Məhkəmə qərarları › İş №2-1(102)-132/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-132/2022

18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-132/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 qızı, İddiaçı3, İddiaçı4 qızı, İddiaçı5, İddiaçı6, İddiaçı7 qızı, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı12, İddiaçı13, İddiaçı14 Cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü; iddiaçının subyektiv hüququnun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İ ddiaçılar İddiaçı1, İddiaçı2 qızı, İddiaçı3, İddiaçı4 qızı, İddiaçı5, İddiaçı6, İddiaçı7 qızı, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı12, İddiaçı13, İddiaçı14 (bundan sonra mətndə iddiaçılar) cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinə qarşı “mənəvi zərərin ödənilməsi və s” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.10.2021-ci il tarixli, 2-1(103)-2139/2021 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçılar tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilərək 17.02.2021ci il tarixdə saat 11-00-da Bakı Şəhər İcra Hakimiyyətinin yerləşdiyi inzibati binası nın qarşısında, ara məsafəsi saxlamaqla və tibbi maska istifadə edilməklə, 14 nəfərin iştirakı ilə, 15 dəqiqəlik piket keçiriləcəyi, saat 12:00-da "xxxx" MTK-nın yerləşdiyi Ünvan1 binasının qarşısında 15 dəqiqə ərzində ara məsafəsi saxlamaqla və tibbi maska istifadə edilməklə, eyni sayda iştirak edən şəxslərin iştirakı ilə piket keçiriləcəyi barədə müraciət edilmişdir.

2. Bakı Şəhər İcra Hakimiyyəti i-39/3-003/3 nömrəli 15.02.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq, ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejiminin davam etdiyini nəzərə alaraq 17.02.2021-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında və "xxxx" MTK-nın yerləşdiyi Ünvan1 binanın qarşısında planlaşdırılan toplantının keçirilməsi məqsə dəuyğun deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin 15.02.2021-cu il tarixli, 1-39/3-003 saylı məktubunun qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsinin cavabdehə həvalə edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq hər iddiaçıya 10000 manat pulun tutulması, Bakı şəhər Yasamal rayon Polis İdarəsinin piketin keçirilməsinə dair müdaxiləsinin qanunsuz hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər.

4. Tələb belə əsaslandırılmışdır ki, iddiaçılar uzun illər qonşuları olmuş İddiaçı1 dədə-babasından miras qalm ış ünvan 1 ünvanda yerləşən evinin gözləri önündə qanunsuz olaraq "xxxx" MTK-a tərəfindən sökülərək ona hər-hansı bir kompensasiyanın ödənilməməsi və evinin əvvəlki vəziyyətdə bərpa edilməsinə dair müraciətlərinə obyektiv və effektli İcra Hakimiyyəti orqanları tərəfindən biganəliyi iddiaçıları daha da məyus edir. Bu Hadisə Xüsusi mülkiyyət hüquqlarına ciddi xələl yetirir. Xüsusi mülkiyyətdə olan evin qanunsuz olaraq sökülməsi və bərpa edilməməsi və ya hər-hansı bir kompensasiya ödənilməməsi mülkiyyət hüququ münasibətlərinə ayrı seçkilikdir. Gözlərinin önündə ünvan 1 evin bilərəkdən sökülərək hər-hansı bir kompensasiya ödənilməməsi açıq aşkar Biyabırçılıqdır! İddiaçılara bildirmişlər ki, “MEMAR2" MTK-nın keçmiş rəhbəri X2 Bakı şəhər İcra Hakimiyyətinin keçmiş Başçısı olmuş Hacıbala Abutalıb ovun dayısı qızı, şərikləri X3 və Azadxan Xanməmmədov olduğundan onlar sökdükləri evi bərpa etməyəcəklər. Təəssüflər olsun ki, Bakı şəhər İcra Hakimiyyəti və Yasamal rayon İcra Hakimiyyəti müraciətlərə baxmır və ümumiyyətlə evin bərpa edilməsinə dair hər hansı təsirli addımlar atmır və ya mülkiyyətçinin kompensasiyasının ödənilməsinə təsirli addımlar atmaq barədə düşünmür. Bununla bağlı iddiaçılar sərbəst toplaşmaq hüququndan istifadə etmək qərarına gəlmişlər. Bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunmuşdur. Müraciətdə saat 11-00-da Bakı şəhər İcra Hakimiyyətinin yerləşdiyi inzibati binasının qarşısında, ara məsafəsi saxlamaqla və tibbi maska istifadə edilməklə, 13 nəfərin iştirakı ilə, 15 dəqiqəlik piket və saat 12:00-da "xxxx" MTK-nın yerləşdiyi Ünvan1 binasının qarşısı nda 15 dəqiqə ara məsafəsi saxlamaqla və tibbi maska istifadə edilməklə, eyni sayda iştirak edən şəxslərin iştirakı ilə piket keçiriləcəyi bildirilmişdir. Piketlərdə də 10 vattdan artıq olmayan səs kücləndiricidən istifadə oluna bilər. Piketdə səsləndirələcək şüarlar və qaldırılacaq plakatlardan istifadə olunacaq. Bakı şəhər İcra Hakimiyyəti 28 yanvar 2021-ci il tarixdə məktub göndərmişdir. Məktubda qeyd olunur ki: Sizin Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş, piket keçirilməsi haqqında müraciətinizə tərəfimizdən baxılmışdır. Bildiririk ki, planlaşdırdığınız piketin keçirilməsini məqsədəuyğun hesab etmirik. Qaldırılan məsələ mülki xarakter daşıyır. Eyni zamanda Bakı şəhər Yasamal rayon Polis İdarəsi şifahi olaraq telefonla icazəsiz aksiya keçirdəcəyi təqdirdə məsuliyyət barədə xəbərdar etmişdir. Bununla bağlı 17 fevral 2021-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti və X küçəsinə polis qüvvələri cəlb olunaraq səhərdən axşama qədər piket keçirilməsi üçün toplaşmağa imkan verilməmişdir. Cavabdehin məktubunun hüquqi əsası yoxdur və bu faktiki olaraq sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması deyil-qadağan edilməsidir. Cavabdehin sərbəst toplaşmaq azadlığına müdaxiləsi Konstitusiyanın 49, 71ci maddəsinə ziddir. Digər tərəfdən əlavə etdiyi sənədlərdən də görünür ki, qətnamə üzrə borclu barəsində heç bir icra hərəkəti aparılmamış, axtarış elan olunmamışdır. Digər tərəfdən isə cavabdeh Bakı şəhər İcra Hakimiyyəti qətnaməni icra edən qurum deyil və vəzifəsi sərbəst toplaşmaq haqqında aksiyanı razılaşdırmaqdır. Sonda iddiaçılar iddianın təmin edilməsini məhkəmədən xahiş etmi şlər..

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4634/2021 nömrəli, 07.07.2021-ci il tarixli qərardadı ilə (hakim Elvin Əliyev) iddia mümkün sayılmamışdır

6. Məhkəmə qeyd etmişdir ki, hazırkı inzibati məhkəmə icraatında iddia tələbi yalnız İPM-in 30-cu maddəsində nəzərdə tutulmuş halda birgə cavabdehlərə qarşı yönəldilə bilərdi. İddiaçı birgə cavabdeh qismində Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhəri Yasamal rayon Polis İdarəsini göstərsə də, onlara qarşı yönələn tələbin eyni faktiki və hüquqi hallara söykənməsini əsalandıra bilməmişdir. Həmçinin, iddiaçılar cavabdeh tərəfindən onların hüquqlarının pozulmasını sübut edə bilməmişdir.

7. Həmin qərardaddan iddiaçılar apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 05.10.2021-ci il tarixli, 21(103)-2139/2021 nömrəli qərardadına görə (sədrlik edən və məruzəçi – Səadət Bəktaşi, hakimlər – Mirzə Tağızadə və Aida Hüseyn) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4634/2021 nömrəli, 07.07.2021-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

9. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. Məhkəmə qərardadı iddiaçılara 25.10.2021-ci il tarixində təqdim edilmişdir.

11. İddiaçılar 03.11.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.10.2021-ci il tarixli, 2-1(103)-2139/2021 nömrəli qərardadının ləğv edilməsini, iddia tələblərinin tam həcmdə təmin edilməsinə dair yeni qərar qəbul edilməsini, Azərbayca n Respublikası Konstitusiyasının 49, 60, 71, 147-ci maddələrinin, İnsan Hüquqları və X1 haqqında Avropa Konvensiyasının 10, 11, 13-cü maddələrinin pozuntusunun tanınmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin mövqeyi Konstitusiya və beynəlxalq hüquqa ziddir. Belə ki, hər bir insanın azad şəkildə dinc yığıncaq keçirmək hüququ İnsan hüquqları haqqında ümumi Bəyannamənin 20-ci maddəsinə, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 21-ci maddəsində, İnsan hüquqlarının və X1 haqqında Konvensiyanın 11-ci maddəsinə təsbit olunmuşdur. Azərbaycan Respublikasının qoşulduğu beynəl xalq sənədlərdə, o cümlədən Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda (maddə 21), İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyada da (maddə 11) sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılmasının məqsədləri konkret şəkildə ifadə olunur.

13. Həmçinin, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 7-ci maddəsində bu azadlığın məhdudlaşdırılma halları nəzərdə tutulmuşdur. Həmin hallar olmadıqda vətəndaşların sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması isə qanunaziddir. İddiaçılar da həmin normaların, eləcə də Konstitusiyanın 60, 71, 147-ci maddələrinin əsasında məhkəməyə müraciət etmişdir. Həmin iddianın baxılmasından imtina edilməsi isə Konstitusiya və Konstitusiyanın tərəfdar çıxdığı beynəlxalq Konvesiyalara ziddir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə: Maddə

30. Prosessual həmiştirakçılıq 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. (-). Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qə bul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. (-) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

96. Ali Məhkəmədə icraat (-) 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası m əhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-) Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

16. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli, 5 nömrəli qərarı: Bənd 1.1. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qa rşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

18. Apellyasiya inst ansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Belə ki, yuxarıda qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesa b edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

21. Subyektiv mənada iddia vermək hüququ da bir tərəfdən şəxsin hüququnun pozulub-pozulmamasını, digər tərəfdən iddia vermək hüququna malik olub-olmamasını özündə ehtiva edir.

22. İnzibati aktın qəbul edilməsi ilə, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqa malik olan fiziki şəxs (fiziki şəxslər), hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahis ələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər.

23. Başqa sözlə, iddiaçılar iddia irəli sürmək üçün ilk növbədə inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onların hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.

24. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, hazırkı işin halları baxımından iddiaçıları subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdehlər tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkət və ya hərəkətsizliyin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. Lakin aşağı instansiya məhkəmələri tərəfindən işə baxılarkən iş üzrə belə sübutların verilməsi müəyyən olunmamı şdır.

25. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən iddiaçıların subyektiv hüququnun olub-olmaması araşdırılmış və cavabdehlər tərəfindən iddiaçıların hüquqlarına müdaxilə təşkil edən hərəkət və ya hərəkətsizliyin edilməsi öz təsdiqini tapmamışdır.

26. Göründüyü kimi, iddiaçıların hazırkı tələblə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Yuxarıda sadalanan normalara, Ali Məhkəmə Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə də iddiaçının subyektiv hüququnun olmaması iddianın mümkün sayılmaması üçün əsasdır.

27. Bundan başqa, məhkəmələr haqlı olaraq hazırkı iddia tələbinin birgə cavabdehlərə qarşı yönəlməsini İPM-in 30-cu maddəsinə uyğun hesab etməmişdir. Blə ki, iddiaçılar birgə cavabdeh qismində Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhəri Yasamal Rayon Polis İdarə sini göstərsə də, onlara qarşı yönələn tələbin eyni faktiki və hüquqi hallara söykənməsini əsaslandıra bilməmişdir. Prosessual həmiştirakçılıq isə o zaman mümkündür ki, tərəflər mübahisə predmeti üzrə eyni hüquqi maraqlara malik olsunlar və ya eyni faktiki və hüquqi hallara söykənən hüquq və vəzifələrə malik olmaqlarını bildirsinlər.

28. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.10.2021-ci il tarixli, 2-1(103)-2139/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıların kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasın ın 05.10.2021-ci il tarixli, 21(103)-2139/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar