Məhkəmə qərarları › İş №2-1(102)-1314/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1314/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1314/2023 22.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa g örə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2023-cü il tarixli, 2-1(106)-40/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, o: xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Salyan X1 fəhlə; xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Salyan X1 fəhlə; xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Sabirabad rayon 135 nömrəli OTPM-də istehsalat təlimi ustası; xx.xx.1989-cü il tarixdən xx.xx.1989-cu il tarixədək Salyan X1 fəhlə; xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədə k “Aznefttikinti” Trestinin Mexanikləşdirilmiş Tikinti İdarəsində elektrik; xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cu il tarixədək “Aznefttikinti” Trestinin Mexanikləşdirilmiş Tikinti İdarəsində akkumulyatorçu; xx.xx.1990-cı il tarixdən xx.xx.2003-cü il tarixədək “Azneft” Birliyinin Tamponaj İdarəsində akkumulyatorçu; xx.xx.2003-cü il tarixdən xx.xx.2014-cü il tarixədək X5 İdarəsində quyuların sementlənməsi üzrə maşinist; xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək ARDNŞ Nəqliyyat İdarəsinin 4 saylı Texnoloji Nəqliyyat Departamentinin 2 saylı TNS-nın Texnoloji Nəqliyyat dəstəsində quyuların sementlənməsi üzrə maşinist işləmişdir; xx.xx.2018-ci il tarixdən hal-hazıradək SOCAR Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəqliyyat Departamentinin 1 saylı A və XTS-nın Texnoloji Nəqliyyat dəs təsində quyuların sementlənməsi üzrə maşinist peşəsində işləyir.

2. NZ-4403957 saylı hərbi biletə əsasən, iddiaçı 25 may 1981-ci il tarixdən 22 iyun 1983-cü il tarixədək (2 il 28 gün) həqiqi hərbi xidmət keçmişdir.

3. X6 29 dekabr 2020-ci il tarixli, 143 nömrəli arayışına əsasən, iddiaçı xx.xx.1984ci il tarixdən 22 iyul 1985-ci il tarixədək (10 ay 22 gün) 28 nömrəli X7 Məktəbində “Avtomobil təmiri çilingəri” ixtisası üzrə əyani təhsil almışdır. 4. 25 avqust 1988-ci il tarixli MT-İ 271824 nömrəli diploma əsasən, iddiaçı xx.xx.1985-ci il tarixdən 29 iyun 1988-ci il tarixədək (2 il 09 ay 29 gün) Bakı Sənaye Pedaqoji Texnikumunda təhsil almışdır.

5. İddiaçı cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

6. Cavabdeh 23 avqust 2021- ci il tarixli, **********2 nömrəli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (24 il 9 ay 13 gün (xx.xx.1980xx.xx.1980-cı il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1989xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı 18 oktyabr 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 22 may 2020-ci i l tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11531/2021 nömrəli, 12 noyabr 2021-ci il tarixli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir.

9. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edi lməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

10. İddiaçı ərizəsində əmək kitabçasının məlumatlarına istinad edərək qeyd etmişdir ki, əmək fəaliyyəti dövründə 01 yanvar 2006-cı il tarixinə kimi onun (təhsil müddətləri əlavə edilməklə) - 25 il 25 gün ümumi əmək stajı vardır. Lakin cavabdeh ona aydın olmayan səbəblərlə ümumi iş stajını 24 il 9 ay 13 gün olaraq hesablamışdır. Cavabdeh tərəfindən onun güzəştli iş stajını mübahisələndirilmir və minimum 12 il 6 aylıq güzəştli iş stajının olduğunu qəbul edilir. Həmçinin, pensiya təyinatı üçün pensiya kapitalının məbləği mübahisələndirilmir və ən azı minimum əmək pensiyası məbləğində pensiya təyinatı aparılmasına imkan verdiyi qəbul edilir. Yalnız 01 yanvar 2006-cı il tarix inə kimi topladığı ümumi iş stajının 25 ildən az olması əsas gətirilir.

11. Hesab etmişdir ki, hazırkı iddia üzrə onun güzəştli iş stajı və topladığı pensiya kapitalının məbləği işin mübahisələndirilməyən halları kimi qəbul edilməlidir. Akkumulyatorçu və quyuların sementlənməsi üzrə maşinist peşəsində topladığı iş stajı güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasının təyin edilməsinə imkan yaradır. Ümumi iş stajının isə əmək kitabçası və arxiv arayışları ilə 25 ildən artıq olduğu üçün cavabdehin imtinasını əsassız hesab edərək məhkəməyə müraciət etmişdir. Cavabdehin etirazları:

12. Cavabdeh iddia ərizəsinə qarşı təqdim etdiyi etirazda imtina məktubunun dəlillərinə istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının əmək stajı ilə bağlı təqdim etdiyi arayışlarla əmək kitabçası arasında ziddiyyətlər mövcuddur. Belə ki, əmək kitabçasındakı qeydə əsasən iddiaçının xx.xx.1980-xx.xx.1981-ci illərdə Salyan X1 “fəhlə” peşəsində işləməsi qeyd edilsə də, X4 fılialının 19 noyabr 2020-ci il tarixli, 436 nömrəli arayışında iddiaçının 1981-ci il ərzində iş fəaliyyətinin aşkar edilmədiyi qeyd edilmişdir.

13. İddiaçının hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1983-xx.xx.1984-cü illərdə Salyan X1 “fəhlə” peşəsində işləməsi qeyd edilir. X4 fılialının 19 yanvar 2021-ci il tarixli, 06 nömrəli arayışında iddiaçının “mövsümü fəhlə” peşəsində çalışdığı göstərilir.

14. Eyni zamanda, arayışla təsdiq edilir ki, iddiaçı 1984-cü ilin avqust, oktyabr və noyabr aylarında əmək haqqı almamışdır. Göründüyü kimi, arxiv arayışları ilə əmək kitabçasının qeydləri arasında ziddiyyət vardır. Xüsusilə də, 198 1-ci ilin yanvar-may ayları ərzində iddiaçının “fəhlə” peşəsində çalışması aşkar edilmədiyindən həmin dövrün ümumi əmək stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd edilənlər, iddiaçının 01 yanvar 2006-cı il tarixinədək olan ümumi əmək stajının 25 ildən az təşkil etdiyinin dəlilidir. Bu səbəbdən də, filialın imtinası qanuni və əsaslıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

15. Şirvan İnzibati Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2-1(120)-908/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

16. Birinci instansiya məhkəməsi qey d etmişdir ki, iddiaçının əmək kitabçası üzrə müəyyən edilən iş illəri (19 il 03 ay), hərbi xidmət dövrü (2 il 28 gün), 28 nömrəli X7 Məktəbində (10 ay 22 gün) və Bakı Sənaye Pedaqoji Texnikumunda aldığı təhsil illəri (2 il 09 ay 29 gün) nəzərə alınmaqla İddiaçı xx.xx.2006-cı il tarixinə ümumi iş stajının 25 il 19 gün, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi hüququnu yaradan iş stajının 16 il 04 ay 04 gün təşkil etdiyi müəyyən olunur.

17. Cavabdeh təşkilatın iddiaya qarşı etirazında iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatından imtina edilməsinin əsası kimi, “arxiv arayışları ilə əmək kitabçasının qeydləri arasında ziddiyyət olduğu, xüsusilə də, 1981-ci ilin yanvar-may ayları ərzində iddiaçının “fəhlə” peşəsində çalışması aşkar edilmədiyindən həmin dövrün ümumi əm ək stajına daxil edilməsinin mümkün olmadığı bildirilmişdir. Lakin 1981-ci ilin yanvar-may ayları ərzində iddiaçının “fəhlə” peşəsində çalışmasının ona məxsus, pensiya hesablanması üçün əsas sənəd hesab olunan əmək kitabçasında öz əksini tapmasını nəzərə alaraq məhkəmə hesab edir ki, 1981-ci ilin yanvar-may aylarını əhatə edən 5 aylıq dövr üzrə iddiaçının iş fəaliyyəti barədə Dövlət Arxivində məlumatın olmamasının məsuliyyətinin iddiaçının üzərinə qoyulması yolverilməzdir.

18. Beləliklə, məhkəmə araşdırmasının nəticəsi olaraq iddiaçının xx.xx.2006-cı il tarixinə ümumi iş stajının 25 il 19 gün təşkil etdiyi müəyyən edilmişdir ki, bu da ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi iş stajından çoxdur.

19. Cavabdeh apellyasiya şikayəti verərək həmi n qərarın ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

20. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2023-cü il tarixli, 2-1(106)-40/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2-1(120)-908/2022 nömrəli qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi rədd edilmişdir.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının həm xx.xx.1983-xx.xx.1984-cü il tarixədək Salyan X1 “fəhlə” peşəsində işlədiyi, həm də xx.xx.1984-ci il tarixindən 22 iyul 1985- ci il tarixinədək (10 ay 22 gün) 28 nömrəli X7 Məktəbində oxuduğu illər sosial sığorta stajı kimi qəbul edilmişdir. Baxmayaraq ki, xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək olan dövr (2 ay 13 gün) iddiaçının sosial sığorta stajı hesablanarkən təkrar olaraq sosial sığorta stajı kimi hesablanmışdır.

22. Bundan başqa, cavabdeh inzibati orqan iddiaçının xx.xx.1980-xx.xx.1981-ci və xx.xx.1983-xx.xx.1984-cü illərdə Salyan X1 “fəhlə” peşəsində işlədiyi əmək stajını qəbul etməmiş və bunu X4 filialının 19 noyabr 2020-ci il tarixli, 436 nömrəli və 19 yanvar 2021-ci il tarixli, 06 nömrəli arayışlarında iddiaçının 1981-ci il ərzində iş fəaliyyətinin aşkar edilməməsi, xx.xx.1983-xx.xx.1984-cü illərdə Salyan X1 “mövsümü fəhlə” peşəsində çalışdığı, həmçinin 1984-cü ilin avqust, oktyabr və noyabr aylarında əmək haqqı almaması ilə əsaslandırmışdır.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə tələb olunan iki şərtdən biri - 25 ildən az olmayan ümumi sığorta stajına malik olması şərti ödənilmir. Bu səbəbdən, iddiaçının tələbinin təmin olunmasından cavabdeh inzibati orqan imtina etməkdə haqlı olmuş və buna görə də birinci instansiya məhkəməsi iddianın təmin olunması ilə bağlı düzgün nəticəyə gəlməmişdir.

24. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

25. Kassasiya şikayətində işin halları və iddia tələbinin dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının Pambıqkənd kə nd X1 qeyd edilən əmək fəaliyyəti barədə arxiv arayışı (əmrlər) Azərbaycan Respublikası Dövlət X2 saxlanılır və bu barədə həmin arxiv filialı iddiaçıya müvafiq arayış təqdim etmişdir. İddiaçıya aid əməkhaqqı cədvəllərinin həmin arxivə təhvil verilməməsi iddiaçının faktiki qazandığı stajın qeyrihüquqi olaraq, nəzərə alınmamasına (və onunla bağlı yaranmış hüquqlarının pozulmasına) səbəb olmuşdur.

26. Şirvan Apellyasiya Məhkəməsi həmin əmrlərin surətlərini həmin arxiv filialından tələb etməmiş, onların dəqiqliyinə dair hər hansı araşdırma aparmamışdır. Eləcə də, Şirvan Apellyasiya Məhkəməsi öz qərarının əsaslandırma hissəsində hansı əsaslarla həmin stajı nəzərə almadığına münasibət bildirməmiş, pensiya məbləğinin hüququnun yarandığı dövrdə əməkhaqqına əsasən hesablanması məsələsində ilkin süb utetmə yükünü yerinə yetirməmişdir. Halbuki, hazırkı iddiada mübahisələndirilməyən məsələ iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edərkən iddiaçı tərəfindən bütün ilkin sübutetmə yükü yerinə yetirilmiş və nəticədə cavabdeh ona pensiya təyin edilməsini lazım bilmişdir.

27. Pensiya məbləğinin hesablanma qaydasını iddiaçı mövcud qanunvericiliyin tələbləri baxımından cavabdehin vəzifə borcu hesab edir. Çünki “Əmək pensiyaları haqqında" Qanunun 5.3.-cü maddəsinə əsasən, əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

28. Başqa sözlə, əgər hüququ yaranmışsa, bu hüququn yaranmasından irəli gələ n məsələlər cavabdeh tərəfindən həyata keçirilir. Pensiya məbləğinin hesablanaraq müəyyən edilməsi artıq yaranmış hüquqdan irəli gəlir və iddiaçı yalnız hüququnun olması məsələsini ilkin sübutetmə yükü kimi sübut etməklə məsuldur. Artıq sübut edilmiş hüququn həyata keçirilməsində, yəni pensiya məbləğinin hesablanmasında iddiaçıdan sübut istənilməsi qanuna ziddir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

29. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 30. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2020-ci il tarixdə qüvvədə olan redaksiyada) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şərait i xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ ve rən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 31. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (2007-ci il 6 mart tarixli, 260İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa... axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahıda “akkumulyatorçular” peşəsi güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşə kimi nəzərdə tutulmuşdur (2320000XXXİİİ. Ümumi peşələr. 23200000—10047).

33. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzər də tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbind ən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, cavabdehin şikayəti üzrə kassasiya m ümkün hesab edilmişdir.

35. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

37. İşin materiallarına görə, cavabdeh iddiaçının əmək kitabçasında qeyd olunan 12 il 6 aydan artıq güzəştli iş stajını və xx.xx.1980-ci il tarixdən hesablanmaqla xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 24 il 9 ay 13 gününü mübahisələndirmir.

38. Cavabdeh iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina barədə cavab məktubunda (iş v. 17, 18), iddiaya qarşı etirazında (iş v. 71, 72) və apellyasiya şikayətində iddiaçının əmək kitabçasında qeyd olunan 1981-ci il üzrə (xx.xx.1981xx.xx.1981) iş stajını qəbul etməmişdir.

39. Azərbaycan Respublikası X4 filialının iddiaçıya ünvanlanmış 24 may 2022-ci il tarixli 293 №-li arxiv çıxarışına əsasən, iddiaçı xx.xx.1978-ci il tarixli əmrlə 10 fevral tarixdən Salyan rayon Pambıqkənd kənd istehsalat təcrübə stansiyasına rəssam qəbul edilmiş, xx.xx.1978-ci il tarixli əmrlə təsərrüfata mövsümü fəhlə qəbul olunmuş, xx.xx.1979-cu il tarixli əmrlə xx.xx.1979-cu il tarixdən mövsümü fəhlə təyin edilmiş, xx.xx.1980-cı il tarixli əmrlə xx.xx.1980-cı il tarixdən daimi fəhlə qəbul edilmişdir.

40. Qeyd olunduğu kimi, cavabdeh iddiaçının əmək kitabçasında qeyd olunan 1981-ci il üzrə (xx.xx.1981-xx.xx.1981) iş stajını qəbul etməmişdir. İddiaçının 10.2.1978-1.9. 1980-ci illər üzrə iş stajının cavabdeh tərəfindən mübahisələndirildiyinə dair məlumat iş materiallarında (o cümlədən, imtina məktubunda, iddiaya etirazında, apellyasiya şikayətində, habelə kassasiya şikayətinə qarşı etirazında) yoxdur.

41. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi, iddiaçının təhsil müddəti ilə üst-üstə düşən və iş stajı kimi təkrar hesablanan xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək olan müddət nəzərə alınmadıqda da belə, iddiaçının 10.2.1978-ci il tarixdən hesablanmaqla xx.xx.2006-cı il tarixə 25 ildən artıq iş stajının olduğu müəyyən edilir.

42. Beləliklə, iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunla tələb olunan şərtlər ödənildiyindən iddia əs aslıdır və təmin olunmalıdır.

43. İPM-in 96.5.1 və 96.5.2-ci maddələrində nəzərdə tutulan hallar hazırkı işdə mövcud olmadığından, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsaslar yoxdur.

43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2023-cü il tarixli, 2-1(106)-40/2023 nömrəli qərarı ləğv edilir. Cavabdehin üzərinə iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar