüququ almaq hüququ vardır. Məhkəmə kollegi yası vurğulayır ki, iddiaçının işlədiyi bənna peşəsinin vəzifə və funksiyası ilə Siyahıda olan bənna peşəsinin vəzifə və funksiyası eyni olduğundan onun güzəştli şərtlə pensiya hüququ verən peşə və vəzifədə işləməsi barədə məhkəmə düzgün nəticəyə gəlmişdir. İddiaçının 1 iyun 2017-ci ilə qədər 12 il 6 ay Siyahıda göstərilən peşə üzrə fəaliyyət göstərməsi və həmin vaxta qədər 25 ildən az olmayan ümumi stajı mövcud olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinin 2008-ci ildə qüvvədə olan redaksiyasına görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Qanunun 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Odur ki, iddiaçının güzəştli şərtlə pensiya hüququnun olması və ona pensiya təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddiaçının pensiya hüququ yaranan zaman “Əmək pensiyaları haqqında” Qanunun (1 yanvar 2010-cu il tarixdə qüvvəyə minmiş dəyişiklik olunanadək) 10.2-ci maddəsində qeyd edilirdi ki, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PS+(PSK/T), burada SH – yaşa görə əmək pensiyasının sığorta hissəsidir, PS-bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir, PSK-sığortaolunanın fərdi hesabın ın sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu barədə qeydə alınmış pensiya kapitalıdır, T-göstərilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun (01.01.2010-cu il tarixdə qüvvəyə minmiş dəyişiklik olunanadək) 27ci maddəsində göstərilmişdir ki, bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanıl mış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu Qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu Qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Bəhs olunanlara əsasən iddiaçının əmək haqqı əsas götürülməklə pensiyanın hesablanmalı olması barədə məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-571/2020 saylı, 19 fevral 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.