Məhkəmə qərarları › İş №2-1(102)-1318/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1318/2021

14.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1318/2021 14.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (müharibə veteranı adının və vəsiqəsinin verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Nazim Mövsümovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Fəxrəddin Səfərovun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N03)-89N/202N nömrəli iş üzrə 05.05.202N-ci il ta rixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə N4 iyul 202N-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı dörd ildən artıq hərbi xidmətini, ağır döyüşlərdə iştirakını və evə getmək barədə bəraət verici hospital epikrisini və verilmiş bütün əmr və çıxarışları nəzərdən keçirib, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N992-ci il 20 iyun tarixində Ağdam Hərbi komisarlığından həqiqi hərbi xidmətə çagrılmışdır. N saylı batalyonda təlim keçdikdən sonr a N saylı Hərbi hissəyə təhvil verilmişdir. N992-ci il sentyabr ayından N994-cü ilin may ayına qədər Ağdam uğrunda gedən döyüşlərdə iştirak etmişdir. N994-cu ildə Hərbi hissə döyüş bölgəsindən çıxarılaraq Sanqaçal qəsəbəsinə köçürüldü. N994-cu il N3 iyulda əməliyyat olunmaq üçün hərbi hissənin hospitalına yerləşdirilmişdir. 26 iyulda N994-cü ildə hospitaldan çıxıb hərbi hissəyə qayıtmışdır. N iyul N994-cü ildə əməliyyat olunduğuna görə epiqris əsasında N5 günlük evə məzuniyyətə buraxılmışdır. Məzuniyyətdə olarkən 8 avqust N994-cü il tarixində Ağdam Dördyol postunda saxlanaraq reyd şəraitində N saylı hərbi hissənin intizam batalyonuna gətirilmişdir. Orda hərbi xidmətini davam edib, N996-cı il noyabrın N5-də ordu sıralarından təxris olunmuşdur. N999-cu ilin may ayında hərbi prokurorluğa çağı rılmışdır. Ona bildirildi ki, N994-cü ildə hərbi hissəni özbaşına tərk etdiyinə görə haqqında cinayət işi açılıb. Hərbi Prokurorluğun onun epikriz əsasında məzuniyyətə getməsindən və N saylı hərbi hissədə reyd zamanı saxlanılaraq hərbi xidmət keçməsindən xəbərsiz idi. İddiaçını bir neçə gün nəzarətxanada saxladılar və qardaşı X2 verərək hərbi hospitalda olması barədə və N saylı hərbi hissədə xidmət keçməsi barədə sorğuya cavab gətirməsini tapşırdılar. Prokurorluqdan bildirdilər ki, həqiqətən də hospitalda əməliyyat olunması haqqında sorğuya cavab və N saylı hərbi hissədə xidmət keçməsi öz əksini taparsa, haqqında açılmış cinayət işi ləğv ediləcək. XN0 N saylı hərbi hissədən əmr və çıxarışları Prokurorluğa təqdim etdi. Həmin dövrdə hərbi hospital sorğuya cavab vermədiyi üçün ona amnistiya t ətbiq etdilər, evə buraxıldı. Bu yaxınlarda əməliyyat olduğu 25N saylı hərbi hospitalda oldu və evə getmək haqqında bəraətverici olan epikrizi ona təqdim etdilər. O vaxt həmin epikrizi təqdim edə bilmədiyi üçün haqqında cinayət işi açılıb və amnistiya qərarı tətbiq olunmuşdur. Müharibə veteranı adı və vəsiqəsi almaq üçün bu günədək dəfələrlə cavabdeh Müdafiə Nazirliyinə müraciət etsə də, haqqında amnistiya qərarı tətbiq edildiyindən ona imtina etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

3. Bakı İnzibati Məhkəməsinin N0.N2.2020-ci il tarixli, 2-N(NN2)3N90/2020 nömrəli (sədrlik edən hakim E.Əliyev) qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, iddiaçının “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” ilə bağlı müraciəti üzrə inzibati icraa tın yenidən aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 26, 60-cı maddələrinə, “Veteranlar haqqında” Qanunun 3, 7-ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 22.N, 28.N.N, 28.2, 45, 47.N, 47.2, 52.N-ci maddələrinə, İPM-nin 52, 58.7, 68.N, 68.2, 73.N, 73.2-ci maddələrinə istinadən belə hesab etmişdir ki, cavabdeh orqan tərəfindən yuxarıda qeyd olunan qanunvericiliyin normalarına uyğun tam və hərtərəfli inzibati icraat aparılmamışdır.

5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin N0.02.2020-ci il tarixli, 2-N(NN2)-3N90/2020 nömrəli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahi ş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.05.202N-ci il tarixli, 2-N(N03)-89N/202N nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Vidadi Məmmədov və Elmira Nağıyeva) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin N0.N2.2020-ci il tarixli, 2-N(NN2)-3N90/2020 nömrəli qərarın ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin rədd edilməsi qərara alınmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin, həmç inin həmin maddənin “qeyd” hissəsini tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı əsassızdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri

8. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin rədd olunması ilə bağlı məhkəmə kollegiyası belə qənaətə gəlmişdi ki, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edildiyinə görə müharibə veteranı adı və vəsiqəsinin verilməsi ona şamil edilmir.

9. Qeyd edir ki, törətmədiyi cinayətə görə barəsində amnistiya aktının tətbiq olunması onun deyil, dövlət orqanının səhvidir. Dövlət orqanının səhvinə görə hüququnun pozulması və ya məhdudlaşdırılması qanuna ziddir. Hərbi xidmət zamanı əməliyyat olmağı, əməliyy atdan sonra xidmətdə olmağı təqdim olunmuş sənədlərlə təsdiq olunur. Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilmə qaydası və şərtləri haqqında Əsasnamənin N-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Sevidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (küçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində a parılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, konfuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respu blikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Veteranlar haqqında Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən X6 illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazis ində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayı lırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təqdim edilir.

10. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin XN 05.05.20 2N-ci il tarixli, 2-N(N03)-89N/202N nömrəli qərarının ləğv edilməsini, Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kasasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili F.Səfərov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 05.05.202N-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 05.05.202N-ci il tarixli qə rarı isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

13. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi Etibar Əsgərov məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

14. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

15. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

16. Ali Mə hkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 05.05.202N-ci il tarixli qərarı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməli, kasasiya şikayəti qalan hissədə rədd edilməlidir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 9N-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

18. Ali Məhkəmənin İnzibati Kollegiyası Azə rbaycan Respublikası İPM-nin 9N-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

19. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən, istənilən inzibati mübahisə üzrə qanuni və əsaslı məhkəmə qərarının qəbul edilməsində müstəsna əhəmiyyət kəsb edən İPM-nin N2.N, 58.7, 68.2-ci maddələrinin müddəalarına riayə t etməmiş, yəni işin düzgün həll olunması üçün lazım olan sübutları tələb etməmiş, inzibati mübahisəni tam və hərtərəfli araşdırmamışdır.

20. Belə ki, apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə yuxarıda göstərilmiş nəticəyə gələrkən, 05.05.202N-ci il tarixli qərarının “hüquqi məsələlər” hissəsində qeyd etmişdir ki, “Belə ki, iş materiallarında olan AR Müdafiə Nazirliyinin İddiaçı ünvanlandığı N2.N2.20N9-cu il tarixli, N/Ə-N7684 saylı məktubda təkrar olaraq bildirilmişdir ki, “Müharibə veteranı” adının və vəsiqənin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 2N.N2.20N8-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Hərbi xidmət zamanı hərbi hissəni özbaşına tərk etdiyiniz üçün, Bakı Qarnizonu Hərbi Prokurorluğu tərəfindən barənizdə cinayət işi qaldırıldığından və sonradan Amnistiya qərarı tətbiq edilərək cinayət işinə xitam verildiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli, 2N6 N-li Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi mümkün deyildir”.

21. İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, İddiaçı Cinayət Məcəlləsinin 243-cü maddəsi ilə (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsi səbəbi ilə) N9.03.N999-cu il tarixdə həbs edilmişdir və Bakı Qarnizonun 30.05.N999-cu il tarixli Qərarı ilə Milli Məclisin N 7.N0.N997-ci il tarixli “amnistiya” Qərarının N.6-cı bəndinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. 22. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar.

23. Həmin maddənin “qeyd” hissəsinə əsasən bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.”

24. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi 05.05.202N-ci il tarixli qərarının “hüquqi məsələlər” hissəsində apelyasiya instansiyası məhkəməsinin özü tərəfindən yazılmışdır ki, “İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin N3.N2.20N8-ci il tarixli məktubunda göstərilmişdir: “Sizin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə ünvanladığınız 05.NN.20N8-ci il tarixli N/Ə-N04N6 nömrəli sorğunuza cavab olaraq bildiririk ki, N nömr əli hərbi hissə komandirinin N sentyabr N992-ci il tarixli, N28 nömrəli əmrilə X4 (əsas: § 5, sıra 6. səh 4, əmrdə soyadı Əskərov və atasının adı Fəhrad yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) 3N.08.N992-ci il tarixdən tədris batalyonunun tərkibinə daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin 3N avqust N992-ci il tarixli, N02 nömrəli əmrilə X4 (əsas: § 2, bənd b, sıra 40, səh N3, əmrdə soyadı Əskərov və atasının adı Fəhrad yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) N5.08.N992-ci il tarixdən tədris batalyonunun siyahısından çıxarılaraq N nömrəli hərbi hissəyə göndərilmişdir. Ş.Mirzəyev adına Ağdam tədris batalyonundan həqiqi hərbi xidmətini başa çatdırmaq üçün göndərilmiş X5 N nömrəli hərbi hissə komandirinin N6 avqust N992-ci il tarixil N60 N-li əmrilə (əsa s: § N, sıra 40, səh 8N, əmrdə soyadı Əskərov yazılmışdır, hərbi rütbəsi göstərilməyib) hərbi hissənin ştatdan kənar siyahısına daxil edilərək sürücü elektrik vəzifəsinə təyin olunmuşdur. Hərbi hissəni özbaşına tərk etdiyi üçün mühəndis-yol bölüyünün hərbi qulluqçusu, sıravi X5 N nömrəli hərbi hissə komandirinin N avqust N994-cü il tarixli 238 nömrəli əmrilə (əsas: § 8, sıra 3, səh 96, əmrdə soyadı Əskərov yazılmışdır, vəzifəsi göstərilməyib) hərbi hissənin ştat cədvəlindən kənar saxlanılmışdır. N nömrəli hərbi hissə komandirinin N sentyabr N994-cü il tarixli, 248 nömrəli əmrilə X5 (əsas: § N7, sıra N, əmrdə soyadı Əskərov yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) N-ci MAT-un şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təchizatla təmin olunmuşdur. Azərbaycan Respublikas ı Müdafiə Nazirinin 30.09.N996-cı il tarixli müvafiq əmrinə əsasən N-ci MAT-un nömrə hesablayıcısı, sıravi X5 N N-li hərbi hissə komandirinin N5 noyabr N996-cı il tarixli, 320 nömrəli əmrilə (əsas: § NN, sıra N2, səh 29, əmrdə soyadı Əskərov yazılmışdır) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Ağdam RHK-nın sərəncamına göndərilmədir. Qeyd edirik ki, N nömrəli hərbi hissənin avqust-sentyabr N994-cü il və noyabr N996-cı il tarixli əsgər heyətinə pul təminatının ödənilməsi cədvəllərində İddiaçı pul təminatı ilə təmin olunması barədə məlumat aşkar olunmamışdır. Bildiririk ki, N nömrəli hərbi hissənin N992-N994-cü il tarixli əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri Mərkəzi Arxivə daxil olmamışdır”.

25. Həmçinin apelyasiya məhkəməsinin 0 5.05.202N-ci il tarixli qərarının “hüquqi məsələlər” hissəsində deyilir ki, “İş materiallarından görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsinin N2.07.20N8-ci il tarixli, 758 nömrəli Arayışında göstərilmişdir: “Verilir N974-cü il təvəllüdlü İddiaçı Fəhrad oğluna ondan ötəri ki, o həqiqətən 20.06.N992-ci ildən N992-ci ilin avqust ayına qədər N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. N992-ci ilin avqust ayından N5.NN.N996-cı ilə qədər N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası MN-nin N94 nömrəli 30.09.N996-cı il tarixli əmrinə əsasən ehtiyata buraxılıb”. 26. “İş materiallarından görünür ki, Müdafiə Nazirliyi məhkəmənin sorğusuna cavab olaraq N9.N0.2020-ci il tarixli məktubla bildirmişdir: “N () №-li hə rbi hissə komandirinin 3N.08.N992-ci il tarixli, N02 N-li əmrilə (əsas: N3, sıra 40, əmrdə atasının adı Fəhrad yazılmışdır) tədris batalyonunda təlim almış İddiaçı Fəhrad oğlu N5.08.N992-ci il tarixdən N N-İi hərbi hissəyə verildiyi üçün tədris batalyonun tərkibindən çıxarılmışdır. N () №-İi hərbi hissə komandirinin 28.09.N992-ci il tarixli N28 №-İi əmrilə (əsas: səh 4. § 5, əmrdə atasının adı Fəhrad yazılmışdır) İddiaçı Fəhrad oğlu 3N.08.N992-ci il tarixdən tədris batalyonunun şəxsi heyətinin siyahısına daxil edilmişdir. N №-İi hərbi hissə komandirinin 07.09.N994-cü il tarixli 248 №-İi əmrilə (əsas: §N7, sıra N) İddiaçı N MAT-ın şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Müdafiə nazirinin 30.09.N996-cı il tarixli müvafiq əmrinə əsasən N974-cü il təvəllüdlü nöm rə hesablayıcısı sıravi X5 N N-li hərbi hisə komandirinin N5.NN.N996-cı il tarixli 320 №-İi əmrilə (əsas: səh 24, § NN, əmrdə soyadı Əskərov yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üşün Ağdam RHK-nın sərəncamına göndərilmiş və N5.NN.N996-cı il tarixə kimi döyüş bölgəsində xidmət etdiyi üçün həmin tarixə kimi məvacibi üç qat ödənilmişdir. NN0 №-li hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N №-İi hərbi hissənin 04.03.N992-ci ildən N0.05.N994-cü ilədək döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmışdır”.”

27. Eyni zamanda apelyasiya məhkəməsinin 05.05.202N-ci il ta rixli qərarının “hüquqi məsələlər” hissəsində göstərilmişdir ki, “İş materiallarından görünür ki, Hərbi Prokurorluğun 04.02.20N9-cu il tarixli məktubuna əsasən İddiaçı oglu barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və yaxud təqsirləndirici material yoxdur.

28. İş materiallarından görünür ki, Bakı Hərbi Məhkəməsinin 22.N0.20N8ci il tarixli Arayışına əsasən İddiaçı təqsirləndirilməsinə dair Bakı Hərbi Məhkəməsinin icraatına hər hansı bir material daxil olmamış və məhkum olunmağınıza dair məhkəmənin arxivində məlumat qeydə alınmamışdır.

29. İş materiallarından görünür ki, 26.07.N994-cü il tarixli Çıxış epikrizinə əsasən İddiaçı, hərbi hissə 859, N3.07.N994-cü il tarixindən 26.07.N994-cü il tarixinədək sıxılmış sağtərəfləri çəpinə qasıq yırtığı diaqnozu ilə cərrahiyə şöbəsində olmuşdur. Kafi vəziyyətə hərbi hissəyə buraxılır. 26.07.N994-cü ildə hissəyə gəlməli. N5 gün müddətinə hərbi vəzifələrini icra etməkdən azad olunur.

30. İş materiallarından görünür ki, Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatına əsasən İddiaçı Cinayət Məcəlləsinin 243-cü maddəsi ilə (Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə səbəbi ilə) N9.03.N999cu il tarixdə həbs edilmişdir. Hökm barədə məlumat qeyd edilməmişdir.”

31. Beləliklə yuxarıda göstərilənlərdən göründüyü kimi, apelyasiya məhkəməsi iddiaçının iddiasının rədd edilməsi nəticəsinə gələrkən, iddiaçı barəsində cinayət işinin olmasını və onun amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad olunmasını əsas götürmüşdür (“Veteranlar haqqında “ Qanunun 3-cü maddəsinin “qeyd ” hissəsi).

32. Lakin iş materiallarından göründüyü kimi, işdə cinayət işi ilə bağlı hər hansı qərarın qəbul edilməsi mövcud deyil, eyni zamanda amnistiya aktı da yoxdur, yəni apelyasiya məhkəməsinin hüuqi mövqeyini təsdiq edən sözügedən sənədlər İPM-nin N2.N-ci maddəsinə müvafiq olaraq tələb edilməmiş, nəticə etibarı ilə də araşdırılmamışdır.

33. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 05.05.202N-ci il tarixli qərarı ləğv edilməli, iş baxılması üçün apelyasiya məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə, iş üzrə yeni sübutların tələb edilməsi və onların araşdırılması zəruri olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 9 6.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.05.202N-ci il tarixli, 2N(N03)-89N/202N nömrəli qərarı ləğv edilsin. İş baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar