Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-132/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-132/24) (Açar sözlər: sərəncamın qismən ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 02.02.2024 hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs "xxxx" MMC) qarşı “sərəncamın qismən ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 i yun 2023-cü il tarixli, 2-1(103)-278/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində istifadədə olan 0,010854 ha torpaq sahəsində yerləşən 29/46 nömrəli, 329.05 kv.m ümumi, 270.81 kv.m əsas, 58.24 kv.m köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binası ümumi birgə mülkiyyət hüququ üzrə xx.xx.2008-ci il tarixli ayrı-ayrı çıxarışlara əsasən iddiaçıların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Cavabdehin 24 oktyabr 2016-cı il tarixli sərəncamı ilə rayonun Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin kəsişməsində yeni hündür mərtəbəli çoxmənzilli yaşayış binalarının tiki ntisinin aparılması məqsədilə, rayonun Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin küçələrinin kəsişməsində 2,99 ha torpaq sahəsinin "xxxx" MMC-nin daimi istifadəsinə verilmiş, həmin sərəncamın 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin kəsişməsində yerləşən yaşayış binalarının sökülməsi "xxxx" MMC-yə həvalə edilmişdir.
3. Cavabdehin xx.xx.2017-ci il tarixli sərəncamı ilə Tələt Şıxəliyev 6, Qarabağ 32, 30 və ünvan ünvanlarda yerləşən, qəzalı vəziyyətdə olan bir və iki mərtəbəli binaların sökülərək yerində yeni yaşayış binalarının tikintisi nəzərə alınmaqla Tələt Şıxəliyev, Qarabağ və Xətai prospektinin ərazi planlaşdırma sənədləri təsdiq edilmişdir.
4. Cavabdehin xx.xx.2017-ci il tarixli 390 nömrəli sərəncamı ilə "xxxx" MMC-yə Tələt Şıxəliyev, Qarabağ və Xətai prospektinin kəsişməsində sökülmüş qəzalı binaların yerində yaşayış binalarının tikintisinə icazə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi, həmçinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.2016-cı il tarixli, 350 saylı sərəncamının hissəvi olaraq hüquqlarına toxunan hissədə (0,01088 ha torpaq sahəsi çıxmaq şərti ilə) ləğv edilməsini və cavabdehdən 10000 manat maddi və mənəvi ziyan qismində tutularaq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində istifadədə olan 0.010854 ha torpaq sahəsində yerləşən 29/46 nömrəli, 329.05 kv.m ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binası ümumi birgə mülkiyyət hüququ üzrə onların adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və xx.xx.2008-ci il tarixdə çıxarışlar verilmişdir. Bir müddət öncə onlara heç bir məlumat verilmədən 3-cü şəxs "xxxx" MMC-nin əməkdaşları tərəfindən mülkiyyətlərində olan ərazi qanunsuz olaraq zəbt edilmiş və hal-hazırda hasarla dairəyə alınmışdır. Bundan əlavə olaraq, onların binasına xidmət edən kommunikasiya xətləri (su, kanalizasiya, telefon, internet və s.) dağıdılmışdır. Bu məsələnin araşdırılması zamanı məlum olmuşdur ki, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 350 saylı xx.x x.2016-cı il tarixli sərəncamı ilə Nərimanov rayonu Qarabağ küçəsi, T.Şıxəliyev küçəsi, Xətai prospekti kəsişməsində 1.706 hektar torpaq sahəsi “Yaşayış binasının tikintisinin layihələndirilməsi” üçün "xxxx" MMC-yə istifadəyə verilib və bu sərəncama əsasən 013 saylı xx.xx.2016-cı il tarixli Ayrıc aktı verilmişdir.
7. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçılar maddi və mənəvi ziyanın təsdiqi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Bundan əlavə, üçüncü şəxsə ayrılmış 1,706 ha torpaq sahəsindən iddiaçıların hüquqlarına toxunan torpaq sahəsinin çıxarılması ilə bağlı iddiaçıların tələbləri məhkəməyə təqdim edilmiş sənədlər əsasında araşdırılmalı və bu məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin rəyi alınmalıdır. 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8 avqust 2019-cu il tarixli, 2-1(82)942/2019 nömrəli qərarı (hakim R.M.Daşdəmirov) ilə iddia qismən təmin edilmiş, cavabdehin 24 oktyabr 2016-cı il tarixli, 350 nömrəli sərəncamı iddiaçıların hüquqlarına toxunan hissədə (0,01088 ha torpaq sahəsi çıxmaq şərti ilə) ləğv edilmiş, iddia qalan hissədə rədd edilmişdir.
9. Cavabdeh Nərimanov Rayon İcra Hakimiyyəti qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) yuxarı instansiyası məhkəmələrində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2020-ci il tarixli, 2-1(103)-116/2020 nömrəli qərarı (hakimlər: A.B.Nuriyeva /sədrlik edən və məruzəçi/, V.M.Ağayev və C.A.Yusifov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilm əmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8 avqust 2019-cu il tarixli, 2-1(82)942/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 10 sentyabr 2020-ci il tarixli, 2-1(102)-1176/2020 nömrəli qərarı (hakimlər: K.N.Bədəlov /sədrlik edən və məruzəçi/, İ.K.Hüseynov və İ.K.Xəlilov) ilə üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş şikayətin qəbulundan imtina edilmiş, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti isə qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2020-ci il tarixli, 2-1(103)-116/2020 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 noyabr 2020-ci il tarixli, 2-1(103)-1928/2020 nömrəli qərardadı (hakimlər: E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, N.Ş.Cəfərov və X.Ə.Sarıyev) ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 avqust 2019-cu il tarixli, 2-1(82)942/2019 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi mümkün sayılmamışdır.
13. İddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 26 may 2021-ci il tarixli, 21(102)-831/2021 nömrəli qərarı (hakimlər: R.S.Nəbizadə /sədrlik edən və məruzəçi/, Z.M.Quliyev və İ.Ə.Şəfiyev) ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 noyabr 2020-ci il tari xli, 2-1(103)-1928/2020 nömrəli qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-167/2022 nömrəli qərarı (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.P.Oruczadə) ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8 avqust 2019-cu il tarixli, 2-1(82)-942/2019 nömrəli qərarı ləğv edilmiş, iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır.
15. İddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 6 iyun 2022-ci il tarixli, 21(102)-941/2021 nömrəli qərarı (hakimlər: N.İ.Rəsulbə yova /məruzəçi/, S.Ə.Kərimov və X.S.Məmmədov) ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-167/2022 nömrəli qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. c) apellyasiya instansiyası məhkəməsində sonuncu icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyun 2023-cü il tarixli, 2-1(103)-278/2023 nömrəli qərarı (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və S.X.Bəhrəmzadə) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8 avqust 2019-cu il tarixli, 2-1(82)-942/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi iddianın mümkünlü yü ilə bağlı qeyd etmişdir ki, Ali Məhkəmənin qərarında öz əksini tapmış hüquqi mövqeyə əsasən məhkəmə iclasında cavabdehin nümayəndəsinə qeyd olunanlarla bağlı izahat verilməsi təklif olunmuş və tərəfin verdiyi izahatdan məlum olmuşdur ki, mübahisələndirilən sərəncam iddiaçılara təqdim olunmamışdır. Bəzi qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri, o cümlədən İddiaçı1 Bakı şəhərinin hüdudlarından kənarda yaşadığından (Balakən rayonu), mülkiyyətçilərin birbaşa inzibati icraata cəlb edilməsini çətinləşdirmişdir. İddiaçılara məxsus olan qeyri-yaşayış sahəsinin qonşuluğunda yerləşən digər qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinə sərəncam və inzibati icraat barədə məlumat (bildiriş vərəqəsi) verilmişdir ki, İcra Hakimiyyətinin nümayəndəsinin qənaətinə görə iddiaçılar da bu barədə vaxtında məl umatlı olmuşlar. İddiaçıların nümayəndəsinin dəfələrlə bu məsələ ilə bağlı İcra Hakimiyyəti başçısının qəbulunda olması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı cavabdehin nümayəndəsi bildirmişdir ki, bu halı təsdiq edən sübutları təqdim edə bilmirlər. Beləliklə, iddia mümkündür, iddianın mümkünsüzlüyü ilə bağlı məsələ aradan qalxmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi iddianın mahiyyəti ilə bağlı qeyd etmişdir ki, iddiaçıların mülkiyyətində olan qeyri-yaşayış binasının qəzalı vəziyyətdə olması ilə bağlı məhkəməyə hər hansı bir sənəd təqdim edilməmiş, məhkəməyə təqdim edilmiş “Bakı şəhəri, N.Nərimanov rayonu, Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin kəsişməsində yerləşən yaşayış binalarının texniki vəziyyəti haqqında” 18 fevral 2018-ci il tarixli aktda və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi tərəfindən tərtib edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 26/46 ünvanda yerləşən qeyri-yaşayış binasında konstruksiyalarda aparılmış sınaqlara dair aktda iddiaçıların mülkiyyətində olan qeyri-yaşayış binasının qəzalı vəziyyətdə olması və ya mövcud şəhərsalma normalarına cavab verməməsi barədə heç bir qeyd edilməmişdir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, həmin sərəncam iddiaçıların mülkiyyətində olan qəzalı vəziyyətdə olmayan qeyri-yaşayış binasına münasibətdə tətbiq edilə bilməz.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ET İRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi öz qərarını əsaslandırmaq üçün Azərbaycan Respublikası Konstitusiyasının, Mülki Məcəllənin, İnzibati İcraat haqqında qanunun, İnzibati-Prosessual Məcəllənin müddəalarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına, Nərimanov RİH başçısının sərəncamlarına istinad etsə də, həmin normaların hazırki işə tətbiqini əsaslandıra bilməmiş, əslində elə istinad edilən mənbələrdəki normaların tələblərinə zidd olan qərar qəbul etmişdir.
21. Konstitusiyanın 29-cu maddəsinə istinad edən apellyasiya məhkəməsi nəzərə almamışdır ki, cavabdeh və üçüncü şəxs tərəfindən iddiaçının mülkiyyət hüququna müdaxilə baş verməmişdir, əksinə, iddiaçının mövcud əmlakından daha böyük, daha keyfiyyətli və təhlükəsiz əmlak təklif edilmişdir. İddiaçı öz hüquqlarından sui-istifadə edərək, gərəksiz və qanunsuz əngəllər çıxararaq 300-dən çox sayda hüquqi və fiziki şəxsin hüquqlarını pozmağa davam edərək özü Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 17.1-ci maddəsinə zidd hərəkət edir.
22. Şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia verilməsi axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Hazırkı işdə, iddiaçı mövcud vəziyyətdən xəbərdar olmasına rəğmən, müddəti ötürdükdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
23. Mübahisələndirilən sərəncamın ləğv edilmə əsaslarından biri kimi həmin torpaq sahə sinin özəlləşdirilməsi göstərilsə də, məhkəmənin nəzərindən yayınmışdır ki, sərəncam qəbul edilən tarixdə, iddiaçılara məxsus torpaq sahəsi dövlət mülkiyyətində idi. Sərəncam qəbul edilən tarixdən 3 il sonra isə sözügedən torpaq sahəsi özəlləşdirilmişdir. Eyni zamanda, iddiaçılar qəbul edilmiş inzibati aktın hissəvi ləğvini birbaşa məhkəməyə müraciət edərək mübahisələndirmiş, inzibati aktı qəbul edən orqana sərəncamın hissəvi ləğvi ilə bağlı heç bir müraciət ünvanlamamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
24. İddiaçılar kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
67. Qanunsuz inzibati aktın ləğv olu nması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər..
26. Azərbayc an Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. M addə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab et dikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şik ayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı tam mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəm ələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
31. Məhkəmə kollegiyası Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iddia ərizəsinin və apelly asiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından hazırkı mübahisəyə münasibətdə sərəncamın qismən ləğv edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
33. Apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgü n tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
34. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
35. Hazırki iddianı qaldırmaqda iddiaçıların hüquqi marağı, nail olmaq istədikləri məqsəd baxımından mübahisələndirilən sərəncamla xüsusi mülkiyyətlərində olan qeyriyaşayış sahəsinə müdaxilənin qarşısının alınmasına və mülkiyyət hüquqlarının həmin müdaxilədən qorunmasına nail olmaqdan ibarətdir.
36. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, sözügedən 3 mərtəbəli qeyri-yaşayış sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında iddiaçıların xüsusi mülkiyyətindədir və həmin daşınmaz əmlak üzərində onların mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
37. Mülkiyyət hüququ əsasında iddiaçılara məxsus qeyri-yaşayış sahəsi də daxil olmaqla, mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuları sökülməklə, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi üçün Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli sərəncamına əsasən rayonun Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin küçələrinin kəsişməsində 2,99 ha torpaq sahəsi "xxxx" MMC-nin daimi istifadəsinə verilmiş, həmin sərəncamın 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin kəsişməsində yerləşən yaşayış binalarının sökülməsi "xxxx" MMC-yə həvalə edilmişdir.
38. İddianın mahiyyətinə münasibətdə məhkəmə kollegiyası onu qeyd edir ki, cavabdeh yalnız qanunla müəyyən olunmuş qaydada və onun səlahiyyətinə aid edilmiş hallarda torpaq sahələri üzərində sərəncam vermək, o cümlədən torpaq sahəsini icarəyə vermək haqqına malikdir. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə münasibətdə sərəncam vermək, başqa sözlə iddiaçıların mülkiyyətində olan torpaq sahəsini icarəyə vermək səlahiyyətinə malik olmadığı nəzərə alınmalı və mübahisələndirilən sərəncama bu prizmadan qiymət verilməlidir.
39. Nəzərə almaq lazımdır ki, hazırkı işdə Nərimanov rayon İcra Hakimiyyəti, mübahisə predmeti olan torpaq sahəsini qanunla müəyyən edilmi ş qaydada geri alınmadan həmin torpaq sahəsinin digər şəxslərə icarəyə verilməsi ilə bağlı səlahiyyətə malik olmadığı halda, həmin torpaq sahəsində yerləşən iddiaçılara məxsus qeyri-yaşayış sahəsinin sökülməsi və yerində çoxmərtəbəli binanın tikilməsi barədə qanunsuz inzibati akt qəbul etmişdir. Bu səbəbdən həmin inzibati akt hazırki vəziyyətdə mübahisələndirilən hissədə, yəni iddiaçılara münasibətdə ləğv edilməlidir.
40. Sonda məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçıların mülkiyyətində olan qeyri-yaşayış binasının qəzalı vəziyyətdə olması ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Həmçinin, “Bakı şəhəri, N.Nərimanov rayonu, Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin kəsişməsində yerləşən yaşayış binalarının texniki vəziyyəti haqqında” 18 fevral 2018-ci il t arixli akt və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi tərəfindən tərtib edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 26/46 ünvanda yerləşən qeyri-yaşayış binasında konstruksiyalarda aparılmış sınaqlara dair aktda məhz iddiaçıların mülkiyyətində olan qeyri-yaşayış binasının qəzalı vəziyyətdə olması və ya mövcud şəhərsalma normalarına cavab verməməsi barədə heç bir qeyd yoxdur.
41. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməli, kassasiya şikayəti təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmə sin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyun 2023-cü il tarixli, 21(103)-278/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.