Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1313/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşına çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması; nəqliyyat; elektrovoz/teplovoz maşinistləri və maşinist köməkçiləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi X1, Cavabdehin vəkili (nümayəndəsi) X2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh D övlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 08 fevral tarixli, 2-1(103)-551/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona 57 yaşının tamam olduğu 2019-cu il 25 avqust tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
2. Cavabdeh 2019-cu il 01 noyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının 2006-cı il 01 yanvar tarixədək ümumi iş stajı 25 ildən az təşkil etməklə yanaşı, həmçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün hesab edilmədiyi bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2019-cu il 11 dekabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona 57 yaşının tamam olduğu 2019-cu il 25 avqust tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1980-ci ildə Sumqayıt şəhərində yerləşən “Sintek kauçuk” zavodunda əmək fəaliyyətinə başlamış, 2008-ci il tarixədək qeyd olunan zavodda işləmişdir. Əmək fəaliyyətinə başlamazdan əvvəl 1977-ci ildən 1980-ci ilədək “Sintetik kauçuk” zavodunun nəzdində olan texniki kollecdə təhsil almış, bu da əmək kitabçasında iş stajı olaraq qeyd edilmişdir. 2019-cu il 27 avqust tarixdə 57 yaşı tamam olduğu üçün 2019-cu il 10 oktyabr tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasına hüququ çatdığından, cavabdehə müraciət edərək güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin cavabdeh müraciə tini təmin etməkdən imtina etmişdir. Hesab etmişdir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdehin etirazları:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 2006-cı il 1 yanvar tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 2007-ci il 6 mart tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, ə mək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın nəqliyyat hissəsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri nəzərdə tutulmuşdur. İddiaçının əmək kitabçasında 1988-ci il 01 may - 2005-ci il 31 dekabr tarixləri arasındakı dövr ərzində “Azərkimya” İB-nin keçmiş “X” zavodunun Dəmiryolu sexində maşinist köməkçisi və lokomotiv maşinisti v əzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi sahələr dəmiryol nəqliyyatına aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Təqdim olunan sənədlərdən göründüyü kimi iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin g əldiyi nəticə:
5. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 24 avqust tarixli, 2-1(112)-901/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı 2019-cu il 25 avqust tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahıya uyğundur və qeyd olunan dövrlər güzəştli şərtlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən təhsil müddəti iş stajına daxil edilməlidir. Ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərin əmək pensiyası hüququnun yaranması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması alternativi nəzərdə tutulmuşdur. Lakin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan şəxslərin əmək pensiyası hüququ həmin şəxslərin (kişilərin) 25 il sığorta stajına malik olması və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaranır, yəni qeyd edilən şəxslərin əmək pensiyası hüququn yaranması üçün göstərilən hər ik i tələbin (sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı) mövcud olması nəzərdə tutulmuşdur. Bu isə həmin şəxsləri ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərlə müqayisədə daha ağır vəziyyətə salır. Məhkəmənin qənaətinə görə iddiaçı 2006-cı il 01 yanvar tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, cavabdeh tərəfindən əlavə olaraq iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb edilməsi, iddiaçını ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərə münasibətdə daha ağır vəziyyətə salır və bu hal sosial ədalət prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab etmiş dir ki, iddiaçının texniki peşə məktəbində təhsil aldığı müddət, həqiqi hərbi xidmət keçdiyi müddət, yuxarıda qeyd olunan işlədiyi dövr güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas olan iş stajı kimi nəzərə alınmaqla, ona 57 yaşdan, yəni hüququnun yarandığı 2019-cu il 25 avqust tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 08 fevral tarixli, 2-1(103)-551/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 24 avqust tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçının cavabdehə qarşı ona 57 yaşının tamam olduğu 2019-cu il 25 avqust tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan başlıca şərt - xüsusi iş stajının minimum həddən az olmaması şərti onun tərəfindən yerinə yetirilmir. İş üzrə xüsusi staj şərtinə əməl olunmadığından, iddiaçının ümumi staj şərtini yerinə yetirib-yetirməməsinə ayrıca hüquqi qiymət verilməsinə zərurət qalmır. İlkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın c avabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-in 14.3cü maddəsi), “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin 2019-cu il 01 noyabr tarixli, **********8 nömrəli imtinası nəticə olaraq qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qa nuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iş üzrə cavabdeh təşkilat tərəfindən iddiaçıya ünvanlanmış 2019-cu il 01 noyabr tarixli, **********8 saylı məktubundan görünür ki, iddiaçının 2006-cı il 01 yanvar tarixədək ümumi iş stajı 25 ildən az təşkil etməklə yanaşı, həmçinin f ərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün hesab edilmədiyi bildirilmişdir. Məhkəmə prosesində isə cavabdeh təşkilat iddia tələbinə etirazının əsası kimi iddiaçının işlədiyi sahənin dəmiryol nəqliyyatına aid olmamasını qeyd etmişdir. Halbuki iddiaçının məhkəmədə iddia irəli sürməsinə səbəb cavabdeh təşkilatın onun mövcud olan 25 illik ümumi iş stajını nəzərə almaması və ya düzgün hesablamaması olmuşdur. Apellyasiya məhkəməsi isə cavabdehin iddiaçının məhkəmədə qaldırdığı iddiaya qeyri adekvat münasibətinə hüquqi qiymət vermək əvəzinə, məhz cavabdeh təşkilatın imtina məktubundaki ə saslara deyil, məhkəməyə təqdim etdiyi etirazdaki “əsaslar”a uyğun və AR NK-nin müvafiq qərarı ilə təsdiq edilmiş siyahının səhv təfsir olunması ilə nəticələnmiş qərar qəbul etmişdir.
12. Apelyasiya məhkəməsi iddiaçının işlədiyi sahənin nə üçün dəmiryol nəqliyyatına aid olmamasını öz qərarında əsaslandırmamışdır... Qanunda “əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara,” ifadəsi vardır və buna xüsusi diqqət yetirilməlidir. Çünki iddiaçının işlədiyi teplovoz, elektovoz maşinistləri və maşinist köməkçisi vəzifələrinin xüsusiyyətləri hansı müəssisədə olmasından asılı olmayaraq, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağırdır. Digər məsələ isə teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçisi vəzifələri dəmir yol nəqliyyatı sahəsindən başqa heç bir sahədə mövc ud deyildir... Yəni işə götürənin kim olması və ya hansı təşkilat olması, ya iddiaçının işlədiyi dəmiryol sexinin Kimya zavodunun, yaxud da Azərbaycan Dəmiryolları QSC-nin balansında olması, həmin sexdə işləyənlərin əmək şəraitinin ağır və ya yüngül olmasını şərtləndirə bilməz.
13. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən tam ədalətli və qanuna uyğun əsaslandırma ilə iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilsə də, apellyasiya instansiyası məhkəməsi yanlış bir yanaşma ilə birinci instansiya məhkəməsinin qərarını ləğv etmişdir. Belə ki, apellyasiya məhkəməsinin qənaətinə görə “iddiaçının zavoddaxili yaxud bir-birinə yaxın istehsal müəssisələrarası dəmiryolları (yaxud dəmiryolu şaxələri) ilə hərəkət edən teplovozlarda işlədiyi maşinist peşəsi ümuməhəmiyyətli dəmiryo lu nəqliyyatında və dəmiryol lokomotiv briqadalarında iş deyil.” Belə ki, bu barədə Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş siyahıda heç bir qeyd və ya xüsusiləşmə qeyd və ya tələb olunmayıb. Hətta işlədiyi müddətdə peşənin xüsusi zərərli olması səbəbindən iddiaçı müəssisə tərəfindən süd və qatıq təminatı ilə də təmin olunmuşdur ki, bu fakt özü belə iddiaçının çalışdığı vəzifələrin xüsusi zərərli olması faktının sübutudur. Məhkəmə qərarının məzmunundan belə anlaşılır ki, iddiaçının işlədiyi zavodda xüsusi bir dəmir yolu idarəsi yaradılmalı, yaxud zavod daxili nəqliyyat sexində olan teplovozun (elektrovozun) idarə edilməsi üçün X5 İdarəsindən maşinist təhkim edilməli idi. Göründüyü kimi apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarının tələbləri pozulmuş, ap ellyasiya şikayətinin dəlilləri tam olaraq araşdırılmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. İş üzrə apellyasiya instansiya məhkəməsi cavabdeh təşkilatın maraqlarına xidmət edən, iddiaçının hüquqlarını pozan, qanun və normaların əksinə gedərək, iddiaçının süründürülməsinə yol açan əsassız qərar qəbul etmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçının vəkili Vəkil və nümayəndəsi 2021-ci il 7 sentyabr tarixli məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
15. Cavabdehin vəkili 2021-ci il 7 sentyabr tarixli məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları h aqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var dır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 17. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;...
18. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı b arədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. 22. “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda istinad edilən normaların tələblərindən görünür ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün həmin Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixə azı 25 il iş stajı olmalı və bu müddətin azı 12 il 6 ayını həmin Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə çalışmalıdır.
23. İddiaçının əmək kitabçasının məlumatları (o cümlədən, peşə təhsili və hərbi xidmət müddəti) nəzərə alındıqda, onun 2006-cı il 1 yanva r tarixə 25 ildən artıq iş stajına malik olduğu mübahisələndirilməli deyil.
24. İddiaçının şikayətinin əsas dəlillərindən biri ondan ibarət olmuşdur ki, iddiaçının məhkəmədə iddia irəli sürməsinə səbəb cavabdeh təşkilatın onun mövcud olan 25 illik ümumi iş stajını nəzərə almaması və ya düzgün hesablamaması olmuşdur.
25. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın təmin olunmasının yetərli əsası kimi qəbul etmir. Belə ki, məhkəmə kollegiyası, məhz bu kimi halları nəzərə alaraq oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında da qeyd etmişdir ki, məhkəmə tərəflərin, müvafiq olaraq, iddia tələbi və həmin tələbə qarşı etirazla bağlı əsaslandırmalarına, normativ aktlara istinadlarına (o cümlədən, inzibati orqanın müraciətlə bağ lı cavabındakı istinadlara), onların qərar, ərizə və etirazlarının ifadə tərzinə bağlı deyil və mübahisənin düzgün həlli üçün iş üzrə gəldiyi nəticəni tərəflərdən fərqli əsaslandıra və mübahisənin aid olduğu münasibətləri tənzimləyən fərqli normalara istinad edə bilər. Məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə iddiaçının nə dərəcədə haqlı olduğunu müəyyən etməlidir. Məhkəmə mübahisənin düzgün həlli və tərəflər arasında yeni məhkəmə mübahisəsinin yaranmaması üçün, tərəflərin hər hansı formada münasibət bildirmədikləri, lakin hazırkı iddia tələbi ilə əlaqəli olan və iddiaçının pensiya hüququna bilavasitə təsir edə bilən hallara da aydınlıq gətirməlidir.
26. İddiaçının xüsusi iş stajı ilə bağlı şikayətin dəlillərinə gəldikdə, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda qeyd olunan (23000000 XXVİİİ. Nəqliyyat
1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər. 23001000—14241 teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri, 23001000— 16878 teplovozlarda maşinist köməkçiləri) istehsalat, iş, peşə və vəzifələrə gəldikdə, əvvəla, nəzərə alınmalıdır ki, həmin Siyahının quruluşundan da göründüyü kimi, ilk növbədə “istehsalat” sahələri aşkar olaraq fərqləndirilmiş, yalnız bundan sonra həmin istehsalat sahəsinə aid iş, peşə və vəzifələr təsbit olunmuşdur.
27. İddiaçının bilavasitə çalışmış olduğu “iş, peşə və vəzifə” isə digər istehsalat sahəsinə aid olmuşdur. Başqa sözlə, iddiaçının icra etdiyi “iş, peşə və vəzifə” onun bilavasitə çalışdığı zavodda istehsal prosesinin tərkib hissəsi olmuşdur. Bunun əksini təsdiq edə bilən hər hansı sübut (iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə normativ aktda /Siyahıda/ bilavasitə nəzərdə tutulan və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat sa həsi, iş, vəzifə, peşə arasındakı, habelə həmin iş, vəzifə və peşənin icra olunduğu əmək şəraitləri arasındakı uyğunluğu /eyniliyi/ təsdiq edən vəzifə təlimatları və s.) yoxdur. İddiaçının əsaslandığı – işlədiyi müəssisə tərəfindən verilmiş arayışlar isə iddiaçının əmək kitabçasında qeyd olunan istehsalat sahəsində və işdə/vəzifədə çalışması faktının özünü təsdiq edir, lakin barəsində qeyd olunan iş, peşə, vəzifələr və onların icra olunduğu əmək şəraiti arasındakı uyğunluğu (eyniliyi) təsdiq etmir.
28. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif istehsalat sahələrində (hazırkı halda, nəqliyyat və istehsal sahələrində) işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin v ə əmək şəraitinin eyniliyinin, deməli, həm də əmək şəraitinin xüsusilə ağırlığına və zərərliliyinə dair eyni və ya oxşar əsasların, faktiki halların mövcudluğunun təsdiq olunmasından gedir.
29. Hazırkı işdə bu, baş vermədiyindən, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz.
30. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra aşkar edilən və iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə Siyahıda bilavasitə nəzərdə tutulan və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat sahəsi, iş, vəzifə, peşə arasındakı, habelə həmin iş, vəzifə və peşənin icra olunduğu əmək şəraitləri arasındakı uyğunluğu /eyniliyi/ təsdiq edən yeni sübutlara əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddia çının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər:... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda...
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 08 fevral tarixli, 2-1(103)-551/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.