Məhkəmə qərarları › İş №2-1(102)-1318/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1318/2024

03.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1318/2024 03.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın qeyri-mümkünlüyü, iddia müddətinin üzrsüz səbəbdən ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 dekabr 2023-cü il tarixli, 2-1(105)- 924/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya ilkin olaraq xx.xx.2016-cı il tarixdə “Xroniki tubulointerstisial nefrit, ikitərəfli xroniki pielonefrit” diaqnozu ilə ümumi xəstəlik səbəbindən beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

2. Əlillik müddəti bitdikdən sonra iddiaçının əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə yenidən qiymətləndirilmiş, “göndərişin natamam doldurulması – səbəb: əsas diaqnoz və ağırlaşmalarını təsdiq edən laborator-instrumental müayinələrin nəticələri, status localis və TSEK-ə göndərilən zaman xəstənin vəziyyəti dəqiqləşdirilsin və ətraflı qeyd edilsin” səbəbi ilə ona əlilliyin təyin olunmasından imtina edilmi şdir.

3. Bundan sonra iddiaçı barəsində səhiyyə müəssisəsinin verdiyi yeni göndəriş cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş, “Əlavə müalicəyə ehtiyacın olması – səbəb: xəstənin müalicə müddəti yetərli deyil” səbəbi ilə ona əlilliyin təyin olunmasından imtina edilmişdir.

4. Növbəti dəfə iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdə qiymətləndirilərək “Əlavə müalicəyə ehtiyacın olması – səbəb: Xəstədə son bir il ərzində əsas diaqnozun ağırlıq dərəcəsinə görə stasionar müalicə kursu yetərli deyil, ixtisaslaşmış müayinə və müalicənin davam olunmasına ehtiyac var, klinik obyektiv laborator və instrumental müayinələri tam aparılmamışdır, dəqiqləşdirilsin” səbəbi ilə ona əlilliyin təyin olunmasından imtina edilmişdir.

5. Sonuncu dəfə iddiaçı barəsində səhiyyə müəssisəsi tərə findən verilmiş xx.xx.2022-ci il tarixli, 0215003AAFJJ nömrəli göndəriş cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş, “Göndərişin natamam doldurulması – Səbəb: xroniki böyrək xəstəliyi 2-ci mərhələ qeyd edildiyi halda, ağırlaşma kimi xroniki böyrək xəstəliyi 3-cü mərhələ qeyd edilmişdir. Əsas diaqnoz və ağırlaşmalarını dəqiqləşdirmək üçün xəstənin ixtisaslı tibb müəssisəsində ətraflı müayinədən keçməsi məsləhətdir” səbəbi ilə ona əlilliyin təyin olunmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xroniki böyrək çatışmazlığı xəstəliyi ilə əlaqədar xx.xx.2017-ci il tarixdə 5 il müddətinə ikinci qrup əlillik təyin edilmişdir. Həmin müddət bitikdən sonra iddiaçı yenidən müayinə olunmuş və onun vəziyyətinin daha da ağırlaşması müəyyən edilmişdir. Bundan sonra iddiaçı əlilliyinin müəyyən edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə ona imtina cavabı verilmişdir. Həmin imtina məktubu iddiaçıya xx.xx.2023-cü il tarixdə poçt xidməti vasitəsilə çatdırılmışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuzdur.

9. Cavabdeh iddiaya qarşı məhkəməyə etiraz təqdim edərək iddianın təmin olunmamasını xahiş etmişdir.

10. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: Vəfa Əzizova) 25 sentyabr 2023-cü il tarixli, e-2-1(118)-3588/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində sonuncu dəfə səhiyyə müəssisəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş Forma 088 (göndəriş) cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə qiymətləndirilərək iddiaçıya əlilliyin təyin olunmasından imtina edilmişdir. İnzibati prosessual qanunvericiliyin tələbinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıl a bilər. İndiki halda isə iddiaçının məhkəməyə müraciət etmək hüququ cavabdehin imtinasını aldığı gündən 30 gün ərzində mövcud olduğu halda, iddiaçı iddia ərizəsi ilə məhkəməyə bir ilə yaxın müddət keçdikdən sonra müraciət etmişdir.

12. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılaraq işin birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Hökümə Babayeva /sədrlik edən və məruzəçi/, Zaur Məmmədov və Gülnar Cabbarova) 27 dekabr 2023-cü il tarixli, 2-1(105)-924/2023 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

14. Ap ellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərində cavabdehin sonuncu imtinasından yalnız xx.xx.2023-cü il tarixli məktubun ona təqdim edildiyi xx.xx.2023-cü il tarixdən məlumatlı olduğunu bildirmişdir. Kollegiya şikayətin həmin dəlilini əsassız hesab edərək qeyd edir ki, işin xüsusatlarından göründüyü kimi, iddiaçıya xx.xx.2022-ci tarixdə əlilliyin təyin edilməsindən imtina cavabı verildikdən sonra o, əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətinə cavab olaraq onun əlillik vəziyyətinin Abşeron rayon Mərkəzi Xəstəxanasının 0215003AAFJJ nömrəli göndərişi əsasında xx.xx.2 022-ci il tarixdə qiymətləndirildiyini və göndərişin natamam doldurulması səbəbilə səhiyyə müəssisəsinə geri qaytarıldığını qeyd etmiş, bununla əlaqədar, yenidən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə əlillik vəziyyətinin qiymətləndiriləcəyini bildirmişdir. Yəni, iddiaçının istinad etdiyi xx.xx.2023-cü il tarixli məktubla cavabdeh tərəfindən onun əlilliyinin xx.xx.2022-ci il tarixdə qiymətləndirildiyi bildirilmiş və göndəriş natamam doldurulduğundan onun müvafiq səhiyyə müəssisəsinə geri qaytarılması barədə iddiaçıya təkrarən məlumat verilmişdir. Bu baxımdan, kollegiya şikayətin həmin dəlilini əsassız hesab edir.

15. Hazırkı halda iddiaçıya sonuncu dəfə xx.xx.2022-ci il tarixli, 0215003AAFJJ nömrəli göndəriş əsasında göndərişin natamam doldurulması səbəbi ilə əlilliyin təyin olunmasından imt ina edildiyindən, o, yenidən tibb müəssisəsinə müraciət edərək həmin göndərişdə qeyd edilən nöqsan aradan qaldırılmaqla barəsində yeni göndəriş tərtib edilməsini, daha sonra qiymətləndirilməsi üçün TSEK-ə göndərilməsini tələb edə, müraciəti təmin edilmədiyi təqdirdə isə inzibati məhkəməyə müraciət edə bilər.

16. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

17. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasını n İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yaln ız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahi dliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 20. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015- ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu halla ra da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə ki fayətlənmək mümkündür.

26. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

27. Hazırkı mübahisədə iddiaçının tələbi əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına yönəlmişdir. İddiaçının əsl hüquqi marağı və məqsədi isə cavabdeh tərəfindən ona əlilliyin təyin edilməsi barədə qərarın (əlverişli inzibati aktın) qəbul edilməsinə nail olmaqdan ibarətdir. Bu baxımdan hazırkı iddia məcburetmə haqqında iddia növünə aiddir.

28. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərində n asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.

29. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

30. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır.

31. Yuxarıda istinad olunan normalara görə, məcburetmə növündə iddiaların qaldırılması da iddia müddətinə bağlıdır və iddia müddəti, şəxsin tələb etdiyi inzibati aktın qəbul olunmasından imtina barədə müvafiq inzibati aktın ona təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müəyyən olunmuşdur.

32. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən, iddiaçı məcburetmə haqqında iddia ilə məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür.

33. Belə ki, iş üzrə materiallardan görünür ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə Abşeron rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 0215003AAFJJ nömrəli göndərişi əsasında qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəbi ilə xx.xx.2022-ci il tarixdə ona əlilliyin təyin olunmasından imtina edilmişdir. İddiaçı isə prosessual qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddət keçdikdən sonra məhkəmədə hazırkı iddianı qaldırmışdır.

34. Eyni zamanda, iddiaçı tərəfindən iddianın vaxtında qaldırılmasını və ya müddətin onun təqsiri olmadan buraxılmasını təsdiq edən sübutlar, eləcə də müddətin bərpasına dair ərizə (vəsatət) məhkəməyə təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, prosessual müddət yalnız proses işti rakçısının təqsiri olmadan buraxıldığı hallarda bərpa edilə bilər.

35. Göründüyü kimi, iddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli imtina qərarından məlumatlı olmasına və həmin zaman kəsiyində iddia qaldırmaq imkanına malik olmasına rəğmən, həmin zaman kəsiyində iddia qaldırmamışdır. İddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur.

36. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.

37. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda ha qlı sayıla bilməzlər.

38. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

39. Məhkəmə kollegiyası iddiaçıya hüquqi yardım baxımından qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Abşeron rayon Mərkəzi Xəstəxanasına müraciət edərək, xx.xx.2022ci il tarixli, 0215003AAFJJ nömrəli göndərişdə qeyd edilən nöqsanlar aradan qaldırılmaqla barəsində yeni göndərişin tərtib edilməsini, daha sonra onun əlillik vəziyyətinin qiy mətləndirilməsi üçün həmin göndərişin TSEK-ə göndərilməsini tələb edə bilər.

40. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 dekabr 2023-cü il tarixli, 2-1(105)-924/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar