Məhkəmə qərarları › İş №2-1(102)-1314/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1314/2025

03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1314/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın verilməsi; işin hallarının hərtərəfli araşdırılma prinsipinin pozulması) Azərbaycan Respublikası 03.07.2025 Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Azərelektroizolit” Zavodu “Gülşən” bağçılıq yoldaşlığı tərəfindən iddiaçının atası X9 xx.xx.2001-ci il tarixli Vətəndaşın istifadəsində olan X17 pasportuna əsasən verilən, sonradan Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 161 nömrəli sərəncamı əsasında tərtib edilmiş AN 296569 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən anasına verilmiş 529.25 kv.m torpaq sahəsi üzərində mərhum X10 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-562/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı ic raat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. AZ-İİ 367425 nömrəli Ölüm haqqında şəhadətnamənin surətinə görə, X14 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir.

2. AZ-İİ 004392 nömrəli Ölüm haqqında şəhadətnamənin surətinə görə, X16 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir

3. AN 296569 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 161 sərəncamı ilə X10 mülkiyyətinə 529.25 kv.m torpaq sahəsi verilmişdir.

4. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7. maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq era hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Ərizənizə əsasən torpaq sahəsi üzərində inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və təqdim etiyiniz sənədlər (surətləri) araşdırılmışdır. Araşdırma nəticəsində məlum oldu ki, yuxarıda qeyd olunan hüquqmüəyyənedici sənədlərdən hər hansı birini ərizənizə əlavə etməmisiniz. Ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007- ci il tarixli Akta əsasən DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş “Azərelektroizolit” zavodunun “Gülşən” bağçılıq yoldaşlığının adlı siyahısında X4 adı qeyd edilməmişdir”. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərelektroizolit” Zavodu “Gülşən” bağçılıq yoldaşlığı tərəfindən iddiaçının atası X9 xx.xx.2001-ci il tarixli Vətəndaşın istifadəsində olan X17 pasportuna əsasən verilən,sonradan Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 161 nömrəli sərəncamı əsasında tərtib edilmiş AN 296569 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən anasına verilmiş 529.25 kv.m torpaq sahəsi üzərində mərhum X10 mülkiyyət hüququnun daşınma z əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1980-cı ildə Mingəçevir şəhər Balıq zavodu ətrafından Azərelektroizolit zavodu "Gülşən' bağçılıq yoldaşçılığından X5 600 kv.m torpaq sahəsi ayrılıb verilmiş və adına xx.xx.2001-ci il tarixli inventar № 01/26 olan vətəndaşın istifadəsində olan X17 Pasportu işlənmişdir. X14 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. 1980-cı ildən X4 istifadəsinə ayrılıb verilən həmin torpaq sahəsi Mingəçevir Şəhər icra Hakimiyyəti Başçısının 09 09.2008-cı il tarixli 161 nömrəli Sərəncamı ilə qanuniləşdirilmiş və X11 vəfat etdiyi üçün X10 adına X27 Kitabında 15 09 2010-cu il tarixdə 19 nömrə ilə uçota alınaraq AN 296569 saylı "Torpaq s ahəsinin planı və ölçüsü sənədi işlənmiş, torpağın ölçüsü 529.25 kv.m olaraq qeyd edilmişdir X16 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İddiaçı onlardan miras qalan əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün cavabdeh orqana müraciət etmiş, ona xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-R-0039-8/2023 saylı imtina məktubu verilmişdir.

7. Şəki İnzibati Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2-1(116)-765/2024 nömrəli qərarı ilə (hakim F.Hacızadə) İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Azərelektroizolit” Zavodu “Gülşən” bağçılıq yoldaşlığı tərəfindən iddiaçının atası X9 xx.xx.2001-ci il tarixli Vətəndaşın istifa dəsində olan X17 pasportuna əsasən verilən, sonradan Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 161 nömrəli sərəncamı əsasında tərtib edilmiş AN 296569 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən anasına verilmiş 529.25 kv.m torpaq sahəsi üzərində mərhum X10 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası rədd edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, “Mingəçevir şəhəri “Azərelektoizolit” zavodunun “Gülşən bağçılıq" təsərrüfatının adlı siyahısına baxış keçirilərək müəyyən edilmişdir ki, X6 adı həmin siyahıda qeyd edilməmişdir. İddiaçının həmin kollektivin üzvü olmasına dair sübut müəyyən edilməmişdir. Digər tərəfdən torpaq sahəsinin verilməsinə dair A 296569 nömr əli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi texniki sənəd olduğu üçün torpaq sahəsinin iddiaçıya ayrılmasının əsası kimi götürülə bilməz. Yəni istinad edilmiş sənədin əsas mahiyyəti – torpaq sahəsinin ölçüsünün və yerləşməsinin müəyyən edilməsi ilə bağlıdır. Həmin sənəd öz-özlüyündə torpaq sahəsi üzərində hüququn yaranamasını təsdiq edən sənəd hesab olunmadığından, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsas kimi qəbul edilə bilməz (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-187/2020 nömrəli qərarında əks olunmuş hüquqi mövqe). İddia olunan torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dair nə iddiaçı tərəfindən hər hansı hüquqmüəyyənedici sənəd təqdim olunmuş, nə də məhkəmə araşdırması zaman ı belə bir sənəd aşkar olunmuşdur. Həmçinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-2551/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Elektron məlumat bazasında mövcud olan Mingəçevir bələdiyyəsinin “X13 X18”dəki xəritəsinə əsasən iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin və A 296569 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədinə göstərilmiş torpaq sahəsinin təyinatı (kateqoriyası) - yaşayış məntəqələrinin torpaqları, uqodiyası - tikinti altında olan torpaqlar, mülkiyyətçisi - Mingəçevir bələdiyyəsidir.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qə rarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-562/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakimlər: V.Məlikov - sədrlik edən və məruzəçi, E.Hüseynov və R.Rəfiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətini n dəlilləri

13. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Şəki Apellyasiya Məhkəməsinə elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə Apellyasiya şikayətinə əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsinin iddia tələbimin rədd edilməsi ilə bağlı hüquqi mövqeyi belə olmuşdur ki, 1- "Azərelektoizolit" zavodunun "Gülşən bağçılıq" təsərrüfatının adlı siyahısına baxış keçirilərək müəyyən edilmişdir ki, X6 (iddiaçının mərhum atası) adı həmin siyahıda qeyd edilməmiş, iddiaçının həmin kollektivin üzvü olmasına dair sübut müəyyən edilməmişdir. 2- Digər tərəfdən torpaq sahəsinin verilməsinə dair A 296569 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədi texniki sənəd olduğu üçün torpaq sahəsinin iddiaçıya ayrılmasının əsası kimi götürülə bilm əz.

14. Bu yanaşma birinci instansiya məhkəməsinin işə tam və hərtərəfli qiymət vermədiyini, Ali Məhkəmə qərarlarında hazırkı işlə analoji hal təşkil edən işlər üzrə hüquqi mövqenin və yanaşmasının nə olmasına diqqət yetirməməsinin sübutudur.

15. Ona görə ki, mülkiyyət hüquqlarının qeydiyyatı üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1920/2024 saylı, xx.xx.2024 tarixli Qərarında Ali Məhkəmənin İnzibati Kollegiyası oxşar mübahisə üzrə işə baxaraq Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edərək birinci instansiya məhkəməsinin qərarını bərpa edib və iddianı təmin edib.

16. Ancaq təəssüflər olsun ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2 ay əvvəldən məhkəməyə təqdim edilən bu hüquqi mövqeyiAzərbaycan Respubliaksı Ali Məhkəməsinin yuxarıda qeyd edilən Qərarını diq qətə almamış, iş kifayət qədər icraatda olmasına baxmayaraq işin araşdırılması üçün heç bir addım atmamışdır.

17. Bundan başqa yaranmış zərurətlə əlaqədar, "Azərelektroizolit" zavodu "Gülşən" bağçılıq təsərrüfatının adlı siyahısının X9 torpaq sahəsinin ayrılmasına dair Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısının 9 sentyabr 2008-ci il tarixli 161 nömrəli Sərəncamının, həmin X1 və X12 torpaq sahəsinin ayrılmasına dair məlumatların həmçinin AN296569 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin və " Torpaq sahəsinin planı və ölçüsü " sənədinin qeydiyyat kitabının müvafiq səhifəsinin surətinin təqdim edilməsi barədə məktuba aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, "xxxx" MMCnin arxivində "Azərelektroizolit" zavodu "Gülşən" bağçılıq təsərrüfatının adlı siyahısı, h əmçinin X6 adına bağ sahəsinin ayrılmasına dair məlumat aşkar edilməmişdir. X2 adı bağ sahələrinə dair subyektlərin əlyazma siyahısında qeyd olunmadığı halda, elektron siyahıda adı qeyd edilmişdir.

18. İşə baxan birinci instansiya məhkəməsi bu hala qiymət verməmiş, apellyasiya şikayətində gösrtərilməsinə baxmayaraq qeyd edilənlər nəzərə alınmamış, məhkəmələr tərəfindən bu hala heç bir münasibət bildirməmişlər.

19. Bundan başqa Arxiv sənədi və ona əlavə edilmiş sənədlər iş materiallarında vardır. Həmin Arxiv sənədində Plan ölçü sənədinin Arxivdə olan nüsxəsi, həmin sənədin verilməsinə əsas olan Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının Sərəncamı və kod nömrəsi göstərilməklə mərhum X10 adının olması həm elektron siyahıda həm də əlyazma siyahıda göstərilmişdir.

20. Bundan başqa işə əlavə e dilmiş DƏDRX-nin 17 saylı Yevlaz Ərazi İdarəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-2551/2024 saylı məktuba əlavə edilən mütəxəssis rəyində məhkəmənin verdiyi suallar üzrə mütəxəssis qeyd etmişdir ki: 1-ci sual üzrə cavab: Torpaq sahəsi tikinti altına verilən torpaq sahələrinə aiddir, mülkiyyətçisi Mingəçevir bələdiyyəsidir. 2-ci sual üzrə cavab: İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi sənəd üzrə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. 3-cü sual üzrə cavab: İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi, həmçinin sənəd üzrə verilmiş torpaq sahəsi başqa subyektlərin torpaq sahələri ilə üst-üstə düşmür. 4-cü sual üzrə cavab: İDDİAÇİNİN NATURADA GÖSTƏRDİYİ VƏ İDDİA ETDİYİ TORPAQ SAHƏSİ "AZERELEKTROİZOLİT" "GÜLŞƏN" BAĞÇİLİQ ÜÇÜ N AYRİLMİŞ ƏRAZİNİN HÜDUDLARİ DAXİLİNDA YERLƏŞİR. 5-ci sual üzrə cavab: İddiaçıya əvvəllər bağçılıq sənədinə əsasən Çıxarış verilməmişdir.

21. Yuxarıda qeyd edilən mütəxəssis rəyi öz özlüyündə iddia tələbinin əsasının doğru olmasının sübutudur.

22. Beləliklə yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində, apelyasiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU

23. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətin in verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahi sə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhk əmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hazırkı iş üzrə yuxarıda göstərilmiş nəticəyə gələrkən belə hesab etmişdir ki, “...id diaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanununun 13.2 və 17-ci maddələri)...”

27. Məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əml akın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərelektroizolit” Zavodu “Gülşən” bağçılıq yoldaşlığı tərəfindən iddiaçının atası X9 xx.xx.2001-ci il tarixli Vətəndaşın istifadəsində olan X17 pasportuna əsasən verilən, sonradan Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 161 nömrəli sərəncamı əsasında tərtib edilmiş AN 296569 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən anasına verilmiş 529.25 kv.m. torpaq sahəsi üzərində mərhum X10 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, işin 1 1-ci səhifəsində cavabdehin iddiaçıya yazdığı xx.xx.2023-cü il tarixli, 3-21-3-35/2-R-00398/2023 cavab məktubu mövcuddur.

29. Cavabdeh həmin cavab məktubunda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinə istinadən göstərilir ki, “Ərizənizə əsasən torpaq sahəsi üzərində inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və təqdim etdiyiniz sənədlər (surətləri) araşdırılmışdır. Araşdırma nəticəsində məlum oldu ki, yuxarıda qeyd olunan hüquqmüəyyənedici sənədlərdən hər hansı birini ərizənizə əlavə etməmisiniz. Ləğv edilmiş Mingəçevir Şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli akta əsasən, DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş “Azərelektroizolit” Zavodunun “Gülşən” bağçı lıq yoldaşlığının adlı siyahısında X6 adı qeyd edilməmişdir.

30. Məhz, bu səbəbdən ərizənin icrasından imtina edilmişdir.

31. Digər tərəfdən, işin 13-14-cü səhifələrində cavabdehin xx.xx.2023-cü il tarixli, 07 iyun 2019-cu il tarixdə vəfat etmiş X10 nümayəndəsi X3 adına yazılmış cavab məktubu mövcuddur ki, bu sənədin, yəni cavab məktubunun özü qanuna uyğun deyil, belə ki, E.M.Rüstəmovanın vəfat etdiyi tarixdən, yəni 07 iyun 2019-cu ildən onun nümayəndəsinin səlahiyyətlərinə də xitam verilmişdir.

32. Cavabdehin mahiyyətcə eyni olan xx.xx.2023-cü il tarixli məktubundakı yeganə fərq xx.xx.2023-cü il tarixli məktubuna mərhum X10 adının yazılmasıdır ki, cavabdehin qənaətinə görə E.M.Rüstəmovanın və F.Rüstəmovun adlarının “Azərelektroizolit” Zavodunun “Gülşən” bağçılıq yoldaşlığının adlı siyahıs ında qeyd edilməmişdir.

33. Həmçinin həmin məktubda cavabdeh qeyd edir ki, ləğv edilmiş DTXK-nın Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş 529,25 kv.m. bağ sahəsinə dair torpaq sahəsinin planı və ölçüsünün X26 kitabında xx.xx.2010-cu il tarixində 808 nömrə ilə uçota alınsa da, həmin sənəd əsasında torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması qanunvericiliyin tələblərinə ziddir.

34. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, işin 17-19-cu səhifələrində Azərbaycan Respublikası “Mingəçevir şəhər İcra Hakimiyyətinin nəzdində X15 və Bağ evlərinin Tikintisi, İstismarı və İnkişafı” İdarəsini tərəfindən X7 600 kv.m. torpaq sahəsinin ayrılması ilə bağlı (№ 07/26) vətəndaşın istifadəsində olan X17 pasportu var ki, orada bağ sahəsinin ayrıldığı il 1980-cı il kimi yazılmış, eyni zaman da bağın inventarlaşdırma vərəqəsi 736 olaraq göstərilmişdir.

35. Lakin apelyasiya məhkəməsi həmin 600 kv.m. torpaq sahəsinin F.S.Rüstəmova 1980-cı ildə hansı dövlət orqanı tərəfindən ayrılması faktını araşdırmamış, hətta bu istiqamətdə ümumiyyətlə heç bir məhkəmə təhqiqatı aparılmamışdır.

36. Bununla yanaşı qeyd edilməlidir ki, işin 41-ci səhifəsində Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının “Mingəçevir şəhərində” vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı hazırlanmış yerquruluşu sənədlərin təsdiq edilməsi barədə xx.xx.2008-ci il tarixli, 161 saylı sərəncamı mövcuddur ki, həmin sərəncamda Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin onların mülkiyyətinə verilməsi məqsədi ilə Mingəçevir Şəhər İcra Haki miyyəti başçısının xx.xx.2008-ci il tarixli, 20 saylı sərəncamı ilə yaradılmış komissiyasının iştirakı ilə hazırlanmış aktın və yekun (dürütləşdirilmiş) siyahının təsdiq edilməsi yazılmışdır.

37. Həmçinin işin 42 və 43-cü səhifələrində həmin akt yer almışdır ki, sözügedən aktda yekun siyahının hazır olması qeyd edilmişdir.

38. Lakin məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, yuxarıda adıçəkilən yekun siyahı işdə yoxdur.

39. Belə ki, cavabdehin arxivdə saxlanılan və işdə olan 2 ədəd siyahı mövcuddur.

40. Birincisi işin 32-ci səhifəsində olan 1 səhifədən ibarət olan Azərbaycan dilində tərtib edilmiş siyahısıdır.

41. Xüsusi olaraq qeyd edilməlidir ki, həmin siyahıda 19-cu sıra nömrəsi altında Elmira Rüstəmovanın adı vardır.

42. Digər isə (iş səh. 33-39) rus dilində ya zılmış siyahıdır ki, onun da təbii ki, sovet dövrünə aid olduğuna görə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 20 saylı sərəncamına heç bir aidiyyatı yoxdur.

43. Belə olan halda cavabdehin nəyə istinad edib inadkarlıq göstərərək iddiaçının mərhum ata-anasının adlarının “Gülşən” bağçılıq təsərrüfatı üzrə bağçılıq sahəsinin siyahısında “qeyd edilməmişdir” bildirməsi təəccüb doğurur və cavabdehin bunu yazarkən ümumiyyətlə hansı siyahıya əsaslanması sualını ortaya çıxardır.

44. Lakin apelyasiya instansiyası məhkəməsi sözügedən məsələləri ümumiyyətlə tam və hərtərəfli araşdırmamışdır.

45. Eyni zamanda maraqlısı orasıdır ki, cavabdehin xx.xx.2023-cü il tarixli məhkəməyə göndərdiyi məktubunda deyilir ki, “X2 adı bağ sahələrinə dair subyektlərin əlyazma siyahısında q eyd olunmadığı halda, elektron siyahıda adı qeyd edilmişdir” (iş səh. 52).

46. Burada məntiqi bir sual ortaya çıxır, əgər E.Rüstəmova əlyazma siyahısında yoxdursa, halbuki yuxarıda artıq göstərildiyi kimi, bu belə deyil (iş səh.32) o zaman onun adı elektron siyahıda nəyə əsasən qeyd edilmişdir, yəni mənbəyi hansı sənəd olmuşdur.

47. Lakin apelyasiya məhkəməsi bu mühüm məsələni də araşdırmamışdır.

48. Həmçinin işin 28-31-ci səhifələrində olan sənəddən, yəni X8 adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü adlanan sənəddən görünür ki, həmin sənəd Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 161 nömrəli sərəncamı əsasında tərtib edilmiş və orada E.M.Rüstəmovaya 529,25 kv.m. fərdi bağ sahəsi ayrılaraq, X26 kitabında xx.xx.2010-cu il tarixdə 19 nömrə ilə uçota alınmışdır.

49. Həmin sənəddə torpaq sahəsinin yeri və planı da göstərilmişdir.

50. Digər tərəfdən, işdə olan (iş səh.76, 77) cavabdehin özünün mütəxəssislərinin verdiyi rəyində yazılmışdır ki, “iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi sənəd üzrə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür”.

51. Daha sonra göstərilmişdir ki, “iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi, həmçinin sənəd üzrə verilmiş torpaq sahəsi başqa subyektlərin torpaq sahələri ilə üst-üstə düşmür”.

52. Bununla yanaşı mütəxəssis rəyində yazılmışdır ki, “iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi “Azərelektroizolit” “Gülşən” bağçılıq üçün ayrılmış ərazinin hüdudları daxilində yerləşir.”

53. Lakin ap elyasiya məhkəməsi mütəxəssisin rəyində göstərdiyi yuxarıda qeyd edilmiş və işin düzgün həll olmaması üçün əhəmiyyət kəsb edən məsələlərin heç birini nəzərə almamış, yalnız məhkəmə tərəfindən qoyulmuş 1-ci sualın, hazırkı inzibati mübahisə üçün hər hansı bir əhəmiyyət kəsb etməyən cavabını, yəni “Elektron məlumat bazasında mövcud olan Mingəçevir bələdiyyəsinin “X13 X18”dəki xəritəsinə əsasən iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin və A 296569 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədinə göstərilmiş torpaq sahəsinin təyinatı (kateqoriyası) - yaşayış məntəqələrinin torpaqları, uqodiyası - tikinti altında olan torpaqlar, mülkiyyətçisi - Mingəçevir bələdiyyəsidir”, cavabını qabartmış, amma bununla nə demək istədiyini bildirməmişdir.

54. Həmçinin apelyasiya məhkəm əsi qərarında yazmışdır ki, “iddiaçının həmin kollektivin üzvü olmasına dair sübut müəyyən edilməmişdir.”

55. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, buradan məlum olur ki, apelyasiya məhkəməsi iddiaçının iddiası ilə tam və hərtərəfli tanış olmamış, belə ki, iddiaçı həmin iddianı “Azərelektroizolit” zavodunun üzvü kimi yox, vəfat etmiş ata-anasının qanun üzrə vərəsəsi kimi irəli sürmüşdür.

56. Ümumiyyətlə məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsi tərəfindən hazırkı inzibati mübahisənin həll edilməsinə səthi, formal və diqqətsiz yanaşılmış, işdə olan sübutlar və işin halları tam və hərtərəfli araşdırılmamış, bunun nəticəsində iş üzrə qanuna uyğun olmayan məhkəmə qərarı qəbul edilmişdir.

57. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

58. İşə apelyasiya məhkəməsi tərəfindən təkrar baxıldığı zaman, Ali Məhkəmənin yuxarıda göstərilmiş hüquqi mövqeyi və verilmiş göstərişlər nəzərə alınaraq, iş üzrə qanuni və əsaslı məhkəmə qərarı qəbul edilməlidir.

59. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-562/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar