Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1314/2020 19.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehlər Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: cavabdeh inzibati orqana müraciət edilməməsi səbəbi ilə öhdəliyin icrası haqqında iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X1 ibarət tərkibdə, Cavabdeh Dövlət Gömrük Komitəsinin nümayəndəsi X3 və vəkili X2 iştirakları ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə və Dövlət Göm rük Komitəsinə qarşı “dövlət sərhədini keçən zaman dövlət sərhəd xidmətinin əməkdaşları tərəfindən saxlanılmasının, dövlət gömrük əməkdaşlarına təhvil verilməsinin, gömrük yoxlamasına-axtarışa məruz qalmasının, məcburi gömrük bəyannaməsi yazdırılmağın qanunsuz hesab edilməsi, həmin qanunsuz hərəkətlərin dayandırılması və vurulmuş zərərin əvəzi olaraq 50000 manat pulun tutulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 4 mart tarixli 2-1(103)647/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 2019-cu il 3 oktyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 2014- cü ilin noyabr ayından ölkə hüdudlarını keçən və qayıdan zaman dövlət sərhəd xidmətinin əməkdaşları tərəfindən saxlanılmasının, dövlət gömrük əməkdaşlarına təhvil verilməsinin, gömrük yoxlamasına-axtarışa məruz qalmasının, məcburi gömrük bəyannaməsi yazdırılmağın qanunsuz hesab edilməsi, həmin qanunsuz hərəkətlərin dayandırılması və vurulmuş zərərin əvəzi olaraq 50000 manat pulun tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Vəkillər Kollegiyasının üzvüdür. 2014-cü ilin noyabr ayından başlayaraq Azərbaycan Respublikasının hüdudlarını tərk edərkən və ölkəyə qayıdarkən qanunsuzluqlarla rastlaşır. Dövlət Sərhəd Xidmətinin pasport yoxlamasından keçərkən zabit tərəfindən pasportunun yoxlama qurğusuna vurarkən h əmin zabit digər zabitə “burda N5” var deyərək o, saxlanılıb Dövlət Gömrük Əməkdaşlarına təhvil verilir. Həmçinin üzərində bəyan olunası valyuta olmadığı halda məcburi olaraq ona gömrük bəyannaməsi yazdırılır. Bu yoxlamalara ondan başqa seçmə olaraq siyasi məhbusları müdafiə edən daha bir neçə vəkillər məruz qalır. Baş verən bu halla bağlı cavabdehlərə edilmiş müraciətləri nəticəsiz qalmışdır. Cavabdeh Dövlət Gömrük Komitəsinin etirazları: Cavabdeh Dövlət Gömrük Komitəsi iddia tələbinə qarşı etiraz edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehdən maddi zərərin tutulmasını tələb etsə də, o, hazırkı məzmunda tələblə cavabdehə müraciət etməmişdir. Bu səbəbdən də onun iddiası mümkünsüz hesab edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 12 dekabr tarixli 2-1(81)4305/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən onun inzibati icraat qay dasında hüquqlarının pozulduğunu əsaslandıra bilmədiyindən iddia mümkün sayılmır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 4 mart tarixli 21(103)-647/2020 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermişdir. O, qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassa siya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan başqa, şikayətdə qeyd edilir ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi onun iddia tələbi qanuni və əsaslı olduğu halda, apellyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmamış, mötəbər sübutlardan istifadə etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı və cavabdeh Dövlət Sərhəd Xidməti məhkəmə iclasında təmin olunmamışlar. Cavabdeh Dövlət Gömrük Komitəsinin vəkili və nümayəndəsi kassasiya şikayətinə qarşı etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Əsaslandırma hissəsi: İddiaçının və cavabdeh Dövlət Sərhəd Xidmətinin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhk əmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabde hdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinmə yə dair iddia mümkün sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən, maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İddiaçı inzibati orqanın qanunsuz qərarı (inzibati aktı) və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində ona vurulmuş ziyana görə kompensasiya tələb edə bilər. Lakin iddiaçı, vurulmuş ziyana görə tələb edilən məbləğin ona ödənilməsi ilə bağlı cavabdehin öhdə lik daşıdığını, həmin məzmunda ərizə ilə cavabdehə müraciət etdiyini, bu müraciətin təmin olunmasından cavabdehin imtina etdiyini və ya həmin müraciətə münasibətdə cavabdehin hərəkətsizlik etdiyini əsaslandırmalıdır. İşdə iddiaçının yuxarıda qeyd edilən məzmunda ərizə ilə cavabdehə müraciət etdiyini, həmin məzmunda müraciətin təmin olunmasından cavabdehin imtina etdiyini və ya cavabdehin həmin məzmunda müraciətə münasibətdə hərəkətsizlik etdiyini təsdiq edən məlumat yoxdur. Beləliklə, iddiaçının İPM-in 35.1-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ olmamışdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 4 mart tarixli 21(103)-647/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov
Məhkəmə qərarları › İş №2-1(102)-1314/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1314/2020
19.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver