Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1316/2020 13.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsi üzərində hüququn qeydə alınması (iş № 2-1(102)-1316/2020) Bakı şəhəri xx xxxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), X5 və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnu n daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-266/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 1255 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üzrə əlavə Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədi ilə Əzizbəyov metrostansiyası ərazisində yol qovşaqlarının layihələndirilməsi və tikintisi ilə əlaqədar həmi n ərazidə fəaliyyət göstərmiş qeyri-yaşayış obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə, müəyyən ərazilərdə, o cümlədən ünvan 1 ünvanda yenidən bərpa edilməsi üçün Bakı şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxx 2009-cu il tarixli, 77 saylı sərəncamı ilə Nizami rayon İcra Hakimiyyətinə icazə verilmişdir.
2. Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2009-cu il tarixli, 93 saylı Sərəncamı ilə xxxxsaylı binaların arasındakı 350 kv.m. torpaq sahəsində vətəndaş X4, X1 və X7 torpaq sahəsi ayrılaraq ticarət obyektinin tikintisinə icazə verilmişdir.
3. X6 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir və iddiaçı onun qanun üzrə vərəsələrindən biridir.
4. İddiaçı xxxxsaylı binaların arasındakı 350 kv.m. torpaq sahəsindən əri X4 ayrılmış 30 kv.m. torpaq sahəsi üzərində onun mülki yyət hüququnun qeydə alınaraq, buna dair dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.
5. Cavabdeh xx.xx.2019-cu il tarixli imtina məktubu ilə bildirmişdir ki, təqdim edilmiş sənədlər kserosurət olduğundan, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim edilmədiyindən, bundan əlavə, elektron baza məlumatlarına əsasən verilmiş koordinatlara uyğun olaraq sözügedən torpaq sahəsi yaşayış binalarının qarşısındakı park tipli yaşıllıq ərazisinin bir hissəsi olduğundan ərizənin icrası mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı id dia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 350 kv.m. torpaq sahəsindən əri X4 ayrılmış 30 kv.m. torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınaraq, buna dair dövlət reyestrindən çıxarışın və planölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum əri Əzizbəyov (indiki “Koroğlu”) metrostansiyasının çıxışında yerləşən qeyri-yaşayış obyektində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, AR Prezidentinin xx.xx.2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üzrə əlavə Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədi ilə Əzizbəyov metrostansiyası ətrafında fəaliyyət göstərmiş qeyri-yaş ayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxx 2009-cu il tarixli, 93 saylı Sərəncamı ilə ünvan 1 350 kv.m. torpaq sahəsində vətəndaş X4, X1 və X7 torpaq sahəsi ayrılaraq ticarət obyektinin tikintisinə icazə verilmişdir. İddiaçı, X2 yeganə vərəsəsidir. İddiaçı ünvan 1 350 kv.m. torpaq sahəsindən əri X4 ayrılmış 30 kv.m. torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınaraq, buna dair dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh əsassız olaraq bundan imtina etmişdir.
8. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etməmişdir. 9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim Tağıyev Zaur Müzəffər oğlu, 2-1(82)-1489/2019 saylı iş) iddia tələbi təmin edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə bu əsaslar olmadığından cavabdehin imtinası qanunaziddir. 11.Qərardan narazı qalan cavabdeh şikayət verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər Nuriyeva Afaq Bayram qızı - məruzəçi, Ağayev Valeh Məmməd oğlu və Şamayev Elşad Yaquboviç, 21(103) -266/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmiş, xxxxsaylı binaların arasındakı 350 kv.m. torpaq sahəsindən əri X4 ayrılmış 30 kv.m. torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınaraq, buna dair dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi qərara alınmışdır.
13. Apelyasiya instansiya məhkəməsi birinci instanisya məhkəməsinin nəticəsi və əsaslandırması ilə razılaşaraq əlavə olaraq qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən reyestrdən çıxarış və plan-ölçü iddiaçının adına rəsmiləşdirilməlidir.
14. Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarını xx.xx.2020-ci il tarixdə almış, xx xxxx 2020-ci il tarixdə kassasiya şikayəti vermiş, şikayətdə qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlilləri cavabdehin imtinasının dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir.
18. Məhkəmə kollegiyası işə tərəflərə iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında t əsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
20. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlar la və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. K asasiyanın mümkünlüyü, kasasiya baxışının hədləri
21. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, apelyasiya instansiyası m əhkəməsinin qərarı ləğv edilməli və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir.
24. Belə ki, hazırkı iş üzrə Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli sərəncamında xxxxsaylı binaların arasındakı 350 kv.m. torpaq sahəsində vətəndaş X4, X1 və X7 torpaq sahəsi ayrılaraq ticarət obyektinin tikintisinə icazə verilmişdir.
25. İddiaçı qeyd edir ki, onun mərhum həyat yoldaşına (X4) həmin ərazidən 30 kv.m. torpaq sahəsi ayrılmışdır.
26. Lakin iş materiallarında iddiaçının istifadəsinə və ya mülkiyyətinə 30 kv.m. torpaq sahəsinin ayrılmasına dair sübut yoxdur. Belə ki, istinad olunan sərəncamda 3 vətəndaşa 350 kv.m. sahədə ticarət obyektinin tikintisinə icazə verilmiş, həmçinin qeyd edilmişdir ki, ayrılmış torpaq sahələrinin sifarişçiləri ayrıl mış sahələrə görə Memarlıq və Şəhərsalma Baş İdarəsindən inşaat pasportu almalı, sahəni yerində qəbul etməli, ərazinin və obyektin memarlıq planlaşdırmasının eskiz həllini layihələndirmə ərəfəsində Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırmalı, layihələndirmə işləri başa çatdıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş sənədlər qeydiyyatdan keçirilməli, tikintiyə icazə verilməsi üçün Bakı şəhər Tikintiyə İcazə və Qeydiyyat Müfəttişliyinə təqdim edilməlidir.
27. İddiaçının mərhum əri tərəfindən isə yuxarıda qeyd olunanların icra edilməsi iş materialları ilə təsdiqlənmir. Həmçinin, icra hakimiyyəti tərəfindən müvafiq ərazidə tikintiyə icazə verilmiş olsa da, iddiaçının mərhum ərinə konkret olaraq hansı ölçüdə və hansı ərazidə (koordinatlar göstərilməklə) torpaq sahəsinin ayrılması g östərilməmiş, torpaq faktiki olaraq ayrılmamış və verilməmiş (naturada), torpaq sahəsində tikinti həyata keçirilməmiş, beləliklə, iddiaçının mərhum ərinin sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranmamışdır.
28. Belə olan halda isə, iddiaçının hazırkı iddia tələbi əsassızdır. Buna baxmayaraq işə baxan aşağı instansiya məhkəmələri iddia tələbini təmin etmişlər.
29. Qeyd olunanlara əsasən, apelyasiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.
30. Apelyasiya instansiyası məhkəməsinin qərarı yuxarıdakı əsaslara görə düzgün olmadığından kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiya məhkəməsini qərarı ləğv edilməli və iddia təmin edilməməlidir.
31. Yuxarıda göstərilənlərə və İPM-in 96.5-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cav abdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(103)-266/2020 saylı qərarı ləğv edilsin. İddia tələbi təmin edilməsin.