Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1317/2021 14.09.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə (üçüncü şəxs "xxxx" MMC) qarşı iş üzrə “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.04.2021-ci il tarixli, 2-1(103)-878/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya ş ikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Cavabdeh ilə 21.04.2017-ci il tarixində notarial qaydada müqavilə bağlayaraq 364.000 manat məbləğində kompensasiya almaqla müvafiq daşınmaz əmlakından Cavabdeh xeyrinə imtina etmişdir. Həmin müqaviləyə əsasən iddiaçı həmin yaşayış sahəsinə və bu müqaviləyə dair hər hansı iddia qaldırmayacağını öhdəsinə götürmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçılar X3 və digərləri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmlaka görə kompensasiyanın alınmamış hissəsinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Məhkəmənin 2-1(112)-4148/2020 saylı 02.11.2020-ci il tarixli qərardadı ilə iddia bir icraatın mü stəqil işlər üzrə icraata ayrılması qərara alınmışdır. 4. “İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı ünvan 1 ünvanda yerləşən dövlət ehtiyacları üçün satın alınmaya məruz qalmış yaşayış binası üzrə ödənilməyən 78.200 (yetmiş səkkiz min iki yüz) AZN (manat) vəsaitin Bakı şəhər Cavabdehndən tutulması barədə qərar qəbul edilməsi” tələbi üzrə iş 2-1(112)-4148/2020 nömrəli işdən yeni nömrə ilə ayrılmışdır.
5. Məhkəmənin 2-1(112)-7622/2020 saylı 10.11.2020-ci il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 30.11.2020-ci il tarixli, 2-1(112)-7622/2020 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim E.Əliyev).
7. Məhkəmə hesab etmişdir ki, iddiaçıya kompensasiya hesablanarkən bütün əlavə xərclər, həmçinin Azə rbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq 20 faiz əlavənin də nəzərə alınmasə və iddiaçının həmin məbləği qəbul etməsi iş materialları ilə öz təsdiqini tapmışdır.
8. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.04.2021-ci il tarixli, 21(103)-878/2021 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – Afaq Nuriyeva, hakimlər – Vidadi Məmmədov və Cahangir Yusifov) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 30.11.2020-ci il tarixli, 2-1(112)-7622/2020 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
10. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Məhkəmə qərardadı iddiaçıy a 17.05.2021-ci il tarixində təqdim edilmişdir.
12. İddiaçı 20.05.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.04.2021-ci il tarixli, 2-1(103)-878/2021 nömrəli qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərardad qəbul edilməsini etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçı sökülməyə məruz qalmış mənzilə görə vəsait alsa da, yaşayış binasının digər sahələrinə (ümumi istifadədə olan və faktiki mülkiyyətdə olmuş, dövlət tərəfindən ayrılmış meydança sahəsi, su anbarı, transformator otağı, binanın dəhlizi və digər sahələri) kompensasiya ödənilməyib və b u hal iş materialları ilə də sübut olunur. İddia tələbində göstərilən sahələrin ödənilmiş kompensasiya məbləği ilə əlaqəsi yoxdur. Məhkəmə isə işin mahiyyəti üzrə araşdırma aparmadan iddianı mümkün saymamışdır. İş materiallarında olan alğı-satqı müqavilələrindən də göründüyü kimi iddiaçıya əmlak kompensasiyası olaraq Prezidentin Fərmanına uyğun olaraq əmlakın dəyərinin 20%-nin ödənilməsinə və çətinliyə görə kompensasiya məbləğlərinin ödənilməsinə dair məlumat yoxdur. Cavabdeh tərəfindən iddiaçının dəlillərini təkzib edən heç bir sübut təqdim edilməsə də, məhkəmə əsassız olaraq iddia tələbini mümkün saymamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında işti rak edən cavabdehin vəkili izahat verərək kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi.
16. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati-Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkə ti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
18. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
19. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərara əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd),iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (1.2-ci bənd), mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd), ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd), mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd), işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düz gün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (2.2-ci bənd), məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd).
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüqu qa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Belə ki, yuxarıda qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərt lər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
25. Subyektiv mənada iddia vermək hüququ da bir tərəfdən şəxsin hüququnun pozulub-pozulmamasını, digər tərəfdən iddia vermək hüququna malik olub-olmamasını özündə ehtiva edir.
26. İnzibati aktın qəbul edilməsi ilə, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqa malik olan fiziki şəxs (fiziki şəxslər), hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər.
27. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdan əvvəl, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandırmalıdır.
28. Hazırkı iş üzrə iddiaçı da iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandıra bilmədiyindən aşağı instansiya məhkəmələri tərəfindən iddia tələbi mümkün sayılmamışdır.
29. İşin müəyyən edilmiş hallarına görə iddiaçı cavabdehdən ünvan 2 ünvanda yerləşən dövlət ehtiyacları üçün satın alınmaya məruz qalmış yaşayış binası üzrə ödənilməyən Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq onun xeyrinə 78200 manat məbləğində vəsaitin tutulması nı tələb edir. İddiaçı ona istinad edir ki, ümumi istifadədə olan yaşayış binasının digər tərkib hissələrinə görə kompensasiya ödənilməmişdir. Cavabdeh tərəf isə iddiaçıya ödənilən kompensasiya məbləğinin qanunvericilikdə müəyyən edilmiş bütün əlavə xərclər, həmçinin Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq 20 faiz əlavə də nəzərə alınmaqla hesablandığını bildimişdir.
30. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə də iş materialları ilə 20% əlavənin iddiaçıya ödənilmədiyi tam sübut olunsa da, məhkəmələr bu halı nəzərə almamışdır.
31. Bununla bağlı iddiaçının dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının bu istiqamətdə olan dəlillərini araşdırmış və müəyyən etmişdir ki, iş materiall arına əlavə edilmiş 21.04.2017-ci il tarixli müqavilədən (iş v.7) görünür ki, Bakı Şəhəri Cavabdeh İddiaçı qanunvericilikdə nəzərdə tutulan bütün əlavələr (faizlər) nəzərə alınmaqla hesablanmış 364.000 manat məbləğində kompensasiyanı ödəmişdir.
32. Eyni zamanda, həmin müqaviləyə əsasən iddiaçı qeyd olunan kompensasiyanı almaqla əmlakından cavabdehin xeyrinə imtina etmiş, gələcəkdə həmin yaşayış sahəsinə və bu müqaviləyə dair hər hansı iddia qaldırmayacağını öhdəsinə götürmüşdür.
33. Göründüyü kimi, iddiaçının kassasiya şikayətində iddia etdiyinin əksinə, iş materialları ilə iddiaçıya qanunla müəyyən edilmiş bütün əlavələr hesablanmaqla kompensasiya ödənildiyi təsdiq olunur. Odur ki, iddiaçının məhkəmədə hazırkı tələblə bağlı iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur və məhkəmələrin bunu nla bağlı mövqeyi əsaslıdır.
34. Bundan başqa, tərəflər arasında bağlanmış müvafiq alğı-satqı müqaviləsi mülki məhkəmə icraatı qaydasında iddiaçı tərəfindən mübahisələndirilməmiş və hal-hazırda qüvvədədir. Lakin iddiaçı həmin alğı-satqı müqaviləsi qüvvədə ola-ola artıq özgəninkiləşdirdiyi əmlakına görə təkrarən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbini irəli sürmüşdür. Halbuki, hər iki tərəf mübahisələndirilən əmlakın alğı-satqısına dair bağlanmış müqavilə ilə öhdəliklərini icra etmiş, yəni satıcı öz əmlakını alıcıya satmış, alıcı isə həmin əmlakın dəyərini ona ödəmiş, bununla da üzərinə götürdüyü öhdəlikləri icra etmişdir. Beləliklə, iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürməkdə subyektiv hüququnun mövcudluğu müəyyən ol unmur.
35. Göründüyü kimi, iddiaçının hazırkı tələblə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Yuxarıda sadalanan normalara, Ali Məhkəmə Plenumu və Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə də iddiaçının subyektiv hüququnun olmaması iddianın mümkün sayılmaması üçün əsasdır.
36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.04.2021-ci il tarixli, 21(103)-878/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.