Məhkəmə qərarları › İş №2-1(102)-1313/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1313/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1313/2023 22.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2-1(103)-208/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 31 may 2021-ci il tarixli, **********091500 nömrəli qərarı ilə ərizəçiyə 2018-ci ilin dekabr ayı üzrə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı üzrə 8 295,84 manat əlavə vergi hesablanmışdır.

2. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2 iyun 2021-ci il tarixli, **********632000 nömrəli qərarı ilə ərizəçiyə 2019-cu ilin yanvar ayı üzrə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı üzrə 8 295,84 manat əlavə vergi hesablanmışdır.

3. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2 iyun 2021-ci il tarixli, **********645800 nömrəli qərarı ilə ərizəçiyə 2019-cu ilin fevral ayı üzrə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı üzrə 7 493,02 manat əlavə vergi hesablanmışdır.

4. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2 iyun 2021-ci il tarixli, **********854900 nömrəli qərarı ilə ərizəçiyə 2019-cu ilin mart ayı üzrə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı üzrə 8 295,084 manat əlavə vergi hesablanmışdır.

5. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3 iyun 2021-ci il tarixli, **********375500 nömrəli qərarı ilə ərizəçiyə 2019-cu ilin aprel ayı üzrə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı üzrə 8 028,24 manat əlavə vergi hesablanmışdır.

6. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2 iyun 2021-ci il tarixli, **********212200 nömrəli qərarı ilə ərizəçiyə 2019-cu ilin may ayı üzrə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı üzrə 8 295,084 manat əlavə vergi hesablanmışdır.

7. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanmas ı barədə” 31 may 2021-ci il tarixli, **********076600 nömrəli qərarı ilə ərizəçiyə 2019-cu ilin iyun ayı üzrə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı üzrə 535,22 manat əlavə vergi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş **********091500 saylı xx.xx.2021-ci il tarixli, **********076600 saylı xx.xx.2021-ci il tarixli, **********632000 saylı xx.xx.2021-ci il tarixli, **********645800 saylı, 02 iyun 2021-ci il tarixli, **********854900 saylı 02 iyun 2021- ci il tarixli, **********212200 saylı 02 iyun 2021-ci il tarixli, **********375500 saylı 03 iyun 2021-ci il tarixli v ergilərin, sosial sığorta və işsizlik siğortası haqlarının hesablanması barədə qərarlarının ləğv edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı aidiyyəti üzrə 6 saylı Ərazi Vergilər Baş İdarəsi olan vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona VÖEN: ********** verilmişdir. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur və heç bir mövcud qanunvericilik və qadağan olunmuş fəaliyyəti yoxdur. İddiaçının sahibkarlıq fəaliyyəti dövründə heç bir vergi ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. 2019-cu il Gəlir Vergisi bəyannaməsi üzrə keçirilən kameral yoxlama vergisinin aparılması ümumiyyətlə, qanuna uyğun olmamışdır. Mübahisələndirilən cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş **********091500 saylı xx.xx.2021-ci il tarixli, ** ********076600 saylı xx.xx.2021-ci il tarixli, **********632000 saylı xx.xx.2021-ci il tarixli, **********645800 saylı 02 iyun 2021-ci il tarixli, **********854900 saylı 02 iyun 2021-ci il tarixli, **********212200 saylı 02 iyun 2021- ci il tarixli, **********375500 saylı 03 iyun 2021-ci il tarixli qərarlar qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçıya təqdim olunmamışdır. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən qərarlar onunla əsaslandırılmışdır ki, iddiaçının fərdi sahibkar kimi 2018-ci ilin 4-cü rübü üçün təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsinin 801, 802, 803-cü sətirlərindəki B1 sütunlarının cəmi 2019-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun ayları üçün təqdim edilmiş ƏDV bəyannamələrinin 301-ci sətirlərinin rəsmiləşdirilmiş son xronometraj müşahidələ rinin nəticəsi arasında kənarlaşmanın yarandığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən kameral vergi yoxlaması üçün zəruri olan məktubda qeyd edilən sənədlər və dəqiqləşdirilmiş bəyannamə təqdim edilməmiş və bununla əlaqədar yaranmış uyğunsuzluqlarla əlaqədar xronometraj metodu ilə müşahidələr nəticəsində əsassız əlavə vergi məbləği hesablanmışdır. İddiaçı tərəfindən mübahisələndirilən cavabdeh inzibati orqanın qərarlardan yuxarı vergi orqanına inzibati qaydada şikayət ünvanlanmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 16 oktyabr 2021-ci il tarixli, **********671900 saylı inzibati şikayətin təmin edilməməsi haqqında Qərar qəbul edilmişdir.

10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, uçot-baza məlumatına əsasən aparılan ara şdırma zamanı İddiaçı xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2018-ci il tarixdən isə ƏDV qeydiyyatına alındığı, əsas fəaliyyət növünün “restoranlar tərəfindən xidmətlərin göstərilməsi və yeməklərin çatdırılması üzrə xidmətlər” olduğu müəyyən edilmişdir. İddiaçı 2018-ci ilin 4-cü rübü üçün təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsinin 801, 802, 803-cü sətirlərindəki B1 sütunlarının cəmi və 2019-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun ayları üçün təqdim edilmiş ƏDV bəyannamələrinin 301-ci sətirlərinin rəsmiləşdirilmiş son xronometraj müşahidələrinin nəticəsi arasında kənarlaşmaların yarandığı müəyyən edilmişdir. Yaranmış kənarlaşmalar ilə əlaqədar “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2 019-cu il tarixli **********730600 nömrəli və xx.xx.2019-cu il tarixli **********940300 nömrəli məktublar göndərilmiş, vergi ödəyicisindən zəruri sənədlər və ətraflı izahat tələb olunmuşdur. Vergi ödəyicisi tərəfindən kameral vergi yoxlaması üçün zəruri olan məktubda qeyd edilən sənədlər və dəqiqləşdirilmiş bəyannamə təqdim edilməmişdir. Kənarlaşma aradan qaldırılmadığı üçün vergi ödəyicisinə 2018-ci ilin avqust ayında keçirilmiş xronometraj metodu ilə müşahidələrin nəticələrinə əsasən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2018-ci ilin 4-cü rübü üçün sadələşdirilmiş vergi və 2019-cu ilin yanvar, fevral, mart, aprel, may və iyun ayları üçün ƏDV bəyannamələri üzrə kameral vergi yoxlaması ilə 47399,92 manat vergi məbləği hesablanmışdır. Kameral vergi yoxlamasının nəticəs i üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cı il tarixli **********189500; xx.xx.2019cu il tarixli **********257700; xx.xx.2019-cu il tarixli **********047800, **********046100, **********043000, **********042300, **********040900 nömrəli qərarlar vergi ödəyicisinə göndərilmişdir. Kameral qaydada vergilərin hesablanması ilə bağlı bildirilir ki, İddiaçı məxsus “Dostluq Restoranı” adlı təsərrüfat subyektində xx.xx.2018-ci il tarixli “Xronometraj metodu ilə müşahidələrin aparılması haqqında” **********5905 nömrəli qərara əsasən xx.xx.2018- ci il tarixdən xx.xx.2018-ci il tarixədək xronometraj metodu ilə müşahidələrin aparıldığı və nəticələrinin xx.xx.2018-ci il tarixli 021331 nömrəli aktla rəsmiləşdirilməklə satış dövriy yəsi 19297,50 manat olmaqla orta günlük dövriyyənin 1754,32 manat (19297,50/11=1754,32) təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı günlük və yekun aktların doğruluğunu imzası və möhür ilə təsdiq etmiş və aktların bir nüsxəsini əlavələrlə birlikdə aldığı barədə imza etmiş və yoxlamaya həftədə 7 gün olmaqla saat 10:00-dan saat 00:00-dək fəaliyyət göstərdiyi barədə öz imzası ilə arayış təqdim etmişdir. Bundan əlavə, araşdırma zamanı İddiaçı tərəfindən 2017-ci ilin oktyabr ayından bu günə kimi dövlət büdcəsinə heç bir ödənişin aparılmadığı, vergi ödəyicisinin “Təkrar xronometraj metodu ilə müşahidə keçirilməsi barədə” və keçirilmiş xronometrajın passivləşdirilməsi barədə vergi orqanına müraciət etmədiyi, xx.xx.2019cu il tarixdə “vergi ödəyicisinin (filialın, nümayəndəliyin, təsərrüfat subyektin in (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatların müvəqqəti olaraq dayandırılması barədə” və “vergi ödəyicisinin (filialın, nümayəndəliyin, təsərrüfat subyektinin (obyektinin)) ləğvi barədə” ərizələrlə müraciət edərək fəaliyyətini dayandırdığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən eyni dövrlər üzrə dəqiqləşdirilmiş bəyannamələr təqdim edilməsinə baxmayaraq, müvafiq dövrlər üzrə dövriyyənin və vergi məbləğinin azalmasına əsas veriləcək təsdiqedici sənədlər təqdim edilmədiyi üçün kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğləri bərpa olunmuş və vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********091500, **********076600; xx.xx.2021-ci il tarixli **********632000, **********645800, **********854900; **********212200; xx.xx.2021-ci il tarixli **********37550 0 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar göndərilmişdir. İddiaçı 2018-ci ilin 4-cü rübü üçün sadələşdirilmiş vergi və 2019-cu ilin yanvar, fevral, mart, aprel, may və iyun ayları üçün ƏDV bəyannamələri üzrə kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğlərindən narazı olması barədə inzibati şikayətinə Vergilər Nazirliyində (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) baxılmış və “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2019-cu il tarixli **********671900 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar ilə İddiaçı inzibati şikayəti təmin edilməmişdir. İddiaçı “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2020-ci il tarixli **********675400 nömrəli qərarın ləğv edilməsi barədə şikayətinə İqtisad iyyat Nazirliyinin Apellyasiya Şurasında baxılmış və xx.xx.2021-ci il tarixli 23 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar ilə İddiaçı şikayəti təmin edilməmiş və “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2019-cu il tarixli **********671900 nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır. Bundan əlavə, iddia ərizəsinə əlavədə qeyd olunur ki, xronometraj metodu ilə keçirilmiş müşahidənin nəticəsi barədə tərtib edilmiş aktları (günlük və yekun) vergi ödəyicisinin əvəzindən Nəcəfov.E.H adlı şəxs imzalamış və həmin aktlardan iddiaçının məlumatı olmamışdır. İddiaçının qeyd etdiyi dəlilləri aşağıda qeyd olunan səbəblərə görə əsassız hesab edir: cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraza əlavə olunan sənədlərdən göründüyü kimi xronometraj metodu ilə keçirilmiş müşahidənin nəti cəsi barədə tərtib edilmiş aktları (günlük və yekun) vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi kimi X3 imzalamışdır. Həmin sənədlər sifarişçi fərdi sahibkar İddiaçı ilə icraçı "xxxx" MMC-nin direktoru X3 arasında bağlanmış 02 07.2018-ci il tarixli 39/18 nömrəli müqaviləyə əsasən səlahiyyətli nümayəndə kimi E.Nəcəfov tərəfindən imzalanmışdır. İddiaçı həmin müqavilənin 6.1-ci bəndində göstərilən dövlət orqanlarında sifarişçini təmsil edib onun adından çıxış etməyi "xxxx" MMC-nin direktoru X2 həvalə etmişdir. E.Nəcəfov onun adından sənədləri imzalamış və fərdi sahibkar İddiaçı məxsus olan möhürlə bütün sənədlər təsdiq olunmuşdur. İddiaçının aktlardan məlumatı olmaması barədə dəlilinə münasibətdə isə bildirilir ki, əgər İddiaçı aktlar barədə məlumatı yox idisə onda ona məxsus möhür E.Nəcəf ov tərəfindən necə əldə edilib, xronometraj metodu ilə keçirilən müşahidə zamanı istifadə olunub və bütün sənədlər, o cümlədən aktlar (günlük və yekun) həmin möhürlə təsdiq olunub. İddiaçı 2018-ci ilin 4-cü rübü üçün təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsinin 801, 802, 803-cü sətirlərindəki B1 sütunlarının cəmi və 2019-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun ayları üçün təqdim edilmiş ƏDV bəyannamələrinin 301-ci sətirlərinin rəsmiləşdirilmiş son xronometraj müşahidələrinin nəticəsi arasında kənarlaşmaların yarandığı müəyyən edilmişdir. Yaranmış kənarlaşmalar ilə əlaqədar zəruri sənədlər və ətraflı izahat tələb olunmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən kameral vergi yoxlaması üçün zəruri olan sənədlər və dəqiqləşdirilmiş bəyannamə təqdim edilməmişdir. Kənarlaşma arada n qaldırılmadığı üçün vergi ödəyicisinə 2018-ci ilin avqust ayında keçirilmiş xronometraj metodu ilə müşahidələrin nəticələrinə əsasən 2018-ci ilin 4-cü rübü üçün sadələşdirilmiş vergi və 2019-cu ilin yanvar, fevral, mart, aprel, may və iyun ayları üçün ƏDV bəyannamələri üzrə kameral vergi yoxlaması ilə 47.399,92 manat əlavə vergi məbləği hesablanmışdır. Kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********189500; xx.xx.2019-cu il tarixli **********257700; xx.xx.2019-cu il tarixli **********047800, **********046100, **********043000, **********042300, **********040900 nömrəli qərarlar vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi tərəfindən eyni dövrlər üzrə dəqiqləşdi rilmiş bəyannamələr təqdim edilməsinə baxmayaraq, müvafiq dövrlər üzrə dövriyyənin və vergi məbləğinin azalmasına əsas veriləcək təsdiqedici sənədlər təqdim edilmədiyi üçün kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğləri bərpa olunmuş, əvvəlki qərarlar ləğv edilməklə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********091500, **********076600; xx.xx.2021-ci il tarixli **********632000, **********645800, **********854900; **********212200; xx.xx.2021-ci il tarixli **********37500 nömrəli yeni qərarlar qəbul edilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 5 may 2022-ci il tarixli, e-2-1(112)-1460/2022 nömrəli qərarı (hakim: X7) ilə iddia rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı 2018-ci il in 4-cü rübü üçün təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsinin 801, 802, 803-cü sətirlərindəki B1 sütunlarının cəmi və 2019-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun ayları üçün təqdim edilmiş ƏDV bəyannamələrinin 301-ci sətirlərinin rəsmiləşdirilmiş son xronometraj müşahidələrinin nəticəsi arasında kənarlaşmaların yarandığı müəyyən edilmişdir. Kənarlaşma aradan qaldırılmadığı üçün vergi ödəyicisinə 2018-ci ilin avqust ayında keçirilmiş xronometraj metodu ilə müşahidələrin nəticələrinə əsasən 2018-ci ilin 4-cü rübü üçün sadələşdirilmiş vergi və 2019-cu ilin yanvar, fevral, mart, aprel, may və iyun ayları üçün ƏDV bəyannamələri üzrə kameral vergi yoxlaması ilə 47.399,92 manat əlavə vergi məbləği hesablanmışdır. Yenidən xronometraj metodu ilə müşahidənin keçirilməməsi, xronometraj ın yay aylarında keçirildiyi, nəticələrinin yaz, payız və qış mövsümünə tətbiq edilməsinin qanunvericiliyi tələbinə əsasən mümkün və ədalətli olmaması barədə dəlillərə münasibətdə qeyd edilməlidir ki, vergi ödəyicisinin yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanından tələb etmək hüququ olsa da, yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında ərizə ilə vergi orqanına müraciət etməmişdir

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2-1(103)-208/2023 nömrəli qərarı (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X4 və X6) ilə Bakı İnzibati M əhkəməsinin 5 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi cavabdeh inzibati orqan tərəfindən kameral vergi yoxlamasının keçirilməsinə əsas olmuş hallar sübut edilməmiş, apellyasiya şikayətində qeyd edilən xüsusatlar araşdırılmamış, cavabdeh inzibati orqan tərəfindən kameral vergi yoxlaması nın keçirilməsinə əsas olmuş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50-1.1-ci maddəsində qeyd olunan hallar araşdırılmamış, həmin maddədə qeyd olunan hansı halların baş verdiyi cavabdeh inzibati orqanın tərəfindən sübut edilməməsinə dair xüsusatlarına hüquqi qiymət verməmişdir.

18. Həmin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətdə olub-olmaması, olduğu təqdirdə hansı vergi ödəyicisi tərəfindən işlədilməsinin, qış aylarında fəaliyyət göstərib-göstərməməsinin müəyyən edilməsi məqsədilə Vergilər Nazirliyinin Bakı şəhəri, Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları tərəfindən sənədlər əsasında yerində baxış keçirildiyini, (vergilərin hesablanması üçün vergitutma obyektini dəqiqləşdirməklə) görülmüş tədbirlər barədə toplanmış materialların aidiyyəti üzrə təqdim edilməsi üçün xx.xx.2019-cu il tarixli **********143400 nömrəli məktubla rəsmiləşdirildiyini qeyd etsə də, bununla bağlı sübutları birinci instansiya məhkəməsinə təqdim etməmiş, birinci instansiya məhkəmə bu halları nəzərə almamışdır. Bununla əlaqədar olaraq bildirirəm ki, bununla əlaqədar yerində baxış keçirilməmiş, qeyd olunan yerində baxış rəsmiləşdirilməmiş, xx.xx.2019-cu il tarixli məktub iddiaçıya təqdim edilməmişdir. Həmçinin Təkrar xronometraj yoxlama olmayıb, çünki təsərrüfat obyektinin fəaliyyəti yoxlama keçirilən dövrdə olmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş, kassa mədaxil qəbzlərindən də görünür ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək, yəni iddiaçının vergi ödəyicisi kimi fəaliyyətinin dayandırılanadək hər hansı bir dövriyyəsi olmamış, təsərrüfat subyekti həmin tarixlərdə f əaliyyət göstərməmişdir. Kassa mədaxil çeklərində hər hansı bir məbləğin əks olunmadığı bir daha təsdiq edir ki, həmin dövrlərdə iddiaçı gəlir əldə etməmiş, fəaliyyəti olmamış və cavabdeh inzibati orqan tərəfindən əlavə vergi məbləği qanunsuz və əsassızdır. Bu halı təsdiq edən, iş materiallarına əlavə edilmiş iddiaçıya icarəyə verdiyi obyektin mülkiyyətçisi X1 notariat qaydasında təsdiq edilmiş ərizədir. Həmin ərizədə qeyd olunmuşdur ki, iddiaçının icarəyə götürdüyü təsərrüfat subyekti yay mövsümünün bitməsi ilə əlaqədar xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək fəaliyyəti olmamışdır. Bununla da bir daha sübut olunur qeyd olunan dövrlərdə iddiaçının fəaliyyəti olmamışdır. Bununla da apellyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

19. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddia ərizəsinə etirazda göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində mü vafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. A li Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiya sı məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 24 Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi vergi qərarlarının mübahisələndirilməsi barədə iddianın əsaslığının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

26. Apellyasiya məhkəməsi müba hisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarına görə, iddiaçıya məxsus təsərrüfat subyektində xx.xx.2018-ci il tarixli “Xronometraj metodu ilə müşahidələrin aparılması haqqında” **********5905 nömrəli qərara əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək xronometraj metodu ilə müşahidələrin aparıldığı və nəticələrinin xx.xx.2018-ci il tarixli 021331 nömrəli aktla rəsmiləşdirilməklə satış dövriyyəsi 19297,50 manat olmaqla orta günlük dövriyyənin 1754,32 manat təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı günlük və yekun aktların doğruluğunu imzası və möhür ilə təsdiq etmiş və aktların bir nüsxəsini əlavələrlə birlikdə aldığı barədə imza etmiş və yoxlamaya həftədə 7 gün olmaqla saat 10:00-dan saat 00:00-dək fəaliyyət göstərdiyi barədə öz imzası ilə arayış təqdim etmişdir. Bundan əlavə, iddiaçı “Təkrar xronometraj metodu ilə müşahidə keçirilməsi barədə” və keçirilmiş xronometrajın passivləşdirilməsi barədə vergi orqanına müraciət etməmiş, xx.xx.2019-cu il tarixdə “vergi ödəyicisinin (filialın, nümayəndəliyin, təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatların müvəqqəti olaraq dayandırılması barədə” və “vergi ödəyicisinin (filialın, nümayəndəliyin, təsərrüfat subyektinin (obyektinin)) ləğvi barədə” ərizələrlə müraciət edərək fəaliyyətini dayandırdığı müəyyən edilmişdir.

28. İddiaçı tərəfindən eyni dövrlər üzrə dəqiqləşdiril miş bəyannamələr təqdim edilməsinə baxmayaraq, müvafiq dövrlər üzrə dövriyyənin və vergi məbləğinin azalmasına əsas veriləcək təsdiqedici sənədlər təqdim ediİməmişdir.

29. Vergi Məcəlləsinin 37.5-ci maddəsinə görə, bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. İşin faktiki hallarından görünür ki, iddiaçı xronometraj metodu ilə yeni müşahidə keçirilməsi haqqında ərizə ilə vergi orqanına müraciət etməmiş dir. Cavabdeh də Vergi Məcəlləsinin 37.5-ci maddəsinə uyğun olaraq qərarlar qəbul etmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2-1(103)-208/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar