Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1317/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 06.09.2022 Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 aprel 2022-ci il tarixli 2-1(103)-1173/2022 nömrəli qərarından i ddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus ГР seriyalı, 054582 nömrəli hərbi biletin surətində iddiaçının N-ci ildə Qarabağ, Tərtər, Ağdərə ətrafında gedən döyüşlərdə iştirak etməsinə dair qeydlər mövcuddur. Həmin qeydlərin aparılmasına əsas kimi N bömrəli hərbi hissə komandirinin N nömrəli, 16 avqust N-ci il tarixli arayışı göstərilmişdir.
2. N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş N nömrəli, 16 avqust N-ci il tarixli arayışdan görünür ki, o, həqiqətən N nömrəli hərbi hissədə hərbi xidmətdə olmuşdur.
3. İddiaçının müraciətinə cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin 12 aprel 2021-ci il tarixli 9/2-2986 nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin aprel-dekabr N-ci il, yanvar-dekabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissə komandirinin maydekabr N-ci il, yanvar-dekabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissə komandirinin yanvarmart N-ci il tarixli nizami hissə üzrə əmrləri və N nömrəli hərbi hissə komandirinin yanvaraprel N-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.
4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 4 aprel 2016-cı il tarixli 9/2-2700 nömrəli arxiv arayışına əsasən, Müdafiə Nazirliyinin N may N-ci il tarixli əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin N may N-ci il t arixli 3 nömrəli əmrilə döyüş əməliyyatları bölgəsinə göndərilən 4 reaktiv divizyonun şəxsi heyətinin siyahısında hesab nömrəsi sıravi İddiaçı adı vardır. Əmrdə atasının adı qeyd olunmadığından məlumatın İddiaçı aid olmasını təsdiq etmək mümkün deyil. İddiaçının N nömrəli hərbi hissə komandirinin N may- dekabr N-ci il tarixli əmrlər kitabında ezamiyyətdən qayıtması barədə məlumat aşkar edilməmişdir. İddiaçının N nömrəli hərbi hissədə ezamiyyətdə olduğu tarixlər dəqiq göstərilmədiyindən aparılan araşdırmalar müsbət nəticə verməmişdir.
5. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 12 aprel 2021-ci il tarixli, 1/H-9141 nömrəli məktubunda qeyd edilmişdir ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyanın 7 avqust 2020-ci il tarixli iclasında baxılmış və 700 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı statusunun və bu barədə vəsiqənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehin imtinası qanunsuz və əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, o, döyüş əməliyyatları aparan hərbi hissədə xidmət etmiş, hərbi hissəni özbaşına tərk etməmişdir. Ona müharibə ve teranı adının verilməsindən imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyil. Onun hərbi biletində hərbi xidmətdə və döyüş əməliyyatlarında iştirak etməsi barədə qeyd vardır. Həmin əmrin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilməsi hərbi hissə komandanlığının vəzifəsi olduğundan əmrin təhvil verilməməsi iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz.
8. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdə onun 930, N nömrəli hərbi hissələrin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi və ordu sıralarında qanuni əsaslarla ehtiyata buraxılması barədə heç bir təsdiqedici sənəd yoxdur. Az ərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 2018-ci il tarixli 422 nömrəli Qərarına əsasən - müharibə veteranıadı və vəsiqəsinin verilməsi üçün zəruri olan sənədlər (hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları, döyüşlərdə iştirakı sübut edən) təqdim olunmalıdır. Həmin qərara dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli 422 nömrəli Qərarına əsasən Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində hərbi biletlər sözlərindən sonra (hərbi xidmətkeçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)sözləri əlavə edilmişdir. Bundan başqa, iddiaçıya cavabdeh tərəfindən 14 avqust 202 0-ci il tarixli məktubla imtina verilmiş, iddiaçı isə 27 aprel 2021-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə bununla bağlı iddia müddətinin ötürülməsi məsələsinə də qiymət verməlidir.
9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 2 iyul 2021-ci il tarixli, 9/2-4813 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli, 3 nömrəli əmrində (əsas: səh-9, sıra58, qeyd: əmrdə atasının adı yazılmamışdır) döyüş bölgəsinə göndərilmiş şəxsi heyətin siyahısında hesab nömrəsi sıravi İddiaçı adı qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixindən 31 dekabr N-ci il tarixinədək nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 2-1(112)-6106/2021 nömrəli qərarına əsasən (hakim A.A.Abdullayeva) iddia rədd edilmişdir.
11. Məhkəm qeyd etmişdir ki, qanunvericiliyə əsasən iddiaçı müharibə veteranı statusunu almaq üçün döyüş aparan hərbi hissələrin tərkibində hərbi xidmət keçməsini sübut edən hərbi bileti arxiv arayışları ilə birgə, xəsarət (yaralanma, travma, kontuziya) almaq haqqında arayış, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahı (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda) təqdim etməlidir. İddiaçının isə N və N nömrəli hərbi hissələrdə xidmət keçməsi barədə hərbi biletində hər hansı bir qeyd yoxdur. Hərbi biletdə yalnız iş materiallarında olan N nömrəli hərbi hissə tərəfindən verilmiş N nömrəli, 16 avqust N-c i il tarixli arayışa istinad edilmişdir ki, arayışda yalnız iddiaçının N nömrəli hərbi hissənin tərkibində hərbi xidmətdə olması barədə məlumat mövcuddur. Həmin arayış özündə ehtiva etdiyi məlumata əsasən ümumiyyətlə iddiaçının döyüşlərdə iştirakını sübut edən sənəd qismində qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının xidmət etdiyi dövrdə N və N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi faktı öz təsdiqini tapmadığından iddia tələbi təmin edilə bilməz.
12. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 aprel 2022-ci il tarixli, 21(103)-1173/2022 nömrəli qərarı il ə (sədrlik edən E.E.Nağıyeva, hakimlər H.Ü.Həmidov və C.A.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 2-1(112)-6106/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 aprel 2022-ci il tarixli, 2-1(103)-1173/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsində qeyd olunanlarla eynilik təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə işə bax arkən və qərar qəbul edərkən iddia ərizəsində qeyd olunan xüsusatları nəzərə almamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, işi lazımi qaydada və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, tətbiq edilməli olan hüquq normasını tətbiq etməmiş və yaxud düzgün təfsir etməmişdir. Məhkəmə iddiaçının döyüşlərdə fəal iştirakını təsdiqləyən arayışları sübutlar siyahısına daxil etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının hərbi xidmətini davam etdirməsi və hərbi xidmətdən ehtiyata buraxılmasını sübut etmək iddiaçının deyil, cavabdehin vəzifəsidir. Həmçinin, iddiaçının cinayət məsuliyyətinə cəlb edilməsi barədə hər hansı qərarı cavabdeh inzibati orqan məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçı ilə eyni xidmətdə çalışan şəxslərin müharibə veteranı statusu almalarını da nəzərə almamışdır.
17. Məhkəmə tərəfindən iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi, bu barədə hərbi biletində aparılmış qeydlər, tabeliyində hər hansı döyüş silahı və döyüş sursatının olub-olmaması, onunla bərabər eyni əsaslarla döyüş əməliyyatlarının aparıldığı ərazilərə ezam olunmuş şəxslərə veteran statusunun verilməsini və həmin şəxslərin onunla birlikdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı araşdırılmamışdır. Bununla da, apellyasiya instansiyası məhkəməsi İPM-in 11.1, 11.2, 12.1, 12.2, 12.3-cü maddələrinin tələblərini pozmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 19. Hərbi qulluqçuların statusu haqqındaQanun Maddə
3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbitəhsilmüəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları,hərbi hissənin siyahılarındançıxarıldıqları, hərbitəhsilmüəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 20. Müharibə veteranları haqqındaQanun Maddə
3. Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fə aliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-) Qeyd:Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədarəlilliyi müəyyən edilmişşəxslər istisna olmaqla, Azərbaycan Respublikasınınərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmətyerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlə rə görə məhkum edilmiş(2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və yabarələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətç i dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tap şırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti,Azərbaycan RespublikasıPrezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə vəX1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyivə hərbi idarəetmə orqanları tərəfi ndən verilmiş arayışlar, hərbi biletlər(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd.1.Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədarəlilliyi müəyyən edilmişşəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tə rk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmişşəxslərə şamil olunmur. (-) Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndininsəkkizinci, doqquzuncu və onuncu yarımbəndlərindəgöstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbayc an Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyitərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
22. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstə rilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələblər i göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmeti ni yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Kassatorun dəlillərinə münasibətdə məhkəmə kollegiyası bir daha vurğulayır ki, hazırkı qərarın 19-21 -ci bəndlərində göstərilən normaların məzmununa əsasən, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün tələb olun şərtlərdən biri də, onun ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılmasıdır. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarından isə görünür ki, iddiaçının ehtiyata buraxılmasına dair hərbi hissənin nizami hissə üzrə əmri və ya arxiv arayışı aşkar olunmadığından, onun qanuni əsasla ehtiyata buraxılması hər hansı mötəbər sübutla təsdiq olunmur.
23. Beləliklə, apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, apel lyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
24. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti rədd edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 aprel 2022ci il tarixli 2-1(103)-1173/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 aprel 2022-ci il tarixli 21(103)-1173/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.