Məhkəmə qərarları › İş №2-1(102)-1317/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1317/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1317/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “küçə və meydanlara ad verilməsi və ya onların dəyişdirilməsi ilə bağlı komissiya”nın iclas protokolunun və digər əlaqəli sənədlərin mübahisələndirilməsi; iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt şəhəri, Cəfər Cabbarlı adına olan küçənin 4-cü mikrorayon ilə 40-cı məhəllə ar asında olan hissəsində küçənin adının Əhməd Baytursinulının adına dəyişdirilməsini əks etdirən “Sumqayıt şəhərində küçə və meydanlara ad verilməsi və ya onların dəyişdirilməsi ilə bağlı komissiya”nın xx.xx.2022-ci il tarixli 3 saylı iclas protokolu və eləcə də digər əlaqəli sənədlərin ləğv edilməsi, küçəyə Cəfər Cabbarlının adına qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)221/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 465 saylı sərəncamına əsasən Sumqayıt şəhəri, He ydər Əliyev küçəsi ilə Bakı küçəsini birləşdirən, 4-cü mikrorayonla 4-cü məhəllə arasında yerləşən küçənin Əhməd Baytursinulı küçəsi adlandırılması qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri, Cəfər Cabbarlı adına küçənin 4-cü mikrorayon ilə 40-cı məhəllə arasında olan hissəsində küçənin adının Əhməd Baytursinulinin adına dəyişdirilməsini əks etdirən “Sumqayıt şəhərində küçə və meydanlara ad verilməsi və ya onların dəyişdirilməsi ilə bağlı komissiya”nın xx.xx.2022-ci il tarixli 3 saylı iclas protokolu və eləcə də digər əlaqəli sənədlərin ləğv edilməsi, Sumqayıt şəhərində 4-cü mikrorayon ilə 40-cı məhəllə arasında olan həmin hissədə küçəyə Cəfər Cabbarlının adına qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması:

3. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Cəfər Cabbarlı adına olan küçənin 4-cü mikrorayon ilə 40-cı məhəllə arasında olan hissəsində küçənin adı başqa xalqın nümayəndəsi, qazax filoloqu Əhməd Baytursinulinin adına dəyişdirilmişdir. X3 adına olması ilə bağlı yaşayış binalarının üzərində müvafiq lövhələr uzun onilliklər yerləşdirilmiş, bütün xəritələrdə həmin ərazi C.Cabbarlı küçəsi kimi qeyd edilmişdir. Lakin cari ilin may-iyun əvvəllərində iddiaçı təsafüfən xəbər tutmuşdur ki, küçənin bir hissəsinə Əhməd Baytursinulinin adı verilmiş və müvafiq lövhələr asılmışdır. İddiaç ının və həmin ərazidə yaşayan bir sıra sakinin bu dəyişiklikdən ümumiyyətlə, məlumatı olmamışdır. Halbuki, ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında qanunvericiliyə əsasən prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Cavabdehin etirazları:

4. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışsdır ki, dərin köklərə malik olan Azərbaycan və qazax xalqlarının türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxınlığı, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olması əsas tutularaq, “Sumqayıt şəhərində küçə və meydanlara ad ver ilməsi və ya onların dəyişdirilməsi ilə bağlı komissiya”nın xx.xx.2022-ci il tarixli 3 saylı iclas protokolu nəzərə alınaraq, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.17-ci yarımbəndinə əsasən 4-cü mikrorayonla 40-cı məhəllə arasında yerləşən küçə Əhmət Baytursinuli küçəsi adlandırılmışdır.Eyni zamanda Qazaxstanda bir çox küçələrə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adları verilmişdir. Sumqayıt şəhərində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının adına küçə mövcuddur və onun həmin küçədə əzəmətli büstü qoyulmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

5. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-4634/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

6. Məhkəmə qeyd etmişdir ki, idd iaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir.

7. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.17-ci yarımbəndinə əsasən yaşayış məntəqələrində küçə və meydanlara ad vermək, onların adlarını dəyişdirmək, ünvan reyestrinə daxil edilmiş ünvan rekvizitləri hesab olunan nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən ünvan lövhələrini Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”na uyğun olaraq hazırlamaq və yerləşdirmək, mövcud ünv an lövhələrinin qorunub saxlanılmasına nəzarət etmək və daşınmaz əmlak obyektlərində yerləşdirilmiş ünvan lövhələrinin mövcudluğunu müəyyənləşdirmək məqsədilə mütəmadi monitorinq keçirmək, ünvan lövhələrinin məhv edilməsi və ya zədələnməsi hallarını aşkar etdikdə, bu barədə aidiyyəti üzrə məlumat vermək yerli icra hakimiyətlərinin səlahiyyətlərinə aid edilmişdir. 8. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

9. İddiaçının bu normaya istinadən küçənin adının dəyişdirilməsi tələbi ilə çıxış etm əsi üçün hüquqi əsas mövcud deyildir.

10. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)-221/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-4634/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı apellyasiya instansiya məhkəməsinin qərardadından apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, işə mahiyyəti üzrə baxılm asını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)221/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, iddianın mümkün sayılmaması haqqında Qərardadı ilə aşağıdakı məsələlər barəsində qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuşdur: - Konstitusion normalara əsasən mədəniyyət hüququ hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququnu nəzərdə tutmaqla bərabər hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalı olması vəzifəsini də müəyyən etmişdir. Həmçinin konstitusion normalar təsbit etmişdi r ki, tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcudur. Məlumdur ki, hüquqsuz vəzifə, vəzifəsiz hüquq olmur. Deməli, hər kəs kimi, insan və vətəndaş olaraq iddiaçının da bu subyektiv hüquqları mövcuddur. - Küçə adı dəyişdirilərkən həmin ərazi əhalisinin, o cümlədən iddiaçının rəyi soruşulmamış, nəzərə alınmamışdır ki, bu da qanunvericilikdə təsbit edilmiş, əhalinin azad düşüncə ruhunda tərbiyələndirilməsini nəzərdə tutan demokratiklik prinsipi, ətraf mühitə və insanlara qayğı və hörmətin prioritet götürülməsini nəzərdə tutan humanistlik prinsipinin pozulmasıdır. Küçə adı dəyişdirilərkən Azərbaycan tarixində ciddi adlardan biri olan şəxsiyyətin adının götürülüb kimliyindən asılı olmayaraq, başqa xalqın nümayəndəsinin adının verilməsi həm də milli heysiyyata toxunmuşdur. - Əra zi quruluşu haqqında qanunvericiliyin tələbi pozulmuş, həmin ərazinin əhalisinin rəyi nəinki nəzərə alınmamış, ümumiyyətlə soruşulmamışdır. Əgər əhalidən kimlərinsə rəyi alınıb, iddiaçının və şəxsən iddiaçının tanıdığı insanların rəyi alınmayıbsa, o halda deməli, həm də bərabərlik hüququ pozulmuşdur. - “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin tələblərindən biri fəaliyyətin aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qurulmasıdır. Ərazi əhalisinin rəyi (o cümlədən 40 ildən çoxdur məhz həmin ərazidə sakin olan iddiaçının) soruşulmayıbsa, aydın görünür ki, ictimai rəy də nəzərə alınmayıb və bu prinsiplər pozulmuşdur. - Hüquqi aktların hüquqi qüvvəsinin iyerarxiyasına dair tələblərə əsasən əsasnamələrin müddəaları qüvvədə olan qanunlara zidd ola bilməz. Hazırkı halda da ziddiyyət yoxdur. Lakin yerli icra hakimiyyəti orqanı tərəfindən səlahiyyətində olan məsələ maddi hüquq normaları, ərazi quruluşu haqqında qanunvericiliyin tələbi pozulmaqla həyata keçirilmişdir. Bu isə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş qanunsuz inzibati akt olduğunu göstərir. Həmçinin əlverişsiz inzibati aktdır. Çünki maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır, işin faktiki halları tam, hərtərəfli araşdırılmamışdır. - “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni prakti ka ilə dəyişdirilə bilər və yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Hazırki məsələdə isə küçə adından Azərbaycan tarixində olan şəxsiyyətin adının götürülüb kimliyindən asılı olmayaraq xarici birinin, başqa xalqın nümayəndəsinin adının verilməsini ictimai maraqların tələb etdiyini bildirmək absurddur. - Azərbaycan Respublikasında Dövlət Standartlarına əsasən küçələrə ad verilərkən ad yerli adlandırma ənənələrinə əsaslanmalı və ona uyğun həyata keçirilməlidir, həmçinin ad ərazinin məzmunu ilə vəhdət təşkil etməlidir. Sumqayıt şəhərində küçə adının dəyişdirilərək Azərbaycan tarixində ciddi adlardan olan Cəfər Cabbarlının adının götürülüb, Qazaxıstan filoloqu Əhməd Baytursinulinin adının verildiyi, 4-cü mikrorayon ilə 40-cı məhəllə arasında yerləşən məhz həmin his sədə küçənin bir tərəfindəki həyətdə Azərbaycan Respublikasının Vətən X1 İbrahimli yaşayıb, böyüyüb və orta təhsil alıb, digər hissədə isə Azərbaycan Respublikasının Milli X2 yaşamışdır. Həmçinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsi həmin ərazidə yerləşir. Belə bir ərazinin kimliyindən asılı olmayaraq başqa xalqın nümayəndəsinin adı ilə adlandırılmasını, xüsusilə də tarixi şəxsiyyətin adının həmin küçədən götürülərək, başqasının adının verilməsini əlverişli saymaq mümkün deyil. Bunun dövlət standartının tələbinə uyğun olaraq yerli adlandırma ənənələrinə əsaslandığını və ona uyğun həyata keçirildiyini, həmçinin adın ərazinin məzmunu ilə vəhdət təşkil etdiyini bildirmək absurddur. - Heç bir məhkəmə iclasında cavabdeh tərəf olan inzibati orqan (nümayəndəsi) iştirak etməmişdir. - Apellyasiya instansiyası məhkəməsində keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdeh tərəf olan inzibati orqanın (nümayəndəsinin) iştirak etməməsi ilə bərabər apellyasiya şikayətinə yazılı etiraz da təqdim edilməmişdir. Elektron məhkəmə sisteminə xx.xx.2024-cü il tarixdə yüklənmiş, Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının xx.xx.2023-cü il tarixli, 5-6/2-2474/2023 nömrəli məktubunda orqan nümayəndəsinin iştirak edə bilməyəcəyi əksini tapmışdır. Bu isə adi məktubdur, prosessual-hüquqi sənəd, apellyasiya şikayətinə etiraz deyil. Cavabdeh tərəfin iştirakı olmadığından proses iştirakçısının inzibati orqanın nümayəndəsinə işə aid suallar verməklə bağlı hüququ da təmin edilməmişdir. - Cavabdeh tərəf olan inzibati orqan (nümayəndəsi) şifahi məhkəmə baxışında iştirak etməmiş, yazılı apellyasiya şikayəti təqdim etməmişdir. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası müvafiq Qərardadında “İş materiallarından görünür ki, cavabdeh inzibati orqan müvafiq ünvan üzrə küçə adının dəyişdirilməsinin əsası kimi xalqlar arasında etnik, dini və mədəni dəyərlər baxımından əlaqələrin genişləndirilməsi, dərinləşdirilməsi, habelə qarşılıqlı xarakter daşıması kimi hallara istinad etmişdir” yazmaqla müvafiq qərarında mübahisələndirilən inzibati aktı qanuni akt kimi əsaslandırmağa çalışmışdır. Halbuki bu barədə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə prosesində araşdırılmamışdır. İşə mahiyyət üzrə baxılmadığı, cavabdeh inzibati orqanın (nümayəndəsinin) heç bir iclasda iştirak etm ədiyi, apellyasiya şikayətinə yazılı etirazı təqdim etmədiyi bir prosesin yekununda apellyasiya instansiyası məhkəməsinin öz qərarında müvafiq inzibati orqanın aktının qanuniliyini əsaslandırmağa çalışması maddi və prosessual hüquq normalarının pozulmasıdır. Qeyd edilməlidir ki, analoji məsələ birinci instansiya məhkəməsinin də qərarında müşahidə olunur. Belə ki, işə mahiyyət üzrə baxılmadığı, mahiyyət üzrə baxmaqdan imtina edildiyi halda məhkəmənin qərarında müvafiq inzibati orqanının aktının qanuniliyi əsaslandırılmağa çalışılmışdır. - Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Apellyasiya instansiyası məhkəməsində cavabdeh inzibati orqan (nü mayəndəsi) iştirak etməmiş, apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir. Belə bir halda apellyasiya instansiya məhkəməsinin öz qərarında cavabdeh inzibati orqanın aktının qanuniliyini əsaslandırmağa çalışması, iddiaçının isə subyektiv hüquqlarının yoxluğunu bildirməsi yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalı olması tələbinə də ziddir. - Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-221/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərardadında qeyd olunmuşdur ki, “İş materiallarından görünür ki, cavabdeh inzibati orqan müvafiq ünvan üzrə küçə adının dəyişdirilməsinin əsası kimi xalqlar arasında etnik, dini və mədəni dəyərlər baxımından əlaqə lərin genişləndirilməsi, dərinləşdirilməsi, habelə qarşılıqlı xarakter daşıması kimi hallara istinad etmişdir” - Halbuki həm iddia ərizəsində, həm də apellyasiya şikayətində qeyd olunmuşdur, şifahi məhkəmə baxışında bildirilmişdir ki, bütün xalqların tarixinə, mədəniyyətinə hörmətimiz var, lakin heç bir başqa xalqın tarixi, mədəniyyəti bizim xalqın tarixindən, mədəniyyətindən üstün deyil. - Hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-221/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərardadında apellyasiya şikayətində konkret şəkildə qeyd edilmiş konstitusion-hüquqi məsələlər, ərazi quruluşu haqqında qanunvericiliyin tələblərinin inzibati orq an tərəfindən pozulması və digər məsələlərə münasibət bildirilməmişdir. - Müvafiq inzibati orqanın aktı ilə subyektiv hüquqların pozulduğu aşkar görünür. Lakin əgər işə baxan məhkəmə orqanları subyektiv hüquqların olub-olmaması barədə tərəddüddə idisə, o halda insan hüquqlarının və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilərdilər. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən im tina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi il ə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin təl əbləri göstərilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin olunması, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

21. Apellyasiya instansiyası məhkəməsi düzgün ola raq qeyd etmişdir ki, iddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.

22. İPM-in 35.1-ci maddəsinin tələbindən göründüyü kimi, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqın da, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

23. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.17-ci yarımbəndinə əsasən yaşayış məntəqələrində küçə və meydanlara ad vermək, onların adlarını dəyişdirmək, ünvan reyestrinə daxil edilmiş ünvan rekvizitləri hesab olunan nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən ünvan lövhələrini Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”na uyğun olaraq hazırlamaq və yerləşdirmək, mövcud ünvan lövhələrinin qorunub saxlanılmasına nəzarət etmək və daşınmaz əmlak obyektlərində yerləşdirilmiş ünvan lövhələrinin mövcudluğunu müəyyənləşdirmək məqsədilə mütəmadi monitorinq keçirmək, ünvan lövhələrinin məhv edilməsi və ya zədələnməsi hallarını aşkar etdikdə, bu barədə aidiyyəti üzrə məlumat vermək yerli icra hakimiyətlərinin səlahiyyətlərinə aid edilmişdir. 24. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

25. Məhkəmə kollegiyası istinad edilən normaların tələblərinə istinadən apellyasiya instansiya məhkəməsinin qənaəti ilə razılaşarq qeyd edir ki, cavabdeh inzibati orqan öz səlahiyyətləri həddində davranmışdır.

26. İddiaçının dəlillərinə gəldikdə, məhkəmə kollegiyası nəzərə alır ki, mədəniyyət hüququ hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququnu nəzərdə tutmaqla bərabər hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır.

27. İddiaçı hesab edir ki, küçə adı dəyişdirilərkən Azərbaycan tarixində ciddi adlardan biri olan şəxsiyyətin adının götürülüb kimliyindən asılı olmayaraq, başqa xalqın nümayəndəsinin adının verilməsi həm də milli heysiyyata toxunmuşdur.

28. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının hazırkı məzmunda tələbi onun tarixi, mədəni və mənəvi irsə hörmətə və qayğıya əsaslanan baxışlarından irəli gəlir. Lakin iddiaçı hazırkı halda, hüququnun pozuluduğunu iddia etməli deyil. Belə ki, iddiaçı “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə istinadla cavabdeh tərəfindən onun rəyinin nəzərə alınmadığını qeyd etsə də, məhkəmə kollegiyası inzibati orqanın davranışının nəticəyə təsirindən çıxış edir.

29. İşin materiallarına görə, görkəmli dramaturq, şair və nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist Cəfər Cabbarlının adını daşıyan küçənin yalnız bir hissəsinin adı dəyişdirilmiş, həm də küçənin həmin hissəsinə Cəfər Cabbarlı ilə eyni dövrdə yaşayıb yaratmış, türk dünyasının aydınlarından b iri, çağdaş qazax dilçiliyinin banisi, filoloq, pedaqoq Əhməd Baytursunılının (1872-1937) adı verilmişdir (https://www.medeniyyet.az/page/news/61245/Turk-dunyasinin-aydinlarindan-EhmedBaytursunuli-Ankarada-anilib.html).

30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin davranışı və qərarı eyni köklərə mənsub xalqların (millətlərin) tarixi, mədəni və mənəvi irsinin ümumiliyinə, iddiaçının da öz iddiasında müdafiə etdiyi həmin irsə qarşılıqlı hörmətə əsaslanır.

31. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)-221/20 24 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar