Məhkəmə qərarları › İş №2-1(102)-1318/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1318/2022

26.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1318/2022 26.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 aprel 2022-ci il tarixli, 2-1(103)293/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 01 dekabr 1973-cü ildə Azərbaycan SSR Sumqayıt şəhəri 91 saylı Texniki məktəbinə daxil olmuş və 30 sentyabr 1974-cü il tarixdə X7 çilingər sənəti üzrə tam kursu bitirmişdir (Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən 03 oktyabr 1974-cü ildə verilmiş 56 saylı attestat). 12 noyabr 1974-cü ildən 4 dekabr 1976-cı ilədək həqiqi hərbi xidmətdə olmuşdur (NZ seriyalı ******* nömrəli hərbi bilet).

2. İddiaçıya məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasındakı qeydlərə əsasən, o, 19 may 1977-ci ildə Azərbaycan Dəmir Yollarının Biləcəri vaqon deposunda Dəvəçi texniki baxış məntəqəsinə çilingər vəzifəsinə qəbul edilmiş, 29 noyabr 1978-ci ildə tutduğu vəzifədən azad edilmiş, 6 dekabr 1978-ci ildə “Azneft” İstehsalat Birliyinin istehsalat xidməti mərkəzi bazasında 3 saylı xidmətə 3-cü dərəcə ilə NÖC və A üzrə çilingər vəzifəsinə NÖC və A sexinə işə qəbul edilmiş, 10 mart 1993-cü ildə İXMB-nin adı dəyişdirilərək “Azərineftavtomatika” müəssisəsi olmuş, 2 avqust 1995-ci ildə öz xahişi ilə işdən azad edilmiş, 4 avqust 1995-ci ildə “Azərineftavtomatika” müəssisəsi 17 saylı İx tisaslaşmış Təmir Tikinti Quraşdırma İdarəsində çilingər işinə qəbul edilmiş, 15 mart 1996-cı ildə verdiyi ərizəyə əsasən işdən azad edilmiş, 26 mart 1996-cı ildə “Azərineftavtomatika” müəssisəsi NÖC və A üzrə çilingər vəzifəsinə NÖC və A sexinə 3-cü dərəcəli çilingər vəzifəsinə təyin edilmiş, 1 yanvar 2002-ci ildə “Azərineftavtomätika” müəssisəsi “X7 və Avtomatika” ASC-yə çevrilmişdir, 6 yanvar 2003-cü ildə əmək müqaviləsi pozulmuş hesab olunmuşdur, 4 fevral 2004-cü ildə "xxxx" X6-Bayramlı Tikinti filialında fəhlə işinə qəbul edilmiş, 1 may 2007-ci ildə işdən azad edilmişdir. 3. “X7 və Avtomatika” MMC-nin 23 iyun 2021-ci il tarixli, Cİ-100 nömrəli arayışında qeyd edilmişdir ki, iddiaçı həqiqətən də «Azneft» İB İstehsalat Xidmətinin Mərkəzi Bazasında (İXMB) xx.xx.1978-ci il tarixdən xx.xx. 1995-ci il tarixinədək NÖC və A çilingəri vəzifəsində işləmişdir. İş stajı 16 il 7 ay 26 gündür. Göstərilən vəzifə və iş stajı AR Nazirlər Kabinetinin 320 saylı, 21 iyun 1993-cü il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 10-cu bölməsinin 1-ci bəndinin a) yarımbəndində nəzərdə tutulan X7nın və avtomatikanın bilavasitə qurulduğu sahələrdə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan X7 və avtomatika üzrə cihazçılar, həmin sahələrdə texnoloji prosesi aparan əsas fəhlələr bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorlarına (KOD: 2130100a - 18494) uyğun olduğundan, iddiaçı güzəştli pensiya hüququna malikdir. 2 may 2011-ci il tarixdən “X7 və Avtomatika” ASC “X7 və Avtomatika” MMC-yə çevrilmişdir.

4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

5. Cavabdeh 18 yanvar 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, mərkəzi filiala təqdim edilən 20 sentyabr 1977-ci il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasında 6 dekabr 1978-ci il - 2 avqust 1995-cı il tarixləri arasındakı dövr ərzində “Azneft” İB-nin İstehsalat Xidmətinin Mərkəzi Bazasında X7 və avtomatika çilingəri vəzifələrində ərizəçinin işləməsi qeyd olunmuşdur. Göründüyü kimi, ərizəçinin işlədiyi X7 və avtomatika çilingəri vəzifəsi yuxarıda qeyd olunan nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu sah ələrdə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar və mədənlərdə tərkibində kükürdlü hidrogen olan (1.5%-dən çox) qazın kompleks qurğularının hazırlanması ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər vəzifələrinə uyğun deyil. Bu səbəbdən də ərizəçinin güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq ərizəçi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı 16 fevral 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 57 yaşının tamam olduğu 7 avqust 2013-cü i l tarixdən ona yaşa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, “Azneft” X4 Xidmətinin Mərkəzi Bazasında (İXMB) 6 dekabr 1978-ci il tarixdən 2 avqust 1995-ci il tarixədək çilingər vəzifəsində işləmişdir. Bu fakt onun əmək stajı barədə olan əmək kitabçası və eyni zamanda, “X7 və Avtomatika” MMC tərəfindən verilmiş 23 yanvar 2019-cu il tarixli, 03/19 saylı arayışla da təsdiq edilir. Əmək kitabçasına əsasən, “Azneft” İB İstehsal Xidməti Mərkəzi Bazasında cəmi 23 il 6 ay çilingər vəzifəsində işləmişdir, bu sahədə 23 il 6 ay iş stajı vardır. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxs qismində pensiyaya çıxmaq üçün ca vabdeh inzibati orqana müraciət etsə də, müraciəti təmin edilməmiş və bildirilmişdir ki, guya onun işlədiyi vəzifə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahıdakı vəzifələrə uyğun deyil, bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Halbuki, onun işlədiyi vəzifə qeyd olunan siyahıda nəzərdə tutulmuşdur. Cavabdehin imtinası əsassızdır.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçının işləmiş olduğu peşə ilə siyahıda qeyd olunan peşələr uyğun deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki, hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz və ya uyğunlaşdırma üçün peşələrin xarakte rinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur.

9. Bakı İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(112)4379/2021nömrəli qərarı (hakim: X2) ilə iddia qismən təmin edilmiş, İddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı 7 avqust 2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iddiaçının müraciət etdiyi tarixdən əvvəlki üç il üçün hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

10. Birinci instansiya məhkə məsi hesab etmişdir ki, iddiaçıya məxsus attestat, hərbi bilet və əmək kitabçasına əsasən, o, 1 yanvar 2006-cı il tarixədək 30 il 4 ay 22 gün ümumi sığorta stajına malikdir. Göründüyü kimi, 1 yanvar 2006-cı il tarixədək iddiaçının ümumi sığorta stajı 25 ildən artıqdır. Həmçinin, iddiaçı 6 dekabr 1978-ci ildən 2 avqust 1995-ci ilədək “Azneft” İstehsalat Birliyinin istehsalat xidməti mərkəzi bazasında X7 və avtomatika (NÖC və A) üzrə çilingər vəzifəsində işləmişdir (16 il 07 ay 26 gün). İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. İddiaçının işlədiyi həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalış anlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur Xİİ Bölmə, Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı, 1-ci bənd Qazma, «a» yarımbəndi fəhlələr, kod 2130100a—18494 - nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarətölçü cihazları və avtomatika üzrə cihazçılar, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr güzəştli pensiya hüququna malikdirlər. Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və 1 yanvar 2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur (cəmi 16 il 07 ay 26 gün). İddiaçının təqdim etdiyi iş yerindən arayışlarda da, onun işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. İddia tələbinin 57 yaşının tamam olduğu 7 avqust 2013-cü il tarixdən əmək pensiyasının hesablanıb ödənilməsi hissəsi ilə əlaqədar qeyd edilməlidir ki, «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinin tələblərinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, bu hissədə iddia qismən təmin edilməklə əmək pensiyasının iddiaçının mürac iət etdiyi tarixdən əvvəlki üç il üçün hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

12. Apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna cavab olaraq “X7 və Avtomatika” MMC-nin verdiyi 28 fevral 2022-ci il tarixli, Cİ-19 nömrəli arayışdan müəyyən olunmuşdur ki, iddiaçı həqiqətən də «Azneft» İB İstehsalat Xidmətinin Mərkəzi Bazasında (İXMB) xx.xx.1978-ci il tarixdən xx.xx.1995-ci il tarixədək NÖC və A çilingəri vəzifəsində işləmişdir. İş staji 16 il 7 ay 26 gün olmuşdur. Göstərilən vəzifə və iş stajı AR Nazirlər Kabinetinin 320 saylı 2 №-li əlavə 21 iyun 1993-cü il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu bölməsinin 1-ci bəndinin a) yarımbəndinə uyğundur (X7nın və avtomatikanın bilavasitə qurulduğu sahələrdə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan X7 və avtomatika üzrə cihazçılar, həmin sahələrdə texnoloji prosesi aparan əsas fəhlələr bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları). Odur ki, iddiaçı güzəştli pensiya hüququna malikdir.

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 aprel 2022-ci il tarixli, 2-1(103)-293/2022 nömrəli qərar (hakimlər: X10 (sədrlik edən və məruzəçi), X3 və X1) ilə Bakı İnzibati Məhkəməsinin 11 yanvar 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki, hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz. Və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. (30 aprel 2019-cu il tarixli, 2-1 (102)-283/2019 saylı qərar) Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. b. kassasiya şikayətinə etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) ç alışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 19. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; Vətəndaşl arın pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı: Xİİ Bölmə, Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı, 1- ci bənd Qazma, «a» yarımbəndi fəhlələr, kod 2130100a—18494 - nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr güzəştli pensiya hüququna malikdirlər.

21. İnzibati Prosessual Məcəllə: Maddə

14. Sübut etmə vəzifəsi 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Ma ddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetər li hesab olunur.

27. Qanunvericiliyin hazırkı qərarın 19-21-ci bəndlərində istinad olunan normalarına görə, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Həmçinin qeyd edilməlidir ki, iddiaçı 6 dekabr 1978-ci ildən 2 avqust 1995-ci ilədək “Azneft” İstehsalat Birliyinin istehsalat xidməti mərkəzi bazasında X7 və avtomatika (NÖC və A) üzrə çilingər vəzifəsində işləmişdir (16 il 7 ay 26 gün). İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. İddiaçının işlədiyi həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur - Xİİ Bölmə, Qazma, neftin, qazın və qaz kondensatlarını n hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı, 1-ci bənd Qazma, «a» yarımbəndi fəhlələr, kod 2130100a—18494 nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr güzəştli pensiya hüququna malikdirlər. Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və 1 yanvar 2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur (cəmi 16 il 07 ay 26 gün). İddiaçının təqdim etdiyi iş yerindən arayışlarda da onun işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir.

29. Beləl iklə, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün o, 1 yanvar 2006-ci il tarixdə 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi staja malik olmuşdur.

30. Odur ki, hazırkı qərarın 22-ci bəndində göstərilən normanın tələbinə uyğun olaraq, sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh, iddiaçıya pensiya təyin edilməsini istisna edən faktiki halların mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 aprel 2022-ci il tar ixli, 2-1(103)-293/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar