Məhkəmə qərarları › İş №2-1(102)-132/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-132/2023

18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-132/2023 18.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərbi qulluqçu kimi təyin edilmiş yaşa görə əmək pensiyasının əvvəlki illər üzrə ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1962) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müd afiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ödənilməmiş əmək pensiyasının ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2314/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1995-ci ildə hərbi xidmətdən tərxis olunan iddiaçı barəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xx.xx.2016-cı il tarixdə 05195 nömrəli “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında” Məlumat Vərəqi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilmişdir.

2. İddiaçı xx.xx.2016-cı il tar ixdə ərizə ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə (hazırkı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) ərizə ilə müraciət edərək ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

3. Cavabdehin xx.xx.2016-cı il tarixli, 16/2835 saylı Qərarına əsasən iddiaçının ərizəsinə baxılaraq “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə müvafiq olaraq ona 22 il xidmət ilinə müvafiq olaraq xx.xx.2016-cı il tarixdən ömürlük yaşa görə əmək pensiyasının təyin edilməsini qərara alınmışdır.

4. Cavabdeh xx.xx.2016-cı il tarixdə iddiaçıya təyin etdiyi yaşa görə əmək pensiyasını yenidən hesa blayaraq iddiaçıya xx.xx.2007-ci ildən xx.xx.2007-ci ilədək təyin olunmuş pensiyanın məbləğinin 114 manat 66 qəpik, xx.xx.2008-ci ildən xx.xx.2008-ci ilədək 177 manat 85 qəpik, xx.xx.2008-ci ildən xx.xx.2010-cu ilədək 254 manat 91 qəpik, xx.xx.2010-cu ildən xx.xx.2011-ci ilədək 268 manat 35 qəpik, xx.xx.2011-ci ildən xx.xx.2013-cü ilədək 308 manat 67 qəpik, xx.xx.2013-cü ildən xx.xx.2016-cı ilədək 328 manat 83 qəpik, xx.xx.2016-cı ildən isə ömürlük 352 manat müəyyən edilməsini qərara almışdır.

5. İddiaçı cavabdehə müraciət edərək, 1995-ci ildən 2007-ci ilədək ödənilməmiş pensiya fərqinin ödənilməsini xahiş etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək, ünvanladığı xx.xx.2021-ci il tarixli, **********9 nömrəli məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Prezident inin 2006-cı il 22 dekabr tarixli, 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 4 may 2016-cı il tarixli, 05195 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq iddiaçıya Mərkəzi Filial tərəfindən 1 iyun 2016-cı il tarixində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək 1 yanvar 2007-ci il tarixindən hesablanmaqla ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının müraciətində göstərdiyi dövr (1995-2007-ci illər) Mərkəzi Filiala müraciət edilən 4 iyun 2021-ci il tarixindən qanunvericiliklə müəyyən edilmiş üç il müddətindən daha çox dövrü əhatə etdiyindən həmin dövr üzrə əmək pensiyasının yenidən hesablanmasını qanunvericiliyin tələbləri baxımından mümkün hesab etməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı ca vabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “1995-ci ildən 2007-ci ilədək ödənilməmiş əmək pensiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1980-ci ildən etibarən SSRİ-nin ordu sıralarına çağırılmış, hərbi xidmətdən sonra texnikumda təhsil alıb gizir kimi xidmətini davam etdirmişdir. Sovetlər Birliyi dağıldıqdan sonra 1992-ci il Azərbaycan Respublikası Silahlı Qüvvələri yaranan gündən etibarən N saylı hərbi hissədə Ağdərə rayonu istiqamətində Mühəndis İstehkam tağımının komandir müavini vəzifəsində xidmət etmişdir. İddiaçı 1995-ci il noyabrın 22-də Müdafiə Nazirliyinin əmri ilə ehtiyata buraxılmışdr. İddiaçı və digər hərbi qulluqçu yoldaşlarının şəxsi işləri qərargahda yanıb məhv olmuşdur. Bütün bunlara baxmayaraq sənədlərin bərpa olunması üçün Rusiyanın müxtəlif vilayətlərinə sorğular göndərmişdir. 2016-cı ildə Soratov vilyətinin Puqaçova şəhərindən müsbət cavablar gəlmişdir. Xidmətləri barədə cavab aldıqdan sonra Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən müharibədə xidməti illərini hesablayıb ona ömürlük pensiya təyin etmişlər. 1995-ci ildən 2016-cı ilədək almadığı pensiya məbləğini yalnız 2007-ci ildən ödəmişlər.

8. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarını n 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. İddiaçının ərizəsində iddia etdiyi 1995-ci il tarixdən 2007-ci il tarixədək olan dövrlər üçün hesablanaraq ödənilməsi tələbi qanunamüvafiq olmadığından təmin edilməməlidir. İddiaçıya əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2016-cı il tarixdə “Məlumat vərəqi” göndərilmiş və xx.xx.2016-cı il tarixdə öz ərizəsinə əsasən əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçıya həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” qanunun 20.14.1-ci maddəsi ilə təyinat aparılmış, keçmiş dövrünə münasibətdə isə həmin qanunun 32.1-ci maddəsi və həmçinin Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2 və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna həvalə edildiyindən xx.xx.2007-ci il tarixdən pensiyasının hesablanaraq ödənilməsinə qərar verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə Qanunun 32.1-1 maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı mövcuddur.

9. Bakı İnzibati Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 2-1(112)-1623/2022 nömr əli qərarı ilə (hakim S.Salahova) iddia qismən təmin edilmiş, iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının 01 yanvar 2006-cı il tarixdən 01 yanvar 2007-ci il tarixədək olan dövr üzrə ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehə yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etdiyi dövrdə qüvvədə olan qanunvericiliyə əsasən hərbi qulluqçuya yaşa görə əmək pensiyası təyin edilməsi üçün ilk növbədə həmin şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatı əks etdirən Məlumat vərəqi verilməlidir. İddiaçıya belə bir məlumat vərəqi xx.xx.2016-cı il tarixdə verilmiş, orada iddiaçının hüququnun xx.xx.1995-ci il tarixdən yarandığı göstərilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 31.1, 32.1, 37.7-ci maddələrini n tələblərinə əsasən, şəxsə yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdən, lakin “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixdən tez olmamaqla təyin edilməlidir. Lakin cavabdeh iddiaçıya pensiya təyin edərkən həmin normanın tələbini nəzərə almamış, iddiaçıya 1995-ci ildə yaranmış hüququna əsasən ƏPQ-nin qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixdən pensiya təyin etmək yerinə xx.xx.2007-ci il tarixdən təyinat və ödəmələr aparmışdır.

11. Pensiya ödənişinin 1995-2005-ci illər üzrə verilməsinə gəldikdə məhkəmə qeyd etmişdir ki, yuxarıda istinad olunduğu kimi “Əmək pensiyaları haqqında” Qanunun yaşa görə əmək pensiyasının onun qüvvəyə mindiyi gündən tez olmamaqla təyin edilməsini təsbit edir.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2314/2022 nömrəli qərarı ilə (hakimlər: H.Həmidov - sədrlik edən və məruzəçi, A.Oruczadə və C.Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA Q ARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına" əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanl arın müvafiq qurumları tərəfindən hazırlanır və Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Bildirir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 4 may 2016-cı il tarixli 05195 nömrəli məlumat vərəqəsinə əsasən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq iddiaçıya Mərkəzi Filial tərəfindən 1 iyun 2016-cı il tarixində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək yanvar 2007-ci il tarixindən hesablanmaqla ödənilmişdir. Eyni zamanda bildir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1 -1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pen siyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

17. İddiaçının müraciətində göstərdiyi dövr (1995-2007-ci illər) Mərkəzi Filiala müraciət edilən 4 iyun 2021-ci il tarixindən qanunvericiliklə müəyyən edilmiş üç il müddətindən daha çox dövrü əhatə etdiyindən həmin dövr üzrə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Belə ki, müvafiq səlahiyyətlər Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2007-ci il tarixindən verilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı kassasiya şikay ətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər (xx.xx.2017-ci ilə qədər qüvvədə olmuş redaksiya). Maddə 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir (xx.xx.2017-ci ilə qədər qüvvədə olmuş redaksiya). Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu madd ədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir (xx.xx.2017-ci ilə qədər qüvvədə olmuş redaksiya). Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.

20. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanı

4. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Prokurorluğu, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinə tapşırılsın ki, hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilməsi ilə əlaqədar, həmin şəxslərin pensiya təminatına dair müvafiq sənədlərin Dövlət Sosial Müdafiə Fonduna təhvil verilməsini bir ay müddətində təmin etsinlər.

21. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin q ərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏ MƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

25. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.

27. Hazırkı mübahisə mahiyyət etibarı ilə iddiaçıya ödənilməmiş əmək pensiyasının ödənilməsi ilə bağlıdır.

28. Cavabdehin şikayətinin dəlilinə görə hərbi qulluqçulara pensiya təyin edilməsi və ödənilməsi ilə bağlı səlahiyyət i 1 yanvar 2007-ci ildən yarandığından və “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilmə aparılmalı olduğundan, iddiaçının tələb etdiyi məbləğ müraciətdən əvvəlki 3 il dövrə düşmədiyindən apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır.

29. Məhkəmə kollegiyası qeyd edir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 1 yanvar tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna həvalə edildiyindən və hərbi qulluqçuların pensiya təminatı haz ırda başqa dövlət orqanı tərəfindən həyata keçirilmədiyindən, bu sahə üzrə səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu olduğundan cavabdehin yalnız 1 yanvar 2007-ci ildən səlahiyyətli olması və ondan əvvəlki dövr üçün cavabdehlik daşımaması barədə şikayətinin dəlili əsaslı sayıla bilməz.

30. Belə ki, hazırkı qərarın 19-cu bəndində qeyd olunan “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir.

31. Belə olan halda apellyasiya məhkəməsi düzgün olaraq iddiaçıya 1995-ci ildə yaranmış hüququna əsasən “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixdən pensiya ödənişləri edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

32. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, mübahisələndirilən qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2314/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar