Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1319/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icrası haqqında iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 07.09.2021 Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili (nümayəndəsi) X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs "xxxx" MMC) “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 28 aprel tari xli, 2-1(103)-832/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı 2020-ci il 06 noyabr tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək əmlaka görə kompensasiyanın alınmamış hissəsinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
2. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 10 noyabr tarixli, 2-1(112)-7618/2020 saylı qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 30 noyabr tarixli, 2-1(112)-7618/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılm amışdır.
4. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi iddianın mümkünlük tələblərinə cavab vermədiyindən, iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbinə əsasən mümkün olmadığını, iddiaçının hazırkı tələbində artıq özgəninkiləşirdiyi əmlakına görə, yenidən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbini irəli sürdüyünü, Mülki Məcəllənin 527.1-ci və 528-ci maddələri baxımından, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verilmiş olduğunu, beləliklə, iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürmək üzrə subyektiv hüququnun mövcud olmadığından, hazırkı iddia mümkün sayılmamalıdır.
5. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 28 aprel tarixli, 2-1(103)-832/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 30 noyabr tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
8. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
9. Kassasiya şikay ətində qeyd edilmişdir ki, dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verildiyi halda mümkündür. Lakin Məhkəmə tərəfindən iddia tələblərində göstərilmiş dəlillər araşdırılmadan əsassız qərar qəbul edilmiş, iddiaçının mülkiyyət, ədalətli kompensasiya almaq hüququ pozulmuşdur. Mövcud vəziyyətdə alıcı vahid və dövlət ehtiyacları üçün olduğundan, alınan əmlak söküldüyündən onun yaşayış binasının bütün komponentləri, o cümlədən torpağın dəyərinin əvəzi tam olaraq ödənilməlidir. Məhkəmənin yanaşması iddiaçıları istər mülkiyyət hüququndan, istərsə də məhkəməyə müraciət etmək hüququndan məhrum etmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə iddiaç ının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi).
11. Cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ
12. Mənzil Məcəlləsi: Maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digə r şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Maddə 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Maddə 36.1. Çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı onun sahəsinin ümumi sahəsinə mütənasibdir. Maddə 36.2. Çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payının aqibəti həmin sahəyə mülkiyyət hüququnun kimə mənsub olmasından asılıdır. Maddə 36.3. Çoxmənzilli binada olan sahəyə mülkiyyət hüququ başqa şəxsə keçdikdə, sahənin yeni mülkiyy ətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı sahənin əvvəlki mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payına bərabər olur. Maddə 37.1. Çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir. Maddə 37.2. Müqavilənin çoxmənzilli binada sahəyə mülkiyyət hüquqlarının keçməsi ilə bərabər binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payın keçməsini məhdudlaşdıran müddəaları əhəmiyyətsizdir.
13. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam form ada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
15. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
17. Tərəflər arasında bağlanmış və notariatda təsdiq edilmiş 2017-ci il 21 aprel tarixli müqaviləyə əsasən iddiaçı cavabdehdən 518.000 manat məbləğində kompensasiya almaqla müvafiq daşınmaz əmlakından (çoxmənzilli binadakı mənzildən) cavabdehin xeyrinə imtina etmişdir. Müqavilənin şərtinə görə, həmin məbləğə qanunvericiliklə nəzərdə tutulan bütün əlavələr (faizlər) daxildir.
18. Eyni ilə, tərəflər arasında bağlınmış və notariatda təsdiq edilmiş 2017-ci il 17 may tarixli müqaviləyə əsasən iddiaçı cavabdehdən 36.000 manat məbləğində kompensasiya almaqla qeyri-yaşayış (qaraj) sahəsindən cavabdehin xeyrinə imtina etmiş, həmin qeyri-yaşayış sahəsinin ümumi sahəsi ona aid sənədlərdə 24 kv.m göstərilmiş və 2017-ci il 17 may tarixli müqaviləyə əsasən dəyəri (36.000 manat) tam ödənilmişdir. Həmin müqavilə üzrə əşya hüquqları əldə edənə keçmişdir.
19. Mənzilin aid olduğu binaya xidmətə edən sahə və obyektlərə gəldikdə, məhkəmə kollegiyası nəzərə alır ki, Mənzil Məcəlləsinin yu xarıda istinad edilən müddəalarına görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur (Maddə 35.1). Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir (Maddə 35.2.). Çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı onun sahəsinin ümumi sahəsinə mütənasibdir (Maddə 36.1).
20. Bununla yanaşı, həmin Məcəllənin yuxarıda qeyd edilən digər normalarının məzmunundan göründüyü kimi, çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin həmin çoxmənzilli b inada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payının aqibəti həmin sahəyə mülkiyyət hüququnun kimə mənsub olmasından asılıdır (Maddə 36.2) və çoxmənzilli binada olan sahəyə mülkiyyət hüququ başqa şəxsə keçdikdə, sahənin yeni mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı sahənin əvvəlki mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payına bərabər olur (Maddə 36.3).
21. Nəhayət, çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir (Maddə 37.1). Müqavilənin çoxmənzilli binada sahəyə mülkiyyət hüquqlarının keçməsi ilə bərabər binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payın keçməsini məhdudlaşdıran müddəaları əhəmiyyətsizdir (Maddə 37.2).
22. Be ləliklə, istinad edilən normaların tələbləri və tərəflər arasında bağlanmış müqavilə nəzərə alındıqda, iddiaçının mülkiyyət hüququ üzrə ona məxsus mənzil sahəsindən cavabdehin xeyrinə imtina etməsi ilə eyni zamanda çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı da müqavilə üzrə mənzil sahəsini əldə edənə, hazırkı halda, cavabdehə keçmişdir.
26. İddiaçının iddia etdiyi, istinad edilən müqavilələrin bağlanmasınadək ona məxsus olmuş daşınmaz əmlak sahələrinə münasibətdə hazırkı məzmunda tələb hüququ yoxdur.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 28 aprel tarixli, 2-1(103)-832/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.