Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1316/2021 04.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (subyektiv hüquq, iddianın mümkün sayılmaması ) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.04.2021-ci il tarixli, 2-1(103)-874/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən i şə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.İddiaçı ilə Cavabdeh arasında 17.05.2017-ci il tarixli notarial qaydada bağlanılmış müqaviləyə əsasən iddiaçı cavabdehdən 36000 manat məbləğində kompensasiya almaqla müvafiq daşınmaz əmlakından cavabdehin xeyrinə imtina etmişdir. Həmçinin, həmin müqaviləyə əsasən iddiaçı gələcəkdə həmin yaşayış sahəsinə və müqaviləyə dair hər hansı iddia tələbi ilə çıxış etməyəcəyini öhdəsinə götürmüşdür. 2.Cavabdehin 04.08.2020-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş Qiymətləndirmə cədvəlində göstərilmişdir ki, iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinə görə əlavə xərclər də nəzərə alınmaqla 36000 manat məbləğində kompensasiya hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci ins tansiya məhkəməsində icraat 3.İddiaçılar İddiaçı və digərləri Cavabdehnə qarşı əmlaka görə kompensasiyanın alınmamış hissəsinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. 4.Birinci instansiya məhkəməsinin 02.11.2020-ci il tarixli, 2-1(112)-4148/2020 saylı qərardadı ilə iddia üzrə bir icraatın müstəqil işlər üzrə icraata ayrılması qərara alınmışdır. 5.İddiaçının cavabdehə qarşı ünvan 1 ünvanda yerləşən dövlət ehtiyacları üçün satın alınmaya məruz qalmış yaşayış binası üzrə ödənilməyən 28.800 manat vəsaitin cavabdehdən tutulması barədə iddia tələbinə dair iş 2-1(112)-4148/2020 nömrəli işdən yeni nömrə ilə müstəqil iş kimi ayrılmışdır. 6.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respu blikası Prezidentinin Fərmanına uyğun olaraq dövlət ehtiyacları üçün alınmaya məruz qalmış əmlakın dəyərinə görə kompensasiya məbləğinin 20 faizi miqdarında əlavə ödəmə və qanunvericiliyin tələblərinə uyğun olaraq yaşayış binasının tərkib hissəsi və ümumi istifadədə olan digər sahələrə (binanın dəhlizinə, pilləkənlərə, su anbarına, transformator otağına, həyətyanı sahəyə və sair sahələrə) görə kompensasiya ödənilməmişdir. 7.İş üzrə üçüncü şəxs qismində işə "xxxx" MMC cəlb edilmişdir. 8.Birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin nümayəndəsi öz izahatında bildirmişdir ki, iddiaçıya ödənilən kompensasiya məbləği qanunvericilikdə müəyyən edilmiş bütün əlavə xərclər, həmçinin Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq 20 faiz əlavə də nəzərə alınmaqla he sablanmışdır. 9.Birinci instansiya məhkəməsinin 30.11.2020-ci il tarixli, 2-1(112)-7619/2020 nömrəli (sədrlik edən hakim Elvin Əliyev) qərardadı ilə iddia mümkün sayılmamışdır. 10.Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya kompensasiya hesablanarkən və ödənilərkən bütün əlavə ödəmələr və xərclər nəzərə alınmışdır. Məhkəmənin mövqeyinə görə, iddia mümkünlük şərtlərinə cavab vermədiyindən, İPM-in 35-ci maddəsinin müddəalarına əsasən iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Belə ki, iddiaçının hazırkı iddiasında artıq özgəninkiləşdirdiyi əmlakına görə yenidən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbi irəli sürdüyünü, Mülki Məcəllənin 527.1-ci və 528-ci maddələri baxımından, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verilmiş olduğunu və beləliklə, iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbi irəli sürmək üzrə subyektiv hüququnun mövcud olmadığını nəzərə alaraq iddia mümkün sayılmamalıdır. 11.İddiaçı həmin qərardaddan apelyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsində icraat 12.Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.04.2021-ci il tarixli, 21(103)-874/2021 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Vidadi Məmmədov və Cahangir Yusifov) qərardadı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 30.11.2020-ci il tarixli, 2-1(112)-7619/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. 13.Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmışdır. 14.İ ddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri 15.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar sökülməyə məruz qalmış binadakı əmlaklarına görə vəsaitlərini almışlar. Lakin yaşayış binasının digər sahələrinə (ümumi istifadədə və faktiki mülkiyyətdə olmuş), yəni dövlət tərəfindən ayrılmış meydança sahəsinə, binanın dəhlizinə, pilləkənlərə, su anbarına, transformator otağına, həyətyanı sahəyə və sair sahələrə görə kompensasiya ödənilməmişdir. Mübahisə predmetinə çevrilmiş və iddia tələbində göstərilən sahələrin əvvəlcə ödənilmiş kompensasiya məb ləğinə heç bir aidiyyəti yoxdur. 16.İddia ərizəsində tələb edilən sahələrə görə kompensasiyanın ödənilmədiyi tərəflərin izahatlarından və iş materiallarından tam sübuta yetirilir. 17.İddia tələbinin digər hissəsindən də göründüyü kimi mənzillərə görə ödənilməli olan kompensasiya məbləğinin Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə nəzərdə tutulmuş 20% miqdarında əlavə ödəmə və çətinliyə görə kompensasiya məbləği də hesablanıb ödənilməmişdir. 18.Məhkəmə tərəfindən işin mahiyyəti üzrə araşdırma aparılmadan iddia mümkün sayılmamışdır Məhkəmənin bu yanaşması iddiaçıları istər mülkiyyət hüququndan, istərsə də məhkəməyə müraciət etmək hüququndan məhrum edir. 19.İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 20.Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları 21.Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi. 22.İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxs şifahi məhkəmə iclasında təmsil olunmamışdır. Onlara təqdim olunmuş məhkəmə bildirişində, məhkəmə iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilmişdir (İPM-in 62.3-cü maddəsi). Məhkəmə kollegiyası işə iddiaçı tərəfin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23.“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir: “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 24.”İnzibati icraat haqqında” Qanun: Maddə
89. İnzibati orqanların məsuliyyəti 89.1-ci maddəsinə görə inzibati orqanların qan unsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. 25.Mülki Məcəllə: Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 26.“Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası nın 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. 27.“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə
4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qa nuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. 28.İnzibati Prosessual Məcəllə: Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandır dığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
96. Ali Məhkəmədə icraat 96.8. şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 29.Kassasiya şikayəti mümkündür. Vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 30.Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. 31.Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus olmuş və dövlət ehtiyacları üçün alınmış qeyri-yaşayış sahəsinə görə ona müvafiq kompensasiya ödənilmişdir. Belə ki, qiymətləndirmə hesabatına əsasən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin dəyər i əlavə xərclər də nəzərə alınmaqla 36000 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğin hesablanması zamanı qanunvericiliklə nəzərdə tutulmuş bütün digər xərclər, o cümlədən Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq 20 faiz əlavə də nəzərə alınmışdır. İddiaçı ilə cavabdeh arasında 22.05.2017-ci il tarixli notarial qaydada bağlanılmış müqaviləyə əsasən iddiaçı 36000 manat məbləğində kompensasiyanı almaqla özünün müvafiq daşınmaz əmlakından cavabdehin xeyrinə imtina etmişdir. İddiaçı müqavilədə yaşayış sahəsinə və bu müqaviləyə dair hər hansı iddia qaldırmayacağını öhdəsinə götürmüşdür.
33. Bundan əlavə, iddiaçı ilə cavabdeh arasında notarial qaydada bağlanmış 17.05.2017-ci il tarixli müqavilənin qüvvədə olduğu və cavabdeh tərəfin müqavilə üzrə öz öhdəlikləri ni yerinə yetirdiyi, iddiaçı tərəfindən həmin müqavilənin mübahisələndirilmədiyi müəyyən edilmişdir. Məhkəməyə müqavilənin ləğvi, dəyişdirilməsi və ya etibarsız sayılması barədə hər hansı sübut təqdim edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən dövlət ehtiyacları üçün alınmaya məruz qalmış əmlakın dəyərinin ümumi məbləğinin 20 faizi miqdarında əlavənin və qanunvericiliyin tələblərinə uyğun olaraq yaşayış binasının tərkib hissəsi sayılan və ümumi istifadədə olan digər sahələrə, yəni dövlət tərəfindən ayrılmış meydança sahəsinə, binanın dəhlizinə, pilləkənlərə, su anbarına, transformator otağına, həyətyanı sahəyə və sair sahələrə görə kompensasiyanın ödənilməməsi ilə bağlı iddiası əsassız hesab edilməlidir. 34.“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. 35.Məhkəmə tərəfindən iddianın hüquqi cəhətdən yoxlanılması iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə onun mümkünlüyü, iddia mümkün sayıldıqda isə növbəti mərhələdə onun əsaslılığı yoxlanılır. 36.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd edir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apelyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və başqalarından müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Məhkəmə Kollegiya sının qənaətinə görə, hazırkı mübahisədə yuxarıda qeyd olunmuş səbəblərdən iddiaçının belə bir tələb hüququnun mövcudluğu təsdiq olunmur. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mübahisə predmeti ilə bağlı cavabdehdən iddia edilən kompensasiyanı tələb etmək hüququna malik olmadığından məhkəmə tərəfindən iddia mümkün sayılmamışdır.
38. Ali Məhkəmə Plenumunun hazırkı qərarın 19-cu bəndində göstərilən hüquqi mövqeyinə görə, qanunvericilikdə nəzərdə tutulduğu hallarda iddiaçının tələblə bağlı müraciətinə cavabdehin imtinasının olub-olmadığını məhkəmələr xidməti vəzifəsinə görə yoxlamalıdırlar.
39. Məhkəmə kollegiyası vurğulayır ki, cavabdeh tərəfindən idd iaçıya münasibətdə müqavilə bağlandıqdan sonra hər hansı bir qərarın qəbul olunması və ya hərəkətin edilməsi məhkəmə tərəfindən müəyyən olunmamışdır. Halbuki, iddianın mümkün sayılması üçün, qanunvericilikdə nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən şəxsə münasibətdə hər hansı bir hərəkət edilməli (hərəkətsizlik) və ya hərəkətin edilməsindən imtina olunmalı və bunun nəticəsində nəticəsində şəxsin hüquqlarının ən azından pozulması ehtimalı mövcud olmalıdır. Belə halların baş vermədiyi təqdirdə, iddiaçının hüquqlarının pozulmasına səbəb ola biləcək müdaxilə və ya məhdudlaşdırma ehtimalı da mövcud olmur. Bu baxımdan da baxılan işdə iddiaçının irəli sürdüyü tələblə bağlı subyektiv hüquqa malik olması müəyyən edilməmişdir. 40.İddia edilən və mübahisə predmetinə çevrilmiş kompensasiyan ın ödənilməsi ilə bağlı iddiaçının inzibati orqana müraciəti barədə Apelyasiya məhkəməsi tərəfindən cavabdehə sorğu göndərilmişdir. Cavabdehin məhkəməyə ünvanlandığı 27.04.2021-ci il tarixli, 880/d saylı məktubunda ünvan 2 ünvanında yerləşən, dövlət ehtiyacları üçün satın alınmaya məruz qalmış yaşayış binasının tərkib hissəsi sayılan və ümumi istifadədə olan digər sahələrə, yəni dövlət tərəfindən ayrılmış meydança sahəsinə, binanın dəhlizinə, pilləkənlərə, su anbarına, transformator otağına, həyətyanı sahəyə və sair sahələrə görə kompensasiyanın ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə müraciət olunmadığı bildirilmişdir. 41.Beləliklə, mübahisə üzrə hazırki işdə iddia edilən kompensasiyanın ödənilməsinə dair tələblə iddiaçının əvvəlcə inzibati orqana müraciət etmədiyi məhkəmə tərəf indən müəyyən olunmuşdur.
42. Bu qərarın 24-cü bəndində nəzərdə tutulmuş normaya görə, maraqlı şəxs kompensasiyanın ödənilməsi tələbi ilə əvvəlcə inzibati orqana müraciət etməlidir. Kompensasiyanın ödənilməsindən imtina olunduğu hallarda, inzibati orqanın həmin qərarından müvafiq məhkəməyə şikayət verilə bilər. 43.Bununla əlaqədar Məhkəmə Kollegiyası vurğulayır ki, inzibati orqana müraciət edərkən də subyektiv hüququn mövcudluğu ilə bağlı bu qərarda qeyd olunanlar nəzərə alınmalıdır. Başqa sözlə, inzibati orqana müraciət edərkən də şəxs tələb hüququna istinad etməlidir, yəni qanun, müqavilə və ya inzibati aktla tanınan və başqalarından müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək imkanını ehtiva edən subyektiv hüquqa əsaslanmalıdır. 44.Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublika sı İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.04.2021-ci il tarixli, 21(103)-874/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.