Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1320/2022 03.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət vəsaiti hesabına vəkillə təmin olunma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “təşkilatın qeydiyyata alınmasından imtinanın qanunsuz hesab olunması və təşkilatın qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə da ir iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-615/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Din və X1” İctimai Birliyinin təsisçilərinin yığıncağının 22 fevral 2021-ci il tarixli, 1 saylı Qərarı ilə Birliyin nizamnaməsi təsdiq edilmiş, İddiaçı1 «Din və X1» İctimai Birliyinin sədri və qanuni təmsilçisi seçilmiş, «Din və X1» İctimai Birliyinin qeydiyyat sənədlərinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilməsi qərara alınmışdır.
2. İddiaçılar tərəfindən Ədliyyə Nazirliyinə “Din və X1” İctimai Birliyinin dövlət qeydiyyatına alınması barədə ərizə göndərilmişdir (iş səh. 14).
3. Ədliyyə Nazirliyi tə rəfindən İddiaçı1 ünvanlanmış 05/1920-13 saylı, 23 aprel 2021ci il tarixli məktubuna əsasən, təqdim edilmiş sənədlərin qüvvə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 5.4.9-cu maddəsinin tələblərinə əməl edilməməsi müəyyən edilmişdir. Həmin maddəyə əsasən nizamnamədə dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət istiqamətləri olan qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının Dini İşlər üzrə Dövlət Komitəsinin rəyi olmalıdır. Lakin, həmin rəy təqdim olunmamışdır. Göstərilənlərə və «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Qanunun 11.3.1-ci maddəsinə əsasən sənədlər geri qaytarılmışdır.
4. Cavabdeh tərəfindən idd iaçılara 2 iyul 2021-ci il tarixli, 05/1920/2-11 nömrəli ünvanlanmış məktubda qeyd edilmişdir ki, Qurumun təsis sənədləri xx.xx.2021-ci il tarixdə Ədliyyə Nazirliyinə təqdim olunmuş və sənədlərin qanunvericiliyə uyğunluğu yoxlanıldıqdan sonra, xx.xx.2021-ci il tarixdə «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə əsasən, müvafiq iradla geri qaytarılmışdır. Belə ki, Qanunun 5.4.9-cu maddəsinə əsasən nizamnaməsində dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət istiqamətləri olan qeyrikommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının Dini İşlər üzrə Dövlət Komitəsinin rəyi olmalıdır. Lakin həmin rəy təqdim olunmamışdır. İddia ərizəsində sənədlərin qaytarılmasının Azərbaycan Respublika sı Konstitusiyasının 58-ci maddəsinin, habelə «insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyasının 11-ci maddəsinin pozulması kimi qiymətləndirilməsi ilə əlaqədar qeyd olunmalıdır ki, qəbul olunmuş qərar «Hüquqi şəxslərin dövlət qeydiyyat və dövlət reyestri haqqında» Qanunun müvafiq maddələri ilə əsaslandırılmışdır. Qeyd etmək lazımdır ki, qəbul olunmuş qərar təsis sənədlərindən pozuntularla aradan qaldırıldıqdan sonra sözügedən təşkilatın qeydiyyata alınması üçün maneə törətmir və müraciət edildiyi təqdirdə məsələyə yenidən baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar cavabdehə qarşı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin «Din və X1» İctimai Birliyini əsassız olaraq qeydiyyata almaqdan imtina et məsinin Azərbaycan Respublikasının Konstitusiyasının 58- ci, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 11-ci maddəsinin pozuntusu kimi qiymətləndirilməsi, «Din və X1» İctimai Birliyinin dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7091/2021 nömrəli, 21 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakim A.A.Abdullayeva) iddia tələbi təmin edilməmişdir.
7. Həmin qərardan iddiaçılar apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kol legiyasının 2-1(103)-615/2022 nömrəli, 9 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
9. İddiaçılar apellyasiya məhkəməsinə ərizə (vəsatət) təqdim edərək, Bakı Apellyasiya Məhkəməsinin 9 fevral 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməyi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-615/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qərardadı ilə iddiaçılar tərəfindən verilmiş dövlət hesabına vəkillə təmin olunma barədə ərizənin təmin edilməməsi qərara alınmışdır.
11. İddiaçılar həmin qərardaddan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 20 aprel 2022-ci il tarixli qərardadının ləğv edilməsini və ərizənin təmin edilərək onların dövlət büdcəsi hesabına vəkillə təmin olunmaları barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçıların kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvini onların vəkilin dövlət hesabına tutulmasının səbəbləri barədə sübutlar təqdim etməməkləriylə əsaslandırılıb. Məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı deyil. Belə ki, vəkillə təmin edilmə barədə ərizədə işləmədikləri, maddi vəziyyətlərinin vəkill ə müqavilə bağlamağa imkan vermədiyini qeyd etmişdir. Bundan başqa, məhkəmə maddi vəziyyətlərinin ağır olması barədə hansı sənədi tələb edirsə, onlara bu barədə sənəd təqdim etməyə şərait yarada bilərdi. Lakin məhkəmə bunu etməmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Mülki Prosessual Məcəllə: Maddə 67.2. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Maddə 121.2. Bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil madd i vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərilir. 15. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” AR Qanunu: Maddə
20. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir.
16. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hü ququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayə tçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, iddiaçı kassasiya şikayətində öz hesabına vəkil tutmamasının səbəbi kimi maddi imkanının yaxşı olmamasını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddiaçının Azərbaycan Respublikası dövlət büdcəsi hesabına vəkillə təmin edilməsi barədə ərizəsini təmin etməmişdir.
22. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, məhkəmə vəkilin şəxsə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardım göstərməsi barədə qərarı yalnız o halda qəbul edə bilər ki, həmin şəxsin maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmasın.
23. Apellyasiya məhkəməsi haqlı olaraq öz qərarında qeyd etmişdir ki, “...iddiaçıların dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi üçün həmin şəxslər vəkilin xidmətlərini ödəməyə kifayət qədər vəsaitlərinin olmadığı barədə sübutlar təqdim etməlidirlər. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçılar tərəfindən məhkəməyə ünvanlanmış ərizəyə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitə malik olmadıqlarını təsdiq edən sübutlar (işsizliyə, əlilliyə və s. dair arayışlar) əlavə olunmamışdır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı vəziyyətdə iddiaçıların bu xidmətin əvəzini ödəmək üçün kifayət qədər vəsaitə malik olmamaları halı məhkəmə kollegiyası tərəfindən müəyyən olunmamışdır.
25. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan, şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıların kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-615/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.