Məhkəmə qərarları › İş №2-1(102)-1313/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1313/2022

06.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1313/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi; müddətin bərpasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü, FİN: 2N92RRC) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ”güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1763/2021 nömrəli, 14 oktyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

1. İddiaçı 19 may 2020-ci il tarixdə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

2. Cavabdehin **********8 nömrəli, 31 may 2020-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilm əsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 nömrəli əlavəyə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə istinad edilərək, müraciətin icrasından imtina edilmişdir.

3. İddiaçı 25 iyun 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə (güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər) əsasən 57 yaşının tamam olduğu vaxtdan, yəni 29 noyabr 2012-ci il tarixindən ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1180/2021 nömrəli, 16 mart 2021-ci il tarixli qərarı ilə (hakim Ş.A.H əsənova) iddia rədd edilmişdir.

5. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1763/2021 nömrəli, 14 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və E.E.Nağıyeva) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1180/2021 nömrəli, 16 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. İddiaçı 7 dekabr 2021-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinə kassasiya şikayəti və dövlət büdcəsi hesabına vəkil ilə təmin olunma barədə ərizə təqdim etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)1763/2021 nömrəli, 28 dekabr 2021-ci il tarixli qərardadına əsasən ərizə təmin edilmiş, 1 fevral 2022-ci il tarixli orderlə iddiaçı vəkillə təmin olunmuşdur.

8. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1763/2021 nömrəli, 28 mart 2022-ci il tarixli müşayət məktubu ilə Ali Məhkəmənin İnzibati Kollegiyasına 5 aprel 2022-ci il tarixdə daxil olmuş inzibati işə vəkil tərəfindən tərtib edilmiş kassasiya şikayəti əlavə edilmədiyindən, Kollegiyanın 2-1(102)-907/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli məktubu ilə İnzibati Prosessual Məcəllənin 95-ci maddəsinin tələblərinin təmin edilməsi üçün iş baxılmadan geri qaytarılmışdır.

9. İddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən İnzibati Prosessual Məcəllənin tələblərinə uyğun şəkildə tərtib edilmiş kassasiya şikayəti və kassasiya şikayəti ver ilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə 26 may 2022-ci il tarixdə elektron qaydada apellyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 23.1 Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əs asən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərard adı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ

11. Ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

12. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.

13. İddiaçının vəkili ərizənin əsası kimi qeyd edir ki, o, hazırkı inzibati icraat üzrə iddiaçıya dövlət büdcəsi vəsaiti hesabına vəkil təyin olunduqdan sonra, Bakı Apellyasiya Məhkəməsində iş materialları ilə tanış olmuş, aidiyyəti sənədləri inzibati işə əlavə etmiş, lakin kassasiya şikayətini imzalamağı unutmuşdur.

14. Məhkəmə kollegiyası ərizənin həmin dəlilini prosessual müddətin ötürülməsinin üzrlü səbəbi kimi qəbul etmir. Belə ki, qərardan vaxtında şika yət verilməsi imkanını mümkünsüz edən və iddiaçının (onun vəkilinin/nümayəndəsinin) iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır.

15. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual müddətin ötürülməsi hətta vəkilin (nümayəndənin) hərəkətsizliyi ilə bağlı olduqda belə, bu, tapşırıq verən üçün hüquqi nəticələr yaratdığından, prosessual müddətin buraxılmasında iddiaçı təqsirsiz olmamışdır.

16. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Prosessual müddətin bərpasına dair ərizə təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1763/2021 nömrəli, 14 oktyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və kassasiya şikayətinin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar