Məhkəmə qərarları › İş №2-1(102)-1318/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1318/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1318/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə görə maliyyə sanksiyası tətbiq edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarının ləğv edilməsi” tələbinə dair inzibati i ş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 fevral 2023-cü il tarixli, 2-1(106)-31/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********0663 nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarı ilə vergi ödəyicisi İddiaçı (VÖEN: **********) məxsus olan Masallı rayonunun Çaxırlı kəndində yerləşən “Möcüzə Palace” şadlıq evində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilm əsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır.

2. Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndələri dövlət vergi müfəttişləri X4 və X8 iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktda qeyd edilmişdir ki, Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********0663 nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarına əsasən Masallı rayon Çaxırlı kəndi ərazisində yerləşən “Möcüzə Palace” şadlıq evində yoxlama zamanı vergi ödəyicisi İddiaçı obyektdə olmadığı üçün özlərini vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi kimi təqdim edə n X9 və vergi ödəyicisinin oğlu polis əməkdaşı X2 təqdim edilmiş qərar və tələbnamələrlə tanış olmaqdan və imza etməkdən, izahat verməkdən imtina etdilər. Vergi ödəyicisi İddiaçı obyektə gəlməsini tələb etdikdə onun xəstə olduğundan gələ bilməyəcəyini bildirdilər. Beləliklə, M.Dadaşov və polis leytenantı N.Quliyev özlərini qeyrisəmimi apararaq tərtib olunmuş aktla tanış olmaqdan, akta imza etməkdən və onun surətini almaqdan imtina etdilər.

3. Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********9408 nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məc əlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək məsuliyyətə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********9408 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında №**********9408-li 17 sentyabr 2021-ci il tarixli Qərara əsasən barəsində 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qərarda göstərilir ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin qərar tam qanunsuz və əsassız olmaqla ədalətsizdir. 20 sentyabr 2021-ci il tarixdə ona vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnaməyə əsasən müəyyən edilmiş hallardan biri də vergi qanunv ericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarıdır. Cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında №**********9408-li Qərarın qəbul edilməsindən ötrü əsas olmuş Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə o perativ vergi nəzarətinin nəticəsi haqqında 05 avqust 2021-ci il tarixli seriya DVX № 002264 -li AKT-a əsasən müəyyən edilmişdir ki, o, İddiaçı Masallı rayonunun Çaxırlı kəndində yerləşən “Möcüzə Palace” şadlıq evində 2 (iki) nəfər fiziki şəxsi əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərə və xidmətlərə cəlb etmişdir. Sözügedən aktın özü tamamilə əsassızdır. İlkin olaraq ona görə ki, həmin aktda əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərə və xidmətlərə cəlb edilmiş şəxslərin “Möcüzə Palace” şadlıq evində işlərə və xidmətlərə cəlb edilməsi absurddur və bu istiqamətdə heç bir sübut yoxdur, bu istiqamətdə hər hansı formada izahatlar və ifadələr alınmamışdır. Eləcə də qeyd edilən şəxslərin həmin şadlıq sarayında işlərə cəlb edilməsini təsdiq edən foto şəkillər və vi deo görüntüləri əks etdirən disk və ya hər hansı digər sübutlar da müəyyən edilməmişdir. Həmin xüsusatlar vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında №**********9408-li Qərarın qanunsuzluğuna və əsassızlığına kifayət qədər dəlalət edir, ikincisi də, qeyd etməli olduğum ən əsas məqamlardan biri ondan ibarətdir ki, şadlıq sarayında işlərə və xidmətlərə o, heç vaxt heç kimi cəlb etmir. Çünki, buna zərurət olmur. Oradakı qaydalar belədir ki, toyu keçiriləcək şəxslər və ya həmin şəxslərin gətirdiyi işçi qüvvələri (aşpaz, ofisiant və digər xidmət personalı) bu məsələləri həll edir və toyda xidmətin təşkilini özləri aparırlar. Məhz bu baxımdan xidmət göstərilməsinə tərəflərindən kiminsə cəlb edilməsi məntiqsizdir. Ona görə də o, bu qərarı tam qa nunsuz və əsassız hesab edir. Əgər belə bir hal varsa qanunvericiyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.1, 3.2, 3.3, 3.4, 3.9, 3.11-ci maddələrinə əsasən vergilər haqqında qanunvericilik vergi tutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-cı maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzr, məhkəmə icraat, inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfin dən həyata keçirilir. Həmin Məcəllənin 2.2 və 2.2.1- ci maddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.1 -ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Qeyd olunan Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə baş qa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqtim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Ba ş İdarənin xx.xx.2021-ci il tarixli **********0663 nömrəli qərarına əsasən xx.xx.2021-ci il tarixdə saat 17:30-da vergi ödəyicisi İddiaçı fəaliyyət göstərdiyi “Möcüzə Palace” şadlıq evində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə 2 nəfər işçi cəlb olunması əməkdaşları tərəfindən aşkar edilmiş və bu halla bağlı seriya DVX 002264 nömrəli akt tərtib olunmuşdur. Operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin oğlu Masallı rayon Polis şöbəsinin polis leytenantı vəzifəsində işləyən X2 yoxlama prosesində iştirak etmiş, vergi ödəyicisi olan anası İddiaçı obyektə gəlməsinə və obyektə əmək müqaviləsi olmadan işə cəlb olunan 2 nəfərin (Masallı rayon Çaxırlı kənd sakinləri X9 (AZE13720954, FİN: 4AS3U5F) və Şahid1 (AZE: ********, FİN: xxxxxxx)) izahat verməsinə maneçilik yaradaraq yoxlama zamanı tərtib olunmuş akta imza etməsinə şərait yaratmamışdır. Həmin obyektin faktiki sahibi Masallı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 121 nömrəli sərəncamı və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (seriya RX 0175636) əsasən X1r və anası İddiaçı icarə əsasında vermişdir. xx.xx.2021-ci il tarixdə **********118000 nömrəli bildiriş əlavələr ilə birlikdə vergi ödəyicisinə göndərilmiş və poçtdan geri qayıtmamışdır. Həmçinin vergi ödəyicisi İddiaçı keçirilmiş operativ vergi nəzarəti tədbirinə baxılması üçün xx.xx.2021-ci il tarixə saat 11:00-a Baş İdarəyə dəvət olunmasına baxmayaraq gəlməmiş və ya hər hansı təsdiqedici sənəd təqdim etməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 26.2-ci maddəsinə əsasən vergi orqanlarının vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar digər dövlət hakimiyyəti orqanları vergi orqanlarına kömək etməyə və zəruri hallarda müəyyən edilmiş qaydada onlara lazımi məlumatları verməyə borclu olduğu halda Çaxırlı kənd ərazi nümayəndəliyi həmin işçilərin iş yeri barədə arayışı müxtəlif bəhanələr gətirərək verməmişdir. Eyni zamanda, vergi ödəyicisi İddiaçı (VÖEN **********) sahibkarlıq fəaliyyəti həyata keçirdiyi “Möcüzə Palace” şadlıq evində tədbir zamanı qeyd olunan işçilərlə və ya digər işçilər ilə rəsmi əmək müqaviləsi bağlamamışdır.

7. Şirvan İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2-1(120)-466/2022 nömrəli qərarı (hakim: X10) ilə iddia təmin edilmiş, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021ci il tarixli, **********9408 nömrəli qərarı ləğv edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə əmək müqaviləsi olmadan onu işə cəlb etdiyini etiraf etməsi barədə izahat, həmçinin aktda adı olan 2 nəfər şəxslərdən izahat alınması və akta onların imza etmələri vergi orqanının əməkdaşları tərəfindən təmin edilməmiş, habelə bütövlükdə həmin və digər şəxslərin sözügedən obyektdə olmaları və işləmələri yalnız aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir. Vergi orqanın əməkdaşları pozuntu faktını foto və ya video çəkilişlə qeydə almaq hüquqları olduğu halda bunu etməmişlər, ona görə də hazırki halda iddiaçının əmək müqaviləsi olmadan hansısa şəxsləri işə cəlb etməsini əsaslandıran mötəbər sübut təqdim edə bilməmişdir. Həmçinin xx.xx.2021-ci il tarixli, 002264 nömrəli akta nəzər yetirildikdə yalnız vergi əməkdaşları tərəfindən imza edildiyi, X3 akta imza etməkdən imtina etməsi və Şahid1 barəsində isə ümumiyyətlə heç bir məlumat əks etdirilməməsi müəyyən edilmişdir. X9 məhkəmə iclasında ifadə verərək şadlıq sarayının işçisi olmadığını, həmin gün toyda iştirak etdiyini, toy sahibinin tapşırığı ilə şadlıq evinə məxsus anbarın qabağında olduğunu, anbara nəzarət etdiyini təsdiq etmişdir, vergi əməkdaşları tərəfindən ondan izahat alınmadığını bildirmişdir. Dövlət vergi müfəttişi vəzifəsində çalışan X15 şahid qismində ifadəsində onları şadlıq evində Mübariz və Vüqar adlı şəxslərin qarşıladığını, onların izahatlarını alandan sonra Mübariz və Vüqar şa dlıq evinin işçiləri olduqlarına əmin olduqlarını bildirsə də, cavabdeh orqan tərəfindən həmin izahatlar məhkəməyə təqdim edilə bilməmişdir. Bu hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh orqan operativ vergi yoxlaması apararkən hazırki qeyd olunan maddi hüquq normalarında nəzərdə tutulan tədbirlər görə bilərdi, o cümlədən göstərilən şəxslərin izahatlarını ala bilərdi. Lakin vergi orqanının əməkdaşları pozuntu faktını foto və ya video çəkilişlə qeydə almaq və həmin şəxslərdən izahat almaq hüquqları olduğu halda bunu etməmişlər, ona görə də hazırkı halda iddiaçının əmək müqaviləsi olmadan X3 və Şahid1 işə cəlb etməsini əsaslandıran mötəbər sübut təqdim edə bilməmiş, cavabdeh adları çəkilən şəxslərlə əmək müqaviləsi bağlanmadan onların işə cəlb edil məsinə istinad etsə də, öz qərarında bu halı əsaslandırmamış, məhkəmə iclaslarında da iddiaçının həmin şəxsləri həqiqətən əmək müqaviləsi bağlamadan işə cəlb etdiyini sübut edə bilməmişdir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

10. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 yanvar 2022-ci il tarixli, 2-1(103)-140/2022 nömrəli qərarı (hakimlər: X13 (sədrlik edən və məruzəçi), X11 və X12) ilə Şirvan İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şika yəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində işin halları, iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qərarın ləğvi zaman video və foto çəkilişin aparılmamasını dəlil kimi irəli sürmüşdür. Buna cavab olaraq qeyd edilməlidir ki, Vergi Məcəlləsində OVN zamanı mütləq qaydada video və foto çəkilişin aparılması öhdəliyi vergi orqanının üzərinə qoyulmamışdır. Ona görə bu dəlil də qərarın ləğvinə səbəb ola bilməz. Operativ vergi nəzarəti formasının əhatə etdiyi məsələlərdən biri kimi AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərə findən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi nəzərdə tutulmuşdur. xx.xx.2021-ci il tarixli **********0663 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2021-ci il tarixdə operativ vergi nəzarəti keçirilmişdir. Həmin qərara əsasən adı qərarda qeyd olunan və operativ vergi nəzarətinin keçirilməsi tapşırılmış vəzifəli şəxslərin vergi qanunvericiliyinin tələblərinə riayət olunması şərtilə vergi ödəyicisinin ərazisinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olmağa, habelə sənədlərinə və əşyalarına baxış keçirmək səlahiyyətləri vardır. Vergi Məcəlləsinin 50.6-cı maddəsində qeyd olunduğu kimi OVN tədbirlərinin nəticəsi AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən müəyyən olunmuş formada tərtib edilmiş xx.xx.2021-ci il tarixli DVX seriyalı 002264 nömrəli aktla rəsmiləşdirilir. Bildiririk ki, Qaydaların tələblərinə uyğun olaraq yoxlamaya cəlb olunmuş vergi orqanının vəzifəli şəxsi(ləri) vergi ödəyicisindən və ya onun vəzifəli şəxslərindən nəzarətin mövzusuna aid olan sənədləri və əmək müqavilələrini alaraq tanış olur, OVN həyata keçirildiyi vaxta vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilir, işəgötürənlə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslər arasında əmək müqavilələrinin (kontraktların) mövcudluğu araşdırılır, zərurət olduğu halda bu müqavilələrin (kontraktların) surətləri götürülür. Daha sonra əmək müqavilələri (kontraktları) bağlamadan işlər in (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin sayı və bu şəxslərin adı, atasının adı, soyadı, şəxsiyyətlərini təsdiq edən sənədin adı və rekvizitləri müəyyənləşdirilərək siyahı tərtib olunur və akta əlavə olunur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsi üzrə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsinin əsasını Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığı təşkil edir. Vergi məsuliyyətinə cəlb edilməsi üçün əsas olan mübahisə predmeti üzrə əməlin (hərəkət və ya hərəkətsizliyin) baş verməsi hüquq pozuntusu sayılmaqla əməli törədən şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün əsas yaradır. b. kassasiya şikayətinə etirazın dəlilləri

14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları... 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgöt ürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

16. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mü bahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən ş əxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbl əri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxar ı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesa b olunur.

22. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə görə maliyyə sanksiyası tətbiq edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirmə si ilə də razılaşır.

23. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz.

24. Qanunvericiliyin mənasından göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz.

25. İnziba ti icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-nin 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inziba ti icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.

26. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı in zibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada, cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.

27. Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısını n alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar - kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir.

28. Hazırkı iş üzrə cavabdeh vergi orqanı iddiaçı barəsində operativ vergi yoxlamasının həyata keçirilməsi qərarına gəlsə də, operativ vergi nəzarətinin nəticələrinin protokollaşdırılmasında Vergi Məcəlləsinin tələblərinə əməl etməmişdir.

29. Halbuki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş və 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliklər nəticəsində həmin Məcəllənin 41-ci maddəsi aşağıdakı məzmunda qeyd edilmişdir: - 41.1. Vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. - 41.2. Bu Məcəllənin 41.1-ci maddəsi ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Foto və (və ya) video çəkilişin nəticələri üçüncü şəxslərə yalnız vergi ödəyicisinin yazılı razılığı əsasında açıqlana bilər.

30. V ergi qanunvericiliyinin tələbləri baxımından, cavabdeh vergi orqanı iddiaçıya məxsus obyektdə aşkar etdiyi pozuntuları protokollaşdırmalı, foto və (və ya) video çəkilişdən istifadə etməli olduğu halda bunları etməmişdir. Nəzərə alınmalıdır ki, yalnız foto və (və ya) video çəkilişdən istifadə edilərək protokollaşdırılan hallar məhkəmə və ya inzibati icraat çərçivəsində sübut qismində istifadə oluna bilər. Hazırkı halda, vergi qanunvericiliyinin tələbləri baxımından, iddiaçı barəsində məsuliyyət qərarlarının qəbul edilməsi üçün sadəcə, cavabdeh tərəfindən tərtib edilmiş aktlara istinad edilməsi mötəbər əsas kimi qəbul edilə bilməz.

31. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.6-cı maddəsində operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib olunduğu qeyd edilsə də, eyni zamanda operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edildiyi də göstərilmişdir ki, bu da həmin Məcəllənin 41-ci maddəsində qeyd olunan xüsusatların operativ vergi nəzarətinə də şamil olunduğunu ehtiva edir.

32. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın əməkdaşları tərəfindən İddiaçı, həmçinin aktda adı olan 2 nəfərdən izahat alınması və akta onların imza etmələri təmin edilməmiş, habelə həmin şəxslərin sözügedən obyektdə olmaları və işləmələri yalnız aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir. Həmçinin xx.xx.2021-ci il tarixli, 002264 nömrəli akta nəzər yetirildikdə yalnız vergi orqanı nın əməkdaşları tərəfindən imza edildiyi, X3 akta imza etməkdən imtina etməsi və Şahid1 barəsində isə, ümumiyyətlə, heç bir məlumat əks etdirilməməsi müəyyən edilmişdir. X9 məhkəmə iclasında ifadə verərək şadlıq sarayının işçisi olmadığını, həmin gün toyda iştirak etdiyini, toy sahibinin tapşırığı ilə şadlıq evinə məxsus anbarın qabağında olduğunu, anbara nəzarət etdiyini təsdiq etmişdir, vergi orqanı əməkdaşları tərəfindən ondan izahat alınmadığını bildirmişdir. Cavabdeh inzibati orqan operativ vergi yoxlaması apararkən maddi hüquq normalarında nəzərdə tutulan tədbirlər görə bilərdi, o cümlədən göstərilən şəxslərin izahatlarını ala bilərdi. Lakin cavabdeh inzibati orqanın əməkdaşları pozuntu faktını foto və ya video çəkilişlə qeydə almaq və həmin şəxslərdən izahat almaq hüquqları olduğu halda bunu etməmişdirlər. Cavabdeh iddiaçının əmək müqaviləsi olmadan X5 və Şahid1 işə cəlb etməsinə istinad etsə də, öz qərarında bu halı əsaslandırmamış, məhkəmə iclaslarında da iddiaçının həmin şəxsləri əmək müqaviləsi bağlamadan işə cəlb etdiyini sübut edə bilməmişdir.

33. Halbuki, Vergi Məcəlləsinin 36.2-ci və “İnzibati icraat haqqında” Qanunun 24cü maddəsinin tələbləri baxımından, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin, icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla bağlı onun mülahizələrini və arqumentlərini d inləmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir

34. İnzibati-Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.

35. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 fevral 2023-cü il tarixli, 2-1(106)-31/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar