Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1318/2019 23.04.2019 ALİ MƏHKƏMƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X2 şəhər şöbəsinə qarşı iş üzrə QƏRARDAD giriş hissəsi: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Dadaşov Elvin Etibar oğlunun katibliyi ilə, İddiaçı Cəmil oğlunun (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X2 şəhər şöbəsinə (bundan sonra cavabdeh) qarşı “01.08.2005-ci il tarixdən 14.03.2018-ci il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulm ası” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-68/2019 saylı, 9 yanvar 2019-cu il tarixli qərardadından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 23 aprel 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş 14 mart 2018-ci il tarixli vəsiqəyə əsasən müharibə veteranıdır. İddiaçı ərizə ilə müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin əvvəlki dövr üçün ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh bundan imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “01.08.2005-ci il tarixdən 14.03.2018-ci il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli qərarı ilə 14 mart 2015-ci ildən 14 mart 2018-ci ilədək olan dövr üzrə müavinətin iddiaçıya ödənilməli olması hissəsində iddia təmin edilmişdir. Cavabdeh bu iş üzrə apellyasiya şikayəti vermiş, şikayətində iddiaçı X1 02.12.2013cü ildən 02.12.2016-cı ilədək müavinətin ödənilməsi barədə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 18 aprel 2018-ci il tarixli 520/2018 saylı qərarın qanunsuz olduğunu bildirib qərarın ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya in stansiyası məhkəməsi cavabdehə göndərdiyi 12 dekabr 2018-ci il tarixli bildirişində iddiaçının adının, iddianın predmetinin, apellyasiya şikayəti verdiyi məhkəmə aktının tarixinin düzgün göstərilmədiyini bildirib, həmin halların şikayətin mümkün sayılmaması üçün əsas olduğunu izah edərək bununla bağlı apellyasiya şikayətinin mümkünlüyünə dair məhkəmə iclasının 9 yanvar 2019-cu il tarixə təyin edilməsini və qeyd edilən nöqsanların aradan qaldırılmasını qeyd etmişdir. Məhkəmə bildirişi 21 dekabr 2018-ci il tarixdə cavabdehə təqdim edilmişdir. Cavabdeh məhkəmə bildirişində olan nöqsanların aradan qaldırılması ilə bağlı apellyasiya məhkəməsinə hər hansı sənəd təqdim etməmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 9 yanvar 2019-cu il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Cavabdeh 18 yanvar 2019-cu il tarixdə qərardadın surətini almış, 8 fevral 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Cavabdeh kassasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə təqdim etmədiyindən şikayətin mümkünlüyünə baxılması zərurəti yaranmış və proses iştirakçılarının dinlənilmə hüququnun təmin olunması məqsədilə kassasiya şikayətinin mümkünlük məsələsinə baxılması 23 aprel 2019-cu il tarixətəyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə, o cümlədən kassasiya şikayətini tərtib etmiş cavabdehə məhkəmə bildirişi göndərilmişdir. əsaslandırma hissəsi: İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Cavabdeh tərəfindən mübahisə olunan apellyasiya instansiya məhkəməsinin qərardadı 18 yanvar 2019-cu ildə ona təqdim edilmişdir (səh.39). Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinə təqdim edilməsi üçün 8 fevral 2019-cu ildə poçta təqdim edilmişdir (səh.47). İPM-in 23.1-cü maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nə zərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Cavabdehin məhkəmə qərardadından kassasiya şikayəti verilməsi ilə bağlı müddətin axımı 28 yanvar 2019-cu ildə bitmişdir. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir (İPM-in 94.1-ci maddəsi). Cavabdeh kassasiya şikayəti üzrə müddəti 11 gün buraxmışdır. İPM-in 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses işt irakçılarının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Cavabdeh kassasiya şikayəti üzrə müddətin onun təqsiri olmadan buraxması barədə məhkəmə kollegiyasına sübut təqdim etməmişdir. Konstitusiya Məhkəməsi Cavad İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarında qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyətdə cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Kassasiya şikayəti vaxtında verilmədiyindən, qeyd olunan prosessual hüquq normalarına və məhkəmə preseden tlərinə əsasən kassasiya mümkün sayılmayaraq kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalıdır. nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.3, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərar verdim: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-68/2019 saylı, 9 yanvar 2019-cu il tarixli qərardadından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X2 şəhər şöbəsi tərəfindən verilən şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1318/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1318/2019
23.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver