Məhkəmə qərarları › İş №2-1(102)-1319/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1319/2020

30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1319/2020 30.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı iş üzrə QƏRARİ Açar sözlər: Vəkillərin İxtisas Komissiyasının protokolunun (qərarının) ləğvi Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə, Cahanov Məhəmməd Atakişi oğlunun katibliyi, İddiaçı və cavabdehin vəkili Həsənov Fərid İzafət oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “Vəkillərin İxtisas Komisiyasının şifahi müsahibənin nəticələrinə dair xx xxxxx 2018- ci il tarixli 03 saylı protokolunun (qərarın) iddiaçıya aid olan hissədə ləğv edilməsi və cavabların məqbul qiymətləndirilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2885/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı vəkilliyə qəbul olunmaq üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyası vəkillərin İxtisas Komissiyasında xx xxxx 2018-ci il tarixdə keçirilən şifahi müsabiqədə iştirak etmiş, İxtisas Komissiyasının xx xxxxx 2018-ci il tarixli 03 saylı iclas qərarı ilə iddiçı ilə keçirilən müsabiqənin nəticəsi qeyri-məqbul q iymətləndirilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı iddia ərizəsi və tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, vəkillərin İxtisas Komissiyasının şifahi müsahibənin nəticələrinə dair xx xxxxx 2018-ci il tarixli 03 saylı protokolunun ona aid hissədə ləğv edilməsi, İxtisas Komissiyası tərəfindən keçirilən peşə yararlılığının müəyyən edilməsinə dair xx xxxx 2018-ci il tarixli 12 saylı şifahi müsahibədə ona ünvanlanmış suallara verdiyi cavabların məqbul qiymətləndirilməsi, onun peşə yararlılığının müəyyən edilməsinə dair müvafiq rəy verilməsi, müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimə buraxılması, tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirməsi şərti ilə Vəkillər Kollegiyasına ü zv qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Naxçıvan Dövlət Universitetinin hüquq fakultəsini 2010-cu ildə hüquqşünas ixtisası üzrə bitirmişdir. 2011-ci ildən başlayaraq bir sıra şirkətlərdə hüquqşünas olaraq çalışır. Hüquqşünas kimi ümumi əmək stajı 5 ildən çoxdur. 2016-cı ilin iyun ayında Vəkillər Kollegiyasına üzv qəbul olmaq məqsədilə müraciət etmişdir. Bunun əsasında Vəkillər Kollegiyası onu vəkilliyə namizəd kimi qeydə almışdır. xx xxxxxx 2018-ci ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən vəkilliyə ixtisas imtahanlarının birinci mərhələsi olan yazılı testdə iştirak etmiş və 63 bal toplamaqla mərhələni keçmişdir. xx xxxx 2018-ci ildə ixtisas imtahanın ın ikinci mərhələsi olan şifahi müsahibədə xx xxxx 2018-ci il tarixdə iştirak etmişdir. Şifahi müsahibədə ona aşağıdakı suallar verilmişdir. 1) Apelyasiya məhkəmələri haqqında ümumi məlumat: 2) Vergi yoxlamaları: 3) Azərbaycan Respublikasının Konstitusiyasında siyasi hüquqlar: 4) Cinayət prosesində məhkəmə baxışının hədləri: 5) İPM-ə görə apelyasiya məhkəməsində inzibati icraat. Bu suallardan 1-3-cü suallara tam, 4-5-ci suallara isə kafi səviyyədə cavab vermişdir. Şifahi müsahibədə İxtisas Komissiyasının bir sıra üzvləri tərəfindən ona qarşı münasibət kobud və qərəzli idi. Belə ki, verilən suallara mahiyyət üzrə düzgün cavab versə belə, ona sual verən üzvlər ondan həmin mövzu ilə əlaqəli hüquq normasının əks olunduğu normativ hüquqi aktın maddəsini əzbər formada deməyini tələb etdilər. İ ddiaçı isə bildirmişdir ki, qanunu əzbərləməmişdir, lakin onu mahiyyətcə bilir. xx xxxxx 2018-ci il tarixdə vəkillərin İxtisas Komissiyası şifahi müsahibədə iddiaçının iştirakını qeyri-məqbul qiymətləndirmişdir. Bunun əsasında Vəkillər X1 Kollegiyaya qəbulundan imtina edilməsi barədə qərar qəbul etmişdir. Cavabdehin etiraz dəlilləri: İddia tələbləri tamamilə əsassızdır. Belə ki, «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanunun tələbinə əsasən vəkil olmaq üçün namizədin İxtisas Komissiyasında yazılı testdən və şifahi müsahibədən ibarət olan ixtisas imtahanını müvəffəqiyyətlə verməsi tələb olunur. «Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları»nın tələblərinə əsasən yazılı test imtahanından keçid balı toplamış namizədlərin peşə yararlığını müəyyə n etmək məqsədi ilə onlarla şifahi müsahibə keçirilir. İxtisas Komissiyası müsahibənin nəticəsi ilə bağlı namizədin cavablarını “məqbul” və ya “qeyriməqbul” kimi qiymətləndirir və müsahibənin nəticəsində cavabları “qeyri-məqbul” qiymətləndirilən namizədə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilmir. Hazırki iş üzrə İddiaçı yazılı test imtahanında müsbət nəticə əldə etdikdən sonra, şifahi müsahibədə iştirak etsə də, onun cavabları İxtisas Komissiyası tərəfindən «qeyriməqbul» qiymətləndirilmiş və namizədə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilməmişdir. İxtisas Komissiyası tərəfindən imtahandan keçmiş namizədə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilmədiyi halda, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən namizədin A zərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi ilə bağlı qərar qəbul edilməsi istisna olunur. İxtisas Komissiyası tərəfindən namizəd İddiaçı şifahi imtahanının nəticələri «qeyriməqbul» hesab edildiyindən, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən onun Kollegiyanın üzvlüyünə qəbil edilməsindən imtina olunmuşdur. Həmin imtinanın qanunsuz hesab edilməsi üçün heç bir faktiki və hüquqi əsaslar mövcud deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)1029/2019 saylı qərarı ilə (hakim R.Daşdəmirov) iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək, qərarın ləğv olunması, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Ape lyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2885/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər K.Abiyeva (sədrlik edən və məruzəçi) M.Tağızadə və Ü.Mayılov) apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-1029/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, şifahi müsahibədə iştirak etmiş şəxslərin cavablarının «məqbul» və ya «qeyri-məqbul» qiymətləndiriməsi cavabdeh orqanın diskresion səlahiyyətlərinə aiddir. Buna görə də, məhkəmə kollegiyası şəxsin biliyini deyil, yalnız inzibati orqanın diskresion səlahiyyətlərini “İnzibati icraat haqqın da» Azərbaycan Respublikası Qanunun tələblərinə müvafiq həyata keçirib-keçirmədiyini yoxlaya bilər. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarının ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Vəkillərin İxtisas Komisiyasının şifahi müsahibənin nəticələrinə dair xx xxxxx 2018-ci il tarixli 03 saylı protokolunda iddiaçının cavablarının qeyri-məqbul qiymətləndirilməsi əsaslandırılmamış və məhkəmə tərəfindən cavabdehin mövqeyinin aydınlaşdırılması üçün hüquqi vasitələrdən istifadə edilməmişdir. İddiaçı həmin suallara verdiyi cavabları obyektiv səbəblərdən sənədləşdirə bilməyib. Çünki şifahi müsahibədə iştirak etmək üçün namizədlər müvafiq təhlükəsizli k yoxlamasından keçiblər və üstlərində olan audio və video yazan vasitələri təhvil veriblər. Bu nöqteyi-nəzərdən iddiaçı hazırda öz bəyanatlarını (izahatlarını) təsdiq etməyə dair sübutetmə imkanlarından məhrum edilib və obyektiv və ağlabatan səbəblərə görə məhkəməyə öz cavablarına dair sübutlar təqdim etməkdən aciz qalır. İddiaçıdan fərqli olaraq cavabdeh şifahi müsahibə iclasını sənədləşdirmək öhdəliyi daşıyır. Belə ki, Azərbaycan Respublikası Vəkillər X2 x xxxx 2008-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydalarının 2.4 və 5.4-cü bəndləri İxtisas Komissiyasının protokollaşdırılması öhdəliyini cavabdehin üzərinə qoyur (“İclasın protokolu Komissiyasının sədri və iclası aparan katib tərəfindən imzalanır"). İş materiallarından aydın olur ki, cavabdeh belə bir protokollaşdırma aparıb. Lakin protokolun mətnindən görünür ki, həmin protokollaşdırma iddiaçının verdiyi cavabları ehtiva etmir. Cavabdeh müvafiq qanuni öhdəlikləri olduğu və lazımi imkan və vasitələrə malik olduğu halda şifahi müsahibənin protokolunu lazımi qaydada rəsmiləşdirməyib və iddiaçının suallara verdiyi cavabları protokolda əks etdirməyib. Eləcə də bu protokola əlavə edilən qiymətləndirmə cədvəllərindən ümumiləşdirilmiş çıxarışdan göründüyü kimi Komissiya üzvləri iddiaçının cavablarını nəyə görə qeyri-məqbul qiymətləndirdiklərini qeyd etməyiblər. Yalnız şablon məqbul və qeyri-məqbul qiymətləri əks edilib. Lakin məqbul və qeyri-məqbul qiymətləndirməsinin əsaslandırması mövcud deyil. Şifahi müsahibədə mübahisəli qalan 3-4 sualla b ağlı məsələnin aydınlaşdırılması üçün cavabdehin tərtib etdiyi şifahi müsahibə iclasına dair protokol və qiymətləndirmə cədvəlləri sübutetmə vasitəsi qismində çıxış etmir. Çünki həmin protokol və cədvəli obyektiv olaraq yoxlamaq mümkün deyil. Həmin protokol və cədvəli o halda yoxlamaq mümkün olardı ki, cavabdeh onun məzmununda iddiaçının cavablarını və bu cavabların nəyə görə qeyri-məqbul hesab edilməsini əks etdirmiş olsun. Cavabdehin vəzifə öhdəliklərini yerinə yetirməməsi ucbatından mübahisəli 3 suala verilmiş cavabların məqbul yaxud qeyri-məqbul hesab edilməsini məhkəmə araşdırması çərçivəsində dəqiqliklə aydınlaşdırmaq mümkün olmayacaq. Belə olduqda məhkəmə mübahisənin həlli üçün digər hüquqi vasitələrdən istifadə etməlidir. Bu halda məhkəmə sübutetmə vəzifəsinə dair hüquqi qaydaları tətbiq etməlidir. Belə ki, sübutetmə vəzifəsi ilə bağlı xüsusi qayda nəzərdə tutulmuşdur. Sübutetmə vəzifəsinə dair qayda İPM-in 14-cü maddəsində müəyyən edilir. Hazırkı iddia məcburetmə haqqında iddia olduğuna görə məcburetmə haqqında iddiaya dair sübutetmə vəzifəsi tətbiq edilməlidir. Həmin qaydaya əsasən “İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasına vəkils iz gəldiyinə görə Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Cavabdehin vəkili Həsənov Fərid İzafət oğlu kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərari dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, aşağı məhkəmə instansiyalarının müəyyən etdiyi işin faktik hallarından göründüyü kimi iddiaçı, vəkillərin İxtisas Komisiyasının şifahi müsahibənin nəticələrinə dair xx xxxxx 2018-ci il tarixli 03 saylı protokolunun (qərarın) iddiaçıya aid olan hissədə ləğv edilməsi və cavabların məqbul qiymətləndirilməsini tələb edir. Həmin iddia tələbinin hüquqi əsası kimi məhkəmələr qeyd etmişdir ki, Azərbaycan Respublikası Vəkillər X2 xx xxxx 2008-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağli ixtisas imtahanlarının keçirilməsi Qaydalari”nın: 2.1-ci bəndinə əsasən ixtisas imtahanları Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş qaydada Vəkillərin İxtisas Komissiyası (bundan sonraKomissiya) tərəfindən keçirilir. 2.2-ci bəndinə görə hər hansı şə xs tərəfindən bilavasitə, yaxud dolayısı yolla Komissiyanın işinə təsir göstərilməsi və müdaxilə edilməsi yolverilməzdir 5.1-ci bəndinə əsasən yazılı test imtahanından keçid balı toplamış namizədlərin peşə yararlığını müəyyən etmək məqsədi ilə onlarla şifahi müsahibə keşirilir. 6.1-ci bəndinə görə şifahi müsahibənin nəticələri, bir qayda olaraq, hər gün sonuncu namizədlə müsahibə başa çatdıqdan sonra elan edilir. Komissiyanın qərarı ilə şifahi müsahibənin nəticələrinin elan edilməsinin digər dövriliyi də müəyyən edilə bilər. 6.2-ci bəndinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti müsahibənin keçirildiyi gündən 1 (bir) il müddətində onun nəticələri üzrə müvafiq sənədlərin saxlanılmasını təmin edir. 6.3-cü bəndinə əsasən Komissiya müsahibədə cavabları “məqbul” qiymətləndirilən namizədlə rin vəkil peşəsinə yararlılığını müəyyən etdikdə, bu barədə yazılı rəy tərtib edilir və həmin rəy Komissiyanın sədri tərəfindən Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim edilir. Komissiyanın rəyi ilə cavabları “məqbul” qiymətləndirilən namizədlər Ədliyyə Nazirliyinin tədris-elm müəssisəsində icbari təlimə buraxılırlar. 6.4-cü bəndinə əsasən namizədin peşə yararlılığına dair Komissiyanın rəyi Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim edildikdən və icbari təlimdən müvəffəqiyyətlə keçdikdən sonra, namizədin vəkil statusunu əldə etməsini istisna edən hallar aşkar edilmədikdə, Vəkillər Kollegiyasının Rəyasət Heyəti namizədin Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsini təmin edir. 6.5-ci bəndinə əsasən müsahibənin nəticələrinə dair Komis siyanın qərarından narazı olan namizədlər qərarın elan olunduğu gündən 5 (beş) gün müddətində Vəkillər Kollegiyasının Rəyasət Heyətinə şikayət verə bilərlər. Həmin şikayətə Rəyasət Heyətinin iclasında baxılır və sonuncuya müvafiq cavab verilir. Apelyasiya instansiyası bu normalarla yanaşı qeyd etmişdir ki, şifahi mühasibədə iştirak etmiş şəxslərin cavablarının «məqbul» və ya «qeyri-məqbul» qiymətləndiriməsi cavabdeh orqanın diskresion səlahiyyətlərinə aiddir. Buna görə də, məhkəmə kollegiyası şəxsin biliyini deyil, yalnız inzibati orqanın diskresion səlahiyyətlərini “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun tələblərinə müvafiq həyata keçiribkeçirmədiyini yoxlaya bilər. Hazırki halda, cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərini “İnzibati icraat haqqında» Azərbayca n Respublikası Qanunun tələblərinə müvafiq həyata keçirməməsinə dair məhkəmə araşdırmasına hər hansı sübut təqdim olunmamışdır. İddiaçının vəkil statusu almaq üçün vacib olan ixtisas imtahanının şifahi mərhələsində müvəffəqiyyət əldə edə bilməməsi hər hansı bir formada onun hüquqlarına müdaxilə hesab edilə bilməz. Belə ki, xx xxxx 2019-cu il tarixli 1521-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, xx xxxxx 2019-cu il, № 81) ilə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddənin Vİİİ hissəsinə yeni redaksiya verilmiş və ixtisas imtahanını verə bilməyən şəxsin bir ildən sonra təkrar imtahana buraxıla bilməsi üçün tələb edilən vəkillərin İxtisas Komissiyasının rəyinin mövcud olması tələbi aradan qaldırılmışdır. İddiaçı hazı rda ümumi əsaslarla ixtisas imtahanlarında iştirak edə bilər. Kollegiya apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İPM-nin 73.3.1-ci maddəsinə görə inzibati orqan tərəfindən diskresion səlahiyyətlər əsasında qərar qəbuk edildikdə bie qayda olaraq iddiaçının tələbinə uyğun qərar qəbul edilə bilməz. Həmin Məcəllənin diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü adlanan 7-ci maddəsində göstərilmişdir ki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edil məməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. İş materiallarından müəyyən olunur ki, apelyasiya məhkəməsi də işin hallarını bu normalar əsasında təhlil etmiş və əsaslandırılmış nəticəyə gəlmişdir. Cavabdehin xx xxxxx 2018-ci il tarixli qərarını əsaslandırmadığı barədə kassatorun dəlili əsassızdır. Həmin dəlil iddiaçı tərəfindən apelyasiya şikayətində də irəli sürülmüşdü və apelyasiya məhkəməsi bununla bağlı bildirmişdir ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun və Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları xüsusi qaydada tənzimləmə nəzərdə tutmuşdur. Hazırk i halda, cavabdehin qərarlarının kollegial olaraq səsvermə ilə qəbul edilməsi nəzərə alınmaqla «İnzibati icraat haqqında» Qanunun “Kollegial inzibati orqanda inzibati icraat” adlı V fəsli (kollegial inzibati orqanda inzibati icraat qaydası, kollegial orqanın iclasının keçirilmə qaydası, kvorum və qərarın qəbul edilmiş hesab edilməsi qaydası, o cümlədən kollegial inzibati orqanın iclasının protokoluna dair qaydalar) də nəzərə alınmalıdır. “İnzibati icraat haqqında” Qanunun 55.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə tutulmamışdırsa, kollegial inzibati orqanın qərarı, iclasda iştirak edən üzvlərin yarısından çoxu həmin qərarın lehinə səs verdikdə qəbul edilmiş sayılır. Həmin Qanunun 56.1-ci maddəsində qeyd edilir ki, kollegial inzibati orqanın iclası haqqında aşağıdakı məlumatları özündə əks etdirən protokol tərtib olunur: kollegial inzibati orqanın adı barədə; iclasın keçirildiyi vaxt və yer barədə; iclasın sədri və üzvləri haqqında; müzakirənin predmeti barədə; qəbul edilmiş qərar barədə. İşin materiallarında olan vəkilliyə namizədlərlə keçirilən şifahi imtahanın qiymətləndirmə cədvəllərində əks etdirilmiş məlumatlar əsasında qeyri-məqbul qiymətlərin sayı məqbul qiymətlərin sayından çox olduğu üçün Vəkillərin İxtisas Komissiyası şifahi müsahibədə iştirak etmiş iddiaçının cavablarını “qeyri-məqbul” qiymətləndirmişdir ki, bu “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydalarının tələblərinə əsaslanır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin xx xxxxx 2018-ci il tarixli qərarını əsaslandırmadığı barədə dəlil əsassızdır. Müsahibədə hüquqa aid sualların verilməsinin “İnzibati icraat haqqında” Qanunun 18ci maddəsində nəzərdə tutulmuş mütənasiblik prinsipinə zidd olması barədə dəlil də qəbul olunmur. Çünki Vəkillər X2 x xxxx 2008-ci il tarixli Qərarı ilə “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları” test (yazılı) imtahandan öncə http://barassociation.az/ saytında rəsmi dərc edilmiş, bütün namizədlərin onunla tanış olmaq imkanı təmin olunmuşdur. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən hər bir naməzədlə müsahibə fərdi qaydada 30 dəqiqəyədək aparılır. Namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ü mumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər. İşin materiallarına əlavə edilmiş imtahan proqramı barədə rəsmi saytdan çıxarışdan görünür ki, Vəkillərin İxtisas Komissiyası vəkilliyə qəbula dair imtahan proqramını https://barassociation.az/recruitment səhifəsində dərc edilmişdir. Həmçinin iş materiallarında olan xx xxxxxx 2018-ci il tarixində yayımlanmış məlumatdan (http://barassociation.az/news/25) görünür ki, namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırki və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər. Həmçinin qeyd edilməlidir ki, test (yazılı) mərhələsində qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqlarından istifadə edilir və imtahan yazılı şəkildə keçirilir. Şifahi müsahibə mərhələsində isə cavab variantları verilməyən, sərbəst şəkildə şifahi cavablandırılan şifahi tapşırıqlar verilir ki, bu tapşırıqlara cavablardan namizədin peşə yararlılığı və peşə hazırlığı müəyyən edilir. Şifahi müsahibə çərçivəsində verilən cavablar test (yazılı) tapşırıqlardan fərqli olaraq namizədin həm hüquq sahəsinə aid bilik səviyyəsini daha əyani müəyyən etməyə, həm də suallara verdiyi cavablar çərçivəsində məntiqi nəticələr çıxarmaq qabiliyyətini yoxlamağa imkan yaradır. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Vəkillərin İxtisas Komissiyasının iddiaçıya münasibətdə qərəzli olması barədə dəlil də apelyasiya instansiyası tərəfindən araşdırılmış və məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı şikayətinin bu dəlili ilə bağlı mötəbər sübutlar təqdim eməmişdir. İddiaçının dəlilinin əsasları mülahizə və ehtimal xarakterli olduğundan, Vəkillərin İxtisas Komissiyasının qərəzliliyi barədə qənaətə gəlmək mümkün deyil. Əksinə iddiaçının namizəd qismində Vəkillərin İxtisas Komissiyası qarşısında imtahandan qabaq onun hər hansı bir üzvünün və ya bütünlüklə Vəkillərin İxtisas Komissiyasının tam tərkibinin qərəzli olması barədə hər hansı bir əsaslandırılmış etiraz verməsi işin materiallarından müəyyən edilmir. Məhkəmə kollegiyası bu əsaslandırmanı da düzgün hesab edir. Həmçinin kassasiya araşdırmasında da bu dəlili təsdiq edəcək sübut müəyyən olunmamışdır. Kassasiya şikayətində göstərilən dəlillər apelyasiya məhkəməsinin qərarının ləğv olunması üçün əsas ola bilməz. Azərbaycan Respublikası İPM-nin 96.9-cu maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2885/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar