Məhkəmə qərarları › İş №2-1(102)-1319/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1319/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1319/2022 28.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının X2rşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1319/2022) (Açar sözlər: müsabiqədə qalib elan edilmiş məqalələrin və qiymətləndirmədə iştirak edən ekspertlərin adlı siyahısının təqdim edilməsi) Bakı şəhəri 28 sentyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X2rşı “müsabiqədə 3-cü istiqamət üzrə qalib elan edilmiş (1-ci, 2-ci və 3-cü yerlər üzrə) məqalələrin idd iaçıya verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2022ci il tarixli, 2-1(103)-345/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X1 X7 Fondu tərəfindən Milli Mətbuatın 145 illiyi ilə bağlı jurnalist müsabiqəsi elan edilmişdir. İddiaçı həmin müsabiqədə iştirak etmiş və 3-cü istiqamət üzrə müsabiqəyə “Ən yaxşı müdafiə hücumdur” sərlövhəli məqalə təqdim etmişdir. 22 iyul 2020-ci il tarixdə müsabiqənin nəticələri açıqlanmışdır.

2. İddiaçı X1 X7 Fonduna müraciət edərək, 3-cü istiqamət üzrə qalib elan olunmuş (1-ci, 2-ci və 3-cü yerlər üzrə) məqalələrin və qiymətləndirmədə iştirak etmiş ekspertlərin adlı siyahısının maraq lı şəxs kimi ünvan üzrə ona göndərilməsini xahiş etmişdir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 11 avqust 2020-ci il tarixli, 01/04A8/039 saylı cavab məktubunda iddiaçının müraciətinin araşdırıldığı və qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Milli Mətbuatının 145 illiyi münasibəti ilə Fond tərəfindən təşkil olunmuş fərdi jurnalist yazıları müsabiqəsində iştirak edən redaksiyaların ştatlı və ya ştatdankənar müxbirlərinin öz yazıları və onlara verilmiş ekspert rəyləri ilə tanış olmaq hüququna malik olduqları bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, Azərbaycan Milli Mətbuatının 145 illiyinə həsr olunmuş fərdi jurnalist yazıları müsabiqəsində 3-cü istiqamət üzrə qalib elan edilmiş (1-ci, 2-ci və 3-cü yerlər) məqalələrin və qiymətləndirmədə iştirak edən ekspertlərin adlı siyahısının təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Milli Mətbuatının 145 illiyinə həsr olunmuş fərdi jurnalist yazıları müsabiqəsində 3-cü istiqamət üzrə qalib elan edilmiş (1-ci, 2-ci və 3-cü yerlər) məqalələrin ona verilməsi vəzifəsinin X5 (əvvəlki adı X1 X7 Fondu) həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının P rezidenti yanında X1 X7 Fondu Azərbaycan Milli Mətbuatının 145 illiyinə həsr olunmuş jurnalist müsabiqəsi elan etmişdir. İddiaçı həmin müsabiqədə iştirak edərək 3-cü istiqamət üzrə “Ən yaxşı müdafiə hücumdur” sərlövhəli məqaləni cavabdeh təşkilata təqdim etmişdir. 22 iyul 2020-ci il tarixdə müsabiqənin nəticələri açıqlanmışdır. 24 iyul 2020-ci il tarixli sorğu ilə cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında X1 X7 Fonduna müraciət edərək, 3-cü istiqamət üzrə qalib elan edilmiş (1-ci, 2-ci və 3-cü yerlər) məqalələrin və qiymətləndirmədə iştirak edən ekspertlərin adlı siyahısının ünvan üzrə göndərilməsini xahiş etmişdir. Cavabdehin 11 avqust 2020-ci il tarixli, 01/04-A8/039 saylı cavab məktubunda qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən Fond tərəfindən Azərbaycan Milli Mətb uatının 145 illiyi münasibəti ilə təşkil olunmuş fərdi jurnalist yazıları müsabiqəsində iştirak edən redaksiyaların ştatlı və ya ştatdankənar müxbirlərinin öz yazıları və onlara verilmiş ekspert rəyləri ilə tanış olmaq hüququna malik olduqları bildirilmişdir. İşin faktiki hallarına əsasən cavabdehin təşkil etdiyi müsabiqədə 3-cü istiqamət üzrə fərdi jurnalist məqaləsi təqdim etməklə iştirak etmişdir. Müsabiqənin nəticələri açıqlandıqdan sonra cavabdeh təşkilata sorğu ilə müraciət edərək 3-cü istiqamət üzrə 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülmüş məqalələrin, həmçinin qiymətləndirmədə iştirak etmiş ekspertlərin adlı siyahısının açıqlanmasını xahiş etmişdir. Cavabdeh təşkilat qüvvədə olan qanunvericiliyə istinad edərək sorğu ilə tələb olunan məlumatların verilməsindən imtina etmişdir. Cava bdeh təşkilatın sorğu ilə tələb edilən məlumatları təqdim etməkdən imtinası qanunsuz və əsassızdır. Belə ki, cavabdeh təşkilat sorğu ilə tələb edilən məlumatların verilməsindən imtinasını müvafiq qanunvericiliyin maddəsinə istinad etməklə həyata keçirməyib. Qanunvericiliyin tələbinə əsasən, cavadeh təşkilat açıqlanması tələb edilən məqalələrin və ekspertlərin adlı siyahısını alınması məhdudlaşdırılan informasiyalar kateqoriyasına daxil etdiyi halda, həmin məlumatların verilməsindən imtina edə bilərdi. Lakin, tələb edilən məqalələr və ekspertlərin adlı siyahısı alınması məhdudlaşdırılan informasiyalar kateqoriyasına daxil deyil. Belə ki, müsabiqə obyektivlik, şəffaflıq, bərabər imkanlar və maraqların toqquşmasının yolverilməzliyi prinsipləri əsasında keçirilməlidir. Belə olan halda, cavabde h təşkilatın qalib elan edilmiş məqalələri ictimaiyyətə açıqlamaqdan imtinası müsabiqə prinsiplərinə ziddir və müsabiqənin qeyri-obyektiv keçirilməsinə əsaslı şübhələr yaradır. Beləliklə, normativ hüquqi aktların tələbinə görə cavabdeh təşkilat sorğu ilə tələb olunan məlumatları təqdim etməli olduğu halda, bunu etməmişdir.

7. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddiaçının tələbinin tamamilə qanunsuz və əsassız olduğunu bildirmişdir. Eyni zamanda cavabdeh tərəfindən qeyd olunmuşdur ki, iddianın dəqiqləşdirilməsi barədə məhkəmə iclasında təqdim etdiyi ərizədə iddiaçı inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan öhdəliyin icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Halbuki cavabdeh tərəfindən Azərbaycan Milli Mətbuatının 145 illiyinə həsr olunmuş fərdi jurnalist yazıları müsabiqəsində 3-cü istiqamət üzrə qalib elan edilmiş (1-ci, 2-ci və 3-cü yerlər) məqalələrin iddiaçıya verilməsi özlüyündə qanunvericiliyin tələblərinin pozulmasına gətirib çıxaran hərəkətdir. İddiaçının Fonda ünvanladığı müvafiq müraciət həmin qanuna əsasən bu informasiyanı iddiaçıya vermək öhdəliyi yaratmır. Azərbaycan Respublikası Prezidenti yanında X1 X7 Fondu tərəfindən təşkil edilən fərdi jurnalist yazıları müsabiqəsinin qaydalarına nəzər yetirəndə görünür ki, müsabiqənin ümumi şərtlərinə əsasən jurnalistlər rəsmi elanda göstərilən mövzulardan hər hansı biri üzrə yazını (məqaləni) təqdim edirlər və müsabiqənin nəticəsi elan olunanadək həmin yazını (məqaləni) heç bir yerdə dərc etməmək, yayımlamamaq və paylaşmamaq barədə öhdəlik götürürlər. Həmçinin, həmin qa ydalara 1 saylı əlavədən görünür ki, jurnalist müsabiqə şərtlərini qəbul edib, ərizə ilə Fonda müraciət edərkən şəxsi məlumatlarını və təqdim etdiyi yazının (məqalənin) əvvəllər heç bir yerdə dərc edilmədiyini, yayımlanmadığını və paylaşılmadığını təsdiq edir. Beləliklə, keçirilmiş müsabiqədə jurnalistin - “müəllifin" təqdim etdiyi yazı (məqalə) müəlliflik hüququ əsasında ona məxsus olmaqla müəlliflik hüququnun obyekti kimi çıxış edir. Bu qanuna əsasən müəllifin - “əsərin açıqlanması”, “dərc edilmə” (istifadəyə buraxılma) və “əsəri və əlaqəli hüquqların obyektlərini yaymaq” huququ vardır. Müəllifin iradə ifadəsinin ziddinə hərəkət isə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Q anunlarına əsasən məsuliyyət yaradır. İddiaçı müsabiqədə iştirak etmiş şəxslərə məxsus qalib elan edilmiş yazıların ona verilməsini tələb edir. Ancaq “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan maddələrinin tələblərinə əsasən, məhkəmə qətnaməsi ilə cavabdehin üzərinə bu yazıların iddiaçıya verilməsi barədə öhdəlik qoyula bilməz. Hər bir cəmiyyətin müəyyən olunmuş birgə yaşayış qaydaları və bu qaydaları təmin edən hüquq normaları mövcuddur. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də hər hansı qanunun müddəaları tətbiq edilərkən bir hüququn (azadlığın) müdafiəsi digər hüququn (azadlığın) məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. Beləliklə, iddiaçının tələbi tamamilə qanunsuzdur və bu t ələbin heç bir qanuni əsası mövcud deyildir.

8. Bakı İnzibati Məhkəməsinin 3 avqust 2021-ci il tarixli, 2-1(112)-1693/2021 nömrəli qərarı ilə (hakim F.Mədətli) iddia rədd edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, Qaydaların tələblərinə müvafiq olaraq keçirilmiş müsabiqədə jurnalistin - “müəllifin" təqdim etdiyi yazı (məqalə) müəlliflik hüququ əsasında ona məxsus olmaqla, müəlliflik hüququnun obyekti hesab edilir. “Əsərin açıqlanması”, “dərc edilməsi” və “əsəri və əlaqəli hüquqların obyektlərini yaymaq” huququ müəllifə məxsusdur. Beləliklə müsabiqədə iştirak edən müəllifin hüquqları “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunlarına əsasən qorunur. Qaydaların tələblərinə müva fiq olaraq nə cavabdeh, nə də müsabiqə üzrə qaliblər məqalələrin açıqlanması, dərc edilməsi, yayılması, bu yazının (məqalənin) başqa şəxslərə verilməsi ilə bağlı hər hansı bir öhdəlik götürməmişdir. Qeyd olunan məqalələr müəllifin şəxsi (qeyri-əmlak) hüququ hesab olunmaqla, müəllifin həmin məqalələrin istifadəsinə də öz növbəsində müstəsna hüququnun olduğunu təşkil edir. Məhkəmə hesab edir ki, cavabdeh yazı müəllifinin qeyd olunan müstəsna hüququnu nəzərə alaraq, onun yazısını (məqaləsini) üçüncü şəxsə-iddiaçıya təqdim etməməkdə haqlı olmuşdur. Beləliklə, Azərbaycan Respublikasının X4 Azərbaycan Milli Mətbuatının 145 illiyinə həsr olunmuş fərdi jurnalist yazıları müsabiqəsində 3-cü istiqamət üzrə qalib elan edilmiş (1-ci, 2-ci və 3cü yerlər) məqalələrin iddiaçıya verilməsindən imtinası qan unidir və iddia tələbinin hər hansı hüquqi əsası müəyyən edilmədiyindən iddia rədd olunmalıdır.

10. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-345/2022 saylı, 13 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Hüseynov - sədrlik edən, S.Bəktaşi və A.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 3 avqust 2021-ci il tarixli, 2-1(112)-1693/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı kasasiya şikayəti verərək həmin qərarın ləğv edil məsini və iddianın təmin edilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinə əsasən apellyasiya instansiya məhkəməsi iddiaçının məhkəmə qərarının əsaslandırılması hüququnu pozub. Apellyasiya instansiya məhkəməsi işin faktiki hallarına tam, obyektiv və hərtərəfli qiymət verməyib, həmçinin sübutetmə prinsiplərini pozub. Apellyasiya instansiyası məhkəməsi nəzərə almayıb ki, cavabdehin və müsabiqə üzrə qaliblərin qalib edilmiş məqalələrin açıqlanması, dərc edilməsi, yayılması, bu yazının (məqalənin) başqa şəxslərə verilməsi ilə bağlı hər hansı bir öhdəlik götürməsinə ehtiyac yoxdur. Belə ki, müsabiqənin nəticələrinin cəmiyyətə təqdim edilməsi müsabəqənin şəffaflıq meyarlarından biridir. Bu halda müsabiqə predmeti olan əsərin, məqalənin, rəsmin, heykəlin və sair yüzlərlə əşya, əmlak, və sair predmetlərin cəmiyyətə təqdim ediləcəyi barədə təşkilatçılar və ya müəlliflər tərəfindən öhdəlik götürülməsi zəruri deyil.

15. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi nəzərə almayıb ki, qərarında qeyd etdiyi kimi, cavabdeh və müsabiqə üzrə qaliblərinin məqalələrin açıqlanması, dərc edilməsi, yayılması, bu yazının (məqalənin) başqa şəxslərə verilməsi ilə bağlı hər hansı bir rəsmiləşdirilmiş öhdəlikləri olmadığı kimi, cavabdeh təşkilatın (müsabiqə təşkilatçısı X4) məqalələrin açıqlanmayacağı, dərc edilməyəcəyi, yayımlanmayacağı, bu yazıların (məqalələrin) başqa şəxslərə verilməyəcəyi barədə müsabiqə şərtlərində hər hansı qeyd də yoxdur. Cavabdeh təşkilat ö ncədən məqalələrin açıqlanmayacağı, dərc edilməyəcəyi, yayımlanmayacağı, bu yazıların (məqalələrin) başqa şəxslərə verilməyəcəyi niyyətində olubsa, bu halda müsabiqə şərtlərində bunu qeyd etməli və iştirakçıların bu şərtlərə uyğun davranmalarına şərait yaratmalı idi. Göründüyü kimi, bunun əksinə cavabdeh X6 cəmiyyətə və iştirakşılara bəyan etmədən qadağanedici qaydalar müəyyənləşdirərək müsabiqə qaydaları və şərtlərini, o cümlədən müsabiqə meyarlarını pozaraq müsabiqənin nəticələrini şübhə altına salmışdır. Lakin, məhkəmə bu halları nəzərə almayıb. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı cavabdehin etirazının dəlilləri birinci instansiya məhkəməsində təqdim etdiyi iddiaya dair etirazın dəlillləri ilə eynilik təşkil edir TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Müəllifl ik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanunu “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikası ərazisində elm, ədəbiyyat və incəsənət əsərlərinin (müəlliflik hüququ), habelə ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin (əlaqəli hüquqlar) yaradılması və istifadəsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Maddə 3 Azərbaycan Respublikasının vətəndaşı olan və ya Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olan fiziki şəxsin, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi üzrə hüquqi şəxsin müəlliflik hüququna və ya əlaqəli hüquqlara malik olduğu elm, ədəbiyyat və incəsənət əsərləri, ifalar və fonoqramlar bu Qanunun müddəaları şamil edilir. Maddə 5 Müəlliflik hüq uqu təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur. Maddə 6 Ədəbi əsərlər (kitablar, broşüralar, məqalələr, mühazirələr və çıxışlar, kompüter proqramları və s.) müəlliflik hüququnun obyektidir. Maddə 14.1 Əsərin müəllifinin aşağıdakı şəxsi (qeyri-əmlak) hüquqları vardır: a) əsərin müəllifi kimi tanınmaq hüququ (müəlliflik hüququ); b) əsərdən öz adı ilə, təxəllüslə, yaxud adsız (anonim) istifadə etmək və ya bu cür istifadəyə icazə vermək hü ququ (ad hüququ); v) əsərinin mənasının dəyişilməsinə, təhrif olunmasına və ya hər hansı digər formada yenidən işlənməsinə, həmçinin müəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı başqa hərəkətlərə qarşı çıxmaq hüququ (şöhrətinə hörmət edilməsi hüququ); q) istifadədən götürmək də daxil olmaqla, əsərinin istənilən formada açıqlamaq və ya açıqlanmasına icazə vermək hüququ (açıqlama hüququ). Maddə 15 Müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ vardır.

2. Əsərdən istifadəyə müstəsna hüquqlar aşağıdakıları həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi, yaxud qadağa qoymağı bildirir; əsərin birbaşa və ya dolayısı yolla surətini çıxarmaq (surətçıxar ma hüququ); əsərin orijinalını və ya nüsxələrini satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yaymaq (yaymaq hüququ); əsərin orijinalını və ya nüsxələrini kirayəyə vermək (kirayə hüququ); əsərin nüsxələrini (o cümlədən müəllifin, yaxud əsərə müstəsna müəlliflik hüquqlarının sahibinin razılığı əsasında istehsal edilmiş nüsxələri) yaymaq məqsədi ilə idxal etmək (idxal hüququ); əsəri kütləvi nümayiş etdirmək (kütləvi nümayiş hüququ); əsəri kütləvi ifa etmək (kütləvi ifa hüququ); kütləyə çatdırılması məqsədi ilə əsərin kütləvi bildirişi (verilişin efirlə və ya kabellə kütləvi bildirişi daxil olmaqla) (kütləvi bildiriş hüququ); əsərin kütləyə çatdırılması üçün onun ilk və ya sonrakı bildirişləri də daxil olmaqla efirlə kütləvi bildirişi (efirlə kütləvi bildiriş hüququ); kütləyə çatdırmaq üçün ilk və sonrakı bildirişlər də daxil olmaqla əsərin kabellə (kabel, naqil və ya digər oxşar vasitələrlə) bildirişi (kütləyə çatdırmaq üçün kabellə kütləvi bildiriş hüququ); əsəri tərcümə etmək (tərcümə hüququ); əsəri interaktiv istifadə üçün kütləyə çatdırma (interaktiv kütləvi bildiriş hüququ); dəyişdirmək, aranjeman etmək, yaxud başqa formada yenidən işləmək (yenidən işləmək hüququ)...3. Əsərin qanuni dərc edilmiş nüsxələri satılma yolu ilə mülki dövriyyə buraxılmışdırsa, sonradan həmin nüsxələrin müəllifin razılığı olmadan və müəllif qonorarı ödənilmədən (bu qanunun 16-cı maddəsində göstərilən hal istisna olmaqla) yayılmasına yol verilir. Bununla birlikdə, əsərin orijinalının və ya nüsxələrinin bu nüsxələrə mülkiyyət hüququndan asılı olmayaraq kirayəyə verilməklə yayılmas ı hüququ müəllifdə və müəlliflik hüququnun digər sahibində qalır. Maddə 26.1 Müəlliflik hüququ əsərin yaradılması ilə yaranır, müəllifin bütün həyatı boyu və bu Qanunun 26-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, onun ölümündən sonra 70 il müddətində qüvvədə qalır. Müəllifin şəxsi hüquqlarının qorunması müddətsizdir. 18. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2.4-1 İnformasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət i şləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. Maddə 6 İnformasiyanın əldə olunmasının qanuniliyi və informasiyanın əldə edilməsinin bu Qanunun 2.4-1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə zidd olmaması kimi prinsiplər mövcuddur. Maddə 21.1.1 Sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə informasiya sahibi sorğunun icrasından imtina edir...

19. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ni yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qis mən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normaların ın tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Bununla belə, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

26. Hazırkı mübahisəyə münasibətdə iddiaçı müsabiqədə qalib elan edilmiş məqalələrin ona təqdim olunması tələbi ilə müraciət etmişdir. Lakin hüquqi marağının məzmunu və məqsədi baxımından həmin tələb vasitəsi ilə iddiaçının son nəticədə nəyə nail olmaq istədiyi iddia ərizəsindən aydın olmur. Başqa sözlə, həmin məqalələrin ona verilməsini tələb edən iddiaçının bu yolla hüquqi anlamda hansı faydanı əldə edəcəyi nə iddia ərizəsindən, nə iş üzrə materiallardan, də kassasiya şikayətindən görünmür. Nəzərə almaq lazımdır ki, məhkəmə qaydasında hüquqi müdafiə şəxsin hüquqi marağının təmin olunması məqsədlərinə xidmət etməlidir. Bu mənada hər hansı məqalənin, hətta müsabiqədə iştirak etmiş olsa belə, təqdim olunması tələbi şəxsin hüquqi marağı ilə ehtiva olunan və çatmaq istədiyi son məqsəd kimi qiymətləndirilə bilməz. Bu mənada yalnız iştirak etdiyi müsabiqədə nəyə görə qalib gəlmədiyinin aydınlaşdırılması ilə bağlı məqsəd və bu məqsədə bağlı hüquqi maraq iddiaçının həmin tələbi irəli sürməsinə haqq qazandıra bilərdi. Məhz bu məqsəd iddiaçının hüquqi marağı baxımından əhəmiyyət kəsb edir. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçı hüquqi m arağının təmin olunması baxımından prinsip olaraq müsabiqədə qalib gəlmiş məqalələrin ona təqdim olunmasını tələb etməyə deyil (bu zaman hətta həmin məqalələr ona təqdim olunsaydı belə, iddiaçının həmin yazıların nominasiyaya təqdim olunması meyarlarını və əsaslarını müəyyən etmək və qiymətləndirmək imkanına malik olmadığı nəzərə alınmalıdır), ümumiyyətlə müsabiqəyə təqdim olunmuş yazıların qiymətləndirilmə meyarları və standartları, qiymətləndirmə zamanı ekspertlərin istinad etdikləri qiymətləndirmə metodikası ilə bağlı məlumatları tələb etməyə, qiymətləndirmə protokolu və müsabiqə iştirakçılarının yazılarının qiymətləndirilməsində bərabər yanaşmanın təmin olunmasına yönəlik təşkilati instrumentlərlə tanış olmağa haqlıdır. Bununla yanaşı, yazıların qiymətləndirilməsinin ekspertlər tərəfin dən qiymətləndirmə azadlığı əsasında həyata keçirildiyi də nəzərə alınmalıdır.

27. Hazırkı mübahisəyə münasibətdə işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı Azərbaycan Milli Mətbuatının 145 illiyinə həsr olunmuş fərdi jurnalist yazıları müsabiqəsində iştirak etmiş, 3-cü istiqamət üzrə müsabiqəyə “Ən yaxşı müdafiə hücumdur” sərlövhəli məqalə təqdim etmişdir. 22 iyul 2020-ci il tarixdə müsabiqənin nəticələri açıqlandıqdan sonra iddiaçı 3-cü istiqamət üzrə qalib elan edilmiş (1-ci, 2-ci və 3-cü yerlərə layiq görülmüş) məqalələrin və məqalələrin qiymətləndirilməsində iştirak etmiş ekspertlərin adlı siyahısının ona verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh qüvvədə olan qanunvericiliyin tələblərinə istinadən Fond tərəfindən Azərbaycan Milli M ətbuatının 145 illiyi münasibətilə təşkil olunmuş fərdi jurnalist yazıları müsabiqəsində iştirak edən redaksiyaların ştatlı və ya ştatdankənar müxbirlərinin öz yazıları və onların yazılarının qiymətləndirilməsinə dair ekspert rəyləri ilə tanış olmaq hüququna malik olduğunu bildirmiş və müraciətin təmin olunmasından imtina etmişdir.

28. Həmçinin iş üzrə materiallardan görünür ki, X1 X7 Fondu tərəfindən fərdi jurnalist yazıları müsabiqəsinin qaydaları qəbul edilmişdir. Həmin qaydalarda müsabiqənin məqsədi, şərtləri, iştirakçılar və iştirakçılar tərəfindən təqdim edilən yazılarla bağlı tələblər təsbit edilmişdir. Qeyd edilən qaydalara əsasən müsabiqə iştirakçıların tərkibi baxımından açıq keçirilir və redaksiyaların ştatlı və ya ştatdankənar peşəkar müxbirləri müsabiqədə iştirak edə bilərlər. Müsabiqədə iştirak müxbirin yaxud da KİV-in redaksiyasının təşəbbüsü əsasında müsabiqənin təşkilatçısına ərizənin və müvafiq yazının təqdim olunması qaydasında həyata keçirilir. Qaydalara əsasən müsabiqədə iştirak etmək istəyən jurnalistlər rəsmi elanda göstərilən mövzulardan hər hansı biri üzrə yazını (məqaləni) təşkilatçıya təqdim edir və müsabiqənin nəticələri elan olunanadək həmin yazını (məqaləni) dərc etməmək, yayımlamamaq və paylaşmamaq barədə öhdəlik götürürlər. Həmçinin, həmin qaydalara 1 saylı əlavədən görünür ki, ərizə ilə Fonda müraciət edən jurnalist müsabiqə şərtlərini qəbul etdiyini, şəxsi məlumatların mötəbərliyini və təqdim etdiyi yazının (məqalənin) əvvəllər heç bir yerdə dərc edilmədiyini, yayımlanmadığını və paylaşılmadığını təsdiq edir.

29. Göründüyü kimi, müsabiqənin keçirilməsi qaydaları və şərtləri, eləcə də iştirakçıların tərkibinə aid tələblər təşkilatçı tərəfindən müəyyən olunur və onun məsuliyyət sferasına aiddir. Nəzərə almaq lazımdır ki, müsabiqədə iştiraka qatılan şəxs həmin qaydalara bağlıdır və müsabiqədə iştirak etdiyi təqdirdə təşkilatçı tərəfindən müəyyən edilmiş yuxarıda qeyd olunan davranış qaydalarına və şərtlərinə əməl etməyə borcludur. Belə ki, şəxsin müsabiqəyə qatılması onun həmin qaydalarla tanış olduğunun və onlarla razılaşdığının təsdiqi kimi qiymətləndirilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, müsabiqə iştirakçısı müsabiqəyə qatılmaq barədə ərizəyə düzəliş etmək və ya ərizəni geri çağırmaq, müsabiqədə iştirakdan imtina etmək haqqına malikdir.

30. Bundan başqa, müsabiqəyə yazılarını təqdim edən iştirakçıların müəlliflik və əq li mülkiyyət haqqında qanunvericiliyin tələblərinə əməl etməyə borclu olduğu da nəzərə alınmalıdır.

31. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisədə iddiaçı digər müsabiqə iştirakçılarına məxsus və onların yaradıcılığının məhsulu və bunun üzərindən müəlliflik hüququnun obyekti olan yazıların ona təqdim olunmasını tələb edir. Yuxarıda istinad edilən normalara görə, müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur. Ədəbi əsərlər (kitablar, broşüralar, məqalələr, mühazirələr və çıxışlar, kompüter proqramları və s.) müəlliflik hüququnun obyektidir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cavabdehə müraciətinin mahiyyətcə informasiya sorğusu qaydasında məlumatın əldə edilməsinə yönəldiyi barədə iddiası da əsassız sayılmalıdır. Belə ki, müsabiqəyə təqdim olunmuş müəllif yazıları “İnformasiya əldə etmək haqqında” Qanun anlamında məlumat sayıla bilməz. Həmin Qanunun 3.0.1-ci maddəsinə görə, informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlardır, 3.0.3-cü maddəsinə görə ictimai informasiya - qanunlarla və ya digər normativ hüquqi aktl arla müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən faktlar, rəylər, bilgilərdir.

33. Beynəlxalq standartlarda informasiyaya verilən anlayış predmetlər, faktlar, ideyalar və sair barədə konkret kontekstə münasibətdə insanların bölüşə biləcəyi bilgiləri ehtiva edir (İSO/İEC 10746-2:1996). Və yaxud yenə də beynəlxalq standartlarda informasiyaya verilən anlayış müəyyən kontekstə münasibətdə konkret məna daşıyan faktlar, hadisələr, əşyalar, ideya və anlayışlar barədə bilgiləri ifadə edir (İSO/İEC 2382:2015). İstinad edilən həmin sənədlərə görə informasiyanın qeyd edilən bölüşmə, mübadilə predmeti keyfiyyəti əldə etməsi üçün hər şeydən əvvəl informasiyanın məlumata çevrilməsi tələb olunur. Bu mənada informasiya şifahi, yazılı və ya hər hansı digə r üsulla ötürülən məlumatlar anlamında qəbul edilməlidir.

34. Məhkəmə kollegiyası informasiya anlayışının hətta beynəlxalq səviyyəli sənədlərdə diskussiya predmeti olduğunu nəzərə alaraq qeyd edir ki, hipotetik olaraq iddiaçı tərəfindən ona verilməsi tələb olunan məqalələrin informasiya anlayışı ilə əhatə olunduğu qəbul edilsə belə, onun verilməsi qanunla məhdudlaşdırılmışdır. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-1-ci maddəsinə görə, informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu,.....digər şəxslərin hüquq və azadlıqlarının.... qorunması məqsədlərinə zidd olmasın. Hazırki halda iddiaçının ona verilməsini tələb etdiyi məqalələr hipotetik olaraq informasiya sayılsa belə, məqalə müəlliflərinin müəlliflik hüquqları qanunla qorunduğundan, onların razılığı olmadan verilə bilməz.

35. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı müsabiqə iştirakçılarına məxsus və nominasiyaya təqdim edilmiş yazıları cavabdehdən tələb etməkdə haqlı sayıla bilməz. İstinad olunan normalar baxımından müsabiqə təşkilatçısının iddiaçı qarşısında həmin yazıları iddiaçıya təqdim etmək öhdəliyi və bu öhdəliyi yaradan maddi-hüquqi əsas mövcud deyildir. Belə öhdəlik yuxarıda istinad olunan müsabiqə qaydalarında da nəzərdə tutulmamışdır. Bununla bağlı iddiaçının müsabiqəyə qatılmaqla həmin qaydalarla razılaşdığı da diqqətə alınmalıdır.

36. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun hesab edilməli, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüquq pozunt usuna əsaslanmadığından, şikayət təmin edilməməli və apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-345/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar