Məhkəmə qərarları › İş №2-1(102)-1318/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1318/2025

05.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1318/2025 05.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya tələbi, iddia tələbinin ifadə tərzi, zərərin əvəzinin ödənilməsi üsulları) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “ünvan 1 ünvanında yerləşən binadan mənzillə təmin olunması” tələbinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 dekabr 2024-cü il tarixli, 21(108)-119/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. MH seriyalı, ******* nömrəli “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış”a əsasən Naxçıvan şəhəri, H.Əliyev prospektində istifadədə olan 0.0556 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində 38,83 kv.m. ümumi, 27,66 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 9 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/1 nömrəli reyestr kitabının 174 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi **********71-05101-093004, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009).

2. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 28 mart 2016-cı il tarixli, 67 nömrəli sərəncamına əsasən Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 2 və 4 nömrəli binalar qəzalı vəziyyətdə olduğu üçün sökülmüşdür.

3. Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən Naxçıvan Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 28 fevral 2023-cü il tarixli, 02/91 nömrəli məktubdan görünür ki, Naxçıvan şəhəri, H.Əliyev prospektində (X1 yanı) yerləşən mənzilin 2016-cı ildə sökülməsinə, İddiaçı kompensasiya ödənilməsinə və ya əvəzinin verilməsinə dair sərəncam, maliyyə sənədləri olması barədə hər hansı məlumat Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivində mövcud deyil.

4. İddiaçı ünvan 1 ünvanında yerləşən binadan mənzillə təmin olunması tələbi ilə bağlı cavabdehə müraciət etmişdir.

5. Cavabdeh in 10 mart 2020-ci il tarixli, 27/Q-27 nömrəli məktubundan görünür ki, H.Əliyev prospekti 4 ünvanında yerləşən qəzalı vəziyyətdə olan binanın sökülməsi zamanı həmin binada yaşayan bütün sakinlər yeni inşa edilmiş çoxmərtəbəli binada mənzillə təmin olunmuşlar. Sökülən mənzilin əvəzində ünvan 4 ünvanında 3 otaqlı, 23 nömrəli mənzil iddiaçı üçün ayrılmışdır.

6. Cavabdehin 06 dekabr 2023-cü il tarixli, 5-5/2-1819/2023 nömrəli məktubundan görünür ki, iddiaçıya məxsus olmuş Naxçıvan şəhəri, H.Əliyev prospekti, bina 4 qəzalı vəziyyətdə olduğu üçün sökülmüş, sökülən mənzillərin əvəzində həmin binanın sakinləri 2016-cı ildə istifadəyə verilmiş Ə.Qəmküsar küçəsi, bina 22 ünvanında yeni mənzillərlə təmin edilmişlər. ünvan 5 ünvanında yaşayan İddiaçı məxsus ümumi sahəsi 52,36 kv.m. olmuş iki otaqlı mə nzilin əvəzində Naxçıvan şəhərinin Ə.Qəmküsar küçəsində inşa olunmuş 22-ci binada ümumi sahəsi 97,36 kv.m. olan üçotaqlı 23 nömrəli mənzil təklif edilməsinə baxmayaraq o, mənzili qəbul etməkdən imtina etmişdir. Hal-hazırda iddiaçıya təklif edilən ünvan 4-də yerləşən 23 saylı mənzil dövlət mülkiyyətindədir, istifadəyə və ya xüsusi mülkiyyətə verilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən binadan mənzillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 6 ünvanında yerləşən mənzil *** *******71-05101-093004 reyestr nömrəsi ilə ona məxsus olmuşdur. Həmin yaşayış evi və həyətyanı torpaq sahəsi dövlət ehtiyacları üçün alındığından o, həmin yerdə inşa olunmuş mənzillə təmin olunmalı idi. Lakin bina tikilsə də, mənzillə təmin edilməmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyətinin ona göndərdiyi məktubda bildirilir ki, H.Əliyev prospekti 4 ünvanında yerləşən qəzalı vəziyyətdə olan binanın sökülməsi zamanı həmin binada yaşayan bütün sakinlər yeni inşa edilmiş çoxmərtəbəli binada mənzillə təmin olunmuşlar. Sökülən mənzilin əvəzində Naxçıxan şəhəri, Ə.Qəmküsar küçəsi, ev 22 ünvanında 3 otaqlı, 23 nömrəli mənzil onun üçün ayrılmışdır. Məktubda onun mənzillə təmin edildiyi yazılsa da, lakin ona heç bir mənzil verilməmişdir. Həmin ünvanda yerləşən bina köhnə olmaqla qəzalı vəziyyətdədir.

9. Cavabdeh iddiaya dair yazılı münasibətində bildirmişdir ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının “Naxçıvan şəhəri, H.Əliyev prospekti, bina 2 və 4 saylı binalarının qəzalı vəziyyətdə olduğu üçün söküldüyündən orada yaşayan vətəndaşlara sökülmüş mülklərinin əvəzinə yeni mənzil verilməsi”nə dair 28 mart 2016-cı il tarixli, 67 nömrəli qərarına əsasən H.Əliyev prospekti, bina 2 və 4 saylı binaların sakinləri Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi, 22 saylı binada mənzillərlə təmin edilmişlər. İddiaçı sökülən ünvan 1 ünvanında ümumi sahəsi 38.83 kv.m olmuş 2 otaqlı mənzilin əvəzində ünvan 11 saylı binada 3 otaqlı, ümumi sahəsi 97.86 kv.m olan 23 nömrəli mənzilin ayrıldığı məlum olmuşdur. Qəzalı olduğu üçün sökülən binaların sakinləri mənzilləri qəbul edərək həmin mənzillərə köçmüş, lakin İddiaçı ona verilən mənzili qəbul etməkdən imtina etmişdir. İddiaçı İcra Hakimiyyətinə hər müraciətində ünvan 11 saylı binada 3 otaqlı, ümumi sahəsi 97.86 kv.m olan 23 nömrəli mənzil iddiaçıya təklif edilmişdir. 06 fevral 2024-cü il tarixdə İddiaçı Naxçıvan Şəhər İcra Hakimiyyətinin inzibati binasında, əməkdaşların iştirakı ilə həmin mənzilin və Naxçıvan şəhəri, Xətai məhəlləsində ticarət obyekti tikilməsi üçün 500 kv.m torpaq sahəsi təklif edilməsinə baxmayaraq o, mənzilə köçməkdən imtina etmişdir. İddiaçı Naxçıvan şəhəri, H.Əliyev prospekti, bina 4 ünvanında yerləşən binadan mənzillə təmin olunması ilə bağlı araşdırma zamanı iddia edilən H.Əliyev prospekti, 4 saylı binada yerləşən 6 yaşayış sahəsinə vətəndaşlar tərəfindən alqı-satqı müqavilələri bağlandığı, sonradan daşınmaz əmlakın dövl ət qeydiyyatından keçirərək həmin yaşayış sahələrinin xüsusi mülkiyyətə keçirildikləri müəyyən olunmuşdur. İddiaçı qəzalı vəziyyətdə olduğu üçün sökülmüş mənzilinin əvəzində Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış mənzilə ailəsi ilə birlikdə köçüb yaşamasının dəfələrlə təklif edilməsinə baxmayaraq bundan imtina etməsi səbəbindən iddia əsassız hesab edilməlidir.

10. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2-1(122)-21/2024 nömrəli qərarı ilə (hakim H.Muradov) iddia təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus ünvan 7 ünvanında yerləşən mənzil 2016-cı ildə cavabdeh ünvan 8 qəzalı vəziyyətdə olduğu üçün sökülmüşdür. İddiaçının mülkiyyət hüquqlarının pozulması işin müb ahisəsiz halına aiddir. Bu hal cavabdeh inzibati orqan tərəfindən də etiraf edilir. Lakin qeyd edilməlidir ki, iddiaçının pozulmuş mülkiyyət hüquqlarının qarşılığında ona kompensasiya məqsədi ilə mənzil və torpaq sahəsi təklif edilmişdir. Bu barədə cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş akt iş materiallarına əlavə edilmişdir. Lakin icra nümayəndəliyi tərəfindən verilmiş məlumatda da qeyd edildiyi kimi iddiaçının iddia etdiyi Naxçıvan şəhəri, H.Əliyev prospekti, bina 4 ünvanında yerləşən binadakı bütün mənzillər hazırda xüsusi mülkiyyətə verilmişdir. İddiaçının tələbinin icrası hazırkı vəziyyətdə qeyrimümkündür. Belə ki, iddiaçının iddia etdiyi binadakı mənzillər hazırda Naxçıvan Şəhər İcra Hakimiyyətinin mülkiyyətində olmadığından iddiaçıya həmin binadan mənzil verilə bilməz.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat

13. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 dekabr 2024-cü il tarixli, 2-1(108)-119/2024 nömrəli qərarı ilə (hakimlər: S.Bəktaşi – məruzəçi, Y.Qurbanov və V.Quliyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 21(122)-21/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin e dilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir.

17. Kassator əlavə olaraq qeyd edir ki, Naxçıvan Şəhər 5 saylı Mənzil-İstismar İdarəsinin məlumatına əsasən Naxçıvan Şəhər İcra Hakimiyyətinin balansında olan H.Əliyev prospektində tikilən 7 mərtəbəli 6 mənzilli binanın 1-ci mərtəbəsində “Atəşgah” Sığorta yerləşir, qalan 6 mərtəbəsi, yəni H.Əliyev prospekti, bina 4, mənzil 1 – ******* nömrəli alqı-satqı müqaviləsi əsasında, mənzil 2 – ******* nömrəli alqı-satqı müqaviləsi əsasında, mənzil 3 – ******* nömrəli alqı-satqı müqaviləsi əsasında, mənzil 4 – ******* nömrəli alqı-satqı müqaviləsi əsasında, mənzil 5 - 22 yanvar 2020-ci il tarixli, 07 nömrəli Sərəncam əsasında, mənzil 6 – ******* nömrəli alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Birinci və apellyasiya instansiyalarında aparılan araşdırma zamanı təqdim edilmiş arayışda əks olunan məlumatların həqiqəti əks etdirib-etdirməməsi yoxlanılmamışdır. Belə ki, qeyd olunan reyestr nömrəli alqı-satqı müqavilələrinin həqiqətdə mövcud olub-olmaması, bundan başqa həmin alqı-satqı müqavilələrinin kimlər arasında bağlanması, hansı notariat ofisində bağlanması, mənzillərin satış məbləğlərinin nə qədər olması, alqı-satqı müqaviləsindəki satıcının kim olması, əgər satıcı icra hakimiyyəti olmuşdursa, xüsusi mənzilin söküntüsündən sonra həmin yerdə tikilən yeni mənzilin icra hakimiyyətinin balansına hansı əsaslarla keçməsi, bundan savayı həmi n mənzili icra hakimiyyəti olan cavabdeh hansı hüquqla satması və sair bu kimi iş üçün həlledici olan məlumatlar araşdırılmamışdır. Halbuki, tərəflərindən verilmiş sorğulara xx.xx.2025-ci il tarixində Naxçıvan şəhər 3 saylı notariat ofisindən cavab verilərək bildirilmişdir ki, qeyd olunan mənzillərdən 7 saylı mənzil ilə bağlı müqavilənin bağlanması haqqında məlumat aşkar edilməmişdir. Bundan başqa verilmiş cavab məktubunda bildirilmişdir ki, qeyd olunan mənzillərlə bağlı aşağıda göstərilən tarixlərdə alqı-satqı edilmişdir: 1 saylı mənzil ilə bağlı xx.xx.2024-cü il tarixində; 4 saylı mənzil ilə bağlı xx.xx.2024-cü il tarixində; 6 saylı mənzil ilə bağlı xx.xx.2024-cü il tarixində; 2 saylı mənzil ilə bağlı xx.xx.2024-cü il tarixində; 3 saylı mənzil ilə bağlı xx.xx.2024-cü il tarixində. Göründ üyü kimi iddiaçı cavabdehlə rəsmi mübahisələrini 2022-ci ildə, məhkəmə ilə bağlı mübahisəsini isə 17 fevral 2023-cü il tarixində başlatsa da, cavabdeh tərəfindən bütün mərhələlərdə həmin binada guya mənzillərin özgəninkiləşdirilməsi və orada mənzilin qalmaması haqqında həqiqətə uyğun olmayan məlumatlar verilmişdir. Halbuki iddiaçının məhkəməyə iddia ərizəsi ilə müraciət etməsinin üzərindən bir il iki ay keçdikdən sonra həmin mənzillər “özgəninkiləşdirilməyə” başlanmışdır. Bir günün içində üç, sonrakı üç günün içində isə iki mənzil özgəninkişləşdirilmişdir. Mübahisə olduğunu bilə-bilə beş mənzilin özgəninkiləşdirilməsinin on günün içində həyata keçirilməsi artıq bunu edənin xoş niyyətli olmamasından xəbər verir. Bundan başqa mənzillərin “satıldığı” şəxslərin şəxsiyyəti və harada işləmələri də yoxlanılsa, o zaman daha başqa məlumatların əldə edilməsi də mümkün olacaq. Lakin bütün bu sadalananlara baxmayaraq məhkəmə qanunvericiliklə üzərinə düşən öhdəliklərə riayət etməmişdir.

18. Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 13 və 60-cı maddələrinə, Mənzil Məcəlləsinin 1.1, 3.1, 3.2, 17.1, 17.2.1 və 24.1-ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 19 və 24-cü maddələrinə, İnzibati Prosessual Məcəllənin 12, 58, 82 və 87-ci maddələrinə istinad edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) v ə ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləs i: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şik ayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

23. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən e dilməsinə baxmayaraq, işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Məhkəmə kollegiyası buna dair mövqeyini aşağıdakılarla əsaslandırır.

26. İşin hallarından görünür ki, İddiaçı məxsus Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 4/9 ünvanında yerləşən mənzil 2016-cı il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüşdür. Bundan sonra sökülmüş binada yaşayan 26 ailədən 25 ailə ünvan 11 ünvanında ev ilə təmin edilmişlər. Lakin, qəzalı vəziyyətdə olduğu üçün sökülmüş Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 4/9 ünvanının mülkiyyətçisi İddiaçı ona təklif edilən mənzildən imtina etmişdir. Sonradan iddiaçıya dəfələrlə həmin ünvandakı mənzil ilə bərabər, Nax çıvan şəhəri, Xətai məhəlləsində torpaq sahəsi də təklif edilmişdir. Lakin iddiaçı bütün təkliflərdən imtina edərək, məhz qəzalı vəziyyətdə olduğu üçün sökülmüş binanın yerində tikilmiş Naxçıvan şəhəri, H.Əliyev prospekti, bina 4 ünvanında yerləşən binadan mənzillə təmin olunmasını tələb etmişdir.

27. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mülkiyyət hüquqlarının pozulması işin mübahisəsiz halıdır. Belə olan halda iddiaçının cavabdehdən mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranır.

28. Mülki qanunvericilikdə zərərin əvəzinin ödənilməsinin müxtəlif üsulları nəzərdə tutulmuşdur: naturada bərpa (zədələnmiş və ya məhv edilmiş əmlakın bərpası, eyni növlü və eyni keyfiyyətli digər əmlak verilməsi), pul kompensasiy ası və s.

29. Hazırkı halda iddiaçının Mülki Məcəllənin 459.1-ci maddəsinə əsasən sökülmüş əmlakının əvvəlki vəziyyətdə bərpa edilməsini tələb etməyə subyektiv hüququ olsa da, apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia etdiyi Naxçıvan şəhəri, H.Əliyev prospekti, bina 4 ünvanında yerləşən binadakı bütün mənzillərin hazırda xüsusi mülkiyyətə verilməsini, buna görə də, iddiaçının tələbinin icrasının hazırkı vəziyyətdə qeyri-mümkün olmasını qeyd etmişdir.

30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti -iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarı).

31. Hazırkı halda iddianın predmetini iddiaçının mülkiyyət hüququndan məhrum edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ təşkil edir. Zərərin əvəzinin naturada əmlakın bərpa edilməsi yolu ilə (iddiaçının iddia etdiyi H.Əliyev prospekti, 4 ünvanında yer ləşən binada və ya cavabdehin təklif etdiyi Ə.Qəmküsar küçəsi, 22 ünvanında yerləşən binada yerləşən mənzil vasitəsilə) ödənilməsinə dair tələb iddianın obyekti olmaqla zərərin ödənilməsinin qanunla müəyyən edilmiş üsullarından biridir.

32. Mülki Məcəllənin 1115-ci maddəsində də mülki qanunvericilik zərər vurulmuş şəxsə zərərin əvəzinin hansı üsulla ödənilməsini (naturada və ya vurulmuş zərərin əvəzinin pul kompensasiyası ilə ödənilməsi yolu ilə) işin hallarına uyğun olaraq müəyyənləşdirmək səlahiyyətini məhkəməyə aid etmişdir.

33. Cavabdehin Ali Məhkəməyə ünvanlandığı 04 fevral 2026-cı il tarixli 5-5/2203/2026 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı ailə üzvləri ilə birgə onun adına 13 may 2009-cu il tarixdə tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata al ınmış ünvan 13 ünvanında yerləşən 9 nömrəli mənzildə yaşamış, lakin həmin ictimai yaşayış binası qəzalı vəziyyətə düşdüyündən Naxçıvan Şəhər İcra Hakimiyyətinin 28 mart 2016-cı il tarixli, 67 nömrəli Sərəncamına əsasən sökülmüşdür. Müvafiq sərəncama uyğun olaraq Naxçıvan şəhəri H.Əliyev prospekti, 2 və 4 nömrəli binaların sakinləri (25 ailə), o cümlədən İddiaçı 2016-cı ildə istifadəyə verilən Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi, 22 nömrəli binadan yaşayış sahələri ilə təmin edilmişdirlər. Belə ki, ünvan 14 ünvanında yaşayan İddiaçı məxsus ümumi sahəsi 52.36 kv.m olmuş ikiotaqlı mənzilin əvəzində ona Naxçıvan şəhərinin Ə.Qəmküsar küçəsində inşa olunmuş 22-ci binada ümumi sahəsi 97.36 kv.m olan üçotaqlı, 23 nömrəli mənzil təklif edilmişdir. Buna baxmayaraq iddiaçı mənzili qəbul etməkdən imtin a etmişdir. Qeyd olunan mənzil hazırda dövlət mülkiyyətindədir, istifadəyə və ya xüsusi mülkiyyətə verilməmişdir. Hazırda həmin mənzilin açarları Naxçıvan Şəhər 1 saylı Mənzil İstismar İdarəsində saxlanılır.

34. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, hazırkı halda iddiaçıya vurulmuş zərərin sökülən binada mənzillə təmin edilmə yolu ilə ödənilməsi mümkün olmasa da, zərərin əvəzinin ödənilməsi digər üsulla – cavabdeh tərəfindən təklif olunan Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsində inşa olunmuş 22-ci binada ümumi sahəsi 97.36 kv.m olan üçotaqlı, 23 nömrəli mənzil vasitəsilə ödənilməsi mümkündür. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən onu da nəzərə alır ki, iddiaçının vaxtilə yaşadığı ərazidə 25 ailənin yaşadığı bina sökülmüş və həmin ailələr yeni binada, yəni iddiaçıya təklif olunan binada mənzillərlə təmin olunmuşdur.

35. Ona görə də, İddiaçı kassasiya şikayəti qismən təmin edilməli, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 dekabr 2024-cü il tarixli, 21(108)-119/2024 nömrəli qərarı ləğv edilməli, iddia qismən edilərək iddiaçının Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi, 22 nömrəli binada yerləşən, ümumi sahəsi 97,36 kv.m olan üçotaqlı 23 nömrəli mənzillə təmin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İddia qalan hissədə, yəni ünvan 1 ünvanında yerləşən binadan mənzillə təmin edilmə ilə bağlı hissədə rədd edilməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 dekabr 2024-cü il tarixli, 2-1(108)-119/2024 nömrəli qərarı ləğv edilsin. İddia qismən edilsin. İddiaçı Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi, 22 nömrəli binada yerləşən, ümumi sahəsi 97,36 kv.m olan üçotaqlı 23 nömrəli mənzillə təmin olunması öhdəliyi cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar