Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1320/2020 10.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar edilməsi) sözlər: (57 yaşdan güzəştli şərtlərlə əmək Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası pensiyası təyin GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə İddiaçı cav abdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-416/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (iddiaçı) ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (cavabdeh) mür aciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli, **********0 nömrəli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyildir. Həmin cavabla razılaşmayan iddiaçı cavabdehə qarşı 57 yaşı tamam olduğu xx xxxxxx 2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququnun yarandığını, lakin pensiya təyinatı üçün xx xxxx 2019-cu il tarixdə müraciət etdiyini nəzərə alaraq, xx xxxx 2016-ci il tarixdən ona həmin dövrdə qüvvədə olmuş qaydalarla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilm əsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx xxxxxx 1956-ci il tarixdə doğulmuşdur, xx.xx.1975-ci ildən “Qırmızı Ulduz’’ İstilik Enerji Mərkəzinin quraşdırma sahəsində çilingər peşəsi üzrə əmək fəaliyyətinə başlamış, xx xxxxxx 1975-ci il tarixdə hərbi xidmətə çağırışla əlaqədar işdən azad edilmişdir. xx xxxxxx 1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək sovet ordusunda hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra yenidən xx.xx.1977-ci ildə “Qırmızı Ulduz” İEM-nin quraşdırma sahəsində 3-cü dərəcəli çilingər peşəsində işləmiş, 1979-cu ilin aprel ayından 4-cü dərəcəli türbinçi-çilingər peşəsində işləmişdir. 1980-ci ilin oktyabr ayında “Qırmızı Ulduz” İEM-nin quraşdırma sahəsinin ləğv edilməsi və Abşeron Quraşdırma İdarəsinin yaradılması i lə əlaqədar həmin idarədə 5-ci və 6-ci dərəcəli boruçəkən çilingər işləmişdir. xx.xx.1987-ci il tarixdən “Qafqazenerjiquraşdırma” Trestinin Abşeron Quraşdırma İdarəsindən həmin trestin Tikinti İdarəsinə köçürülmüş və orada da boruçəkən çilingər işləmişdir. Daha sonra, Tikinti İdarəsi Tikinti Quraşdırma İdarəsinə çevrilmişdir. İddiaçı xx.xx.1988-ci il tarixdən həmin idarədə polad və dəmir beton konstruksiyalarının 5-ci dərəcəli quraşdırıcısı peşəsində işləmiş, “Qafqazenerjiquraşdırma” trestinin digər trestinin tərkibində yaradılmış Energetik Kiçik Dövlət müəssisəsində və sair təşkilatlarında ağır və zərərli iş şəraitində işləmişdir. İddiaçının işlədiyi iş sahələri və peşələr, cüzi istisnalarla, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalat sahələrinə və peşələrə aiddir. Həmin iş sahələri və peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli və xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarları ilə təsdiq edilmiş siyahının 29-cu və 35-ci bölmələrində nəzərdə tutulmuşdur. İddiaçının 57 yaşının tamam olduğu xx xxxxxx 2013-cü il tarixə ümumi əmək stajı 35 il 8 ay 21 gün, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə isə sığorta stajı 23 il 1 ay 10 gün təşkil edir. Son işdənçıxma tarixinə, yəni xx.xx.2018-ci il tarixə ümumi stajı 40 il 17 gün, güzəştli stajı isə 23 il 1 ay 10 gün təşkil edir. 57 yaşının tamam olduğu xx xxxxxx 2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etməmişdir. Güzəştli şərtlərlə yaşa görə 57 yaşından pensiya hüququ xx xxxxxx 2013-cü il tarixdə n yaransa da, iddiaçı xx xxxx 2019cu il tarixdə ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdehin xx xxxx 2019-cu il tarixli məktubu ilə ona güzəştli şərtlərlə pensiya təyinatından əsassız olaraq imtina edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yoxdur. Belə ki, iddiaçıya məxsus əmək kitabçasında xx.xx.1975-ci ildən xx.xx.1995-ci ilədək yazılmış mətn azərbaycan dilində deyil, xarici dildə qeyd edilmişdir. Lakin qeyd edilən mətnin azərbaycan dilinə tərcüməsi təqdim edilməmiş, iddiaçı iddia ərizəsində həmin mətnin tərcüməsini öz mülahizəsinə uyğun olaraq tərcümə etmişdir. İddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda qeyd edilməmişlər. Qeyd edilən peşələr həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli qərarından əvvəl qüvvədə olan və həmin qərarın qəbul edilməsi ilə qüvvədən düşən 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda da qeyd edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3369/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim: M.T.Hacıyəbova) iddia təmin edilmiş, iddiaçıya 57 yaşı tamam olduğu xx xxxxxx 2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququnun yarandığını, lakin pensiya təyinatı üçün xx xxxx 2019-cu il tarixdə müraciət etdiyini nəzərə alaraq, xx xxxx 2016-ci il tarixdən ona həmin dövrdə qüvvədə olmuş qaydalarla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-416/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Ağayev, h akimlər: A.B.Nuriyeva və C.A.Yusifov) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)3369/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçı öz iddia ərizəsində qeyd etdiyi iddia tələbinin əsaslığını, yəni onun güzəştli şərtlərə yaşa görə pensiya almaq hüququnun yarandığını təsdiq etmək məqsədi ilə əmək kitabçasının surətini, “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli, “xxxx” ASC-nin xx.xx.2018-ci il tarixli, “xxxx”xxxx” MMC-nin xx.xx.2018-ci və xx.xx.2019-cu il tarixli arayışlarını təqdim etmişdir. Lakin, qeyd edilən sənədlərlə tanış olduqda İddiaçının iddia ərizəsində qeyd edilən hüququnun olmamasını müəyyən etmək olar. İddiaçıya məxsus əmək kitabçası ilə tanış olduqda görünür ki, iddiaçının əmək fəaliyyəti qeyd edilən əmək kitabçasında xx.xx.1975-ci ildən 01.06 1975-ci il tarixədək yazılmış mətn Azərbaycan dilində deyil, xarici dildə qeyd edilmişdir. Lakin, qeyd edilən mətnin Azərbaycan dilinə tərcüməsi təqdim edilməmiş, iddiaçı iddia ərizəsində həmin mətnin tərcüməsini öz mülahizəsinə uyğun olaraq tərcümə etmişdir. Daha sonra bildirilir ki, iddia ərizəsinin birinci səhifəsində iddiaçı tərəfindən xx.xx.1977- ci ildən xx.xx.1988-ci ilədək işlədiyi peşələrin adları qeyd edilmişdir, lakin qeyd edilən həmin peşə adları ilə iddiaçının təqdim etdiyi onun işlədiyi “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli arayışda qeyd edilən peşə adları uyğunluq təşkil etmir və həmin peşə adları tamamilə fərqlidir. “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli arayışında iddiaçının həmin müəssisədə işlədiyi peşə adları göstərilmiş və qeyd edilmişdir ki, Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il qərarına əsasən (Fəsil 29) işlədiyi sahələr zərərli olduğu üçün güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verir. Lakin, qeyd edilən arayışda iddiaçının işlədiyi heç bir peşə nəinki arayışda qeyd edilən 29-cu fəsil (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri), ümumiyyətlə Nazir lər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli qərarında qeyd edilən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda qeyd edilməmişlər. Həmçinin, qeyd edilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli qərarından əvvəl qüvvədə olan və həmin qərarın qəbul edilməsi ilə qüvvədən düşən "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda da qeyd edilməmişdir. “xxxx” ASC-nin xx.xx.2018-ci il tarixli, “xxxx”xxxx” MMC-nin xx.xx.2018-ci və xx.xx.2019-cu il tarixli arayışlarında iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli qərarında qeyd edilən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda, həmçinin Respublika Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli qərarından əvvəl qüvvədə olan və həmin qərarın qəbul edilməsi ilə qüvvədən düşən, "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda da qeyd edilməmişlər. Etiraz: İddiaçı cavabdehin verdiyi kassasiya şikayətinə etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, cavabdehin mövqeyi qərəzli və qeyri-qanun i olmaqla iddiaçının hüquqlarını süni surətdə məhdudlaşdırmağa yönəlmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı və onun vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının t am formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də, şikayət qəbul oluna bilən hesab edilir. Lakin, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyin ə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial t əminat hüququ var. Cavabdeh kassasiya şikayətində bir neçə xüsusatı mübahisələndirir. Əvvəlcə qeyd edilir ki, iddiaçının əmək fəaliyyətini əks etdirən əmək kitabçasında xx.xx.1975-ci ildən xx.xx.1975-ci il tarixədək yazılmış mətn Azərbaycan dilində deyil, xarici dildə qeyd edilmiş, mətnin Azərbaycan dilinə tərcüməsi təqdim edilməmiş, iddiaçı iddia ərizəsində həmin mətnin tərcüməsini öz mülahizəsinə uyğun olaraq tərcümə etmişdir. Bu dəlili əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin bu dəlilinin heç bir hüquqi əsası yoxdur. Belə ki, iş materiallarında əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilmiş və notarial qaydada təsdiq edilmiş surəti mövcuddur. ( iş vər 53-55) İddiaçının işlədiyi peşələrin Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli qərarında qeyd ed ilən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda qeyd edilməməsi və beləliklə də, iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun olmaması ilə bağlı da cavabdehin mövqeyini əsassız hesab məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin ə mək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki şərt mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının olması; 2) bu müddətin azı 12 il 6 ayının güzəştli iş stajı olması. İddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi günə - xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 (iyirmi beş) ildən çox olduğundan və bu tarixədək həm Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələri n və göstəricilərinin” 2 nömrəli siyahısında (“XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması texniki təchizatı, bərpası və təmiri ”bölməsində - 2290000a-14612polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar, 2290000b24441- iş icraçıları, 2290000a- 19233- sənaye dəmir beton borularının boruçəkənləri, 2290000b—23419 yeni tikinti və quraşdırma işlərinin ustaları), həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda (29 a) “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması texniki təchizatı, bərpası və təmiri ”bölməsində adları çəkilən istehsalatda s ənaye dəmir-beton borularının boruçəkənlər) nəzərdə tutulan peşələrdə 12 il 6 aydan çox iş stajı olduğu üçün onun 57 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, qanununla müəyyən edilmiş hər iki şərt - ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə ödənildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İPM-nin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış da xili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bəhs edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasın ın 2-1(103)-416/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1320/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1320/2020
10.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver