Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1317/2019 07.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə və üçüncü şəxs Mingəçevir Bələdiyyəsinə qarşı Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı **** A nömrəli şəhadətnamədə qeyd olunan 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun olaraq dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-4/2019 saylı iş üzrə 16 yanvar 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 07 may 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı məhkəməyə müraciət edərək JN seriyalı **** A nömrəli şəhadətnamədə göstər ilən 0,12 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının torpaq sahəsinin faktiki yerləşdiyi koordinatlara uyğun olaraq dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, faktiki istifadəsində olan 0,12 ha həyətyanı torpaq sahəsinin sənədləşdirilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Onun sənədi səhvən başqa əraziyə vurulub. Sənəddə göstərilən torpaq sahəsi ona məxsus deyildir. Belə ki, bir neçə il əvvəl həmin torpaq sahəsinin sahibi ona bildirmişdir ki, sənəd onun yerinə vurulmuşdur. Reyestr orqanın ın əməkdaşları onun istifadəsində olan torpağa baxış keçirmiş və müəyyən etmişlər ki, sənəddə göstərilən torpaq sahəsi onun deyil. Bununla bağlı onun ərizəsi alınmış və sənəddə göstərilən torpaq sahəsinə həmin torpağın sahibinin hüquqları qeydiyyata alınmışdır. O, istifadəsində olan torpaq sahəsini istəyir, orada evi var və orada yaşayır. Faktiki istifadəsində olan 12 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş edir. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında keçirilmiş baxış və koordinatların müəyyən edilməsi nəticəsində JN seriyalı **** A nömrəli şəhadətnamə ilə təqdim edilən torpaq sahəsinin dövlət mülkiyyətində olması nın müəyyən edildiyinə istinadla iddianın rədd edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 06 fevral 2018-ci il tarixli, 2-1(84)-7/2018 nömrəli qərarı (hakim – R.A.Məcidov) ilə iddia tələbi təmin edilərək, DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin üzərinə Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı **** A nömrəli şəhadətnamədə qeyd olunan 0,12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının torpaq sahəsinin faktiki yerləşdiyi koordinatlara uyğun olaraq dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması, DƏDRX-in 17 saylı Ərazi İdarəsindən 10 (on) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, mütəxəssisə ödənilməli olan 120 (bir yüz iyirmi) manat haqqın məbləğinin DƏDRX-in 17 saylı Ərazi İ darəsindən tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinin AZ23AİİB******************** nömrəli bank hesabına köçürülməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-4/2019 saylı, 16 yanvar 2019-cu il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – G.Q.Abbasov, hakimlər – R.R.Rəfiyev və M.R.Hüseynov) ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 06 fevral 2018-ci il tarixli 2-1(84)-7/2018 nömrəli qərarı ləğv edilmiş, inzibati iş üzrə yeni qərar çıxarılaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələ ləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı “Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı **** A nömrəli şəhadətnamə”də qeyd olunan 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun olaraq dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan isə iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış, mübahisəyə maddi və pro sessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə qərar çıxarmaq üçün ekspertiza rəyinə istinad etsə də, orada göstərilən Əhmədov Kamran Nabid oğlunu və Nadir adlı şəxsi iş üzrə üçüncü şəxs qismində cəlb etməmiş, bununla da, prosessual hüquq normasını pozmuşdur. İddiaçının məqsədi JN seriyalı **** A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında faktiki istifadəsində olan torpaq sahəsinin faktiki koordinatlara uyğun mülkiyyət hüquqlarını qeydə almaqdan ibarətdir. Göründüyü kimi, apellyasiya məhkəməsi hazırkı mübahisənin xarakterinin müəyyənləşdirilməsində və müvafiq olaraq tətbiq ediləcək hüququn seçimində səhvə yol vermiş, eləcə də yardım etmək vəzifələrinə əməl etməmişdir. İşin hallarından göründüyü kimi, iddiaçı ona ayrılmış torpaq sahəsinə dair mül kiyyət hüququ əldə etmək istəyir, onun inzibati orqana və məhkəməyə müraciətinin əsas məqsədi də bundan ibarətdir. Cavabdeh mübahisə predmeti olan torpaq sahəsinin dövlət mülkiyyətində olduğunu iddia etsə də bunu sübut edə bilmədi, əksinə məhkəmə araşdırması zamanı mütəxəssis rəyi ilə müəyyən olundu ki, torpaq sahəsi dövlət mülkiyyətində deyildir. Tərəflərin izahatları İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmə dikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 23.1-ci maddəsində isə təsbit edilmişdir ki, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Apellyasiya məhkəməsi tərəfindən keçirilmiş ekspertizanın nəticələri ilə bağlı olaraq ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 03.10.2018-ci il tarixli **********01 nömrəli məktubu ilə daxil olan mütəxəssis rəyindən və Məhkəmə Ekspertizаsı Mərkəzinin 12.11.2018-ci il tarixli ****** nömrəli rəyindən görünür ki, JN seriyalı **** A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə (sənəd üzrə) əsasən Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli *** nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsinin Mingəçevir Bələdiyyəsinin mülkiyyətində olduğu və fərdi yaşayış evinin tikintisi üçün nəzə rdə tutulduğu müəyyən edilmişdir. JN seriyalı **** A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə (sənəd üzrə) əsasən Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli *** nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsinin faktiki olaraq daşla hasara alındığı, 0,06 ha hissəsində Əhmədov Kamran Nabid oğlunun iki otaqdan ibarət ev tikdiyi, 0,06 ha hissəsində Nadir adlı bir nəfərin yarımçıq ev tikdiyi müəyyən edilmişdir. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin Mingəçevir Bələdiyyəsinin mülkiyyətində olduğu və fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulduğu müəyyən edilmişdir. JN seriyalı **** A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə (sənəd üzrə) əsasən, Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 200 4-cü il tarixli 293 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsi ilə onun faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının üst-üstə düşmədiyi müəyyən edilmişdir. JN seriyalı **** A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə (sənəd üzrə) əsasən, Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli *** nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsi ilə onun faktiki istifadəsində olan torpaq sahəsinin bir-birindən 1938 metr aralıda yerləşdiyi müəyyən edilmişdir. Ekspert və mütəxəssis rəylərindən göründüyü kimi, JN seriyalı **** A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə (sənəd üzrə) əsasən iddiaçıya verilmiş 0,12 ha torpaq sahəsinin koordinatları iddiaçının hazırda faktiki istifadə e tdiyi torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür və hətta həmin torpaq sahəsi iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsindən də 1938 metr aralıda yerləşir, habelə 0,12 ha torpaq sahəsi faktiki olaraq daşla hasara alınmış, 0,06 ha hissəsində X1d oğlu iki otaqdan ibarət ev tikmiş, 0,06 ha hissəsində Nadir X2 bir nəfər yarımçıq ev tikmişdir. Beləliklə, iddiaçının faktiki koordinatlarına uyğun olaraq qeydə alınmasını tələb etdiyi torpaq sahəsi ilə “Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı **** A nömrəli şəhadətnamə”də qeyd olunan torpaq sahəsinin koordinatları nəinki üst-üstə düşmür, hətta həmin torpaq sahələrinin aralarında iki kilometrə yaxın (1938 metr) məsafə vardır. Daşınmaz əmlakın dövlət reyestri orqanı dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının də qiqliyinə cavabdehdirlər. Belə olan halda, kollegiya apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, iddiaçının tələbinin təmin olunmasından DƏDRX-in 17 saylı Ərazi İdarəsinin imtinası əsaslı olmuşdur. Kassasiya şikayətində iddiaçı bildirmişdir ki, o, JN seriyalı **** A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında faktiki istifadəsində olan torpaq sahəsinin faktiki koordinatlara uyğun mülkiyyət hüquqlarını qeydə aldırmaq istəyir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsini onun adına mülkiyyət hüququ əsasında reyestrdə qeydə ala bilmək üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda bunun üçün dəqiq sadalanmış müvafiq hüquq müəyyənedici sənədlərdən birinin mövcudluğu tələb olunur. Torpağın mülkiyyətə verilməsinə dair JN seriy alı **** A nömrəli şəhadətnamədə qeyd olunan torpaq sahəsinin koordinatları isə iddiaçının faktiki istifadəsində olan sahənin koordinatları ilə üst-üstə düşmədiyindən həmin şəhadətnamə iddiaçının tələb etdiyi kimi faktiki istifadəsində olan torpaq sahəsinin faktiki koordinatlara uyğun mülkiyyət hüquqlarını qeydə aldırmaq üçün hüquqi əsas təşkil etmir. İddiaçı ona ayrılmış sahənin faktiki istifadəsində olan sahə olduğunda israrlıdırsa və ayrılmış sahənin sənəd üzrə koordinatlarının yanlışlıqla başqa əraziyə işlənildiyini güman edirsə, bu halda əvvəlcə JN seriyalı **** A nömrəli şəhadətnamənin düzgün koordinatlara işlənilməsinə nail olmalı, daha sonra isə həmin şəhadətnaməyə hüquq müəyyənedici sənəd kimi istinad etməklə torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reye strində qeydə alınmasını tələb etməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-04/2019 saylı iş üzrə 16 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1317/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1317/2019
07.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver