Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1316/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adının və vəsiqəsinin verilməsi, qanunla müəyyən edilmiş qaydada hərbi xidmət keçmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1973 FİN:2RTWD5K) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-5/20N nömrəli, 10 fevral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus xx.xx.1998-ci il tarixli, AO ******* nömrəli hərbi biletin məlumatlarından görünür ki, o, 1992-ci ilin aprel ayındın 1996-cı ilin iyul ayınadək hərbi xidmətdə olmuş və xx.xx.1996-cı il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.1996-cı il tarixli, 141 saylı əmrinə əsasən ordudan tərxis olunmuşdur.
2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli, 9/2-N663 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, MDB-dən həqiqi hərbi xidmət keçmək üçün gəlmiş, 1972-ci il təvəllüdlü, Masallı RHK-dan çağırılmış İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, N nömrəli əmrilə hərbi hissəyə qəbul edilmiş, şəxsi heyət siyahılarına daxil edilərək, bütün növ təminatlarla təmin edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, N0 nömrəli əmrində 01-xx.xx.1993cü ildə Füzuli rayonunda döyüş əməliyyatlarında iştirak etmiş 3 MAT-ın şəxsi heyətinin siyahısında İddiaçı xidməti barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 21 nömrəli əmrində 1 MAT-ın hərbi qulluqçusu İddiaçı yaralandığı və hospitala göndərildiyi üçün qazan təminatından çıxarılması barədə məlumat vardır. N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və hərbi hissə komandirinin iyun 1996-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir.
3. İddiaçı cavabdeh orqana müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir.
4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, 1/K-17810 nömrəli məktubunda qeyd edilmişdir ki, Mərkəzi Arxivin xx.xx.2019-cu il, 9/2-N663 nömrəli arayışına əsasən, iddiaçının xx.xx.1994cü il tarixdən sonrakı hərbi xidməti barədə məlumat olmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 422 nömrəli qərarını əsas tutaraq ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdeh Azərbaycan Res publikasının Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1991-ci ildə Masallı rayon Hərbi Komissarlığından keçmiş Sovet Ordusuna hərbi xidmətə çağırılmış və Samara şəhərində xidmətə başlamışdır. Ölkənin suverenliyi və bütövlüyü uğrunda müharibə başlayanda, 1992ci ildə Azərbaycana qayıtmış, həmin ilin mart ayından könüllü olaraq Milli Ordu sıralarına daxil olmuş və 702 saylı briqadanın N saylı hərbi hissənin tərkibində xidmət etmişdir. N saylı hərbi hissə tərkibində 01-xx.xx.1993-cü il tarixdə Füzuli uğrunda gedən döyüşlərdə iştirak etmiş, xx.xx.1994-cü ildə Füzuli ətrafında yüngül yaralanmış, hospit ala yerləşdirilmiş və xx.xx.1996-cı ildə ordudan tərxis olunmuşdur. Lakin bu günə qədər ona müharibə veteranı statusu verilməmişdir. Qanunvericiliyə uyğun olaraq müharibə veteranı adının alınması üçün Müdafiə Nazirliyinə müraciət etmiş, Müdafiə Nazirliyi xx.xx.1994-cü il tarixdən sonra xidməti barədə məlumat olmadığı üçün ona veteran statusu verməkdən imtina etmiş və məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirmişdir.
7. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən təqdim edilmiş sənədlərdə iddiaçının N saylı hərbi hissə komandirinin əmri ilə xx.xx.1992-ci il tarixdə xidmətə daxil olması, xx.xx.1994-cü il tarixdən hospitala getməsi barədə məlumat olsa da, sonrakı xidməti barədə məlumat yoxdur.
8. Şirvan İnzibati Məhkəm əsinin 14 iyul 2020-ci il tarixli, 2-1(120)-533/2020 nömrəli qərarı ilə (hakim O.N.İsmayılov) iddia tələbi rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının xidməti tam təsdiqini tapmamış, həmçinin qanuni əsaslarla ordu sıralarından tərxis olunması müəyyən edilməmiş, eyni zamanda iddiaçı bu barədə məhkəməyə heç bir sübut (hərbi hissələrin nizami hissə üzrə əmri və ya arxiv arayışı) təqdim etməmişdir. Qanunvericiliyin tələblərinə görə, müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada hərbi hissədən tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Belə olan halda cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 14 iyul 2020-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 aprel 2021-ci il tarixli, 21(106)-76/2021 nömrəli (hakimlər Z.A.Zeynalov /sədrlik edən və məruzəçi/, İ.Q.Əsədov və M.K.Həsənov) qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 14 iyul 2020-ci il tarixli, 2-1(120)-533/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxl anılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1560/2021 nömrəli, 11 avqust 2021-ci il tarixli qərarı ilə (hakimlər Z.M.Quliyev /sədrlik edən və məruzəçi/, R.S.Nəbizadə və S.Ə.Kərimov) iddiaçının kassasiya şikayəti qismən edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-76/2021 nömrəli, 29 aprel 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyas iya məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
15. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmələrin qərarlarında iddiaçının xidmətinin tam təsdiqini tapmaması, qanuni əsaslarla ordu sıralarından tərxis olunmasının müəyyən edilməməsi, iddiaçının bu barədə məhkəməyə heç bir sübut (hərbi hissələrin nizami hissə üzrə əmri və ya arxiv arayışı) təqdim etməməsi kimi gəldikləri nəticələr işin müəyyən edilmiş hallarına ziddir.
16. Apellyasiya instansiyası məhkəməsinin özü tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xx.xx.1992ci il tarixdən xx.xx.1996-cı il tarixədək müddətli həqiqi hərbi xidmət keçmişdir. Müdafiə Nazirliyinin xx.xx.1996-cı il tarixli, 141 nömrəli əmrinə əsasən eht iyata buraxılmışdır. İddiaçı Silahlı qüvvələrində ehtiyata buraxıldıqdan sonra xx.xx.1997-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsində (keçmiş Masallı rayon Hərbi Komissarlığında) hərbi qeydiyyata alınmışdır. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, N nömrəli əmri ilə hərbi hissəyə qəbul edilmiş, şəxsi heyət siyahılarına daxil edilərək, bütün növ təminatlarla təmin edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, N0 nömrəli əmrində 01-xx.xx.1993-cü ildə Fizuli rayonunda döyüş əməliyyatlarında iştirak etmiş 3 MAT-ın şəxsi heyətinin siyahısında İddiaçı xidməti barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 21 nömrəli əmrində 1MAT-in hərbi qulluqçusu İddiaçı yaralandığı və hospitala göndərildiyi üçün qazan təminatından çıxarılması barədə məlumat vardır.
17. Lakin buna baxmayaraq apelyasiya məhkəməsi sadəcə olaraq N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və hərbi hissə komandirinin iyun 1996cı il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumatın aşkar edilmədiyinə istinad edərək, bu məsələnin tam və hərtərəfli araşdırılması istiqamətində heç bir hərəkət etməyərək, belə hesab etmişdir ki, iddiaçının iddiası əsassızdır. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
18. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-17/2022 nömrəli, N fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: S.İ.Mayılov /sədrlik edən və məruzəçi/, Z.M.Allahyarov və N.F.Mirzəyev) iddiaçı nın apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 14 iyul 2020-ci il tarixli, 2-1(120)-533/2020 nömrəli qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə müraciətin yenidən araşdırılması öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, arxivdə sənədlər ümumiyyətlə olmadığı halda, “hərbi biletdə olan məlumatlar arxiv məlumatları ilə təsdiq edilmir” kimi cavabdeh tərəfindən gəlinən nəticə məqbul hesab edilə bilməz. Cavabdeh inzibati orqan lazımi qaydada araşdırma aparmamış, səlahiyyəti həddində mübahisələndirilən hallar İddiaçı xidməti barəd ə aidiyyəti orqanlara sorğular verməklə öz təşəbbüsü ilə əlavə sübutlar toplamamış, inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməmiş, eləcə də icraatda iddiaçının dinlənilmə hüququnu (İİHQ-nin 21-ci maddəsi) təmin etməmişdir. Hazırkı işdə İnzibati Prosessual Məcəllənin 73.3.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zərurəti vardır və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün deyil.
20. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. d) kassasiya instansiyası məhkəməsində ikinci icraat
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)936/2022 nömrəli, 06 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər K.N.Bədəlov /sədrlik edən və məruzəçi/, N.İ.Rəsulbəyova və İ.K.Hüseynov) iddiaçının kassasiya şikayəti qismən edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-17/2022 nömrəli, N fevral 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
22. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında i nzibati orqanın qəbul etdiyi qərarın və ya inzibati orqanın hərəkətinin (hərəkətsizliyinin) qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. İnzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz.
23. Bununla belə, məhkəmə icraatı zamanı məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümk ündür və belə hallarda məhkəmə də əlavə araşdırma aparmağa borcludur. Lakin məhkəmə kollegiyası razılaşır ki, məhkəmənin obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.
24. Hazırkı halda apellyasiya instansiya məhkəməsinin istinad etdiyi hallar (iddiaçının xidməti barədə inzibati orqan lazımi qaydada araşdırma aparmaması, müvafiq orqanlara sorğular verməklə öz təşəbbüsü ilə əlavə sübutlar toplamaması, inzibati akt qəbul edilərkən istinad olunan qanunların və digər normativ hüquqi aktların göstərilməməsi) cavabdehin imtinasının qanuni olub-olmamasına qiymət vermək üçün əsasdır. Digər tərəfdən, cavabdehin imtinasının qanuniliyi, başqa sözlə, iddiaçının xidmətinin araşdırılması məqsədi ilə müvafiq orqanlara sorğu verməklə obyektiv həqiqət əldə edilə bilərsə, apellyasiya instansiya məhkəməsinin İPM-nin 12.1-ci maddəsinin tələbinə uyğun şəkildə davranmamasının səbəbi aydın deyildir. Qeyd edilən həcmdə araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə sayılmır, inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə olmaqla, İPM-nin 12.1-ci maddəsində təsbit edilmiş işin hallarının araşdırılması ilə bağlı məhkəmənin vəzifəsindən irəli gəlir.
25. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda İPM-nin 73-cü maddəsinə əsasən cavabdehin üzərinə öhdəlik qoyulması ilə bağlı apellyasiya instansiya məhkəməsinin mövqeyi inzibati prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına və prosessual hüquq normalarına uyğun deyildir. e) apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
26. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-5/20N nömrəli, 10 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər: T.X.Heydərov /sədrlik edən və məruzəçi/, T.S.Kərimov və M.Ə.Bağırov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Şirva n İnzibati Məhkəməsinin 14 iyul 2020-ci il tarixli, 2-1(120)-533/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
28. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
29. Apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən üç hala istinad etmişdir iddiaçının xidməti tam təsdiqini tapmamışdır; qanuni əsaslarla ordu sıralarından tərxis olunması müəyyən edilməmişdir; iddiaçı bu barədə məhkəməyə heç bir sübut (hərbi hissələrin nizami hiss ə üzrə əmri və ya arxiv arayışı) təqdim etməmişdir. Yuxarıda göstərilən hallar tamamilə səhvdir. Belə ki, hərbi bilet təqdim edilmiş, orada iddiaçının tərxis olunması barədə əmr var və həmin əmr möhürlə təsdiqlənmişdir. Həmçinin iş materiallarında iddiaçının hərbi cinayətlər üzrə, ümumiyyətlə, məhkum olunmaması barədə arayış var. İddiaçıdan başqa, cavabdeh də iddiaçının hərbi xidmətdə olması barədə, hətta onun yaralanması barədə sənəd təqdim etmişdir Məhkəmənin qərarda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması bir vəziyyəti nəzərdə tutur ki, işin bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılır, həmin hallar işdə təsdiq olunur, lakin məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir, yəni məhkəmənin gəldiyi nəticə faktlardan, işin həqiqi hall arından irəli gəlmir və ya həmin faktlara, işin həqiqi hallarına zidd olur. Şikayətçinin hərbi bileti onun qanunla müəyyən edilmiş formada ordudan tərxis olunduğun göstərir. Müdafiə Nazirliyi və məhkəmə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24, 45-47-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinin tələblərini pozmuşdur. Əgər şikayətçi qanunla müəyyən edilmiş formada ordudan tərxis olunmamışdırsa, onda o, cinayət məsuliyyəti daşıyır. Lakin məhkəmə qərarında bu hala toxunulmur, çünki o, hüquqa zidd hərəkət etməmişdir, iddiaçının adının hansısa sənəddə olmaması onun təqsiri deyildir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 31. “Veteranlar h aqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldı ğı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə
7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdi q edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 20N saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 7-ci yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994- cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.
33. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edi lməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdi rmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
35. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİY ASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
38. Kassasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Buna görə, şəxsin hərbi xidmətə çağrıldığı tarixdən tərxis olunanadək qanunla müəyyən edilmiş qaydada hərbi xidmət keçmiş olması müəyyən olunmalı, bu fakt tam sübuta yetirilməlidir.
39. Hazırkı iş üzrə iddiaçının 10 aprel 1992-ci il tarixdən 08 iyul 1996-cı il tarixədək hərbi xidmətdə olduğu, onun döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin tərkibində qulluq keçdiyi, 21 yanvar 1994-cü ildə isə yaralanaraq qazan təminatından çıxarıldığı və Müdafiə Nazirliyinin 24 iyun 1996-cı il tarixli, 141 nömrəli əmrinə əsasən ehtiyata buraxıldığı müəyyən olunur.
40. Lakin cavabdeh iddiaçının yaralandığı 21 yanvar 1994-cü il tarixdən tərxis olunduğu 08 iyul 1996-cı il tarixədək x idməti barədə məlumatların, bununla bağlı nizami hissə üzrə əmrlərin mövcud olmadığını qeyd edir. Cavabdeh bu dövrlərdə iddiaçının hərbi xidmətdə olmadığına istinadla iddianın rədd edilməli olduğunu bildirir.
41. Bununla bağlı olaraq kollegiya hesab edir ki, iddianın təmin edilə bilməsi üçün iddiaçının hərbi xidmətə çağrıldığı tarixdən tərxis olunanadək qanunla müəyyən edilmiş qaydada hərbi xidmət keçmiş olması faktının təsdiq olunması tələb olunur. Lakin hazırkı iş üzrə iddiaçının sözügedən dövrlərdə hərbi xidmət keçdiyi müəyyən olunmur. Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş məlumatlarda hərbi hissə komandirinin iyun 1996-cı il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat olmadığı bildirilmiş, onun 21 yanvar 1994-cü il tarixdən sonrakı xidmətinin təsdiq olu nmadığı göstərilmişdir. Müdafiə Nazirliyi özünün 22 dekabr 2022-ci il tarixli, 11/5385 saylı məktubunda həmçinin göstərmişdir ki, iddiaçının yanvar 1994-cü ildə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında və ya digər hərbi hospitallarda müalicədə olması barədə arxiv sənədləri bazasında məlumat aşkar edilməmişdir. İddiaçı özü də iddia ərizəsində və şikayətlərində yaralandıqdan sonrakı xidməti barədə məlumat vermir, tərxis olunduğu tarixədək hansı hərbi hissədə xidmət keçdiyini bildirmir.
42. Beləlilklə, iddiaçının döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin tərkibində qulluq keçdiyinin və Müdafiə Nazirliyinin 24 iyun 1996-cı il tarixli, 141 nömrəli əmrinə əsasən ehtiyata buraxıldığının müəyyən olunmasına baxmayaraq, onun yaralandığı 21 yanvar 1994cü il tarixdən tərxis olunduğu 08 iyul 1996-cı il tarixədək qanunla müəyyən edilmiş qaydada hərbi xidmət keçməsi təsdiq olunmur. Bu hal isə qanunvericiliyin tələblərinə görə iddianı rədd etməyə əsas verir.
43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-5/20N nömrəli, 10 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.